Con Kuinsi Adams

Con Kuinsi Adams (ing. John Quincy Adams; 11 iyul 1767, 11 iyul 1767[1][2][…], Breyntri[d], On üç koloniya23 fevral 1848[1][2][…], ABŞ kapitolu[3]) — Amerika Birləşmiş Ştatlarının 6-cı prezidenti (1825-1829) və 8-ci Dövlət katibi (1817-1825). ABŞ-nin 2-ci prezidenti Con Adamsın böyük oğlu. 1809-1814-cü illərdə ABŞ-nin Rusiyada ilk rəsmi nümayəndəsi olmuşdur. ABŞ-nin ilk altı prezidenti dövlətin əsas qurucuları hesab olunur və ənənəvi olaraq «bani atalar» adlandırılır. Onların sonuncusu Con Kuinsi Adamsdır.

Con Kuinsi Adams
John Quincy Adams
4 mart 1825 – 4 iyun 1829
Vitse-prezidentCon Kelxun
ƏvvəlkiCeyms Monro
SonrakıEndrü Cekson
22 sentyabr 1817 – 3 mart 1825
PrezidentCeyms Monro
ƏvvəlkiCeyms Monro
SonrakıHenri Kley
Şəxsi məlumatlar
Doğum adı John Quincy Adams
Doğum tarixi
Doğum yeri Kuinsi, Massaçusets, Britaniya Amerikası
Vəfat tarixi (80 yaşında)
Vəfat yeri Vaşinqton, Kolumbiya Federal Dairəsi, ABŞ
Vəfat səbəbi beyin qansızması[d]
Dəfn yeri
  • Birinci Birləşmiş Pariş kilsəsi[d]
Partiya Federalistlər partiyası
Demokratik respublika partiyası
Milli respublikaçı partiyası
Anti-mason partiyası
Viqlər partiyası
Təhsili Leyden Universiteti
Harvard Universiteti
Fəaliyyəti siyasətçi, vəkil, diplomat, dövlət xadimi, gündəlik yazıçısı[d], yazıçı
Atası Con Adams
Anası Ebiqeyl Adams
Həyat yoldaşı Luiza Katrin Adams
Uşaqları oğulları: Corc Vaşinqton Adams (1801-1829) və Çarlz Frensis Adams
Dini Unitarian
Hərbi xidmət
Mənsubiyyəti Amerika Birləşmiş Ştatları

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1824-cü il prezident seçkilərində prezidentliyə namizədlərdən heç biri lazımi səsi toplaya bilmədiyi üçün ABŞ Konstitusiyasına uyğun olaraq, rəqibi Endrü Ceksondan daha az səs toplamasına baxmayaraq ABŞ Konqresi Con Kuinsi Adamsı prezident elan etdi. Bu, ABŞ tarixində yeganə belə haldır.

Erkən həyatı

[redaktə | mənbəni redaktə et]

Con Kuinsi Adams 11 iyul 1767-ci ildə Massaçusets ştatının Breyntri (indi Kuinsi adlanır) şəhərində, ABŞ-nin ikinci prezidenti olmuş Con Adamsın ailəsində dünyaya gəlmişdir.[4] Amerikanın köhnə siyasətçiləri ailəsinə mənsubluğu onun gələcək taleyinin müəyyənləşməsində həlledici rol oynamışdır. Hələ 17 yaşlı gənc ikən atasını bir çox Avropa ölkələrinə səfərlərində müşayiət etmiş, 1794-cü ildə Haaqada ölkəsinin səfiri olmuşdur. Bu səfərlər zamanı nəinki müxtəlif məktəb və universitetlərdə öz bilik səviyyəsini artırmış, həm də məşhur Avropa saraylarının siyasi yönümü ilə yaxından tanış olmuşdur. Zəngin həyat təcrübəsi, aldığı mükəmməl təhsil onu Amerikanın görkəmli dövlət xadimlərindən biri etmişdir. Londonda yaşadığı müddətdə, tütün ticarətçisinin qızı Luiza Ketrin Consonla tanış olur. Nəticədə onlar 1797-ci il 26 iyulda evlənirlər.

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

C.K.Adamsın prezident seçildiyi 1824-cü ilə qədərki müxtəlif hadisələrlə zəngin həyatında üç amil xüsusilə seçilir: 1814-cü ildə ingilis-amerikan müharibəsinə son qoymuş Kent sülhü, 1819-cu ildə İspaniya ilə bağlanmış Transkontinental müqavilə, 1823-cü ildə elan edilən Monro Doktrinası. Xüsusilə sonuncu iki hadisə məhz C.K.Adamsın yaradıcı fəaliyyətinin bəhrəsi idi və onun prezident Ceyms Monro ilə sıx əməkdaşlığının nəticəsində həyata keçirilmişdi. 1820-ci il prezident seçkilərinə müstəqil respublikaçı kimi qatılan Adams Monroya məğlub olur. Lakin bu məğlubiyyət onun növbəti seçkilərə qatılmasına mane olmur.

1824-cü il prezident seçkiləri olduqca gərgin keçmişdir. Bu vəzifəyə iddialılar arasında heç bir inzibatçılıq təcrübəsi olmasa da hərbi qələbələri sayəsində şöhrət zirvəsində olan Endrü Ceksondan başqa, kabinet və konqres üzvləri də vardı. Adamsla yanaşı Kalxaun, Krouford, Kley kimi dövlət xadimləri iddiaçilar arasında idilər. 1 dekabr 1824-cü ildə keçirilən seçkilərdə Endrü Cekson daha çox səs toplasa da, səslərin sayı prezident seçilmək üçün zəruri olan miqdara çatmadı və seçkilər nümayəndələr palatasında keçirildi. 1825-ci il 9 fevralda nümayəndələr palatasında keçirilən seçkidə E.Cekson deyil, ilkin seçkilərdə ikinci yer tutmuş C.K.Adams prezident seçildi. Adams Henri Kleyi dövlət katibi təyin etdikdə Cekson və tərəfdarları Adamsı seçkilərdən öncə H.Kleylə gizli ittifaq bağlamaqda ittiham etdilər. Bu məsələ hələ də düzgün şərhini tapmayıb.

Şəxsi keyfiyyətlərindəki bəzi naqisliklər Adamsa siyasi komandasını yaratmağa mane olurdu. Bu özünü kabinetin təşkil edilməsində də göstərir. Ceksonu müdafiə naziri təyin etmək istəsə də, bu fikirdən daşınır. Başa düşür ki, Cekson bu vəzifəni özünə qarşı təhqir kimi qəbul edəcək. Krouforda maliyyə naziri vəzifəsini təklif etsə də rədd cavabı alır və bu vəzifəyə 1818-ci ildən Avropada yaşayan, ABŞ-də heç bir siyasi dayağı olmayan, Londonda Amerika səfiri Riçard Raşı təyin edir. Beləliklə Adams siyasi rəqiblərini zərərsizləşdirə bilmir. Tezliklə Cekson, Krouford və Kolxaun tərəfdarları Konqresdə birləşirlər və Adamsın siyasi kursuna müxalif mövqedən çıxış edirlər. Prezidentliyinin üçüncü ilində Konqresə keçirilən seçkilərdə Adamsın rəqibləri hər iki palatada üstünlüyə nail olurlar. Deyilənlərlə yanaşı onun prezidentlik illərində digər problemlər də qarşıya çıxmışdır. Amerika ticarət gəmiçiliyinin Britaniyaya məxsus Karib adaları arasında hərəkətinə bərabər hüquqlar tələb edilməsi Londonun etirazına səbəb olur, hətta 1826-cı ildə bütün Vest-hind limanları ABŞ gəmilərinin üzünə bağlanır. 1827-ci ilin martından Adamsın İngiltərə gəmilərinin Amerika limanlarına daxil olmasını qadağan etməsindən başqa çarəsi qalmır. Vest-hind ticarət əlaqələrini yalnız 1830-cu ildə qaydaya salmaq mümkün olmuşdur. Konqresdə ona qarşı formalaşmış mütəşəkkil müxalifət Adamsın öz siyasi-iqtisadi platformasını reallaşdırmağa böyük əngəl yaradır. Artıq onun 1828-ci il seçkilərində məğlub olacağı qabaqcadan görünür. Bu seçkilərdə səslərin 56 %-ni toplayan E.Cekson prezident olur

Konqresdəki fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Yenidən seçilməyən bütün prezidentlər aktiv siyasətdən uzaqlaşmışdılar və atası Con Adams buna ən yaxşı nümunə idi. Lakin onun oğlu qəribə istisna təşkil edir. Qısa fasilədən sonra 1831-ci ilin dekabrında Plimutdan nümayəndələr palatasına üzv seçilərək ömrünün axırınadək burada fəaliyyət göstərir. Con Kuinsi Adams Amerika-Meksika müharibəsi haqqında aparılan müzakirələr zamanı 1848-ci il fevralın 28-də konqresdə iclas zamanı vəfat etmişdir.[5]

  1. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 Lundy D. R. John Quincy Adams // The Peerage (ing.).
  3. https://web.archive.org/web/20210706181211/https://history.house.gov/Blog/2019/February/2-26_JQA_lasthours/.
  4. Rettig, Polly M. "John Quincy Adams Birthplace". National Park Service. April 3, 1978. March 19, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 1, 2011. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  5. Widmer, Edward L. Ark of the liberties: America and the world. New York: Hill and Wang. 2008. səh. 120. ISBN 978-0-8090-2735-4. OCLC 191882004. İstifadə tarixi: August 2, 2009.