Leskenski rayonu (kab.-çərk. Лэскэн куей, qaraç.-balk. Лескен район[3]) - Rusiya Federasiyası, Kabarda-Balkariyanın tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Anzorey kəndidir.
Leskenski rayonu | |
---|---|
Лэскэн куей[1] Лескен район[1] | |
43°21′20″ şm. e. 43°56′29″ ş. u.HGYO |
|
Ölkə | |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 29 dekabr 1937 |
Sahəsi |
|
Hündürlük | 3.102 m |
Saat qurşağı |
|
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | 86639 |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Leskenski rayonu Kabarda-Balkariya Respublikasının cənub-şərq hissəsində yerləşir. Aşağıdakı ərazilərlə həmsərhəddir: cənub-qərbdə Çerek rayonu, qərbdə Urvan rayonu, şimal-şərqdə Mayski rayonu, həmçinin cənub və şərqdə Şimali Osetiya Respublikasının üç rayonu. Rayonun sahəsi 523.10 km²-dir.
Rayonu ərazisini relyef xüsusiyyətlərinə görə iki hissəyə bölünür: dağətəyi və dağlıq. Rayonun əsas hissəsi respublikanın dağətəyi zonasında, cənub hissəsi isə dağlıq zonada yerləşir. Otlaq, meşə və qayalı silsilələr bir-birinə paralel ərazidən keçir. Leskenski rayonunda orta hündürlük 450 ilə 900 metr arasında dəyişir. Bölgədəki ən yüksək nöqtə Xaznibaşi dağıdır (3.102 m).
Rayon ərazisindən Urux, Lesken, Arqudan, Şeker və onların qolları keçir.
Leskenskİ rayonu əvvəlcə Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin 29 dekabr 1937-ci il tarixli qərarı ilə Urvan rayonunun tərkibində olan Uruxski, Kalejski, Staro-Uruxski, Ozrekskİ, Staro-Leskenski, II Leskenski, Yerokkovski və Arqudanski kənd sovetliklərindən təşkil edilmişdir[4][5].
20 dekabr 1962-ci ildə Kabarda-Balkariya Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin Rəyasət Heyəti “KBMSSR ərazisində kənd rayonlarının təşkili haqqında” fərman qəbul etdi. Buna qərara əsasən Leskenski rayonu ləğv edilərək yenidən Urvan yaronuna birləşdirildi.
8 avqust 2003-cü ildə Kabarda-Balkariya Respublikası Parlamenti inzibati mərkəzi Anzorei kəndində olan Leskenski rayonunu yenidən təsis etdi.
2005-ci ildə rayonda kənd sovetlikləri ləğv edildi və kənd yaşayış məntəqələri statusu ilə 9 bələdiyyədə birləşdirildi.
2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə rayonun milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir[6]:
Xalq | Say, nəf. |
Ümumi əhaliyə olan nisbəti, % |
---|---|---|
kabardinlər | 25 113 | 90,20 % |
osetinlər | 1 577 | 5,67 % |
balkarlar | 677 | 2,43 % |
ruslar | 179 | 0,64 % |
digərləri | 275 | 0,99 % |
milliyyətini bildirməyənlər | 19 | 0,07 % |
ümumi | 27 840 | 100,0 % |
2010-cu il Ümumrusiya siyahıya alınmasına olan məlumat[7]:
Yaş | Kişilər, nəf. |
Qadınlar, yaş. |
Ümumi say. |
ümumi əhaliyə olan nisbət, % |
---|---|---|---|---|
0 — 14 yaş | 2 953 | 2 834 | 5 787 | 20,79 % |
15 — 59 yaş | 9 096 | 9 376 | 18 472 | 66,35 % |
от 60 yaş | 1 351 | 2 230 | 3 581 | 12,86 % |
Ümumi | 13 400 | 14 440 | 27 840 | 100,0 % |
Kişilər — 13 400 nəf. (48,1 %). qadınlar — 14 440 nəf. (51,9 %)[8].
Əhalinin orta yaşı — 34,2 yaş. Kişilərin orta yaşı — 32,8 il. Qadınların orta yaşı — 35,5 il.
Rayonun böyük sənaye gücü bir spirt-maya fabriki və yeddi emal müəssisəsi ilə təmsil olunur. Bu müəsissələrdən beşi mövsümi xarakter daşıyır. Kənd təsərrüfatında əsas istiqamət bitkiçilikdir. İri və xırdabuynuzlu heyvandarlıq da inkişaf etmişdir. Kənd təsərrüfatı torpaqlarının icarə istifadəsi sistemi inkişaf etdirilmişdir.