Namiq Abbasov (siyasətçi)

Namiq Abbasov (22 fevral 1940, Ordubad27 mart 2024[1]) — Azərbaycanın sabiq Milli Təhlükəsizlik naziri (1995–2004), Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri (2004–2012), general-polkovnik (2002).

Namiq Abbasov
bayraq
Azərbaycan Respublikasının Özbəkistandakı Fövqəladə və Səlahiyyətli Səfiri
bayraq2
16 dekabr 2004 – 31 oktyabr 2012
ƏvvəlkiAydın Əzimbəyov
SonrakıHüseyn Quliyev
22 mart 1995 – 23 iyul 2004
ƏvvəlkiNəriman İmranov
SonrakıEldar Mahmudov
Şəxsi məlumatlar
Doğum tarixi 22 fevral 1940(1940-02-22)
Doğum yeri
Vəfat tarixi 27 mart 2024(2024-03-27)[1] (84 yaşında)
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi
Dini islam
Rütbəsi
General-polkovnik

Namiq Abbasov 22 fevral 1940-cı ildə Naxçıvan MSSR-nın Ordubad şəhərində anadan olmuşdur. 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirmişdir.[2] 2 övladı var.

Namiq Abbasov 84 yaşında 27 mart 2024-cü ildə vəfat edib,[3] Nardəran kənd qəbiristanlığında dəfn edilib[4].

1962–1976-cı illərdə "Abşeron" qəzetində şöbə müdiri, məsul katib, direktor müavini və sonra direktor vəzifələrində çalışmışdır.

1970-ci ildən partiya işinə keçmiş, Abşeron Rayon Partiya Komitəsində şöbə müdiri, sonra isə ikinci katibi vəzifəsində işləmişdir.

1977-ci ildən təhlükəsizlik orqanlarında fəaliyyətə başlamışdır. 1979-cu ildə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Ali Məktəbininin ikiillik rəhbər heyət hazırlığı kursunu bitirmişdir.

1979–1982-ci illərdə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin 2-ci şöbəsinin (əks-kəşfiyyat) rəis müavini vəzifəsində, 1982–1984-cü illərdə həmin 2-ci şöbənin rəisi vəzifəsində, 1984–1986-cı illərdə isə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin kadrlar üzrə müavini — kardlar şöbəsinin rəisi vəzifəsində işləmişdir.

1986–1988-ci illərdə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin birinci müavini vəzifəsində işləmişdir.

1988–1992-ci illər arası SSRİ xarici kəşfiyyatında fəaliyyət göstərib.

1992–1994-cü illərdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik nazirinin müavini və birinci müavini olmuşdur[5][6].

15 may 1994-cü ildə ona general-mayor ali rütbəsi verilib[7].

1994-cü ilin oktyabr ayından 1995-ci ilin mart ayınadək Azərbaycan Respublikasının Milli Təhlükəsizlik naziri vəzifəsini icra etmiş, 1995-ci ilin mart ayından 2004-cü ilin iyul ayınadək isə Azərbaycan Respublikası Milli Təhlükəsizlik naziri vəzifəsində çalışmışdır[8].

27 dekabr 1995-ci il tarixli Fərmala ona general-leytenant ali hərbi rütbəsi, 15 yanvar 2002-ci il tarixli Fərmanı ilə general-polkovnik ali hərbi rütbəlsi verilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 1998-ci il tarixli 40 nömrəli Fərmanı ilə o "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib[9].

2004–2012-ci illərdə Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışmış,[10] sonra isə pensiyaya çıxmışdır.

  1. 1 2 https://oxu.az/society/853746.
  2. "Namiq Abbasov". 2019-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-13.
  3. "Sabiq milli təhlükəsizlik naziri VƏFAT ETDİ". Oxu.Az (az.). 2024-03-27. 2024-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-27.
  4. https://www.youtube.com/shorts/SqTIMafs-K8 (#bare_url_missing_title). 2024-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-29.
  5. "81 - N. R. Abbasov haqqında". e-qanun.az. 2023-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-11.
  6. "80 - N. R. Abbasov haqqında". e-qanun.az. 2023-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-11.
  7. "147 - N. Ş. İmranova, N. R. Abbasova və A. R. Novruzova general-mayor rütbəsi verilməsi haqqında". e-qanun.az. 2023-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-11.
  8. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). 2023-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-29.
  9. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). 2022-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-29.
  10. "АББАСОВ Намиг Рашид Оглу". 2010-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-13.