Ramil Famil oğlu Qasımov (13 avqust 1981[1], Kirovabad) — Azərbaycanı təmsil edən cüdoçu, 2016-ci il XV Yay Paralimpiya Oyunlarının qalibi.[2]
Ramil Qasımov | |||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|
| |||||||||||
Şəxsi məlumatlar | |||||||||||
Tam adı | Ramil Famil oğlu Qasımov | ||||||||||
Vətəndaşlığı | Azərbaycan | ||||||||||
Doğum tarixi | |||||||||||
Doğum yeri | Gəncə, Azərbaycan SSR | ||||||||||
Boyu | 170 sm. (5 ft 6 in) | ||||||||||
İdman növü | Cüdo | ||||||||||
Məşqçisi | Əli Hacıyev | ||||||||||
Medallar
|
|||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Ramil Qasımov 1981-ci il avqustun 13-də Gəncə şəhərinin anadan olub. Şəxsi məşqçisi Əli Hacıyevdir.
Ramil Qasımov üç dəfə — 2003, 2010 və 2012-ci illərdə Azərbycan Çempionatının qalibi oldu. 2007-ci ildə Tailandda baş tutan Universiada Oyunlarının da qızıl medalına sahib olan Ramil Qasımov 2007 və 2008-ci illərdə Avropa Çempionatlarını yeddinci pillədə başa vurdu.
Ramil Qasımov Azərbaycanı 2008-ci ildə Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Ramil Qasımov birinci görüşdəcə Rusiya nümayəndəsi Alim Qadanova məğlub oldu və mübarizəsini dayandırdı.[3]
Növbəti illərdə Ramil Qasımovun görmə qabiliyyətində problemlər əmələ gəldi və o, 2013-cü ildən paracüdo üzrə turnirlərdə mübarizə aparmağa başladı.
Ramil Qasımov 2015-ci ildə Odivelaş şəhərində (Portuqaliya) baş tutan Avropa Çempionatının qızıl medalına sahib oldu.[4]
Ramil Qasımov 2016-cı ildə Rio-de-Janeyro şəhərində (Braziliya)[5] baş tutan XV Yay Paralimpiya Oyunlarında mübarizə apardı. Turnirin 1/4 final mərhələsində Kuba nümayəndəsi Xerardo Rodrigeza qalib gələn Ramil Qasımov, 1/2 final mərhələsində Almaniya nümayəndəsi Niholay Kornhassa ipponla qalib gəldi və Paralimpiadanın finalı görüşünə vəsiqə qazandı. Həlledici görüşdə onun rəqibi Ukrayna nümayəndəsi Dmitri Solovey oldu. Həmin görüşdə rəqibinə ipponla qalib gələn Ramil Qasımov, XVI Yay Paralimpiya Oyunlarının qalibi oldu.[6][7]
Azərbaycan Prezidenti İlham Əliyevin 21 sentyabr 2016-cı il tarixli Sərəncamına əsasən XV Yay Paralimpiya Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Ramil Famil oğlu Qasımov "Şöhrət" ordeni[8] ilə təltif edildi.[9]
Ramil Qasımov 2017-ci ilin mayında baş tutan IV İslam Həmrəyliyi Oyunlarının qalibi oldu.
Ramil Qasımov 2021-ci il ərzində beynəlxalq turnirlərdə topladığı reytinq xalları hesabına Paralimpiya Oyunlarına vəsiqə qazandı.
2016-cı il Rio-de-Janeyro Paralimpiadasının qalibi olan amil Qasımov, Paralimpiadanın 1/8 final mərhələsində Qazaxıstan nümayəndəsi Temircan Daulet ilə üz-üzə gəlməli idi. Amma Ramil Qasımovdan COVID-19 (Koronavirus) üçün götürülən analiz nümunəsi müsbət çıxdığı üçün turnirdə mübarizə apara bilmədi.[10]