Dövlət Miqrasiya Xidməti (Azərbaycan)

Azərbaycan Respublikasının Dövlət Miqrasiya XidmətiAzərbaycanda miqrasiya sahəsində dövlət siyasətinin aparılması, idarəetmə sisteminin, miqrasiya proseslərinin tənzimlənməsi və proqnozlaşdırılması, bu sahədə müvafiq dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 18 mart 2007-ci il tarixli 560 nömrəli Fərmanı ilə yaradılan dövlət orqanı.

Dövlət Miqrasiya Xidməti
Loqonun şəkli
Ümumi məlumatlar
Ölkə Azərbaycan Azərbaycan
Yaradılma tarixi 18 mart 2007
Tabelik Nazirlər Kabineti
Baş qərargah Bakı
Ünvan Binəqədi rayonu, Binəqədi şossesi 202, 3124-cü məhəllə
Rəhbərlik
Rəis Vüsal Hüseynov
Rəisin birinci müavini Vəli Nağıyev
Rəis müavini Elman Əliyev
Rəsmi saytı migration.gov.az/en

Dövlət Miqrasiya Xidmətinin rəisi 24 aprel 2018-ci ildən Vüsal Hüseynovdur.

Azərbaycan Respublikası Prezidentinin 18 mart 2007-ci il tarixli 560 nömrəli Fərmanı ilə miqrasiya sahəsində dövlət siyasətinin aparılması, idarəetmə sisteminin, miqrasiya proseslərinin tənzimlənməsi və proqnozlaşdırılması, bu sahədə müvafiq dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədilə və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 7-ci bəndini rəhbər tutaraq Dövlət Miqrasiya Xidməti yaradılıb.

Azərbaycan Prezidentinin 20 mart 2007-ci il tarixli 560 nömrəli Fərmanı ilə təsdiq edilən Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamənin III maddəsində Dövlət Miqrasiya Xidmətinin vəzifələri göstərilib.