Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Mehmed Burhanəddin Əfəndi (19 dekabr 1885, İstanbul – 5 iyun 1949, Nyu-York, Nyu-York ştatı) — 34. Osmanlı sultanı II Əbdülhəmidin dördüncü oğlu, Osmanlı şahzadəsi.
Mehmed Burhanəddin Əfəndi | |
---|---|
محمد برهان الدين أفندي | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Ulduz sarayı, İstanbul, Osmanlı imperiyası |
Vəfat tarixi | (63 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | bəstəkar |
Atası | II Əbdülhəmid |
Anası | Məzidə Qadınəfəndi |
Həyat yoldaşları |
Hidayət xanım Aliyə Mələk Nazlıyar xanım Georgina Leonora Mosselmans Elsie Deming Lackson |
Uşaqları |
Mehmed Fəxrəddin Əfəndi Ərtoğrul Osman Əfəndi |
Ailəsi | Osmanlı xanədanı |
Dini | Sünni, İslam |
Atası Sultan Əbdülhəmidin səltənətində 19 dekabr 1885-ci ildə Ulduz sarayında dünyaya gəldi. 1891-ci ildə qardaşları Əbdülqadir Əfəndi və Nuri Əfəndi ilə birlikdə sünnət edildi. 29 iyul 1913-cü ildə Albaniya müstəqillik qazandıqdan sonra Albaniya taxtına namizəd seçilsə də, bu təklifi qəbul etmədi. 1921-ci ildə İraq generallarının dəvəti ilə İraq taxtına çıxmaq istəsə də, Birləşmiş krallığın müdaxiləsi ilə bu plan baş tutmadı. 5 iyun 1949-cu ildə Nyu-Yorkda vəfat etdi. Cənazəsi gəmiylə İstanbula gətirilsə də, limana daxil olmasına icazə verilmədi. Bu səbəblə cənazə Dəməşqə göndərildi və burada dəfn olundu.