Lütfiyə Sultan

Lütfiyə Sultan (20 mart 1910, Dolmabağça sarayı, İstanbul, Osmanlı imperiyası11 iyun 1997, Ər-Riyad, Səudiyyə Ərəbistanı) — Osmanlı sülaləsinin üzvü, Osmanlı xanım sultanı.

Lütfiyə Sultan
Şəxsi məlumatlar
Doğum tarixi 20 mart 1910(1910-03-20)
Doğum yeri
Vəfat tarixi 11 iyun 1997(1997-06-11) (87 yaşında)
Vəfat yeri
Dəfn yeri
Atası Mehmed Ziyayəddin Əfəndi
Anası Pərizad xanım
Həyat yoldaşı Həsən Kamal bəy
Uşaqları Sultanzadə Əhməd Rəşid bəy
Sultanzadə Rəşad bəy
Pərizad xanım Sultan
Ailəsi Osmanlı xanədanı

Lütfiyə Sultan 20 mart 1910-cu ildə Dolmabağça sarayında dünyaya gəldi. Atası Sultan Rəşadın böyük oğlu Ziyayəddin Əfəndi, anası isə onun üçüncü xanımı Pərizad xanımdır. Babası Sultan Rəşadın vəfatından sonra digər ailə üzvləriylə birlikdə atasının Heydərpaşadakı köşkünə köçürüldülər. 3 mart 1924 tarixli TBMM qərarı ilə digər Osmanlı sülaləsi üzvləri kimi, Lütfiyə Sultan da ailəsiylə birlikdə sürgünə göndərildi. Ailə öncə Misirin İsgəndəriyyə şəhərində yaşamağa başladı. Bu müddət ərzində Lütfiyə Sultan QahirəParisdə təhsilini tamamladı.

Lütfiyə Sultan 3 iyun 1932-ci ildə İsgəndəriyyədə Həsən Kamal bəylə evləndi. Övladları Əhməd Rəşid bəy, Rəşad bəy və Pərizad xanım Sultanı da məhz burada dünyaya gətirdi. Ancaq 1934-cü ildə öncə anası Pərizad xanım, 1938-ci ildə isə atası Ziyayəddin Əfəndi İsgəndəriyyədə vəfat etdi və Lütfiyə Sultan, bacısı Mihrimah Sultanı da yanına alaraq ailəsiylə birlikdə İordaniyaya köçdü. Burada ikən yaşadıqları köşk yerli xalq arasında Lütfiyə Sultan sarayı olaraq anılmağa başlandı. Bacısı Mihrimah Sultanİordaniya kralı I Abdullahın oğlu Nayef ibn Abdullahın toy mərasimi də məhz bu köşkdə baş tutdu.

1958-ci ildə ərinin vəfatından sonra dul qalan Lütfiyə Sultan bir daha Türkiyəyə geri dönmədi. 11 iyun 1997-ci ildə Ər-Riyad şəhərində vəfat etdi və cənazəsi İstanbula gətirilərək Sultan Rəşad türbəsinə — babasının yanına dəfn olundu.

  • Sultanzadə Əhməd Rəşid bəy (d. 7 may 1933 — ö. 1958, Misir) — heç vaxt evlənmədi və övladı olmadı.
  • Sultanzadə Rəşad bəy (d. 7 may 1934, İsgəndəriyyə — ö. yanvar 2014) — heç vaxt evlənmədi və övladı olmadı.
  • Pərizad xanım Sultan (d. 11 yanvar 1936) — Cömərt Baykəntlə evləndi və bu evlilikdən 1 oğlu oldu.
    • Cem Baykənt (d. 25 sentyabr 1961) — Nilgün Bərna ilə (d. 18 yanvar 1969) evləndi və bir qızı oldu.
      • Alara Yasəmən Baykənt (d. 12 fevral 1995)