Hasıllı şəhəri — qədim şəhər.
Qədim şəhər | |
Hasıllı | |
---|---|
Ölkə | Azərbaycan |
Vilayət | Cəlilabad rayonu |
Salınma tarixi | XIII əsrlər |
Banisi | Əmir Teymur |
Milli tərkibi | Azərbaycan türkləri |
Müasir yeri | Hasıllı |
Seyidəli Kazımbəyoğlunun məşhur «Cəvahirnameyi-Lənkəran» əsəri ilə yanaşı Mirzə Əhməd Mirzə Xudaverdi oğlu özünün Talış xanlığının tarixinə dair «Əxbərnamə» əsərində xüsusən Hasıllıya dair maraqlı qeydlər etmişdir. Bu qiymətli əsərlərin hər ikisində qeyd olunur ki, «Hasıllı gur bazarları və bərəkətli torpağı olan bir diyardır». Muğanın bu qədim şəhərinin xarabalıqlarında özünə «istirahət dayanacağı» seçən Əmir Teymur 1387-ci ildə məscid, karvansara və onlarla yaşayış evləri tikdirmiş, bazarlar saldırmışdır. Qədim qaynaqlarda göstərilir ki, burada əhalinin sayı 14 mindən yuxarı idi. Əmir Teymur Hasıllını abad edən zaman ətrafda yaşayan yerli əhaliyə icazə verir ki, özləri üçün yurd yeri- şəhər salsınlar. Lakin bu «şəhərlər» Hasıllının yanında «kiçik kənd» və «obalar» halında olmalıdır. Əmir Teymurun saldığı Hasıllı şəhəri onlardan çox-çox üstün və yaraşıqlı olmalı idi. Belə şəhərlərin sırasına yeni salınmiş Həməşəra şəhəri da daxil idi. [1]