Rəfiyə Sultan (II Əbdülhəmidin qızı)

Rəfiyə Sultan (15 iyun 1891, İstanbultəq. 1938, Beyrut) — 34. Osmanlı sultanı II Əbdülhəmidin qızı.

Rəfiyə Sultan
osman. رفیه سلطان‎
Şəxsi məlumatlar
Doğum tarixi 15 iyun 1891(1891-06-15)
Doğum yeri Yıldız sarayı, İstanbul, Osmanlı imperiyası
Vəfat tarixi təq. 1938
Vəfat yeri Beyrut, Livan
Dəfn yeri Süleymaniyyə təkyəsinin qəbiristanlığı, Dəməşq
Fəaliyyəti əsilzadə
Atası II Əbdülhəmid
Anası Sazkar xanım
Həyat yoldaşı Əli Fuad bəy
Uşaqları Rabiyə xanım Sultan
Ayşə Həmidə xanım Sultan
Ailəsi Osmanlı xanədanı

Rəfiyə Sultan 15 iyun 1891-ci ildə Yıldız sarayında dünyaya gəldi. Atası Sultan Əbdülhəmid, anası isə onun abxaz əsilli xanımı Sazkar xanımdır. Digər bacı və qardaşları kimi Yıldız sarayında mükəmməl təhsil aldı. Atasının səltənətinin son illərində müşir Əhməd Əyyub Paşanın oğlu Əli Fuad bəylə (d. 1887 — ö. 1953) nişanlandı. Ancaq 1909-cu ildə atasının taxtdan endirilməsinin ardından ailəsiylə birlikdə Salonikiyə sürgünə göndərildi.

Sürgündə bir il qaldıqdan sonra atası Sultan Əbdülhəmid onu, bacıları Ayşə SultanŞadiyə Sultanla birlikdə İstanbula göndərdi və qardaşı Sultan Rəşaddan onları evləndirməsini xahiş etdi. Bu xahişin ardından əmisi Sultan Rəşad tərəfindən 3 sentyabr 1910-cu ildə baş tutan mərasimlə Əli Fuad bəylə evləndirildi və cütlüyün bu nikahdan 2 övladı dünyaya gəldi.

3 mart 1924 tarixli TBMM qərarı ilə digər Osmanlı sülaləsi üzvləri kimi, Rəfiyə Sultan da anası və ailəsiylə birlikdə sürgünə göndərildi. Ailə öncə Fransanın Nitsa şəhərində yaşamağa başladı və burada kiçik qızları Ayşə Həmidə xanım Sultan 1934-cü ildə qəza nəticəsində vəfat etdi. Qızının vəfatının ardından cənazəsinin Suriyaya aparılmasını istəyən Rəfiyə Sultan onu Dəməşqdəki Süleymaniyyə təkyəsinin qəbiristanlığında — əmisi Sultan Vahidəddinin yanına dəfn etdirdi.

Daha sonra qızının məzarına daha yaxın olma məqsədilə ailə Beyrut şəhərində yaşamağa qərar verdi. Qızının vəfatından 4 il sonra Rəfiyə Sultan Beyrutda vəfat etdi və cənazəsi Dəməşqə daşınaraq Süleymaniyyə təkyəsinin qəbiristanlığında qızının yanına dəfn edildi.