Tirimüjgan Sultan

Tirimüjgan Sultan (Osmanlı türkcəsi: موغان سلطان) (16 avqust 1819, Çərkəzistan2 noyabr 1853) — 31-ci Osmanlı sultanı Əbdülməcidin xanımlarından biri və 34-cü Osmanlı sultanı II Əbdülhəmidin anası.

Tirimüjgan Sultan
Şəxsi məlumatlar
Doğum tarixi 16 avqust 1819(1819-08-16)
Doğum yeri
Vəfat tarixi 2 noyabr 1853(1853-11-02) (34 yaşında)
Vəfat səbəbi vərəm
Dəfn yeri
Atası Bəyxan bəy
Anası Almas xanım
Həyat yoldaşı
Uşaqları Naimə Sultan
II Əbdülhəmid
Mehmed Abid Əfəndi
Ailəsi Osmanlı xanədanı
Dini islam

Tirimüjgan Sultan 1822-ci ildə Şimali Qafqazda Beyxan bəy və Almas xanımın qızı olaraq dünyaya gəlmişdir. Ailəsi əslən çərkəz olub, Şapsuqlar ailəsinə mənsubdu. Ancaq oğlu Sultan Əbdülhəmidin səltənətində anasının erməni əsilli olması barədə şaiyələr də yayılmışdı. Saraya necə alındığı bilinməsə də, sarayda mükəmməl tərbiyə almış və adı dəyişdirilək Tirimüjgan qoyulmuşdur.

Tirimüjgan Sultanın Bəylərbəyi sarayındakı yataq otağı

Sultan Əbdülhəmidin qızı Ayşə Sultanın öz xatiratında yazdığına görə, nənəsinin uzun incə belli, yaşıl gözləri və tünd sarı rəngli uzun saçları vardı. Yenə Ayşə Sultanın xatiratında qeyd olunur ki, bir gün Sultan Əbdülhəmid saraydakı bir qrup xidmətçi qıza baxaraq "Bunlar da çərkəz əsillidir, bizim validəmiz kimi" demişdir.

Tirimüjgan Sultan Sultan Əbdülməcidlə taxta çıxdığı 1839-cu ildə Bəylərbəyi sarayında evləndi. Bu evlilikdən 1 qızı və 2 oğlu dünyaya gəlsə də, övladlarından ikisi uşaq yaşlarında vəfat etmişdi. İlk övladı olan Naimə Sultan 2 yaşı olanda çiçək xəstəliyindən, kiçik övladı Mehmed Abid Əfəndi isə 1 aylıq ikən bilinməyən səbəblə vəfat etmişdi. Həyatda qalan yeganə övladı Əbdülhəmid Əfəndi isə gələcəkdə taxta çıxmışdır.

Uzun müddət vərəmdən əziyyət çəkdikdən sonra Tirimüjgan Sultan 34 yaşında müalicə aldığı Fəriyə sarayında vəfat etdi. Həyatda qalan yeganə övladı Əbdülhəmid Əfəndi Sultan Əbdülməcidin digər xanımı Rahimə Piristü Sultanın himayəsinə verildi. Tirimüjgan Sultanın vəfatından 23 il sonra oğlu taxta çıxmış, onu böyüdən mənəvi anası Rahimə Sultan isə validə sultan ünvanı almışdır.

Vəfat edən Tirimüjgan Sultan Validə Turhan Sultan türbəsinə dəfn olundu. Gələcəkdə isə oğlu Sultan Əbdülhəmid 1887-ci ildə anasının xatirəsinə Rodosda məscid inşa etdirdi.[1]

Həmçinin baxın

[redaktə | mənbəni redaktə et]
  • Açba, Harun (2007). "Bölüm 2: Sultan I. Abdülhamid Han Ailesi". Kadınefendiler: Son Dönem Osmanlı Padişah Eşleri (in Turkish) (1 ed.). Istanbul: Prolil Yayıncılık. p. 32
  • Freely, John – Inside the Seraglio, Chapter 15: On the Shores of the Bosphorus, published 1999, Istanbul)
  • John Freely (1 July 2001). Inside the Seraglio: private lives of the sultans in Istanbul
  • Yavuz Bahadıroğlu, Resimli Osmanlı Tarihi, Nesil Yayınları (Ottoman History with Illustrations, Nesil Publications), 15th Ed., 2009, p. 505, ISBN 978-975-269-299-2
  1. Açba, Harun. Kadın efendiler: 1839-1924 Arxivləşdirilib 2021-08-24 at the Wayback Machine. — Profil, 2007. — С. 212. — 221 p. — ISBN 978-9-759-96109-1