Dəli Kür (film)

Dəli Kür — 1969-cu ildə yazıçı İsmayıl Şıxlının eyniadlı romanı əsasında Hüseyn Seyidzadənin çəkdiyi tammetrajlı bədii filmi.[2]

Dəli Kür
Filmin afişası
Filmin afişası
Janr dram
Rejissor Hüseyn Seyidzadə
Əsərin müəllifi İsmayıl Şıxlı
Ssenari müəllifi İsmayıl Şıxlı
Baş rollarda Ələddin Abbasov
Eldar Əliyev
Vladislav Kovalkov
Məlik Dadaşov
Leyla Bədirbəyli
Liya Eliava
Zemfira Sadıqova
Məmməd Bürcəliyev
Fikrət Əliyev
Ceyhun Mirzəyev
Operator İqor Boqdanov
Bəstəkar Cahangir Cahangirov
Rəssam Nadir Zeynalov
İstehsalçı "Azərbaycanfilm" Kinostudiyası
İlk baxış tarixi 13 aprel 1969
Filmin növü tammetrajlı bədii film
Müddət 93,5 dəqiqə
Ölkə Azərbaycan Azərbaycan SSR
Dil azərbaycanca
İl 1969
Texniki məlumatlar 10 hissə
2559 metr
genişekranlı
35 mm
Rəng ağ-qara
Çəkiliş yeri Qazax
Şamaxı, Çuxuryurd[1]
Şamaxı, Dədəgünəş kəndi
Bakı (kinostudiyanın pavilyonu)
Qori, Gürcüstan
IMDb ID1279422

Kinoromanda keçən əsrin əvvəllərində Azərbaycanın qabaqcıl ziyalılarının formalaşmasından, ilk mütərəqqi pedaqoqların fəaliyyətindən, qabaqcıl ziyalıların Zaqafqaziya xalqlarına göstərdikləri köməkdən və insanlarda azadlıq şüurunun formalaşmasından söhbət gedir.

  • Film aktrisa Zemfira İsmayılovanın kinoda ilk işidir.
  • Film aktyor Cahangir Mehdiyevin kinoda ilk işidir.
  • Film Elçin Şıxlının kinoda ilk işidir.
  • Cahandar ağa İsmayıl Şıxlının babası olub.[3]
  • Film yazıçı İsmayıl Şıxlının eyniadlı romanının motivləri əsasında lentə alınmışdır.
  • Filmin sonluğunu rejissor Hüseyn Seyidzadə ilkin variantda belə çəkmişdi: Cahandar ağa kazak başçısını qamçıladıqdan sonra kazaklarla vuruş başlayır və kazaklar onu arxadan güllələyir. Lakin sovet kinotənqidçiləri bunu qəbul etmir və qeyd edirlər ki, necə olursa olsun bir azərbaycanlı rusu döyə bilməz. Buna görə də rejissor məcbur olur həmin səhnəni kəssin, sonda Allahyar Cahandarı öldürür, çox gözəl çəkilən filmin sonluğu bərbad hala gətirilir. Kazak başçısını oynayan məşhur aktyorumuz Yusif Vəliyevin adı titrlərdə olsa da kinoda onun obrazını görə bilmirik.
  • Artıq film tamaşıçıların ixtiyarına buraxılmağa hazır idi ki, rejissor problemlə üzləşdi. Belə ki, sovetlər dönəmində "Azərbaycanfilm"in istehsalı olan bütün filmlərin ekrana buraxılması üçün Moskvanın razılığı lazım idi. Moskva isə "Dəli Kür"ün finalının dəyişdirilməsini tələb edirdi. Hüseyn Seyidzadə bununla bağlı o vaxtlar verdiyi müsahibələrindən birində deyirdi: "Dəli Kür" çəkilib qurtarandan sonra SSRİ Dövlət Kino Komitəsinə təhvil verildi. Biz filmi Moskvada göstərərkən rəhbərlik finalı dəyişdirməyi məsləhət gördü. Mənə üstü örtülü dedilər ki, əks təqdirdə film, ümumiyyətlə, ekrana buraxılmayacaq". Ümumiyyətlə, o vaxtlar haqsız hücum və tənqidlərə məruz qalan Hüseyn Seyidzadə başa düşürdü ki, əgər çəkdiyi dördüncü bədii filmin – "Dəli Kür"ün finalı dəyişdirilməsə, onun yaradıcılığında da uzun bir fasilə yarana bilərdi. Kinorejissor çox fikirləşdikdən sonra güzəştə gedir və filmin finalı dəyişdirilir. Yaxşı ki, filmdən çıxarılan epizod qorunub saxlanılmış və kinoşünas Aydın Kazımzadə tərəfindən tapılaraq Azərbaycan Dövlət Film Fonduna təhvil verilmişdir.[4] Sovetlər Birliyinin tərkibində olan bir respublikanın öz milli bayramını təmtəraqlı surətdə qeyd etməsi ağla sığan bir şey deyildi. Hüseyn Seyidzadə cəsarətlə "Dəli Kür"də Novruz bayramını çox gözəl bir təmtəraqla çəkərək təqdim etdi. Filmdəki rus ziyalısının yumurta döyüşünü xatırlayın. Görün nə gözəl səhnədir. Sonralar həmin səhnəni tənqid edənlər də çox oldu. Ancaq əsas olan o idi ki, Hüseyn milli bayramın bütün gözəlliklərini təsvir edə bilmişdi…"[5]

Film üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]
Ssenari müəllifi: İsmayıl Şıxlı
Quruluşçu rejissor: Hüseyn Seyidzadə
Quruluşçu operator: İqor Boqdanov
Quruluşçu rəssam: Nadir Zeynalov
Bəstəkar: Cahangir Cahangirov
Səs operatoru: Akif Nuriyev
Rejissor: Ramiz Əliyev, Əbdül Mahmudov
Redaktor: İsa Hüseynov
Geyim rəssamı: Bədurə Əfqanlı
Qrim rəssamı: V. Arapov
Dekor rəssamı: T. Abdullazadə
Montaj edən: Y. Fomina
Quraşdırılmış səhnələrin operatoru: N. Xarbikov
Quraşdırılmış səhnələrin rəssamı: Eduard Abdullayev
Rejissor assistenti: Əşrəf Mamayev, M. Tağıyev
Operator assistenti: Yuri Varnovski
Mahnıların Mətninin Müəllifi: Rəfiq Zəka Xəndan (Rəfiq Zəka kimi), Tələt Əyyubov
Kamançada Çalır: Habil Əliyev
Filmin direktoru: Davud Zöhrabov
Xoreoqrafiya Müəllifi: Əlibaba Abdullayev (titrlərdə yoxdur)
Mahnı ifa edən: Gülağa Məmmədov (titrlərdə yoxdur)
Ələddin Abbasov — Cahandar ağa[6]
Eldar Əliyev — Rus Əhməd
Vladislav KovalkovÇernyayevski
Məlik Dadaşov — Molla Sadıq
Leyla Bədirbəyli — Zərnigar
Liya Eliava — Şahnigar
Zemfira Sadıqova — Mələk[7]
Məmməd Bürcəliyev — Allahyar
Fikrət Əliyev — Şamxal
Ceyhun Mirzəyev — Osman
Reyhan Müslümova — Salatın
Zemfira İsmayılova — Pakizə
İsmayıl Osmanlı — Məmmədəli
Müxlis Cənizadə — Kipiani
Vladimir Belokurov — Semyonov
Vadim Qraçov — Polis rəisi
Ənvər Həsənov — Luka
Məmməd Əlili — Molla Səfi
Mirzə Babayev — Kəndli kişi
Nəsibə Zeynalova — Kəndli qadın
Muxtar Avşarov — Allahyarın dostu
Əhməd Əhmədov — Allahyarın dostu
Aleksandr Lebedev — Petrov
Sona İbrahimova
Q. Əsgəri
Yusif Vəliyev — Məlik
D. Yolçiyev
H. Atabalayev
Stanislav Kovtun
Sergey Yakuşev
Əliağa Ağayev — Kənd sakini
Məmməd Sadıqov — Kənd sakini
Ömür Nağıyev — Tələbə
Kamil Qubuşov — Kənd sakini
Cabbar Əliyev — Kənd sakini
Cahangir Mehdiyev — Papaq atan
Qorxmaz Əlilicanzadə — Mollaxana şagirdi
Elçin Şıxlı — Mollaxana şagirdi

Filmi səsləndirənlər

[redaktə | mənbəni redaktə et]
Həsənağa Salayev — Cahandar Ağa (Ələddin Abbasov) (titrlərdə yoxdur)
Şahmar Ələkbərov — Rus Əhməd (Eldar Əliyev)
Həsənağa Turabov — Çernyayevski (Vladislav Kovalkov) (titrlərdə yoxdur)
Rəhilə Məlikova— Mələk (Zemfira Sadıqova) (titrlərdə yoxdur)
Sadıq Hüseynov — Allahyar (Məmməd Bürcəliyev) (titrlərdə yoxdur)
Elxan Ağahüseynoğlu — Mollaxana şagirdi (Cahangir Novruzov) (titrlərdə yoxdur)
Hüseynağa Sadıqov — Petrov (Aleksandr Lebedev) (titrlərdə yoxdur)
Səməndər Rzayev — Polis rəisi (Vadim Qraçov) (titrlərdə yoxdur)
Həsən Əbluc — Kipiani (Müxlis Cənizadə) (titrlərdə yoxdur)
Həsən Məmmədov — Rus (titrlərdə yoxdur)
Kamil Qubuşov — Semyonov (Vladimir Belokurov) (titrlərdə yoxdur)
Rafiq Əzimov — Luka (Ənvər Həsənov) (titrlərdə yoxdur)
Ramiz Məlikov — Şamxal (Fikrət Əliyev) (titrlərdə yoxdur)
  1. Ənvər Həsənovun müsahibəsi. Aydın Kazımzadə. “Kinosalnamə” [Hüseyn Seyidzadənin "Dəli Kür" filminin çəkilişləri haqqında] //Mədəniyyət TV.- 2016.- 26 mart.
  2. "Dəli Kür"də Moskvanı narahat edən epizod: Əbdül Mahmudov filmin pərdəarxası məqamlarından danışır //Azadlıq.- 2014.- 3 noyabr.- S.14.
  3. Cəfərli, A. Cahandar ağa İsmayıl Şıxlının babası idi: [İsmayıl Şıxlının öz romanı olan "Dəli Kür" də bəzi məqamlara toxunması haqqında] //Ədalət.- 2012.- 4 oktyabr.- S. 8.
  4. Aqşin Babayev, Aydın Kazımov. Azərbaycan kino sənətində ədəbi əsərlərin təcəssümü. Bakı, 2000, səh. 126.
  5. "Dəli Kür: Adil İsgəndərov ata minmək istəmədi və Cahandar ağadan imtina etdi", Ekspress qəzeti, 17.04.2003, Ulduzə Qaraqızı.
  6. Kinomuzun Cahandar ağası əbədiyyətə qovuşdu: Gəncədə Xalq artisti Ələddin Abbasovla vida mərasimi keçirilib: [Gəncə Dövlət Dram Teatrının mərhum aktyoru] //Mədəniyyət.- 2014.- 16 iyul.- S.7.
  7. Azəri, L. "Dəli Kür"ün Mələyi: Zemfira Sadıqovanın 75 illiyi qeyd olundu: [Cəfər Cabbarlı adına "Azərbaycanfilim" kinostudiyasında] //Mədəniyyət.- 2014.- 16 iyul.-S.4.
  • "Qara gözlərin sorağında" [İ. Şıxlının "Dəli Kür" romanının ekranlaşdırılması haqqında] //Bakı.- 1968.- 24 avqust.
  • Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
  • Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 383; 511.
  • İmanova, S. "Dəli Kür"də millilik amili" //Mədəniyyət.- 1999.- fevral.
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 143; 162–164.
  • İsmayılova, P. "Dəli Kür"də səhvlər var: Ələddin Abbasov: "Bu yaşda oturaq bir rol olsa, oynayardım": [Kino-aktyor Ələddin Aslan oğlu Abbasov haqqında] //Həftə içi.- 2011.- 6 yanvar.- S. 6.
  • Hacımusalı, O. "Dəli Kür"də Cahandar ağa obrazı: [Xalq artisti Ələddin Abbasovun canlandırdığı obraz haqqında] //Xalq cəbhəsi.- 2011.- 12 oktyabr.- S. 13.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]