Xaos (yun. χάος, χαίνω mənası boşluq, fəza və ya qarma-qarışıqlıq deməkdir) — qədim yunan mifologiyasında[1] dünyanın və ya kainatın əvvəlinin şəxsləşdirilmiş adı, yerin (Geya), gecənin (Niks), sonsuzluğun (Tartar), qaranlığın (Ereb) və eşqin (Eros) mayası. Hesioda görə hər şeyin başlanğıcı və ya ilk mövcud olan[2].
Xaos | |
---|---|
| |
Mifologiya | Yunan |
Adının izahı | Boşluq, fəza, qarma-qarışıq |
Yunanca adı | RAMAN |
Cinsi | kişi[d] |
Uşaqları | |
Vikianbarda əlaqəli mediafayllar |
Rəvayətə görə əvvəl Xaos (boşluq, qarma-qarışıqlıq və ya fəza) olmuşdur. Xaos təkbaşına, kimsəsiz, qarma-qarışıqla dolu puç bir həyat sürərmiş. Əvvəllər nə günəş, nə işıq, nə yer, nə də göy varmış. Təkcə Xaos – ucsuz bucaqsız zülmət mövcud imiş. Tənhalıqdan təngə gələn Xaos dünyanı yaratmaq qərarını verir. İlk olaraq o, gözəl və həyat qüvvəsinə malik ilahəni yeri – Geyanı yaradır. Yer böyüyərək dünyanın başlanğıcını qoymuş olur. Sonra Xaos Tartar adlı axirətin və ya cəhənnəmin dibini, daha sonra Niks adlı gecəni, Ereb adlı qaranlığı yaradır. Onlardan isə öz növbəsində Efir adlı şəffaflıq və ya göy üzü və Hemera adlı gün törəyir.
Xaos | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Geya | Tartar | Niks | Ereb | Erot | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Efir | Hemera | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Hesperidlər | Kerlər | Moros | Tanat | Hipnos | Onir | Mom | Keren | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Moyralar | Nemezida | Apata | Filotes | Geras | Erida | Oyzis | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Kloto | Laxesis | Atropos | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||