Şah Sultan (I Səlimin qızı)

Şah Sultan və ya Şahı-Huban (1507, Manisa1572, Konstantinopol) — I Səlim və Ayşə Hafsa Sultan qızı,[1] Qanuni Sultan Süleymanın bacısıdır. Uşaqlığını böyük qardaşı Süleyman ilə birlikdə Manisada keçirmişdir.

Şah Sultan
شاه سلطان
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Manisa, Osmanlı imperiyası
Vəfat tarixi
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti siyasətçi
Atası I Səlim
Anası Ayşe Hafsa Sultan
Həyat yoldaşı Çələbi Lütfi Paşa
Uşaqları Əsməhan Baharnaz Sultan, Nəslihan Sultan
Ailəsi Osmanlı xanədanı
Dini islam

Şah Sultan sonradan 1539-cu ildə sədrəzəmlik vəzifəsinə gələn Lütfi Paşa ilə 1523-cü ildə evlənmişdir. Əri Lütfi Paşanın çox sərt və qatı ürəkli bir adam olduğu ifadə edilməkdədir. Yola getmədikləri üçün 1541-ci ildə boşanmış nəticədə əri sədrəzəmlik vəzifəsini itirmişdir.[2] 19 il davam edən bu evlilikdən Əsməhan Baharnaz Sultan və Nəslihan Sultan adında iki qız uşaqları dünyaya gəlmişdir.

Dinə bağlılığı və vəfatı

[redaktə | mənbəni redaktə et]

Şah Sultanın Sümbüli təriqətinə mənsub olduğu və Qoca Mustafa Paşa Sümbüliyə zaviyəsinin Şeyxi Mərkəz Musa Müslihiddin Əl-Gərmiyaniyə mənsub olduğu məlumdur. Kimi qaynaqlarda da onun həm Mövləvi, həm də Mərkəz Əfəndinin müridəsi olduğu deyilməkdədir.[3][4] 1572-ci ildə vəfat etmişdir. 1556-cı ildə Memar Sinan tərəfindən tikilən Şah Sultan Məscidi onun adına tikilən əhəmiyyətli əsərlərdən biridir.[5]

Populyar mədəniyyətdə yeri

[redaktə | mənbəni redaktə et]

2003 istehsalı Xürrəm Sultan serialında Yeliz Doğramacılar tərəfindən, 2011 istehsalı Möhtəşəm əsr serialında isə Dəniz Çakır tərəfindən canlandırılmışdır.

  1. The Imperial House of Osman — 4
  2. "Arxivlənmiş surət". 2013-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-14.
  3. "Arxivlənmiş surət". 2013-03-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-04-14.
  4. "Arxivlənmiş surət". 2013-12-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-14.
  5. "Arxivlənmiş surət". 2014-07-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-04-14.