Georgi Qurciyev (13 yanvar 1866, 1872 və ya 27 dekabr 1877, Gümrü[3] – 29 oktyabr 1949[1][2][…], Nöyi-sür-Sen) - XX əsrin birinci yarısında məşhur olmuş olan ruhani müəllim, quru və yazıçıdır.[4] O, Qafqazda dünyaya gəlsə də, uşaqlığı Qarsda keçmişdir. O, "insan həyatının məqsədi nədir?" sualına cavab tapmaq istəmiş və axtardığı sualın cavabını yalnız qədim adət-ənənələrdə tapacağını düşünərək həqiqətə çatmaq üçün təxminən iyirmi ilə yaxın bir müddət ərzində Hindistan, Tibet, Mərkəzi Asiya, Anadolu və Misiri gəzmişdir. O, faqirlərdən (bədənə nəzarətə diqqət yetirənlər), rahiblərdən (emosiyalara nəzarətə diqqət yetirənlər) və yoqilərdən (zehni idarə etməyə diqqət yetirənlər) təsirlənmiş, lakin səyahətinin sonunda Dördüncü Yol adlı özünəməxsus bir təlim yaratmışdır. Dördüncü yolun digər üç yoldan əsas fərqi ondan ibarət idi ki, o, gündəlik həyatda tətbiq oluna bilərdi və bədən, hisslər və ağıl arasında tarazlığın yaradılmasına əsaslanırdı. O, insanların hipnoz vəziyyətinə oxşar olan bir yuxu vəziyyətində olduqlarını və onun Dördüncü Yolunun insanları bu vəziyyətdən xilas edib, şüur səviyyəsini tam qaldıracağını müdafiə etmişdir. O, ömrünün sonuna kimi bu təlimini qərb dünyasında tanıtdırmaq üçün çalışmışdır.
Georgi Qurciyev | |
---|---|
erm. Գեորգի Իվանովիչ Գյուրջիև yun. Γεώργιος Γεωργιάδης | |
Doğum tarixi | 13 yanvar 1866, 1872 və ya 27 dekabr 1877 |
Doğum yeri | |
Vəfat tarixi | 29 oktyabr 1949[1][2][…] |
Vəfat yeri | |
Vəfat səbəbi | qaraciyər xərçəngi |
Əsas maraqları | fəlsəfə, Mistisizm |
Sayt | institut-gurdjieff.com |
Vikianbarda əlaqəli mediafayllar |
Qurciyev XIX əsrin son rübündə Rusiya imperiyasının Aleksandropol şəhərində (indiki Ermənistanın Gümrü şəhəri) anadan olmuşdur. Atası yunan, anası isə erməni mənşəlidir. Onun dünyaya gəldiyi tarix dəqiq olaraq məlum deyildir. Uşaqlığı Qars şəhərində keçmişdir. Qarsda o dövrlərdə türk, erməni, rus və yezidi mədəniyyətləri iç-içə idi. Qurciyevə ilk təsir edənlər dülgər və ozan olan atası və eyni zamanda da keşiş Din Borş olmuşdur. Bu illərdə o, rus dilində yazılmış olan elmi əsərlər ilə maraqlanmışdır. Lakin izah edə bilmədiyi bəzi hadisələrin şahidi olduğu üçün elmdə və xalq dinində tapıla bilinməyən gizli bir həqiqətin mövcud olması fikri onda formalaşmışdır.
1912-ci ildə Rusiyada görünənə qədər Qurciyevin həqiqət axtarışı onu gənc yaşlarından etibarən Mərkəzi Asiyaya, həmçinin də Misirə, Hindistana, Tibetə və Romaya səyahət etməyə vadar etmişdir. O, açıq şəkildə ifadə etməsə də, bu təlimin mənbələri ilə həyatının bu mərhələsində tanış olmuşdur. Bu səyahətləri haqqında ən mühüm mənbə isə “Əhəmiyyətli insanlarla görüşlər” (Meetings with Remarkable Men) kitabıdır. Ancaq bu kitabının nə qədər hissəsinin avtobioqrafiya, nə qədər hissəsinin isə simvolika və uydurma olduğu müzakirə mövzusudur. “Əhəmiyyətli insanlarla görüşlər” kitabının hər bir fəsli ayrıca olaraq bir “Əhəmiyyətli insan”a həsr olunmuşdur və bu insanlar da öz növbəsində “Həqiqət axtaran” cəmiyyətin bir üzvüdür. Bu kitabda o, həm də Buxarada dostu dərviş Boqqa Eddin vasitəsilə “Sarman qardaşlığı” (Sarmoung Brotherhood) ilə olan görüşünü təsvir etmişdir. Qurciyev bu qardaşlığı qədim Şumerlərdən və Qədim Misirdən gələn ezoterik bilikləri mühafizə edib saxlayan və lazımi insanlarla paylaşan bir məktəb kimi xarakterizə etmişdir. Ancaq Orhus Universitetinin Ərəb və İslam Tədqiqatları Departamentindən olan tarixçi Mark Sedgwick bu qardaşlığın tamamilə uydurma olduğunu iddia etmişdir.
Qurciyevin Rusiyada göründüyü 1913-cü ildən etibarən 1949-cu ildəki vəfatına qədərki fəaliyyəti haqqında çox sayda mənbələr və şahidlər mövcuddur. Qurciyevin ilk tələbələri onun əmisi oğlu və eyni zamanda da heykəltəraş olan Sergey Merkurov və Raxmilieviç olmuşdur. O həmçinin də, elə həmin il Sankt-Peterburqda Polşa əsilli Julia Ostrowska ilə ailə həyatı qurmuşdur. 1914-cü ildə hazırlamış olduğu "Sehrbazın mübarizəsi" adlı balet tamaşası üçün reklam vermiş və eyni zamanda da tələbələrinin "Həqiqətin bir anlıq görüntüləri" adlı qaralama mətnlər yazmasına nəzarət etmişdir.
1915-ci ildə Qurciyev P. D.Ouspenskini, həmçinin də 1916-cı ildə bəstəkar Tomas de Hartman və onun həyat yoldaşı olan Olqanı öz tələbələri kimi qəbul etmişdir. Bu illər ərzində onun 30-a yaxın tələbəsi olmuşdur. Ouspenski Qurciyevin tələbəsi olmamışdan əvvəl də sirli mövzularda yazıçı kimi şöhrət qazanmışdır; eyni zamanda Ouspenski də Şərqdə müdriklik axtarışında olsa da, heç bir nəticə əldə edə bilməmişdir.
Qurciyevin bu illərdə irəli sürmüş olduğu Dördüncü Yol “sistemi” mürəkkəb, metafizik, bəzən də elmi terminologiya ilə izah olunurdu. Qurciyevin “Dördüncü yol” ideyalarının çoxusu, xüsusən də Ouspenskinin kitabları vasitəsilə bizə gəlib çatmışdır. Buradan da belə çıxır ki, bu fikirləri bu illərdə Qurciyev öz tələbələri ilə bölüşmüş, lakin bunun haqqında uzun müddət ərzində heç kimə yazmağa imkan verməmişdir.
Qurciyev 1917-ci ildə baş vermiş olan Rusiyadakı bolşevik inqilabının ortasında Petroqradı Gümrüdəki ailəsinin yanına qayıtmaq üçün tərk etmişdir. Bolşevik inqilabı davam edərkən o, əvvəlcə Qafqazın Essentuki şəhərində, daha sonralar isə Rusiyanın cənubunda Qara dəniz sahillərindəki Tuapse, Maykop (Maikop), Soçi (Sochi) və Poti şəhərlərində müvəqqəti təhsil icmaları yaratmış və bir çox rus tələbələrinə intensiv şəkildə mühazirələrini oxumuşdur. 1918-ci ilin mart ayında Ouspenski Qurciyevi tərk edərək İngiltərədə məskunlaşmışdır və burada Dördüncü Yol haqqında dərslər deməyə başlamışdır. Qurciyev və Ouspenski arasındakı bu ziddiyyətlər ilə dolu münasibətlər onilliklər ərzində davam etmişdir. Bu ayrılığın təfərrüatları və onların yenidən əməkdaşlıqları haqqında Ouspenskinin bəzi kitablarında məlumatlar tapmaq mümkündür. Ümumiyyətlə bu mövzu haqqında xüsusi kitablar yazılmışdır.
Dörd aydan sonra Qurciyevin böyük bacısı və bacısının ailəsi Essentukiyə qaçqın kimi gəlmişdirlər və Qurciyev atasının mayın 15-də Gümrüdə öldürüldüyünü öyrənmişdir. Essentukidə vətəndaş müharibəsinin fəsadları artdıqca, Qurciyev qəzetdə bir hekayə uydurmuş və tezliklə "İnduc dağına" "elmi ekspedisiya" üçün gedəcəyini elan etmişdir. Qurciyev özünü alim kimi göstərərək Essentukidən on dörd yoldaşı ilə ayrılmışdır - Ouspenski ilə Qurciyevin ailəsi isə Essentukidə qalmışdılar.1919-cu ilin payızında Qurciyev rəssam Aleksandr de Salzman və onun həyat yoldaşı olan Jeanne de Salzman ilə tanış olmuş və onları tələbəsi kimi qəbul etmişdir. Jeanne de Salzmannın töhfələri ilə Qurciyev "Müqəddəs Rəqslər"in ilk ictimai tamaşasını səhnələşdirmişdir.
1919-cu ilin payızında Qurciyev və yaxın tələbələri Tiflisə (Tbilisi) gəlirlər və doktor Leonid Styoernval, Tomas və Olqa de Hartmann, Aleksandr və Jeanne Salzmann və həyat yoldaşı Julia Ostrowska ilə bərabər burada "İnsanın Harmonik İnkişafı İnstitutu"nu təsis edirlər. Qurciyev bütün diqqətini hələ tamaşaya qoyulmamış olan özünün “Sehrbazların mübarizəsi” adlı balet tamaşasına yönəltmişdir: baletin musiqisi üzərində Tomas de Hartman, balet rəqsləri üzərində isə Olqa İvanovna Hinzenberq işləyirdilər. Gürcüstandakı siyasi vəziyyət dəyişdikdən sonra 1920-ci il may ayının sonlarında əvvəlcə Batumiyə (Batumi), oradan da İstanbula (Konstantinapol) gəldilər.
Qurciyev Perada Kumbaracı küçəsindəki mənzildə qalmışdır; Daha sonra Qalata qülləsi yaxınlığındakı Əbdüllətif Yemeneci küçəsinə köçmüşdür. Qaldığı mənzil Qalata Mövləvi Evinə çox yaxın idi və burada Qurciyev, Ouspenski və Tomas de Hartman dərvişlərin səma mərasimlərinin şahidi olmuşdurlar. Məhz burada Qurciyev gələcəkdə tələbəsi olacaq, o zaman isə İstanbulda Britaniya Hərbi Kəşfiyyatının rəhbəri olan kapitan Con G. Bennet ilə də tanış olmuşdur.
1921-ci ilin avqust ayında və 1922-ci ildə Qurciyev Qərbi Avropaya səyahət edir; Berlin və London kimi bir çox şəhərlərdə öz işini nümayiş etdirmiş və mühazirələr oxumuşdur. Britaniya vətəndaşlığını əldə edə bilməyən Qurciyev Parisin cənubundakı Fontainebleau-Avondakı Prieuré des Basses Logesdə "İnsanın Harmonik İnkişafı İnstitutu"nu təsis etmişdir.
Bir vaxtlar məftunedici olan, lakin o dövrlərdə bərbad vəziyyətdə olan bu malikanə yeni işlərin mərkəzinə çevrilmişdir. C.S. Nott, René Zuber, Margaret Anderson və onun mühafizəçisi Fritz Peters bu zaman onun mühazirələrində iştirak edən tələbələrdən bəziləri idilər. Bu dövrdə Qurciyevin təlimlərində iştirak edənlər əsasən orta təbəqəyə mənsub olan ziyalılar idilər. Qurciyev insanın fiziki, emosional və əqli cəhətdən inkişaf etməli olduğunu bildirdiyi öz doktrinasını, dərslər, musiqi, rəqs və fiziki işin vəhdəti ilə nümayiş etdirirdi. Köhnə tələbələri bunun Rusiyada öyrəndikləri mürəkkəb metafizik sistemdən tamamilə fərqli olduğunu qeyd etmişdirlər. Fiziki çətinliklərlə bərabər, Qurciyevin tələbələrinə münasibəti də bəzən qəddar ola bilirdi.
1924-cü ildən Qurciyev Şimali Amerikaya səfərlər edilmişdir və əvvəllər A.R. O, Oragenin tələbələri olmuş şəxsləri qəbul etmişdir. 1924-cü ildə Parisdən Fontenbleoya gedərkən ölümcül bir yol qəzası keçirmişdir. Ona həyat yoldaşı və anası baxmışdır və tibbi gözləntilərin əksinə olaraq, yavaş-yavaş və ağrılar ilə dolu bir sağalma müddəti keçirmişdir. O, hələ sağalarkən, 26 avqust 1924-cü ildə İnstitutunu başlamışdır - bununla da müəyyən mənada, sadəcə olaraq özünü daha az bu işə həsr etmiş olan tələbələrinin uzaqlaşmasına şərait yaratmışdır.
Sağaldıqdan sonra o, “Beelzebub nağılları”nı yazmağa başlamışdır: “Hamısı və hər şey” adlı birinci hissə erməni və rus dillərinin qarışığında yazılmışdır. Bu kitab bilərəkdən qaranlıq və üstüörtülü formada yazılmış və bununla da oxucunu kitabın əsl mənasını tapmaq üçün “fikirləşməyə” məcbur edir. Eyni zamanda onun prinsiplərinə görə daha çox konsentrasiyanın lazım olması üçün kitabı səs-küylü kafelərdə yazmışdır.
1925-ci ildə Qurciyevin anası vəfat edir. Elə həmin il arvadı Xərçəng xəstəliyinə tutulur və 1926-cı ilin iyununda Qurciyevin xoş niyyətli, lakin tibbi cəhətdən əsassız olan müalicəsi nəticəsində dünyasını dəyişir. Ouspenski də dəfn mərasimində iştirak edir.
Amerikaya səfərləri zamanı Qurciyev təlimləri üçün pul yığmışdır. Bu ziyarətləri zamanı Qurciyevin narahatedici və açıq-aşkar formada pul tələblərinə görə bir çox insan onun təlimlərindən uzaqlaşmışdır. Qurciyevin yanaşmasını sufilərin məlami təriqətinin əməlləri ilə müqayisə edənlər də olmuşdur.
Pul yığmaq cəhdlərinə baxmayaraq, Prieuré tədqiqatları maliyyə çətinlikləri ilə üzləşmiş və 1932-ci ildə başa çatmışdır. Qurciyev yeni pedaqoji qrupunu Parisdə yığmışdır. İp (The Rope) kimi tanınan bu işçi qrupunun böyük əksəriyyəti daha çox qadın yazıçılardan ibarət idi. Bu işçi qrupun üzvləri Kathryn Hulme, Jane Heap, Margaret Anderson və Enrico Carusonun dul arvadı Doroti idi. 1935-ci ildə Qurciyev "Hamısı və hər şey" üzərində işləməyi dayandırır. Planlaşdırılan trilogiyanın ilk iki hissəsini tamamladıqdan sonra və Üçüncü Seriyaya başlayır. Bu kitab daha sonralar “Həyat yalnız mən olduğum zaman realdır” (Life Is Real Only Then, When 'I Am') başlığı ilə nəşr olunmuşdur. 1937-ci ildə qardaşı Dmitri ölür və bununla da İp işi dağılır.
Qurciyevin Parisdə qaldığı mənzil çox kiçik olsa da, o, İkinci Dünya müharibəsi illərində də tələbə qruplarına mühazirələr oxumağa davam edirdi. Qurciyev bu illər ərzində fiziki cəhətdən xeyli dəyişmiş, kökəlmişdi. Onun təlimi ilkin "sistemdən" tamamilə fərqli olmuş və atalar sözləri, zarafatlar və şəxsi qarşılıqlı əlaqələrə əsaslanmağa başlamışdır. Bununla belə, yenə də tələbələrdən Qurciyevin şah əsəri olan “Beelzebubun nağılları”nı əgər mümkündürsə üç dəfə oxumaq tələb olunurdu. Bu dövrdə onun şəxsi fikri olan şərq xalça və kilimlərinin ticarəti müharibənin ağır şəraitində təkcə özünü deyil, qonşularını da dolandırırdı.
Müharibədən sonrakı illərdə Qurciyev keçmiş tələbələri ilə yenidən əlaqələr yaratmaq istəmişdir. Ouspenski bu işdə tərəddüd edirdi; lakin 1947-ci ilin oktyabrında Ouspenskinin ölümündən sonra Ouspenskinin dul arvadı qalan tələbələrə Parisdə Qurciyevi görməyi təklif etmişdir. J.G. Bennet də Qurciyevi ziyarət edənlər arasında olmuşdur.
1948-ci ildə Qurciyev ikinci dəfə avtomobil qəzasına düşür və yenə də gözlənilmədən sağalır. Sağaldıqdan sonra Qurciyev “Beelzebub nağılları”nın rəsmi nəşri üçün son planlarının üstündə işləyirdi.
Qurciyev 1949-cu il oktyabrın 29-da Fransanın Neuilly-sur-Seine şəhərindəki Amerika xəstəxanasında vəfat etmiş və Fontenblo-Avon qəbiristanlığında dəfn edilmişdir.