Müqəddəs Yelisey adına Cotari Kilsəsi (udi Ĭvĕl Yeliseyi s'iyen C'otari Gergeś) — Azərbaycanda kilsə.
Müqəddəs Yelisey Kilsəsi | |
---|---|
40°56′50″ şm. e. 47°40′00″ ş. u. | |
Ölkə | Azərbaycan |
Şəhər | Qəbələ |
Yerləşir | Nic |
Aidiyyatı | Alban-udi xristian icması |
Tikilmə tarixi | 1823 |
Uzunluğu |
|
Eni | 11,17 m |
|
Məbəd Qəbələ rayonunun Nic qəsəbəsində yerləşir. Məbəd binası yerli daşlardan dördkünc planda inşa edilib və kiçik zəng qülləsi də var. 2006-cı ildə əsaslı bərpa olunmuş və Alban-Udi Xristian İcmasının istifadəsinə verilmişdir.[1]
Yerində əvvəllər Müqəddəs Yeliseyin şagirdi olan şəhid Vlasın qəbri və eyniadlı kapella yerləşirdi. 1823-cü ildə həmin kapella Astvatzatur Cotaniants adlı bir udi rahib tərəfindən sökülmüş və Mesrop Maştots tərəfindən yerləşdirilmiş iki mis xaç tapılmışdı.[2] 1879-cu ildə kilsə yerli camaat tərəfindən 1000 rubla təmir edilmişdir.[3] Restavrasiyadan əvvəl kilsədə 3 ermənicə yazı mövcud idi.
Erməni Qriqorian kilsəsinin arxivlərinə əsasən, kilsədəki bəzi keşişlər siyahıya alınmışdır:
Udilərin Erməni kilsəsi tərəfindən assimilyasiyaya məruz qalması o dövrdə yerli xalqın narazıçılığına səbəb olurdu. Ermənistan Milli Arxivində bu barədə məlumatlar öz əksini tapıb:
...onlar 1818-ci ildə arxiyepiskop Hovaness Karbetsinin qeyri-qanuni tələblərinə dözməyərək Gürcü kilsəsinə tabe olan udilərdir. Bu xalq yenə eynisini edə bilər, onların istəyini yerinə yetirməliyik. Arxiyepiskop Sargisin Sinoda məktubu[6]
|
Biz, Udilər, çox yaxşı bilirik ki, ermənilər üçün önəmsizik... Biz həmişə Erməni camaatının lazımsız, çürümüş, kompromisə gedən elementi kimi bilinmişik. Buna görə də, özümüzü bu vəzifələrdən azad hesab edirik: qoy Müqəddəs Zatı-Aliləri bilsin ki, bizim müqaviləmiz artıq gözardı edilir və biz keşişi özümüzdən olan Rus kilsəsinə qoşulmağa hazırıq. Zatı-Müqəddəsləri istəyir inansın, istəyir inanmasın. Müqəddəs Zatı-Aliləri, xahiş edirik, bizə kömək edin və öz mənəvi çobanımız olaraq seçdiyimiz Sekston Qalust Stepanyan Palçiantsı bizə təyin edin ki, bu istəyimizdən bizi daşındırasınız Udi xalqının Erməni kilsəsinə ərizəsi[7]
|
...bizim ən böyük istəyimiz odur ki, keşişimiz öz xalqımızdan olsun; çünki biz Aydınladan Müqəddəs Qriqorinin kilsəsində olsaq belə bizim dilimiz fərqlidir: biz Udiyik və Nic və Vartaşendən başqa heç yerdə yaşamırıq. Bizim erməni dili haqda ən kiçik bir fikrimiz yoxdur, nə də Müqəddəs Kitabı başa düşürük... Udi xalqının Erməni kilsəsinə ərizəsi[8]
|
Erməni kilsəsinin siyasətinin qarşısını alan əsas problem dil barieri idi. Lakin görünür, Nic kəndində yaşayan ermənilər belə öz dillərini unudub yerli xalqın arasında assimilyasiyaya uğrayırdılar:
Nic kəndindəki ermənilərdən ermənicə bilməyənlər bir-birləriylə ya Türkcə ya da Udi dilində danışırlar. Hətta yerli ruhanilər belə ermənicə problemi ilə başa çıxa bilmirlər. Məsihin qanı hesabına qazandığımız sürümüzü qoruyub saxlaya bilmək, bu aşağılayıcı vəziyyətdən çıxarda bilmək və ana dili ilə kilsəmizdəki dini ayinlərdə iştirak edə bilmələri üçün onların övladlarına ermənicə öyrədə biləcək müəllim təşkil etməyi lazım bilirik. Erməni kilsəsi sənədləri, 1854 [9]
|
Nəhayət 1870-ci ildə oğlanlar üçün kilsə məktəbi açılır. Bəzi mənbələrdə isə bu tarix 1876 və 1879-cu illər kimi göstərilir. 1882-ci ildə yaradılmış yeni məktəb 1886-cı ilə qədər fəaliyyətdə olub. 1886-cı ildə Müqəddəs Meşrob məktəbində 70 Udi, 12 Erməni gənci təhsil alırdı. 1892-ci ildə baş verən yanğında məktəb ciddi zərər görmüşdü. Məktəb 1945-ci ilədək fəaliyyətdə olub və bir müddət sonra azərbaycandilli məktəb ilə əvəz olunub.