Qətl günü — Azərbaycan filmi.[1]
Bu, film-xəbərdarlıqdır. Kinolent zaman etibarilə tariximizin üç dövrünü-keçmişini, dünənini və bu gününü bir-birinə bağlayan ümumi bir mövzuya, xalqın taleyi mövzusuna həsr olunmuşdur. Keçmişdə istilaların, yeni dövrdə isə repressiyaların qurbanı olmuş şəxsiyyətlər bu taleyin mərkəzində dururlar. Nə qədər ki, xalq yaşayır, bu günahsız qurbanlarını, müqəddəslərini yad edəcək, bu günün mahiyyətini daha dərindən duya biləcəkdir.
Filmdə bütün hadisələr baş qəhrəmanın-xəstənin (Hamlet Xanızadə) taleyi ilə bilavasitə bağlıdır.
- Film yazıçı Yusif Səmədoğlunun eyniadlı romanı əsasında ekranlaşdırılmışdır.[2]
- Kino əsəri 20 yanvar 1990-cı il Bakı faciəsi qurbanlarına ithaf edilmişdir.
- Film aktyor Hamlet Xanızadənin kinoda son işidir.
- Film aktyor Məmmədağa Məmmədovun kinoda son işidir.
- Filmin çəkilişlərinə Dərbənd şəhəri və Quba rayonu əhalisi kütləvi səhnələrdə köməklik göstərmişdir.
- Filmi 2-3 kəlmə ilə səciyyələndirəsi olsaq, məncə ən uğurlu ifadə kimi "assosiativ film" deyiminə üz tutmaq olar; əsərdə hadisələrin zaman ölçüləri çoxplanlı olsa da bu zaman- məkan rəngarəngliyi əslində vahid kateqoriya kimi çıxış edir: yəni zamanca bir-birindən uzaq dövrlərdə baş verən hadisələr təkcə oxşar cəhətləri ilə yox, həm də assosiativ formada təsəvvürün, xəyalın imkanları hüdudunda qovuşur.
- "Filmin başlıca problemi əzablar hesabına yaranan incəsənətin fəlsəfi anlamı ilə bağlıdır. Elə bir incəsənətin ki, yandırıb məhv edilsə də, küllüklər altından cücərir və bütün məhdudiyyətləri yararaq zaman sərhədlərini keçir, xalqa öz tarixi ləyaqətini qoruyub saxlamaqda kömək edən mənəvi təməl rolunu oynayır. Son illər respublikamızda baş verən dəhşətli hadisələrin ümumi mənzərəsi isə filmin "real" süjeti arasında "sərhəd" dirəkləri yoxdur. Bəlkə də bütün bunlar filmdə qaldırılan mənəvi problemlərin məntiqi davamıdır" (Gülbəniz Əzimzadə).
- Ssenari müəllifi: Yusif Səmədoğlu
- Quruluşçu rejissor: Gülbəniz Əzimzadə
- Baş operator: Rafiq Quliyev
- Baş rəssam: Mayis Ağabəyov
- Quruluşçu rəssam: Əziz Məmmədov
- Bəstəkar: Aydın Əzim Kərimoğlu(Aydın Əzimov kimi)
- Səs operatoru: Tatyana Kərimova
- Rejissor: Rafiq Dadaşov, Fərid Hümbətov
- Operator: Sərvər Rəşidoğlu
- Quraşdırılmış səhnələrin operatoru: Vaqif Bağırov
- Quraşdırılmış səhnələrin rəssamı: Sərvər Musayev
- Geyim rəssamı: Vaqif Mustafayev
- Qrim rəssamı: Firuzə İsmayılova
- Montaj edən: Lidiya Vyalsova
- İşıq ustası: Əbdülnəsir Kutiyev
- Rejissor assistenti: Rahim Sadıqbəyli, C.Səlimov, Şahin Tələtoğlu
- Operator assistenti: Mixail Xarçenko, Nadir Mehdiyev, Eldar Məmmədov
- Montaj üzrə assistent: S.Əliyeva, N.Əliyeva
- Səsyazma texniki: N.Əliyev
- İnzibatçı: Həsən Tağıyev, İ.İsgəndərov, İlqar Əliyev
- Geyim: M.Umnova, Y.Polyanka
- Əlbəsəçi: G.Ələkbərova
- Təlimçi: R.Manafov
- Kaskadyor: A.Malışev, V.Derkaç, V.Badov
- Pirotexnik: Əlibala Məmmədov, V.Osadçi
- İşıqçı: V.Timeyko, A.Səmədov, M.Rəhimov
- Fotoqraf — rəssam: Natiq İbrahimov
- Rəng tərtibatçısı: V.İvançenko
- Çalır: Azərbaycan Dövlət Simfonik Orkestri
- Dirijor: Rauf Abdullayev
- Musiqi redaktoru: Rauf Əliyev
- Redaktor: Ramiz Fətəliyev, Ramiz Rövşən
- Şerlərin müəllifi: Vaqif Səmədoğlu
- Filmin direktoru: Sahib Quluzadə, Azər Quliyev
- Şerlərindən istifadə edilən şair: Molla Pənah Vaqif
- Hamlet Xanızadə — xəstə; Sədi Əfəndi; şair
- Eleonora Koriznayte — gavur qızı Maya; məhkum qadın
- Yaşar Nuri — Mahmud
- Ələddin Abbasov — Zülfüqar
- İbrahim Əliyev — hökmdar
- Zülfüqar Baratzadə — Hacə Ənvər
- Nəsir Sadıqzadə — Muxtar Kərimli
- Muxtar İbadov — Qəmbər Salahov
- Əbdül Mahmudov — Tatar Təmir
- Rahim Sadıqbəyli — Zülfüqar (gənc)
- İdris Rüstəmov — Üfləmə Qasım
- Zemfira Sadıqova — Zəminə
- Miron Fel — Berqman
- Məmmədağa Məmmədov — qonşu
- Məmmədkamal Kazımov — Vəzir
- Əminə Yusifqızı — Səlimə
- Səfurə İbrahimova — Sədi Əfəndinin arvadı
- Firəngiz Şərifova — nənə
- Şahin Tələtoğlu — Moşu
- Nuriyyə Əhmədova — Salatın
- Süleyman Əhmədov — Sarıca oğlu Məhəmməd
- Adil Zeynalov — Qulam
- Vahid Əliyev — kolxoz sədri Vahid
- Arif Kərimov — milis leytenantı
- Əhməd Əhmədov — heyvanxana nəzarətçisi
- Mayya İsgəndərova — A.Q.-nın arvadı
- Məmməd Əlili — saray əyanı
- F.Vəliyev — saray əyanı
- Rafiq Əliyev — saray əyanı
- Mayak Kərimov — saray əyanı
- Bəxtiyar Kərimov — saray əyanı
- T.Məmmədov — saray əyanı
- Zilli Namazov — saray əyanı
- S.İsgəndərov
- Əfrasiyab Məmmədov — natiq
- Əliqulu Səmədov — natiq
- Xəyyam Aslan — natiq
- Nadir Ağayev
- Rahib Əliyev
- Tərlan Babayev
- S Ələsgərov
- Ə.Sadıqov
- Sahib Quluzadə
- Murad Dadaşov
- Eldar İsrafilov
- Əşrəf Mamayev — saray əyanı
- Ağarəfi Rəhimov — iclas iştirakçısı
- Tofiq Bayramov — iclas iştirakçısı
- Muxtar Avşarov — qonşu (Məmmədağa Məmmədov) (titrlərdə yoxdur)
- Nəcibə Hüseynova — Zibeydə (titrlərdə yoxdur)
- Fuad Poladov - xəstə;Sədi əfəndi;şair (Hamlet Xanızadə) (titrlərdə yoxdur)
- ↑ Vahid, T. Ölümdən əvvəl “Qətl günü”: [Görkəmli aktyor Hamlet Xanızadə haqqında] //Mədəniyyət.- 2011.- 4 fevral.- S. 11.
- ↑ Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 367.
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 362-363.
- “Ölümdən əvvəl "Qətl günü"” //Mədəniyyət.- 2011.- 4 fevral.
- “Ömrün son səhifəsi — "Qətl günü"” //Mədəniyyət.- 2011.- 21 iyul.