Gəmiqaya nekropolu

Gəmiqaya nekropoluOrdubad rayonunun Nəbiyurdu yaylasında arxeoloji abidə. Kiçik Qafqazın Ordubad dağlarında, Qapıcıq dağının cənub və şərq yamaclarındakı Nəbi yurdunda, Qaranquş yaylaqlarında yerləşən qayalarda çəkilmiş petroqlif-piktoqramlar, Azərbaycan mədəniyyətinin ən qədim nümunələrindən biri.[1]

Gəmiqaya nekropolu
Ölkə  Azərbaycan
Şəhər Ordubad
Yerləşir Nəbiyurdu yaylası
Aidiyyatı Dəmir dövrü
Tikilmə tarixi 4-1-ci minilliklər
Üslubu arxeoloji abidə
KateqoriyaYaşayış yeri, Nekropol
ƏhəmiyyətiÖlkə əhəmiyyətli
Gəmiqaya nekropolu (Azərbaycan)
Gəmiqaya nekropolu

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Burada qəbirlər daş qutu tiplidir. Tədqiqat zamanı dağıdılmış qəbirlərin birindən isə Kür-Araz mədəniyyətinə aid keramika parçaları tapılmışdır. Araşdırmalar zamanı nekropolda həmçinin dəmir dövrünə aid qəbirlər aşkar olmuşdur. Dəmir dövrünə aid olan qəbir abidəsi qaya parçalarından dördkünc formada hazırlanmış, üzəri ağır sal daşlarla qapadılmışdır. Qəbirin içərisinə şimal tərəfdə yerləşən ensiz dromoslardan girilir. Qəbirin sağ divarında bir üçbucaq şəkilli taxça vardır. Abidə kanal qazılarkən dağıntıya uğramışdır və talan edildiyindən maddi-mədəniyyət nümunələri aşkar olunmamışdır. Nekropol tikinti texnikasına və quruluşuna görə onu eradan əvvəl 4-1-ci minilliklərə aid edilir.[2]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]