Azərbaycan ərazisində yaşayan azsaylı xalqlar

Azərbaycan ərazisində yaşayan azsaylı xalqlar — 2009-cu ilin siyahıya alınmasına görə Azərbaycan əhalisinin 8,4 faizini milli azlıqlar, azsaylı xalqlar və etnik qrupların nümayəndələri təşkil edir.

Azərbaycanın etnosiyasi xəritəsi (2024, 2023-cü ildə Qondarma Dağlıq Qarabağ Respublikasının süqutundan və ermənilərin bölgəni tərk etməsindən sonra).
Azərbaycanın etnosiyasi xəritəsi (1994-2020, Birinci Qarabağ müharibəsidən sonrakı və İkinci Qarabağ müharibəsidən əvvəlki dövrə aiddir).

Yəhudilər XVI əsrdə İrandan gəlmişlər. Onların yeganə varisləri olan dağ yəhudiləri təkcə Quba rayonundakı Qırmızı Qəsəbədə kompakt halında, Oğuz rayon mərkəzində və Bakıda yaşayırlar. Dağ yəhudilərinin ənənəvi məşğuliyyəti əkinçilik, xırda ticarət, toxuculuq və sənətkarlıq olmuşdur. Yəhudilər hazırda Bakı, Sumqayıt, Quba, OğuzGöyçay rayonunda yaşayırlar. Quba rayonunda yerləşən Qırmızı qəsəbə dünyada dağ yəhudilərinin əhalisinin sayına görə ən sıx yaşadığı ərazidir.

Yəhudilik Azərbaycanda tarixən dağ yəhudiləri ilə təmsil olunmuşdur. Moisey Kalankatlı dağ yəhudilərinin Qafqaza gəlişini e.ə. I əsrə aid edir. Tədqiqatçıların bu barədə fikirləri fərqlidir. Bir fikrə görə, ən qədim yəhudi icmalarından olan dağ yəhudiləri mənşəcə bir vaxtlar AssuriyaBabil şahları tərəfindən Fələstindən çıxarılmış və Midiyada məskunlaşdırılmış İsrail yəhudiləri nəslindəndirlər. Onların əcdadları yəhudiliyə ilk iman gətirmiş insanlar olmuşlar. Elə Midiyada ikən onlar tatlarla qaynayıb qarışmışlar. Bunun təsiri altında dağ yəhudiləri fars dilinin qədim arami və yəhudi sözləri ilə qatışıq bir ləhcəsi olan tat dilində danışırlar. Dağ yəhudiləri Azərbaycanda 3 yerli qrupa bölünür:

• qubalılar (о) — Azərbaycanın Quba rayonu, əsasən Qırmızı Qəsəbə • şirvanlılar (şirvoni) — а şimal-şərqi, Şamaxı rayonunun keçmiş Müci kəndi, habelə Bakı • oğuzlular — Oğuz şəhəri, Gəncə, İsmayıllı, Şamaxı.

Azərbaycan Respublikasının cənub-şərqində, əsasən Lənkəran, Astara, MasallıLerik rayonlarında və eləcə də İranın şimalında yaşayan xalqdır. İran dil ailəsinə mənsub olan talış dilində danışırlar. Keçmiş sovet alimləri talışları yerli əhali hesab edirdilər. Belə ki, onlar talışları Azərbaycanın ən qədim yerli tayfalarından olan kadusilərin nəsli hesab edirdilər. Talışların maddi və mənəvi mədəniyyətləri azərbaycanlılardan bir o qədər də fərqlənmir.

Kürdlər hazırda Naxçıvan MR-nın Culfa rayonunun Teyvaz kəndində və Şərur rayonunun Dərəkənd kəndində yaşayırlar, həmçinin erməni işğalına qədər Laçın (Kamallı, Qarakeçdi, ÇıraqlıMinkənd kəndləri), Kəlbəcər (Ağcakənd, Zar kəndlərində tam şəkildə digər kəndlərdə isə qarışıq şəkildə), Qubadlı (Zilanlı kəndi) rayonlarında da kürdlər yaşayırdılar. Kürdlər İran dil ailəsinə məxsus kürd dilində danışırlar.

Azərbaycanın əsasən Quba, XızıXaçmaz rayonlarında və bəzi Bakı kəndlərində yaşayan azsaylı xalqdır. Bəzi tədqiqatçıların fikrincə, Xəzər dənizinin qərb sahili boyunca Abşerondan Dərbəndədək məskunlaşmış tatlar buraya köçürülmüş qədim iranlıların qalıqlarıdır.

Avarlar Dağıstan Respublikasında ən böyük, Azərbaycan Respublikasının əsasən ZaqatalaBalakən rayonlarında yaşayan Qafqaz xalqlarından biridir. Şimali Qafqaz dil ailəsinə məxsus olan Avar dilində danışırlar. Azərbaycanda avarlar əsasən Balakən rayonunun Qabaqçöl qəsəbəsində, Mahamalar, Mazımqara, Qaysa, Beçeqarbinə, Beretbinə, Cederovtala, Çorçorbinə, Hetovlar, Xalatala, İsaxlıgirmə, Katex, Kilsəbuqov, Kortala, Qasbinə(Qarsibinə), Mazımçay, Meşəşambul, Mollaçıbinə, Poçtbinə, Püştətala, Roçəhməd, Solban(Zalban), Şambul, Şambulbinə, Şərif, Yeni Şərif və s. kəndlərində, Zaqatala rayonunun Danaçı(Dinçi), Uzuntala, Ziliban, Mazıx, Car, Axaxdərə, Abaəli, Aşağı Çardaxlar, Yuxarı Çardaxlar, Beretbinə (Zaqatala), Çökəkoba, Dardoqqaz, Göyəm, Höytala, Kebeloba, Maqov, Paşan, Fındıqlı, Vöhtala, Yolayrıc(Nuxbik) və s. kəndlərində, həmçinin Zaqatala, Balakən və Bakı şəhərlərində yaşayırlar. İslam dininə etiqad edirlər.

Saxurlar Azərbaycanın qədim xalqlarından biridir. Qafqaz Albaniyasında yaşamış "cibqi" tayfasının varisləri sayılır. Zaqatalanın Mamrux, Gözbarax, Qaxın Qum, Ləkit, Kötüklü kəndlərində qədim Alban məbədləri günümüzə qədər gəlib çatmışdır. Buda Saxurların Azərbaycanın qədim xalqı olmasını birdaha təsdiq edir. Dilləri Qafqaz dil ailəsinin Nax-Dağısdan qurupuna onuda Ləzgi yarım qrupuna daxildir. Zaqatalanın Suvagil, Dağlı Mamrux, Gözbarax, Ələsgər, Mişleş, Qaxın Qum, Kötüklü və o cümlədən Dağıstanın Leq, Saxur, Baş Muxax, Attal, Qelmes, və.s kəndlərində yaşayırlar. Özlərini öz dillərində etimaloji mənası "dağlılar" olan "Yikbı" adlandırırlar. Onlar azərbaycanlılarla qaynayıb qarışmış, Azərbaycan dilinə, mədəniyyətinə yiyələnmişlər. Saxurlar dağlıq ərazilərdə yaşadıqlarına görə maldarlıq və sənətkarlıqla məşğul olmuşlar. Onların mətbəxi müxtəlif yeməklərlə zəngindir. Xəmir xörəkləri isə onların ən çox sevdikləri yeməklərdən sayılır. Uzun əsrlər boyu azərbaycan türkləri ilə bir yerdə yaşayan saxurlar toy adətlərində də özünəməxsusluqlarını qoruyubsaxlaya bilmişlər. İslam dininə etiqad edirlər. 1992-ci ildən Azərbaycanda saxurların sosial-mədəni inkişafına, adət-ənənələri, dilinin, mədəniyyətinin təbliğinə xidmət göstərən Saxur Mədəniyyət Mərkəzi fəaliyyət göstərir.

Şahdağ xalqları

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Şahdağ xalqları

Şahdağ xalqları və ya Şahdağ milli etnik qrupuna daxil olan etnoslar Quba rayonunun Buduq, Cek, Əlik, Haput, Qrız, XınalıqYergüc kəndlərinin adlarına müvafiq olaraq buduqlular,[1] ceklilər,[2][3] əliklilər, haputlular,[4][5] qrızlılar, xınalıqlılar,[6][7] yergüclülər[8][9] adlanır. Say etibarilə az olsalar da, bu kəndlərin hərəsinin əhalisi ayrı-ayrılıqda bir etnik qrupdur[10].

Qafqaz xalqlardan biri, DağıstanAzərbaycanda yaşayırlar. Azərbaycanda əsasən Qusar, Quba, Xaçmaz rayonları ərazisində kompakt halda, eləcə də Bakı, Gəncə, SumqayıtMingəçevir şəhərlərində, Qəbələ, İsmayıllı, Oğuz, Göyçay rayonlarında yaşayırlar. Ləzgilər Azərbaycan əhalisinin 2,2%-ni təşkil edir. Onların əksəriyyəti islam dininə etiqad edir. 1993-cü ildən başlayaraq ləzgi dilində dərsliklər çap edilməyə başlanmışdır. Onlar sıx yaşadıqları Quba-Xaçmaz iqtisadi rayonunun iqtisadi inkişafında mühüm rol oynayırlar.

AzərbaycandaRusiyada etnik qrup. İslam dininə etiqad edirlər. İslam dini rutullar arasında 7-ci əsrdən etibarən, ərəblərin Qafqaza gəlişi ilə yayılmağa başlamışdır. Əsas dilləri rutul dilidir. Bununla bərabər rutullar yaşadıqları ölkələrin də dillərini çox yaxşı səviyyədə bilirlər (müvafiq olaraq azərbaycan və rus dillərini).

Azərbaycanda əsasən Şəki şəhərinin Şin və Qaynarca kəndlərində yaşayırlar. Dil etibarilə saxur dilinə yaxın dildə danışırlar. Lakin rutulların da ədəbi dili Azərbaycan dilidir.

Hazırda Azərbaycanda malakanlar, əsasən Bakı, Sumqayıt, Şamaxı, İsmayıllı, GədəbəyQubada yaşayırlar.

İlk malakan icmaları Azərbaycanda XVIII əsrin ortalarında meydana gəlmişdir. Onları bura Rusiyadan, pravoslav kilsəsinin əleyhinə çıxdıqlarına görə sürgün etmişdilər.

Azərbaycanda məşhur olan İsmayıllı rayonunun İvanovka kəndində vaxtilə Rusiyadan bu diyara köçüb gəlmiş malakanların nəslinin davamçıları yaşayır.

Əsasən Azərbaycanın QaxZaqatala rayonları ərazisində yaşayırlar. I Şah Abbasın dövründə müsəlmanlığı qəbul etmişlər. Bu qrupun nümayəndələrindən əsasən müsəlmanlar və çox az hissəsi xristianlar gürcü dilinin cənub dialektində danışırlar. Böyük Qafqaz dağlarının dağətəyi bölgəsində yaşayan ingiloyların əsas məşğuliyyət sferası tütünçülük, taxılçılıq, üzümçülük, qərzəkli meyvəçilik və heyvandarlıqdır.

Köçəri xalqlardan biri. Hind-Avropa mənşəlidirlər. Qaraçılara bütün Avrasiya materikində rast gəlinir. Azərbaycanda qaraçılar Balakən ərazisinə I Şah Abbasın köçürmə siyasəti dövründə yerli tayfaların qiyamlarının qarşısını almaq məqsədilə köçürülüblər. Əsasən Şambulbinə, Gülüzənbinə, Məlikzadə kəndlərində yaşayırlar. Balakəndəki qaraçılar farsdillidir. Bundan başqa, qaraçılar Şamaxı, Yevlax rayonlarında və Borçalıda yaşayırlar.

Qaraçılar tarixən köçəri həyat tərzi sürmüşlər. Ənənəvi olaraq atçılıqla və maldarlıqla yanaşı, həm də öz dədə-baba sənətləri olan nalbəndlik, xırda məişət avadanlıqları, kənd təsərrüfatı (torpaqda işləmək üçün) alətləri istehsalı ilə məşğul olmuşlar.

Azərbaycanda yaşayan etnik qruplardan biridir. Qədim kökləri İran və Türkiyə ərazisində məskunlaşmış aşşurlarla bağlıdır. Hal-hazırda Azərbaycanın Zaqatala zonasında kiçik bir etnik qrup kimi məskunlaşmışlar.

Dünyanın etnik xəritəsində udi (bəzi mənbələrdə udin) adlı etnos yalnız Azərbaycanın ərazisində mövcuddur. Udilər Qafqazın qədim sakinlərindəndir, dilləri Qafqaz dilləri ailəsinin ləzgi yarımqrupuna məxsus olmuş, çoxlu qədim ünsürləri qoruyub saxlaya bilmişlər. Udi dilinin əlifbası yoxdur. Azərbaycanın köklü, aborigen azsaylı xalqlarından biridir. Bu etnos qədim Qafqaz Albaniyasının Uti əyalətində, XIX əsrdə isə Nuxa (indiki Şəki rayonu) bölgəsinin bir neçə yaşayış məskənində məskunlaşmışdır. Müasir dövrdə başlıca olaraq Qəbələ rayonunun Nic kəndində və qismən də Oğuz rayon mərkəzində yaşayırlar. Qəbələ rayonlarının ərazisində (1999-cu ildə aparılmış siyahıyaalmaya əsasən 4066 nəfər) yaşamışlar. Tarixən Günəşə, Aya sitayiş edən udilər IV əsrin əvvəllərində xristianlığı qəbul etmiş və bu günə kimi dinini saxlamışlar.

Azərbaycanda yaşayan almanları ruslar 1819-cu ildə Vyutenberq krallığından köçürmüşlər. İlk dəfə Yelizavetpolda (Gəncə), sonra onun yaxınlığındakı Yelenendorfda (Göygöl), Hacıkənddə, Şəmkirdə, Bakıda vəs. ərazilərdə məskunlaşmışlar. Almanlar Azərbaycanda alman mədəniyyətini, təhsilini, həmçinin üzümçülüyü, şərabçılığı, tikinti-inşaat işlərini inkişaf etdirmişlər. Böyük Vətən müharibəsindən sonra almanların yüksək inkişafını görən Sovet imperiyası onları Sibirə və Qazaxıstana sürgün etmişdir.

XIX əsrdə Azərbaycana köçürülən rus əhalisini iki qrupa bölmək olar. Həmin əsrin 70–80-ci illərindən sonra burada məskunlaşan rusların bir qismi müflisləşmiş və yerlərdə torpaqdan məhrum olmuş kəndlilər, digər qrup isə xristian dininin müxtəlif cərəyanlarına məxsus olan təriqətçilər idi. XX əsrin 20–30-cu illərində respublikaya rusların miqrasiyası güclü olmuşdur. Onlar təsərrüfatın müxtəlif sahələrinə aid mütəxəssislərdən, alimlərdən, fəhlələrdən ibarət idi. 1989-cu ildən sonra rusların kütləvi emiqrasiyası baş vermiş, 1999-cu ilə qədər respublikada onların sayı 250 min nəfər azalmışdır.

  1. "Будухцы. www.terra.su". 2014-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-26.
  2. "Большая Энциклопедия в 62 томах: Джеки". 2012-07-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-10-26.
  3. "Джеки. www.terra.su". 2014-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-26.
  4. "Большая Энциклопедия в 62 томах: Хапутлинцы". 2011-08-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-10-26.
  5. "Хапутлинцы. www.terra.su". 2014-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-26.
  6. "Большая Энциклопедия в 62 томах: Хиналугцы". 2011-08-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-10-26.
  7. "Хиналугцы. www.terra.su". 2014-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-26.
  8. "Ергюджцы. www.terra.su". 2014-09-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-26.
  9. Большая Энциклопедия в 62 томах: Ергюджцы [ölü keçid]
  10. Öz adət-ənənələrinə sadiq buduqlular www.anl.az Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine (az.)