Qafqazda Pravoslav Xristianlığının Bərpası Cəmiyyəti

Qafqazda Pravoslav Xristianlığının Bərpası Cəmiyyəti — Çar Rusiyası Qafqazı tamamilə işğal etdikdən sonra bölgədə xristianlığı yaymaq məqsədilə yaradılmış cəmiyyət.

Qafqazda Pravoslav Xristianlığının Bərpası Cəmiyyəti
rus. ОВПХК
rus. Общество Восстановления Православного Христианства на Кавказе
Fəaliyyəti Dini işlər
Yaranma tarixi 1860
Ləğvolma tarixi 1917
Rəsmi dili rus
Mərkəzi Tiflis, Rusiya İmperiyası Rusiya imperiyası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Azərbaycanı işğal edənə qədər çarizmin bir xristian dövləti kimi əsarət altına aldığı dövlətlərdə, xüsusilə də əhalisi müsəlman olan dövlətlərdə yerli əhalini xristianlaşdırmaq təcrübəsi var idi. Belə ki, XVI əsrin ortalarından (çar IV İvanın hakimiyyəti illərində) Rusiya dövlətinin xarici siyasətində əsas istiqamət yeni ərazilərin işğalı və yerli əhalinin zorla xristianlaşdırılması olmuşdur. Kazan (1552), Həştərxan (1556) xanlıqlarının, həmçinin Sibirin işğalı zamanı çarizm məhz bu metoddan istifadə edərək yerli əhalini xristianlaşdırıb dini parçalanmalardan istifadə edərək işğal etdiyi ərazilərdə möhkəmlənirdi.

Car-Balakənİlisu sultanlığının ərazisində də xristianlaşdırma siyasəti Kazan, Həştərxan, Sibirdə olduğu kimi, eyni metodlarla həyata keçirilirdi. Burada yalnız iki məsələdə fərq var idi:

  • İlk öncə Car-Balakən camaatlağının ərazisində yaşayan bütün əhalinin deyil, ancaq ingiloyların xristianlaşdırılması nəzərdə tutulmuşdu.
  • Azərbaycan ərazisində həyata keçirilən xristianlaşdırma siyasətində rus pravoslav kilsəsinin rolunu gürcü kilsəsi oynayırdı.

1851-ci il avqustun 18-də Zaqatala dairə rəisinin köməkçisi general-mayor knyaz Muxranski xristianlığı qəbul etmək müqabilində ingiloyların vergi və mükəlləfiyyətlərdən azad olunması, o cümlədən hər bir ingiloy ailəsinə gümüş pul ilə 15 rubldan 30 rubla qədər mükafat verilməsi təklifi ilə çıxış etdi. Bu təklif çar hakimiyyəti dairələrində dərhal rəğbətlə qarşılandı. 1851-ci il noyabrın 7-də Qafqaz canişini, knyaz M.S.Vorontsov xristianlığı qəbul edəcək ingiloyların dövlət xəzinəsinə verəcəkləri can və tüstü vergisindən azad edilmələri baradə xüsusi bir əmir verdi. Bu yolla 1851-ci ildə Car-Balakən dairəsində 1133 nəfər ingiloyu xristianlaşdırmaq mümkün oldu. Çarizmin xristianlaşdırma siyasəti nəticəsində xristianlaşdırılan (pravoslavlaşdırılan) ilk ingiloy kəndləri vaxtilə İlisu sultanlığının ərazisinə daxil olan Qax, Qorağan, Meşəbaş, Kötüklü, Əlibəyli kəndləri oldu. SüskəndŞotavar kəndlərinin camaatı isə xristianlığı qəbul etməkdən imtina etdilər. Tezliklə QaxQorağanda kilsə tikintisinə başlanıldı.[1][2]

Cəmiyyətin yaradılması

[redaktə | mənbəni redaktə et]

Çar Rusiyası Qafqazın işğalını başa çatdırdıqdan sonra Qafqazda xristianlığı yaymaq məqsədilə 1860-cı ildə Qafqazda Pravoslav Xristianlığının Bərpası Cəmiyyəti yaradılır. Bu cəmiyyət Gürcüstanın ekzarxı, Kartlinin və Kaxetiyanın mitropoliti İsidorun təşəbbüsü ilə və Qafqaz canişini knyaz Aleksandır Baryatinskinin səyləri nəticəsində yaradılmışdır. 1860-cı il iyunun 9-da Rusiya çarının fərmanı ilə təsis olunmuş həmin cəmiyyətə imperatriça Mariya Aleksandrovna özü himayədarlıq edirdi. Cəmiyyətin fəaliyyət göstərdiyi illərdə onun hesabından Qafqazda, o cümlədən Şimal-Qərbi Azərbaycan ərazisində pravoslav xristianlığını yaymaq məqsədilə 1.475.482 rubl pul xərclənmişdir. Cəmiyyətin mərkəzi Tiflisdə yerləşirdi.[3]

Cəmiyyətin əsas vəzifələri kilsələrin tikilməsi, onların saxlanılması o cümlədən kilsədə xidmət edənlərin saxlanılması, kəndlərdə yerli uşaqlar üçün məktəblərin açılması, yerli dillərin əlifbalarının tərtib olunması, dini kitabların yerli dillərə tərcümə olunması və yerli əhalidən kilsə keşişlərinin və ya missionerlərinin hazırlanması idi.

Cəmiyyətin işlərini aparmaq üçün ilk növbədə Tiflisdə mərkəzi idarə və müvəqqəti idarəetmə komitəsi təsis olundu. Müvəqqəti Komitə Qafqazın hansı bölgələrində fəaliyyət göstərmələri, necə fəaliyyət göstərmələri haqqında qərar vermək haqqına sahib idi. Komitənin üzvləri knyaz Aleksandr Baryatinski, Gürcüstanın ekzarxı Evseviy, qubernatorluq şurasının üzvü A. Fadeyev, dövlət şurasının həqiqi üzvü İnsarskiy idi. 1861-ci ildən isə protoirey İoakim Romanov da komitəyə üzv oldu.[4]

Azərbaycanda tikdirdikləri kilsələr

[redaktə | mənbəni redaktə et]

Azərbaycan ərazisində cəmiyyətin hesabına saxlanılan və ya tikilən binalar:

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. "1910 альбом церквей и школ" (rus. ). narod.ru. 11 aprel 2019 tarixində arxivləşdirilib.
  2. "Zaqatalada üsyan başlandı..." moderator.az. 25 iyun 2016. 11 aprel 2019 tarixində arxivləşdirilib.
  3. "Общество Восстановления Православного Христианства на Кавказ" (rus. ). forum.vgd.ru. 14 iyun 2015. 11 aprel 2019 tarixində arxivləşdirilib.
  4. "Общество восстановления православного христианства на Кавказе. Цели, задачи, условия образования" (rus. ). slavakubani.ru. 27 fevral 2009. 11 aprel 2019 tarixində arxivləşdirilib.