Lukresi

Titus Lukretius Karus (lat. Titus Lucretius Carus, m. ö. 9955) — Roma epikürçülüyünün ən tanınmış təmsilçisi isə olmuşdur. "Şeylərin təbiəti haqqında" (lat. De rerum natura) adlı məşhur əsərində o bir çox fəlsəfi problemlərə toxunmuşdur, bunu edərkən Epikürün fəlsəfəsindən yararlanmışdır. Bu kitabda Lukretius ilk növbədə xalqın arasında yayılmış müxtəlif mövhumat və inanclara qarşı çıxış etmişdir. Onun fikrincə onlar insanlarda qorxu hissi yaradır. Azadlığı əldə etmək üçün isə bu qorxudan qurtarmaq gərəkdir.[1] Bunun üçün təbiət olduğu kimi öyrənilib qavranılmalıdır. Mövhumatların əsasını isə din təşkil edir, insanları bədbəxtliklərə sürükləyir. Ona görə də, Lukretius dini tamamilə inkar edirdi.

Lukresi
Titus Lucretius Carus
Doğum tarixi e.ə. 94
Doğum yeri
Vəfat tarixi e.ə. 55
Vəfat yeri
Vəfat səbəbi qanitirmə[d]
İstiqaməti Atomistika
Əsas maraqları fəlsəfə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Antik fəlsəfə
Yunan fəlsəfəöncəsi dövrü
(e. ə. VII yüzilliyə qədər)

Orfizm  • Homer  • Hesiod  • Ferekid  • Yeddi yunan müdriki  • Epixarm

Qədim yunan fəlsəfəsi
(e. ə. VII–IV yüzilliklər)
Müstəqil filosoflar
Heraklit  • Anaksaqor  • Empedokl
Qədim yunan atomçuları
Levkipp  • Demokrit
Sofistlər

"Böyük" sofistlərProtaqor  • Prodikus  • Qorqias  • Hippias

"Kiçik" sofistlərTrasimaxus  • Likofron  • Kritius  • Alkidamas
Ellinizm dövrünün fəlsəfəsi
(e. ə. IV–I yüzilliklər)
Qədim Roma dövrünün fəlsəfəsi
I–V yüzilliklər
Stoaçılıq

Seneka  • Epiktet  • Mark Avreli  • Siseron

Orta platonizm
Alkinous  • Apuleyus  • Qalen  • Plutarx  • Maksim  • Filon  • Selsus  • Teon
Neoplatonizm

Roma məktəbi → Ammonius Sakkas  • Plotin  • Porfirius  • Amelius
Apameya məktəbi → Yamblix  • Sopater
Perqama məktəbi → Sallustius  • Yulian Avqust
Afina məktəbi → Afinalı Plutarx  • Proklus  • Marinus  • Simplikius  • Damaskius

İskəndəriyyə məktəbi → Hierokles  • Hipatiya  • İoann Filoponus
Antik dini təlimlər

Qnostisizm  • Hermetizm  • Mitraizm
NeopifaqorçuluqApollonius  • Nikomaxus  • Numenius  • Moderatus

Erkən Xristian fəlsəfəsi

Klement  • Origen  • Avqustin Avrelius  • Boesius  • Saxta Dionisius Areopagit

Fəlsəfi baxışları

[redaktə | mənbəni redaktə et]

Lukretiusdan da öncə bəzi filosoflar (örnək üçün Kritius) hesab edirdilər ki, əslində tanrılar yoxdur. İnsanlar onları uydurmuşdurlar. Ancaq, tanrılara inanc və onlardan qorxu hissi olmasaydı, insanlar ağlasığmaz dərəcədə qətllər və digər başqa cinayətlər törədərdilər. Ona görə tanrıları uyduranlar cəmiyyətdə düzənin saxlanması üçün müsbət iş görmüşdülər.

Ancaq, Lukretius bu fikirlə razılaşmırdı. Onun fikrincə, dini inkar etməklə insanlar arasında cinayətkarlıq artmayacaq, əksinə bəzi hallarda müxtəlif dini mövhumatlar adamları cinayətin törədilməsinə sürükləyəcəkdir[2].

Təbiətdə hər şey özü-özlüyündən, yəni onun əzəli qanunauyğunluğundan irəli gələrək baş verir. Bütün bunların yaranmasında heç bir tanrı iradəsi yoxdur. Dünyanı da heç bir tanrı yaratmayıb və idarə etmir, çünki heç nədən nə isə yarana bilməz[3]. Eyni zamanda, dünya yalnız insanlar üçün deyil, özü üçün mövcuddur. İnsan isə dünyanın məqsədi deyil, yalnız onun bir hissəciyidir. O da təbiətin qanunlarına tabedir və onu üstələyə bilmir.

Lukretius tanrıların var olmasını inkar etməsə də, onları yaradıcı və idarəçi funksiyalardan məhrum etmişdir. O hesab edirdi ki, tanrılar ölməzdir, ancaq təbiətin və insanların işlərinə qarışmırlar. Onlar özlərinə məxsus bir məkanda yaşayır və həzzlərlə dolu həyat sürürlər[4]. O məkan insanlardan sonsuz qədər uzaqdadır. Bu səbəbdən tanrılara nə insanlar, nə də edilən ibadət və dualar gərək deyildir. Onlar insanlara qarşı biganədirlər. Bu səbəbdən də, Lukretiusa görə dinlərə, kahinlərə, falçılara, peyğəmbərlərə heç bir ehtiyac yoxdur.

Lukretius tanrılar və dinlərin rolunu heçə endirərək əsas dəyəri insanların düşüncəsində görürdü. Düşüncəsiz insanın ömrü qaranlıq və qorxu içində keçir. Ağıl və sağlam düşüncə isə mövhumatın qarşısını alır; insanı ölüm, xəstəlik və həyatın problemləri qarşısında qorxudan qurtarır. Yalnız sağlam düşüncənin vasitəsi ilə təbiətdə hər şeyi olduğu kimi anlamaq olar. İnsan sağlam düşüncədən başqa mühakimə etmə xüsusiyyətinə də malikdir. Çünki, dünyada bir çox şeyləri yalnız mühakimə yolu ilə izah etmək mümkündür.

"Hər şeyin təbiəti haqqında" kitabının əlyazması, 1483 il

Lukretiusa görə təbiətdə fövqəladəlik yoxdur. Dünyalar gözə görünməyən və duyulmayan hissəciklərin qasırğalarından yaranır. Bu hissəciklər hər şeyin "toxumlarıdır" (atomlardır)[5]. Cisimlər, ruhlar və dünyalar onlardan ibarətdir. Onlar təbii zərurətdən yaranır. Hissəciklərin hərəkətdə olması üçün boşluqlar vardır[6]. Hissəciklər əbədidir, onlardan ibarət olan hər şey məhvə məhkumdur və keçicidir.

Ətrafımızın dərki prosesində duyğulara böyük əhəmiyyət verən Lukretius, eyni zamanda onların çərçivəli olmasını etiraf edirdi. Buna görə də o, idrakda düşüncəyə də böyük əhəmiyyət verirdi. Məsələn, kainat duyğu vasitəsi ilə deyil, düşüncənin fəaliyyəti nəticəsində anlaşıla bilər.

Ümumiyyətlə, heç nədən nə isə yaranmır. Hər şeyin əsasında toxumlar (atomlar) durur[7]. Şeylərin məhv olması materiyanın məhv olması demək deyildir. Bu yalnız daha mürəkkəb şeyin ən sadə elementlərə bölünməsidir.

Lukretiusun fikrincə ruh da bədən kimi kiçik hissəciklərdən (atomlardan) ibarətdir və o bədəndən asılıdır. Bədənin ölümü hissəciklərin əlaqələrinin pozulması və dağılmasıdır. Bu baş verən kimi bədənlə bir yerdə ruhun hissəcikləri də dağılır və o məhv olur. Beləliklə, Epikür kimi Lukrtetsius da ruhun ölməzliyini qəbul etmirdi.[8]

Daha sonra o, ölümlə həyatın bir-biri ilə qarşılaşmamasını iddia etmişdir. Onlar qarşılaşmır deyə ölüm həyatda olan insan üçün qorxulu deyil, çünki həyatda olan insanın ölüm haqqında təsəvvürü yoxdur. Ölümün gəlişindən sonra isə insanlar artıq bu dünyada olmur və heç nəyi duymur. Ona görə də ölümün qarşısında qorxu hissi olmamalıdır[9].

Ruhun bir bədəndən başqasına köçməsi ideyasını (metempsixozu) və onun insanın doğulmasından öncə var olması inancını rədd edən Lukretius hesab edirdi ki, belə bir şey olsaydı, onda insanlar öz keçmiş həyatlarını yada salardılar. Metempsixoz ya da ruhların öncə var olmasını iddia edənlərin fikrincə ruh bədənə girərkən öz keçmiş həyatını yaddan çıxarır. Bu belədirsə, onda Lukretiusa görə bu hal ölümdən fərqlənmir. İnsanın keçmişdə həyatda olmasının mənası yoxdur. Ona görə ölən adamların ruhları ölü, dirilərin isə diri hesab edilməlidir.[10]

Bundan başqa əgər metempsixoz real bir şey olsaydı, onda heyvanların davranışı bir-biri ilə qarışardı. Məsələn, şahin göyərçindən qorxardı. Düşüncə isə təkcə insanlarda deyil, həm də heyvanlarda olardı.

Lukretius əxlaqi fikirləri irəli sürərkən Epikür təliminin müddəalarını təkrar edir və deyirdi ki, iztirabların aradan qaldırılması, ruhi sakitlik və ataraksiya xoşbəxtliyin əsas şərtləridir.

  • Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 139-142. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-16.
  1. Лукреций. О природе вещей Arxivləşdirilib 2022-07-09 at the Wayback Machine / Перевод Ф.Петровского. М.: Художественная литература, 1983, s. 60–61.
  2. Лукреций. О природе вещей Arxivləşdirilib 2022-07-09 at the Wayback Machine / Перевод Ф.Петровского. М.: Художественная литература, 1983, s. 29–30.
  3. Лукреций. О природе вещей Arxivləşdirilib 2022-07-09 at the Wayback Machine / Перевод Ф.Петровского. М.: Художественная литература, 1983, s. 31.
  4. Лукреций. О природе вещей Arxivləşdirilib 2022-07-09 at the Wayback Machine / Перевод Ф.Петровского. М.: Художественная литература, 1983, s. 28.
  5. Лукреций. О природе вещей Arxivləşdirilib 2022-07-09 at the Wayback Machine / Перевод Ф.Петровского. М.: Художественная литература, 1983, s. 34–35.
  6. Лукреций. О природе вещей Arxivləşdirilib 2022-07-09 at the Wayback Machine / Перевод Ф.Петровского. М.: Художественная литература, 1983, s. 35–37.
  7. Лукреций. О природе вещей Arxivləşdirilib 2022-07-09 at the Wayback Machine / Перевод Ф.Петровского. М.: Художественная литература, 1983, s. 39–43.
  8. Лукреций. О природе вещей Arxivləşdirilib 2022-07-09 at the Wayback Machine / Перевод Ф.Петровского. М.: Художественная литература, 1983, s. 97–98.
  9. Лукреций. О природе вещей Arxivləşdirilib 2022-07-09 at the Wayback Machine / Перевод Ф.Петровского. М.: Художественная литература, 1983, s. 415–420.
  10. Лукреций. О природе вещей Arxivləşdirilib 2022-07-09 at the Wayback Machine / Перевод Ф.Петровского. М.: Художественная литература, 1983, s. 410–413.