Bədrifələk Qadınəfəndi

Bədrifələk Qadınəfəndi (4 yanvar 1851, Poti, Kutaisi quberniyası6 fevral 1930, Konstantinopol) — 34. Osmanlı sultanı II Əbdülhəmidin üçüncü xanımı.

Bədrifələk Qadınəfəndi
اناث بدرية
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Poti, Osmanlı imperiyası
Vəfat tarixi (79 yaşında)
Vəfat yeri
Dəfn yeri Yəhya Əfəndi məzarlığı
Fəaliyyəti əsilzadə
Atası Mehmed bəy Karzeg
Anası Fərrux xanım İnalpa
Həyat yoldaşı II Əbdülhəmid
Uşaqları Mehmed Səlim Əfəndi
Zəkiyə Sultan
Əhməd Nuri Əfəndi
Dini Sünni, İslam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bədrifələk xanım 4 yanvar 1851-ci ildə Osmanlı hakimiyyətindəki Poti şəhərində dünyaya gəlmişdir. Atası əslən çərkəz olan Mehmed bəy Karzeg, anası isə abxaz əsilli Fərrux xanım İnalpa idi. Əsl adı bilinmir. Sultan Əbdülməcidin xanımlarından Şayəstə Qadınəfəndinin qohumu idi. Bəzmigül Dilbər, Şazıdil, Nevrəstə və Mələki adlı 4 bacısı, orduda xidmət göstərən Kazım Paşa adlı bir qardaşı vardı.

1864-cü ildə baş verən etnik təmizləmə zamanı ailəsi Osmanlı torpaqlarına köç etmiş, qızlarını Osmanlı sarayına təslim etmişdir. Qısa müddət sonra 15 noyabr 1868-ci ildə Dolmabağça sarayında Şahzadə Əbdülhəmidlə evləndi. Şahzadə Əbdülhəmid taxta çıxdıqda isə üçüncü qadınəfəndi olaraq Ulduz sarayına köçdü. Daha sonra padşahın özündən əvvəlki xanımı Nurəfsun xanımdan boşanması nəticəsində ikinci, Nazikəda xanımın vəfatından sonra isə birinci, yəni baş qadınəfəndi oldu.

Sultan Əbdülhəmidin 1909-cu ildə taxtdan endirilməsinin ardından, oğlu Şahzadə Mehmed Səlim Əfəndi ilə birlikdə Beşiktaş səmtindəki köşkə köçürüldü və burada güclü nəzarət altında yaşamağa başladılar. 1918-ci ildə əri sabiq padşah vəfat etmiş, bu səbəblə 1924-cü ilin martında baş verən sürgündə iştirak etmədi. Övladları isə Fransanın Nitsa və Pau şəhərlərinə köçdülər. Bədrifələk xanım 6 fevral 1930 tarixində övladlarından uzaqda vəfat etdi və Yəhya Əfəndi məzarlığına dəfn edildi.

  • Günay Günaydın (2006). Haremin son gülleri. Mevsimsiz Yayınları. ISBN 978-9944-987-03-5.
  • Harun Açba (2007). Kadın efendiler: 1839–1924. Profil. ISBN 978-975-996-109-1