𐔱 (səslənməsi: /b/; transkripsiyası: B, b) — Alban əlifbasının ikinci hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Ոդեթ (Odet) kimi verilmişdir. Tədqiqatçılar Jost Gippert və Wolfgang Schulzenin fikrincə, hərfin əsl adı "bet" olmalıdır, erməni müəllifin əsas səhvi isə böyük ehtimal alb. 𐔰𐔾𐔸𐕒͞𐔱𐔴𐔸 (alto͞bet — Əlifba) sözünü yanlış oxumuşdur.[1] Gürcü dilçi Roman Lolua[2] və erməni tədqiqatçı Aşot Abramyanın[3] fikrincə erməni əlifbasındakı Բ hərfinin invers formasıdır. Akaki Şanidzenin fikrincə isə bu hərfin orijinal adı "balt" idi və gürc. ერტი ალთას და მეორე ბალთას (ert’i altas da meore baltas — Kim altdır, kim baltdır) deyimi alban dilindən götürülmüşdü.[4] Alban əlifbasında [b] səsinin qarşılığı kimi işlənilib.
Alban əlifbası | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Matenadaran MS 7117 versiyası Sinay palimpsestləri versiyası | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Səslənməsi | /b/ | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Rəqəm dəyəri | 2 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Unicode ünvanı | U+10531 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
Nümunələr[1]:
Alban yazısı | Transkripsiyası | Tərcüməsi | Udi dilində |
---|---|---|---|
𐔱𐔰𐕚𐕄𐔴𐕚𐕒𐕡𐕎 | basḳesun | yatmaq, uzanmaq | bask'sun |
𐔱𐔴𐔵𐔼 | bezi | mənim | bezi |
𐕀𐔼𐔱 | xib | üç | xib |