Uran (yun. Οὐρανός, səma, göy) — qədim yunan mifologiyasında dünyanı ilk idarə edən səma tanrısı[4][5], Geyanın əri, titanların[6], kiklopların və yüzqollu nəhənglərin atası. Oğlu Kron (Kronos) tərəfindən devrilmiş və kor edilmişdi. Bəzi mənbələrdə: Geya tərəfindən doğulmuş[7]; Efirin[8] və Hemeranın[9] oğlu
Uran | |
---|---|
q.yun. Οὐρανός | |
Mifologiya | Yunan |
Təsir sahəsi | göy[1] |
Adının izahı | Səma, göy |
Yunanca adı | Οὐρανός |
Cinsi | kişi[d][1] |
Atası | Xaos[2], Efir[2][1] və ya Ofion |
Anası | Hemera[3] və ya Geya[3][1] |
Qardaşı və bacısı | Pont |
Uşaqları | Titanlar, təpəgözlər, yüzqollu hekatonxeyrlər, nəhənglər, erinilər |
Vikianbarda əlaqəli mediafayllar |
Yunan mifologiyasında bütün dünyada ən böyük tanrı Uran sayılır. O, yeri (Geyanı) qucaqlayaraq öz göy cismi ilə tamamilə örtmüşdür. O, ala buludların üzərinə qoyulmuş öz qızıl taxtında oturaraq bütün aləmi və tanrıları idarə edərmiş. Hesiod teoqoniyasına görə Geya Uranla nigaha girərək dağları, nimfaları, Pontu, altı kişi və altı qadın cinsli titanları, təpəgözləri, yüzqollu hekatonxeyrləri, nəhəngləri, eriniləri dünyaya gətirmişdir. Ondan törənmiş titanlar dəhşətli ilahi qüvvəyə malik idilər. Belə ki, titan Okean çox nəhəng olub yeri tamam bürümüşdür. Uşaqları dəhşətli və kinli olduqları, ona hörmətsizlik etdikləri üçün səltənətinin və taxtının devrilməsindən ehtiyat edərək onları Geyanın - yerin bətnində - zülmət Tartarda gizlətmişdir. Bətnindəki ağırlıqdan əzab çəkən yer uşaqlarını ata Urana qarşı üsyana çağırır. Geyanın bu çağırışına səs verən kiçik oğlu zaman - Kron olur. Qisas almaq üçün nəhəng oraq düzəldərək buludlar arasında gizlənərək Uranın yatmasını gözləyir. Kron atası Uranı oraqla cinsiyyət üzvünü kəsərək axtalayır. Nərilti çəkən Uran oğlu Kronu onun da öz övladlarından bunu görməsini deyərək lənətləyir. Kron buna əhəmiyyət verməyərək qardaş və bacıları titanları zülmətdən azad edir. Təkcə yüzqollulardan ehtiyat edərək onları tartarda saxlayır. Onun bu hərəkətinə tək Okean bəraət qazandırmır və ondan ayrılaraq yerin küncünə çəkilir və orada yaşayır. Kronun bu cinayəti dünyada bəd əməllərin meydana çıxmasına səbəb olur. Kronu cəzalandırmaq məqsədilə Niks bir sıra acıq, kədər, bədbinlik ilahələrini: Tanat - ölüm, Apata - yalan, Erida - qalmaqal, dəhşətli yuxu və s. dünyaya gətirmiş olur.
Afroditanın doğulması haqqında bir çox rəvayətlər mövcuddur. Rəvayətə görə Kron atası Uranın axtalamaq məqsədilə cinsiyyət vəzisini əlindəki oraqla kəsərək dənizə atmışdır. Uranın törədicilik qabiliyyəti o qədər güclü olmuşdur ki, yerə düşən qan damcısından erinilər və nəhənglər törəyir. Dənizə düşən qanlı cinsiyət vəzisindən ağ köpük əmələ gəlir ki, ondanda Afrodita yaranmış olur.
Xaos | ------> | Geya | ------> | Uran | |||||||||||||||||||||||||||||||||||||||||||||||
Titanlar | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Okean | Krios | Hiperion | Teya | Temis | Feba | ||||||||||||||||||||||||||||||||||||||||||||||
Kron | Koy | İapet | Reya | Mnemosina | Tefida | ||||||||||||||||||||||||||||||||||||||||||||||