Harri Ceyms Potter (ing. Harry James Potter 31 iyul 1980) — ədəbi personaj, ingilis yazıçı Coan Roulinq tərəfindən yazılmış romanlar seriyasının baş qəhrəmanı, sehrbaz. Öz dünyada o, qüdrətli qara cadugər Lord Voldemorta qalib gələn yeganə sehrbaz kimi tanınır. Personaj dünyada böyük məşhurluq qazandı[1].
Harri Potter | |
---|---|
ing. Harry Potter Harri Potter obrazı | |
Yaradan | Coan Roulinq |
Canlandıran | Deniel Redkliff |
Məlumat | |
Tam adı | Harri Ceyms Potter |
Təxəllüslər |
Xilas olan oğlan, Seçilmiş adam |
Cinsi | Kişi |
Peşə | Sehrbazlıq |
Ailə |
ata: Ceyms Potter ana: Lili Potter |
Həyat yoldaşı | |
Uşaqlar |
Ceyms Sirius Potter Albus Severus Potter Lili Luna Potter |
Qohumlar | Petunya Dursli (xalası), Vernon Dursli (xalasının həyat yoldaşı), Dadli Dursli (xalası oğlu) |
Milliyyəti | İngilis |
Harri obrazı ilk dəfə "Harri Potter və Fəlsəfə Daşı" romanında (ABŞ-da "Harri Potter və Sehrbaz Daşı" adıyla nəşr olunub) görünüb. 1981-ci ildə Harrinin bir yaşı olduqda onun valideynləri Ceyms və Lili Potterlər güclü və qara cadugər Lord Voldemort tərəfindən (romanlarda adətən "Sən bilirsən kimdi" və ya "Adını çəkmək lazım olmayan" adlandırılır) öldürülür. Cadugər Harrini də öldürməyə çalışır, lakin yalnız Harrinin alnında cızıq qoya bilir, özü isə zəifləyərək yoxa çıxır. Harri sonradan öyrənir ki, onu qoruyan anasının qədim misir qoruyucu cadusu və sevigisi olub.[2]
Həmin ərəfədə Roulinqin anası vəfat edir və yazıçı şəxsi hisslərini yetim Harri obrazını yaradarkən istifadə edir. Harri on bir yaşına kimi sehrbaz olduğunu bilmir və xalasının ailəsi ilə birgə yaşayır. Durslilər ona uşaqdan daha çox qul kimi yanaşırlar. On bir yaşı olduqda Harriyə Hoqvartsdan məktub gəlir və Haqrit onun arxasınca gələrək Harrini Hoqvartsa aparır. Burada Harri sehrbazlar aləmi, valideynləri və Lord Voldemortla olan əlaqəsi haqqında öyrənir. Məktəbdə fakultələrə bölünmə zamanı Harri Qriffindor fakultəsinə düşür və Ron Uizli və Hermiona Qreyncerlə dostlaşır. Üç dost birlikdə Lord Voldemortun Fəlsəfə Daşını oğurlamasına mane olurlar. Məktəbdə Harri həm də məşhur cadugər ailəsindən olan Drako Malfoyla mənfi münasibətlər qurur. Həmçinin Drakonun təhsil aldığı Sliterin fakultəsinin dekanı Professor Severus Sneyplə ehtiyatlı davranır. 1999-cu ildə verdiyi müsahibəsində Roulinq qeyd edirdi ki, Drako obrazının prototipi xuliqan məktəblilər[3], Sneyp obrazının prototipi isə sadistik müəllimlərdir.[3]
Roulinq qeyd edir ki, "Arzu güzgüsü" ilə bağlı səhnələr onun bu romanda ən sevimli səhnələridir; Harrinin ölmüş valideynlərini görmək üçün etdiyi riskli hərəkətlər dərin hisli yük daşıyır. Yazıçının sevdiyi gülməli səhnə isə Harrinin zooparkda pulsuz şəkər almasıdır.[3]
İkinci kitab olan "Harri Potter və Sirlər Otağı" romanında Harri yenidən Lord Voldemortla mübarizə aparmalı olur. Onun gündəliyi Ron Uizlinin kiçik bacısı Cinni Uizlinin əlinə keçir və gündəlikdəki gənclik xatirəsi olan Tom Marvolo Ridl vasitəsiylə Voldemort Cinniyə təsir edir. Hoqvartsda bir-birinin ardınca maql valideynləri olan tələbələrə hücumlar olunur. Bundan sonra Harri Qriffindor fakultəsinə təyin edilməsi ilə bağlı şübhə etməyə başlayır. Həmçinin Harri Lord Voldemort kimi İlan dilində danışa bildiyini də kəşf edir. Bir müddət sonra Cinni yoxa çıxır. Slizerinin varisinin peyda olması və Sirlər otağını açması haqqında məlumat hər yerə yayılır və Sehr Nazirliyinin Hoqvartsı bağlamaq təhlükəsi yaranır. Harri Sirlər otağına gedən yolu tapır və Cinnini xilas edə bilmək üçün ora gedir. Dambldor kömək üçün simurq quşunu və seçici papaq vasitəsiylə Qodrik Qriffindorun qılıncını göndərir. Sirlər otağında Harri qədim bədheybət olan Vasilisklə mübarizə aparmalı olur, daha sonra isə gündəliyi məhv edərək Tom Ridlin xatirəsini də məhv edir və Cinni xilas olunur.
"Harri Potter və Azkaban Məhbusu" romanında Roulinq zaman səhayəti ideyasından istifadə etmişdir. Harri valideynlərinin Lord Voldemortun əlinə keçməsinə onların dostu olmuş Piter Pettiqryu adlı bir cadugərin günahkar olduğunu, onun satqınlığı nəticəsində xaç atası Sirius Blekin cadugər həbsxanası olan Azkabana salındığını öyrənir. Sirius Harrini tapmaq üçün qaçdıqda, Harri və Hermiona onu və Bakbek adlı hippoqrifi xilas etmək üçün Zaman Çeviricisindən istifadə edirlər. Pettiqryunun qaçmasından sonra günahsız Sirius yenidən həqiqəti sübut edə bilmir. Harri güclü Patronus cadusu yaratmağı öyrənir.
"Harri Potter və Alov Kuboku" romanında 3 sehrbaz turnir keçirilir. Harrinin yaşı düşmədiyi üçün adını yazıb atmağa heç çalışmasada müəyyən səbəbdən harrinində adı seçildi. Məktəbdə ilk gündə yeni Qaranlıq Sənətlərə qarşı Müdafiə müəllimi olan təqaüdçü seherbaz (Qara cadugər tutan) Dəligöz ləqəbli Alastır Mudi`nin görür. Həmdə tunirə seçildiyini öyrənir. Mudi gizlidən gizliyə Harriyə köməkçi olmaqdadır. Harri son vəzifəni Sedrik Diqori ilə birlikdə açara yapışaraq bitirmişdir. Lakin açar onları bilmədikləri bir qəbiristanlığa aparmışdır. Qəbiristanlıqda Qılquyruq(bildyimiz Piter Petiqryu) ilə qarşılaşırlar. Lord Voldemort, Qılquyruq'un qucağında dayanmaqdadır. Voldemortun əmri ilə Qılquyruq Sedrik'i Avada Kedavra lənəti ilə öldürür. Harry-nin təsirsiz hala gətirib caduyla Lord Voldemortun bədəninə qovuşdurur. Harry ilə Lord Voldemort kiçik bir qarşılaşma yaşayırlar. Harri möcüzə bir şəkildə oradan xilas olar və Sedrik'in də ölü bədənini alaraq açarla Hogwarts'a geri dönər. Geri döndüyündə məktəbdə böyük bir qarışıqlıq yaşanır. O sırada Mudi Harrini otağına götürür, Voldemort ilə əlaqədar suallar soruşar və Voldemortun geri döndüyünü anladıqdan sonra Harrini öldürməyə çalışır.Harri Mudi`nin əslində gerçək Mudi olmadığını və bir Ölüm Yeyən olduğunu öyrənmişdir. Harry-nin öldürməyə çalışan Ölüm yeyənin Dambldor dayandırar, Severus Sneyp'in köməkliyi ilə ona veritaserum(Doğruluq Serumu) verirlər. Və Mudi əslində Bartemis Krauç Jr. çıxır. Voldemort'tan qorxan Sehr Nazirliyi Voldemortun geri döndüyündə şahid olan Harry Potter'a qətiyyən inanmır. Səbəbləri isə kiçik bir uşağa kim inansın idi.
==Harri Potter və Simrunq ordeni== Bildiyiniz kimi Hələ Harry Potter 4 Alov Kubokunda Lord Woldemort geri dönmüşdü. Simurq Ordeni romanında isə Lord Woldemort yarımçıq qalan işini həll etmək istəyirdi.Amma professor Dambuldorun sayəsində bunu edə bilmədi. Bu romanda Harrinin ikinci atası Seroius Blake Woldemortun adamları tərəfindən öldürülür.Romanın sonunda Dambuldor öz işinə qayıdır.
Hoqvartsın yeni ili başladı. Yeni sehr müəllimi məktəbə qayıdır. Harri onunla arasını yaxşı tutaraq Voldemort haqqında məlumat almaq istəyirdi. Çünki Voldemort (tom ridl) onun ən yaxşı tələbəsi olub. Eyni zamanda Draco Malfoyda Voldemortun dəstəsinə üzv olur və Sneyp yaxınları arasında Malfoyu qoruyacağına pozulmaz and içir. Harri kitabxanada bir kitab tapır. Kitabın üzərində Mələz Şahzadə yazılmışdı. Harri bu kitaba çox bağlanır və Harri öyrənirki Voldemort ruhunu müəyyən hissələrə bölən qanunsuz sehrdən istifadə edib. Artıq Harrinin məqsədi Voldemortun ruhlarını tapıp məhv etmək idi. Bu yola Dambldor ilə başladı. uğurla başa çatan səyahət bitti və hoqvartsa geri döndülər. Malfoy Dambldorun qarşısına keçərək onu öldürməli idi. Lakin bunu istəmirdi. Ama məcbur idi. Harri bunu görüb yardıma gəlirdi ancaq Sneyp qarşısını kəsdi. Sneyp Malfoyun çətinlik çəkdiyini görüb Dambldoru Avada kedrava Lənəti ilə öldürdü. Buna şahid olan Harri dəliyə döndü. Sneypin arxası ilə gedti. Mələz Şahzadənin kitabından öyrəndiyi Septum-Septra sehrini Sneypə etdi. Ancaq Sneyp anlayıb qırağa çəkildi. Sehr heç kəsə dəyməyərək boşa getdi. Sonra Sneyp Harriyə yaxınlaşaraq onu itələdi. Yerə yıxilan Harriyə pıçildayaraq dedi: Mənim yaratdığım sehr mənə edirsən? Mələz Şahzadə MƏNƏM…
Hoqvarts savaşı gerçəkləşir. Voldemortun hortkuluqlarının hamısı yox olunduqdan sonra Harri voldemortu öldürür. Fred uizli, Yenicə ailə qurmuş və Tedi Lupin adı verilmiş övladları olan Tonks və Remus, Lavander Braun və bu kimi karakterlər həyatını itirir.Bu romanın sonunda o, dostu Ron Uizlinin bacısı Cinni Uizli ilə evlənir və onların 3 övladı-Ceyms Sirius, Lili Luna və Albus Severus Potterlər dünyaya gəlir. Hermiona Qreyncer və Ron Uizli evlənir, Roz Və Hüqo adında 2 övladı dünyaya gəlir
Hoqvartsı bitirdikdən sonra. Hermiona Qreyncer ilə Sehr Nazirliyində işləməyə başlayır.