Bərdic şəhəri

Bərdic şəhəri — orta əsrlərdə Azərbaycanın şimalındakı mühüm şəhərlərdən biri də Bərdic idi.

Qədim şəhər
Bərdic şəhəri
Ölkə  Azərbaycan
Vilayət Tiflis
Milli tərkibi azərbaycanlılar
Müasir yeri Körpükənd, Zərdab rayonu

Mənbələrin verdiyi məlumatdan məlum olur ki, Bərdic Bərdədən 14 fərsəx aralıda, Kür çayı sahilində mövcud olmuşdu.[1] Hüdudü’l-Aləm müəllifi Bərdicin rifah və nemətlər şəhəri olduğunu yazır.[2]

Bərdə, Beyləqan kimi Arranın mərkəzi və qərb şəhərləri Kür çayı vasitəsilə dəniz ticarəti ilə məşğul olduğunu təxmin etmək olar. Çünki İbn Hövqəl Kürün böyük və gəmilərin üzməsi üçün əlverişli çay olduğunu qeyd edir.[3]

Bu qədim şəhərin adı mənbələrdə bəzən Bərzənc, Bərzənd və yaxud Bərdic kimi çəkilir. Tarixi faktlardan belə məlum olur ki, indiki Zərdab ərazisində mövcud olmuş bu şəhər X-XIII əsrin ən böyük şəhərlərindən biri imiş. X-XIII əsrlərdə bu şəhərə uzaq-uzaq ellərdən alış-verişə gələrmişlər. Bu şəhər tacirlərin qazanc yerlərindən biri imiş. O da qeyd olunur ki, həmin dövrdə bu şəhərin adı Təbriz, Dərbənd, Bərdə və digər böyük şəhərlər ilə yanaşı çəkilərmiş. Bərzəng şəhəri Zərdabın indiki Körpükənd kəndinin ərazisində olmuşdur.[4]

  1. İBNü’l-ƏSİR, Lübab, C. I, s. 136; YAQUT əl-HƏMƏVİ, Mu’cəmü’l-Büldan, C. I, s. 269.
  2. ANONİM, Hüdudü’l-Aləm minə’l-Məşriq ilə’l-Məğrib, (Nşr. Y. əl-Hadi), 123, Qahirə 1999
  3. Surətü’l-Ərz, s. 345.
  4. [1][ölü keçid]

[2]