Mehmed Səlim Əfəndi (11 yanvar 1870, İstanbul – 4 may 1937, Beyrut) — 34. Osmanlı sultanı II Əbdülhəmidin böyük oğlu, Osmanlı şahzadəsi.
Mehmed Səlim Əfəndi | |
---|---|
محمد سليم أفندي | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Dolmabağça sarayı, İstanbul, Osmanlı imperiyası |
Vəfat tarixi | (67 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | Süleymaniyyə təkyəsinin qəbiristanlığı, Dəməşq |
Fəaliyyəti | siyasətçi |
Atası | II Əbdülhəmid |
Anası | Bədrifələk Qadınəfəndi |
Həyat yoldaşları |
Dəryal xanım Nilufər xanım Pərvin Dürrüyekta xanım Gülnaz xanım Dilistan xanım |
Uşaqları |
Əminə Namiqə Sultan Mehmed Əbdülkərim Əfəndi |
Ailəsi | Osmanlı xanədanı |
Dini | Sünni, İslam |
Şahzadə Mehmed Səlim Əfəndi 11 yanvar 1870-ci ildə Dolmabağça sarayında dünyaya gəlmişdir. Atası dövrün Osmanlı sultanı Əbdüləzizin qardaşı oğlu Şahzadə Əbdülhəmid Əfəndi, anası isə onun çərkəz əsilli ilk xanımı Bədrifələk xanım idi. Sarayda xüsusi təhsil aldı. Həmçinin Osmanlı ordusunda general rütbəsinə qədər yüksəldi. 1909-cu ildə atası taxtdan endirilərək sürgün edilmiş, Mehmed Səlim Əfəndi də atasıyla birlikdə Salonikiyə getsə də, bir il sonra anasıyla birlikdə İstanbula qayıtmışdır. 1924-cü ildə xilafətin ləğvi və Osmanlı sülaləsinin sürgünə göndərilməsinin ardından, o da ölkəni tərk etdi və Livanın Cuniyə şəhərinə köçdü. O əsnada bəzi kürd üsyançılar tərəfindən sultan elan edilsə də, siyasətə qarışmaq istəməyən Mehmed Səlim Əfəndi 5 may 1937-ci ildə vəfat etdi və Dəməşqdə Süleymaniyyə təkyəsinin qəbiristanlığında dəfn edildi.