Bu məqalə böyük ölçüdə və ya tamamilə tək mənbəyə əsaslanır. |
Yunan — Azərbaycanda qədim şəhər. Mil düzündə idi. IX–X əsr ərəb mənbələrində adı çəkilir. Bərdə ilə Beyləqan arasında, hər iki şəhərdən təqribən 7 fərsəng məsafədə olduğu göstərilir. Bəzi tədqiqatçılar Yunanı Strabonun "Coğrafiya" əsərində adı çəkilən Enian şəhəri ilə eyniləşdirirlər. Yeri müəyyənləşdirilməmişdir.