Amfitrita (yun. Ἀμφιτρίτη) — yunan mifologiyasında personaj, Psevdo-Apollodora görə okeanida, Okean və Tefidanın qızı. Hesioda görə nereida, Poseydonun arvadı, Triton, Rodos və Bentesikimin anası.[1]
Amfitrita | |
---|---|
q.yun. Ἀμφιτρίτη | |
Mifologiya | Yunan |
Təsir sahəsi | Dəniz |
Yunanca adı | Ἀμφιτρίτη |
Cinsi | qadın[d] |
Sülalə | Okeanidalar |
Atası | Okean |
Anası | Tefida |
Uşaqları | Triton, Rodos[1] |
Vikianbarda əlaqəli mediafayllar |
Əfsanəyə görə Poseydonun onu özünə arvad etmək arzusunu eşidərək dərhal Atlantın yanına qaçır, lakin sonradan Poseydonun göndərmiş olduğu delfinin təkidi ilə geri qayıtmağa məcbur olmuşdur[2].
İncəsənət əsərlərində okeanida Amfitrita bir ilahə və okeanın çariçası kimi[3], dəniz atları və tritonlar qoşulmuş arabada, dəniz tanrısı Poseydonun yanında təsvir edilir. Teseyə qızıl çələngi məhz Amfitrita bağışlamşdır[4].