Azərbaycan Xalq Cümhuriyyətinin keçirdiyi döyüş əməliyyatları

Azərbaycan Xalq Cümhuriyyətinin keçirdiyi döyüş əməliyyatlarıAzərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusunun 1918-ci ildən Aprel işğalına qədərki dövrdə keçirdiyi döyüş əməliyyatları nəzərdə tutulur. Bu döyüş əməliyyatlarının bir qismi Qafqaz İslam Ordusu ilə birlikdə, digərləri isə yalnız Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusunun iştirakı ilə reallaşdırılıb.[5][6][7]

Azərbaycan Xalq Cümhuriyyətinin keçirdiyi döyüş əməliyyatları
Bakını mühasirəyə alan Qafqaz İslam Ordusu hissələri
Tarix 28 may 1918 - 27 aprel 1920
Yeri Azərbaycan Xalq Cümhuriyyəti
Səbəbi Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlaliyyəti uğrunda mübarizəsi
Nəticəsi Azərbaycan Xalq Cümhuriyyəti bütün döyüş əməliyyatlarında qələbə qazansa da, Aprel işğalı zamanı işğal edilir.
Münaqişə tərəfləri

Azərbaycan Xalq Cümhuriyyəti
Osmanlı İmperiyası

Bakı Kommunası
Böyük Britaniya Böyük Britaniya

Ermənistan Ermənistan Demokratik Respublikası[1]
Sentrokaspi Diktaturası[1]

Komandan(lar)

Səməd bəy Mehmandarov
Əliağa Şıxlınski
Həbib bəy Səlimov
Nuru paşa
Mürsəl Bakı
Murad Gəray bəy Tlexas

Qriqori Korqanov
Lazar Biçeraxov
Böyük Britaniya Lionel Denstervil
Georgi Dokuçayev[2]
Yakov Baqratuni
Avetisov
Ermənistan Andronik Ozanyan
Ermənistan Hamazasp[3]

Tərəflərin qüvvəsi

Qafqaz İslam Ordusu
14.000 piyada
500 süvari
40 top (1918-ci ilin oktyabr ayına qədər)
10-15 minlik Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusu (1919-1920)[4]

18.000 – 20.000
Böyük Britaniya
1,000 piyada
1 artilleriya bateryası
1 zirehli maşın
3 döyüş maşını
2 Martinsyde G.100 təyyarəsi
9151 piyada
40 top
Rusiya Biçeraxovun ordusu
600 piyada

Məhəmməd Əmin Rəsulzadə.

1918-ci ilin may ayının 28-də Tiflisdə Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı elan edildi. 1918-ci ilin iyun ayında hökumət Gəncəyə köçdü və məqsədinin Bakını işğaldan azad etmək olduğunu elan etdi. Bu dövrdə isə Bakıda hakimiyyətdə daşnak-bolşevik Bakı Soveti idi.[5]

Daşnak-bolşeviklərin qərb yürüşü

[redaktə | mənbəni redaktə et]
Fətəli xan Xoyski

Şaumyanın liderliyindəki Bakı Soveti, türk ordusunun Gəncədə toparlanmasına fürsət verməmək üçün hərbi hərəkata başlanması istiqamətində qərar aldı. Bakı Xalq Komissarları Sovetinin Hərbi və Dəniz işləri üzrə komissarı Korqanov, 4 iyun 1918-ci il tarixində bir əmr imzalayaraq, Qızıl Ordu qüvvələrinin hərəkətə keçməsini istədi. Rus bolşevik və erməni daşnaklardan ibarət olan hərbi qüvvələrə Yevlax şəhərinə qədər olan düzlükdəki bölgələri işğal etməsi və Yevlax körpüsünü ələ keçirməsi üçün təlimat verdi. Erməni və rus dəstələri 6 iyun 1918-ci il tarixində Bakıdan yola çıxaraq toplanma yeri olan Hacıqabula doğru hərəkət etdilər. Yolları üzərindəki yaşayış məntəqələri ilə Qazıməmməd və ətrafındakı kəndləri talan etdilər. Bir çoxunu yandırıb məhv etdilər. Türklərin heyvanlarını və yeyəcək-içəcəklərini əllərindən aldılar.[5]

Hacıqabul stansiyasında toplanmağa başlayan Qızıl Ordu qüvvələri 10 iyundan etibarən Gəncəyə getmək üzrə yola çıxdı. Qızıl Ordu qüvvələrinin qarşısında gürcü və türklərdən ibarət kiçik bir hərbi dəstə vardı. Bu dəstəyə gürcü əsilli Maqalov komandirlik edirdi.[8] Birləşmiş qüvvələr 11 iyunda Sığır stansiyasını ələ keçirdi. Şaumyan türk hərbi qüvvələrinin hələ hamısının Gəncəyə çatmadığını da xəbər almışdı. Gəncəli ermənilər isə o günlərdə türk əsgəri ilə toqquşma halındaydılar. Bakı Soveti komissarı lehinə olan bu durumdan faydalanmaq istəyirdi.[9] Sığır stansiyasının ələ keçirilməsi Şaumyanı son dərəcə ümidləndirdi. Leninə göndərdiyi teleqrafda hadisəni anladarkən belə demişdi:[5]

"Hərbi qüvvələrimizin ön qüvvələri 11 iyunda Sığır stansiyasını işğal etmişdir. Kəşfiyyat qolumuz isə Kərrar stansiyası yaxınlarında top atəşinə tutulmuşdur. Hərbi qüvvələrimiz irəli hərəkət etməkdədir".[10]

Göyçay döyüşünün planı

Kürdəmirin işğalı

[redaktə | mənbəni redaktə et]

Qızıl Ordu hərbi qüvvələrindən birinci qol BakıHacıqabul dəmir yolu boyunca qərbə doğru irəliləyərək Müsüslü stansiyasına qədər olan bölgəni nəzarət altına aldı. Digər qol isə Hacıqabuldan keçərək Kürdəmir şəhərinin önlərinə çatdı. Bölgədəki Qızıl Ordu qüvvələri burada toplanaraq, Gəncədən təxminən 150 kilometr uzaqlıqda olan Kürdəmir üzərinə hərəkət etdi. Şəhəri müdafiə etməyə çalışan Azərbaycan türklərindən ibarət milis qüvvələrinin müqaviməti bir nəticə vermədi. Qızıl Ordu qüvvələri Kürdəmir ilə buradakı stansiyanı nəzarət altına aldılar. Kürdəmirdəki bolşevik qüvvələri tam mövcudlu iki piyada taboru ilə bir dəmir yolu bölüyü, iki batareya səhra topu və bir qaubitsa batareyasından ibarət idi.[11]

Kürdəmirin düşmən qüvvələrinin əlinə keçməsi Gəncə üçün böyük təhlükə ərz edirdi. Çünki dəmiryolu boyunca irəliləyərək Yevlaxa çatmaları halında Kür çayı üzərindəki körpünü nəzarət altına alıb, Gəncə yolunu kəsmələri hər an mümkün idi. Bu da Qafqaz İslam Ordusunun şərq istiqamətində Bakıya doğru irəliləməsinə qarşı ciddi bir əngəl törədə bilərdi.

Bakı Xalq Komissarları Sovetinin rəhbəri Stepan Şaumyan

Şamaxı, Ağsu, İsmayıllının işğalı

[redaktə | mənbəni redaktə et]

Bolşeviklərin üçüncü qolu da Bakının şimalından hərəkət etdi. Bakı-Gəncə yolu boyunca şimal-qərb istiqamətində irəliləyərək MərəzəŞamaxıya daxil oldular. Bico kəndində kənd əhalisinin 400 nəfərlik erməni hərbçilərini darmadağın edərək Bico dərəsində qırması on illər boyu yaddaşlardan silinmədi.[12] Bicoda Pirəmsaq döyüşündə gözləmədikləri halda aldıqları bu ağır zərbədən hiddətlənən erməni-bolşevik birləşmələri Biconun üzərinə daha böyük qüvvə ilə gəldi.[13] Bundan xəbər tutan kənd əhalisi Ağsu, sonra da Göyçay istiqamətinə köçməyə məcbur oldu. Biconu yandırdıqdan sonra Ağsu qəsəbəsini işğal etdilər. Daha irəlidə olan Qaraməryəm və qərbdəki Bığır kəndi və ətrafını işğal və talan etməyə başladılar. Qafqaz Qızıl Ordu qüvvələrinin 1-ci və 3-cü diviziyaları Qaraməryəmin şimalında yerləşən İsmayıllı və ətrafındakı qəsəbə və kəndləri də ələ keçirmişdi. Qızıl Ordunun 3-cü diviziyaya bağlı qüvvələri 16 iyun səhəri bölgədəki AzərbaycanDağıstan türkləri ilə gürcülərdən ibarət milislərə qarşı hücuma keçdilər. İsti bir havada yeddi saat davam edən qanlı vuruşmanın sonunda say və silah baxımından üstün olan düşmən qarşısında dayana bilməyən bu türk birliyi Göyçaya geri çəkilmək məcburiyyətində qaldı. Qızıl Ordu qüvvələri bölgədəki ermənirus kəndlərindən də gücləndirici qüvvə, silah, yemək və su təmin etməyə başladılar.[14]

Qaraməryəm döyüşü

[redaktə | mənbəni redaktə et]

Döyüşün əvvəlləri

[redaktə | mənbəni redaktə et]

1918-ci il iyunun 16-da səhər saat 9-da başlayan döyüşdə Qafqaz Qırmızı Ordusunun 3-cü briqadasının qüvvələri azərbaycanlılardan, gürcüdağıstanlılardan ibarət dəstənin üzərinə hücuma keçdi. Türk hərbi qüvvələri bölgəyə gəlib çatmadığından Qaraməryəm ətrafında dayanan müdafıə dəstələri qeyri-bərabər döyüşdə geri çəkilmək məcburiyyətində qaldılar və bolşevik-daşnak qoşunları Qaraməryəmi ələ keçirdilər.

Osmanlı hərbiyyə naziri və Baş Komandan Vəkili Ənvər Paşa

Döyüşün gedişi

[redaktə | mənbəni redaktə et]

İyunun 18-də bölgəyə yetişmiş 5-ci Qafqaz fırqəsinin (diviziyasının) 10-cu alayı da döyüşə qoşuldu. Lakin döyüş hazırlığı görülmədiyindən və əməliyyat planı istər diviziya, istərsə də ordu komandanlığı ilə razılaşdırılmadığından, nəticə uğursuz oldu. Göstərilən bütün cəhdlər boşa çıxdı. Daşnak Hamazaspın başçılıq etdiyi 3-cü briqadanın hissələri isə, əksinə, Qaraməryəmdə daha da möhkəmləndilər və Göyçaya hücum etmək üçün əlverişli mövqelər ələ keçirdilər.

İlk döyüşlərin nəticələri Qafqaz İslam Ordusu komandanlığında ciddi təhlil olundu. Ordu komandanı Nuru paşa, Müsəlman korpusu komandanı Əliağa Şıxlinski, 5-ci Qafqaz firqəsinin qərargah rəisi Rüşdü bəy vəziyyətlə daha yaxşı tanış olmaq, qüvvələri yenidən qruplaşdırmaq və imkanları bütünlüklə səfərbər etmək məqsədilə cəbhə xəttinə gəldilər.

Bakıya doğru uğurlu hücumların təşkil edilməsi üçün zəruri tədbirlər həyata keçirildi. Hər şeydən əvvəl, məhəlli komandanlıqlara azərbaycanlılardan ibarət silahlı dəstələrin təşkilini və Göyçay ətrafına göndərilməsini sürətləndirmək göstərişi verildi. Ağdaşdan 2 minlik silahlı dəstənin Göyçaya göndərilməsi qərara alındı.

Cənub Qafqazda müharibə.

Azərbaycan Xalq Cümhuriyyəti və türk qüvvələrinin Bakıya doğru hücumu

[redaktə | mənbəni redaktə et]

Qaraməryəm döyüşündən sonra Qafqaz İslam Ordusu rəhbərliyi cəbhəni geniş şəkildə nəzərdən keçirdilər. Yeni döyüş əməliyyatı planı hazırlandı.

Göyçay döyüşü

[redaktə | mənbəni redaktə et]

Gəncədə yerləşən Türk Qafqaz İslam Ordusu Qərargahı, bolşeviklərin irəli hərəkata başlaması ilə birlikdə, qarşılarında heç bir fiziki əngəl qalmadığını və dəmir yoluna da hakim olduqlarını görüncə bu durumun paytaxt üçün böyük bir təhlükə yaradacağı nəticəsinə gəldi. Nuru paşa Gəncə üçün əsl təhlükənin Göyçay yaxınlıqlarındakı Qızıl Ordu qüvvələrindən gələcəyini hesabladı. Çünki Göyçay bölgəsində aparılan müharibələr, Qızıl Ordunun Azərbaycandan qovulması və ölkənin müstəqilliyini qazanması yolunda bir dönüm nöqtəsini təşkil etmişdi.[15]

Bakı döyüşünün planı

5-ci Qafqaz piyada diviziyasının bütün qüvvələri hələ Gəncəyə çatmamışdı. 10-cu Qafqaz alayı QarakilsəDilican yolunu yeriyərək keçmiş və Qazax yaxınlığındakı Ağstafaya daxil olmuşdu. Bakıdan çıxıb şimaldan irəliləyən Qızıl Ordu qüvvələrinə qarşı qoymaq üçün bölgəyə yeni gələn 10-cu Qafqaz alayı uzun bir yol gələrək Azərbaycan torpaqlarına yeni girmiş olmasına baxmayaraq, Mehmetçik dincəlməyə belə vaxt tapmadan Ağstafadan qatara mindirildi və Ucara göndərildi. Oradan da 15 iyunda Göyçaya çatdı. Türk Qafqaz İslam Ordusu qərargah rəisi yarbay Nazim bəy komandanı ələ almaq üçün Müsüslü və Kürdəmir cəbhəsinə göndərildi. Yarbay Osman bəy komandasındakı 10-cu Qafqaz alayı isə Göyçaya çatdıqdan sonra Qaraməryəm qəsəbəsində olan Qızıl Ordunun qarşısında cəbhədəki yerini aldı. Osman bəy 10-cu alaya bağlı 30-cu taboru Sultankənd, MollaishaqlıVeysəlli kəndləri ətrafında olan erməni quldur dəstələrini bölgədən uzaqlaşdırmaqla vəzifələndirildi. 30-cu taborun şiddətli hücumu nəticəsində erməni dəstələri Qalakər kəndinə doğru qaçdı.[15][16]

Müsüslüdə olan Türk Qafqaz İslam Ordusu qərargah rəisi yarbay Nazim bəy Osman bəyə bolşevik qüvvələrinə qarşı bir kəşfiyyat hücumu aparması üçün təlimat verdi. Osman bəyin əmrinə görə 28-ci tabor Qaraməryəmin qərbindəki düşmən qüvvələrinə qarşı 17 iyunda hərəkətə keçdi. Yol boyu irəliləyən 28-ci tabor lazımi tədbirləri vaxtında almadığı üçün bolşeviklərin pusqusuna düşdü. Cəbhədən və yandan düşmən təcavüzünə uğradı. Bir an çaşqınlıq keçirdi və məğlub olaraq geri çəkilmək məcburiyyətində qaldı.[17]

Durumun təhlükəli bir hal aldığını görən Osman bəy 28-ci taboru yandan qorumaq üçün 30-cu taboru hərəkətə keçirdi, 29-cu taboru da yardıma göndərdi, ancaq son dərəcə dik vadilərin və təpələrin olduğu bölgədə bu qüvvələr də bolşevik qüvvələrin hücumuna uğradı. İki tərəfdən də mühasirəyə alınan 29-cu tabor olduqca qanlı müharibədən sonra Veysəlli kəndinə çəkilə bildi.[18]

Tərəflər gün boyunca isti havada aparılan bu müharibədə bir-birinə üstün gələ bilmədi və axşam qaranlıq düşdükdə vuruşmalara ara verdilər və mövqelərinə çəkildilər. Türk Qafqaz İslam Ordusunun Azərbaycandakı bu ilk ciddi savaşı Qaraməryəm yaxınlıqlarında uğursuzluqla nəticələndi. Qızıl Orduya bağlı 3-cü diviziyanın və onun başındakı Hamazaspın əhvalı isə olduqca yüksəlmişdi. Beləcə işğal altındakı Qaraməryəmdə daha da gücləndilər və Göyçaya hücum üçün bəzi önəmli mövqeləri ələ keçirdilər.

10-cu Qafqaz alayı komandiri kurmay yarbay Osman bəyə, düşmənin Göyçay üzərinə yeriməsini əngəlləmək üçün Qaraməryəm yaxınlıqlarında onların başını qatmaq vəzifəsi verilmişdi.[15] Osman bəy Gəncədən gələcək əsl qüvvələrin cəbhəyə çatmasını gözləməmişdi. Müsüslüdə olan Qafqaz İslam Ordusu kurmay başkanı Nazim bəy ilə birlikdə öz təşəbbüsləri ilə komandan Nuru paşadan izin almadan Qızıl Ordu qüvvələrinə qarçı kəşfiyyat hücumu aparılmasına qərar vermişdilər. Bu ciddi müharibədə qabaqcıl kəşfiyyat qollarından istifadə etmədən və düşmənin gücü və mövqeləri haqqında kifayət qədər bilgi toplamadan yürüş etmişdilər. Hücum anında ehtiyat qüvvələri də buraxılmamışdı. Bütün bunlarla bərabər, türk ordusunun bu cür savaşlarda sıx istifadə etdiyi yandan hücum və düşmən arxasına uzanma taktikaları da tətbiq olunmamışdı.

Qızıl Ordunun 28-ci tabora qarşı tətbiq etdiyi pusqu və cəbhə hücumu qarşısında alınan uğursuzluq, 10-cu alayda böyük çaşqınlığa yol açdı.

Bolşevik Qızıl Ordu qüvvələri ilə aparılan Qaraməryəm yaxınlıqlarındakı bu ilk savaşda türk ordusu 200 şəhid verdi. Yaralıların sayı isə 156 idi. Şəhidlər arasında 28-ci tabordan ehtiyat teyməni Lütfü əfəndi, 29-cu tabordan kiçik teymən İsmayıl Hakkı və teymən Zəki əfəndilər ilə 30-cu tabordan teymən Kazım və İbrahim əfəndilər şəhid oldu. 2 top və 41 top mərmisi, 2 avtomat tüfəng ilə çox sayda piyada tüfəngi, bunlara aid mərmi və süngü də düşmənin əlinə keçdi.[19]

Nuru paşa bu məğlubiyyətdən sonra Azərbaycanlı türklərdən ibarət hərbi qüvvələrin komandanı general Əliağa Şıxlinski və 5-ci Qafqaz piyada diviziyası qərargah rəisi Rüştü bəy ilə birlikdə 18 iyun 1918-ci ildə Gəncədən cəbhəyə hərəkət edərək Müsüslü stansiyasına çatdılar. Orada Qafqaz İslam Ordusu qərargah rəisi Nazim bəy və Veysəllidəki 29-cu tabor komandirindən Qaraməryəm savaşı haqqında bilgi aldılar. Nuru paşa və yanındakılar Müsüslüdən Göyçaya keçdilər. Burada 10-cu Qafqaz alayı komandiri yarbay Osman bəy ilə apardıqları görüşmədə savaşın gedişi haqqında vəziyyəti dəyərləndirdilər. Türk kurmay heyəti 200 şəhid və 156 yaralı ilə 2 topun itkisini ciddi bir hadisə olaraq dəyərləndirdi. Nuru paşa və yanındakılar cəbhə xəttini və hərbi qüvvələrin nizamını vaxt itirmədən yenidən qurdular. Ətrafdan gələn kəşfiyyat bilgilərini də hamısı birlikdə analiz etdilər.[20][21]

Bakının azad edilməsindən sonra rəsmi keçid.

Bu bilgilərə görə bolşevik Qızıl Ordu hərbi qüvvələri Bakıdan Qaraməryəmə gedərkən ətrafdakı 50-dən artıq kəndi yandırmış, bölgədə yaşayan türkləri öldürmüşdülər. At, araba və başqa tapa bildikləri vasitələrlə və ya piyada evlərini, ocaqlarını tərk edənlər, canlarını qurtara bilənlər isə Göyçay və ətrafındakı qəsəbə və kəndlərə sığınmışdılar. Şamaxı, İsmayıllı və ətrafdakı qəsəbə və kəndlərdən qaçaraq, Göyçay, Ağdaş və Yevlax ətrafına sığınan türklərin sayı bir həftə içində 400 mini keçmişdi.[11]

Qızıl Ordu qüvvələri ətrafdakı erməni və rusların da qatılması ilə 30 min nəfərlik bir heyətə sahib olmuşdu. Sayca bu qədər üstün, silah baxımından yaxşı təchiz olunmuş, yemək və su təmini baxımından bir sıxıntı çəkməyən düşmənə qarşı yalnız 5-ci Qafqaz piyada diviziyasının qarşı gəlməsi imkansızdı. Üstəlik 5-ci Qafqaz piyada diviziyasının bütün qüvvələri də hələ Gəncəyə çata bilməmişdi.

Nuru paşa Qafqaz İslam Ordusunun qurulması əsnasında Azərbaycanlı türklərdən böyük qatılım olacağını düşünmüşdü. Ancaq bu gözləntilər boşa çıxmışdı. Orduya qatılan az sayda milislərdən də umulan fayda təmin edilə bilməmişdi. Nuru paşa bu təsbitlərdən sonra Göyçayda xalqa xitabən tənbeh dolu bir çıxış etdi. Osmanlı dövlətinin, öz vətəninin ehtiyacı olmasına baxmayaraq qardaş Azərbaycanı və burada yaşayan türkləri düşmən çəkməsindən qurtarmaq üçün Qafqaza əsgər göndərdiyini anlatdı. Bu orduya hər kəsin könüllü olaraq qatılması və can-başla xidmət etməsi lazım gəldiyini, ancaq bunu hələ görə bilmədiyini bildirdi. Paşa çıxışında Mehmetçiyin yandırıcı istidə düşmənə qarşı var gücü ilə savaşdığını bildirərək dedi:

"Bu şiddətli istidə savaşan əsgərlərimizdən bir çoxu susuzluqdan ölmüşdür. Madam ki, könüllü olaraq orduya qatılmırsınız, heç olmazsa bu əsgərə yemək və su daşıyaraq yardım etməniz lazımdır".[22]

Nuru paşanın Göyçay ilə ətraf qəsəbə və kəndlərdə yaşayan ağsaqqal və ağıllı adamlarla apardığı görüşmələrin nəticəsində Azərbaycan türklərindən könüllülər toplanmağa başladı. Göyçay, Ağdaş, Yevlax, hətta Bərdə ətrafından toplanan gənclər və əli silah tutanlar qısa müddətdə cəbhə xəttindəki yerlərini almaq üçün hərbi təlimə cəlb olundu.[23]

İstər Nuru paşa və istərsə Şərq Orduları Komandanlığı tərəfindən İstanbula göndərilən raportlarda bolşeviklərin bölgədə ciddi bir hərbi qüvvə yerləşdirdiyi, buna qarşılıq olaraq Azərbaycan türklərinin Qafqaz İslam Ordusunda önəmli bir güc təşkil edə bilməyəcəyinin anlaşıldığı bildirilərək, bu şərtlər altında 5-ci Qafqaz piyada diviziyasının bölgədə heç bir varlıq göstərə bilməyəcəyi qeyd edildi.[20]

Nuru paşa və Şərq Orduları Komandanlığı tərəfindən 27 iyun və 1 iyul 1918-ci ildə İstanbula göndərilən raportlarda Azərbaycandakı durum acı bir şəkildə ortaya qoyulur və belə deyilirdi:

"Yeni qurulmağa çalışılan Qafqaz İslam Ordusu çalışmalarından bir nəticə əldə edilmir. Buradakı türk gənclərindən silah altına ən az 30 min nəfərin toplanacağını ümid edirdik. Buna qarşılıq hərbiyə qatılanların sayı 37 nəfərdir. Bu şərtlər altında Bakı məsələsini öz başımıza həll edə bilmək üçün Qafqaza daha bir diviziya göndərilməsi uyğun olacaqdır. Buradakı müsəlmanlar çox söz söyləyir, az iş görürlər. Kef çəkən və pulu çox sevən insanlardır. Yardım və fədakarlıqlarını çox az görürük. Orduya qatılan yox deyəcək qədər azdır. Bu şərtlər altında Azərbaycanın və Bakının qurtuluşunu təmin etmək, Osmanlı dövlətinin xalq nəzərindəki etibarını qorumaq üçün daha çox gərəkli hala gəlmişdir. 5-ci diviziyanın təcili gücləndirilməyə ehtiyacı var. Əks halda durumumuz heç də yaxşı deyildir."[24]

Türk və Qızıl Ordu qüvvələri, Göyçay-Qaraməryəm cəbhə xəttində bir müddət qarşılıqlı müdafiədə qaldılar. Türk Qafqaz İslam Ordusu Komandanlığı Qərargahı və Nuru paşa bolşeviklərə qarşı hücumun 28 iyunda aparılmasına qərar verdi. Nuru paşa 5-ci Qafqaz piyada diviziyası komandiri Mürsəl bəyə 22 iyunda göndərdiyi əmrdə belə deyirdi:

"Vətənindən uzaqda ağır bir vəzifə daşıyan Osmanlı zabitlərinin üstün düşmən qüvvələri qarşısında uğursuzluğa uğrama təhlükəsi mövcuddur. Bütün ümidimiz ordumuzun başlayacağı hərbi hərəkatda bolşevik qüvvələri əzməsinə bağlıdır. Zaman, gözləməyə müsaid deyildir və arxadan təzə gücləndirici qüvvə göndəriləcəyinə dair bir işarə də yoxdur. Bu baxımdan zabit və əsgərlərimizin üzərinə düşən vəzifə son dərəcə ağırdır, ancaq bu vəzifənin də yerinə yetirilməsi şərtdir. 5-ci piyada diviziyasının düşmənə vuracağı ilk zərbə bizə Qafqazın bu zonasında güclü və qüvvətli bir mövqe qazandıracaqdır. Hücumdan əvvəl bir həqiqətin əsgərlərə lazım gəldiyi şəkildə anladılması zəruridir. Diviziyanın hissələri imkanlar daxilində 23–24 iyunda cəbhəyə göndəriləcəkdir. Bolşeviklərə qarşı 27–28 iyunda ümumi bir hücum aparılması düşünülür. Bu durum göz önünə alınaraq, gərək olan hazırlıqların aparılması lazımdır."[20][25]

Hücum hazırlıqlarının son dərəcə gizli aparılmasına baxmayaraq, Qızıl Ordu qüvvələrinin görülən işlərdən xəbərdar olduğu bilinir. Bolşeviklər 27 iyunda üç tabor piyada ilə səhər tezdən hücum etdi. Düşmən qüvvələri Göyçay-Qaraməryəm yolunun şimalındakı 10-cu Qafqaz alayına şimal tərəfdən və arxadan təcavüz etdilər.[26] Cənubda yerləşən Müsüslüdə isə göstəriş hücumu etdilər. 10-cu Qafqaz alayının əmrinə verilən diviziya ehtiyatı 25-ci tabor və nizami 2-ci süvari alayının da savaşa qatılması ilə şimaldakı bu təhlükə qısa müddətdə aradan qaldırıldı.[27] Alayın hər pilləsindəki komandirlər, Qaraməryəm – Göyçay yolu boyunca irəliləyən düşmənin atəşinə qarşılıq olaraq, cəbhədən və yandan müdafiə edərək, ciddi bir müqavimət və qərarlılıq göstərdilər. Bolşeviklərin taktika və manevralarını vaxtında sezərək, müharibənin gedişini dəyişdilər və düşmənin qarşısını aldılar.

V Qafqaz piyada diviziyasının komandanı Mürsəl paşa Baki

Qaraməryəmin azad edilməsi

[redaktə | mənbəni redaktə et]

X alayın qüvvələri qarşı hücuma keçərək Qızıl Ordu qüvvələrini səhərki mövqelərindən təxminən 3 kilometr geriyə atdı.[28] 5-ci Qafqaz piyada diviziyası Azərbaycan torpaqlarında ilk dəfə 29 iyunda birgə hücuma hazırlaşırdı. Hücum 10-cu və 13-cü Qafqaz alayları ilə aparılacaq, nizami 2-ci süvari alayı da düşmənin sol yan və arxasına Qaraməryəm istiqamətində axın edərək, düşmənin qaçmasına əngəl olacaqdı. Səhər tezdən başlayan hücumda komandirləri ən çox düşündürən içməli su və məhdud olan cəbbəxana idi.[29][30]

Günorta saatlarında havanın isti olması səbəbindən, hər iki tərəfin hərəkət qabiliyyəti qalmırdı. Ona görə də tərəflər vuruşmaya ara verirdilər. Türk əsgərlərinin içməli suyu arabalarla Göyçaydan gətirilirdi. Cəbbəxanası da məhdud idi. Bu üzdən daha çox atəş açmaq əvəzinə süngü taxaraq savaşırdılar. Susuzluq isə günortadan sonra kəskin həddə çatmışdı.[31] Günün sonunda Qaraməryəmin qərbi tamamən, şimal-şərqi də qismən türk hərbi qüvvələrinin əlinə keçmişdi. Qaraməryəmdə yerləşən Qızıl Ordu qüvvələrinin qərbində düzənlik var idi. Bu istiqamətdən tamamən sıxışdırılmışdılar. Şərq istiqamətində isə Ağsu var idi. Ağsu qəsəbəsinin düz arxasında isə dik təpələr yüksəlirdi. Düşmənin qaçış yolları ciddi mənada kəsilmişdi. Bu üzdən axşama doğru Qaraməryəmin şərqindəki təpələrə doğru çəkildilər. Beləliklə Qaraməryəmin şərqi tamamən türk hərbi qüvvələrinin əlinə keçdi.[31]

Qızıl Ordunun səhər etdiyi ani hücum qarşısında bir an çaşqınlıq yaşayan 10-cu alay qısa müddətdə toparlanmış və düşməni geri oturtduqdan sonra irəli gedərək, yeni mövqelər də ələ keçirmişdi. Bu uğur cəbhə xəttindəki türk qüvvələrinin əhvalını olduqca yüksəltmişdi. Bu savaşda Müsüslüdən gətirilən Həbib Səlimovun komandasındakı Azərbaycan könüllü süvari birliyinin də böyük qatqısı olmuşdu.[32]

Ənvər paşa, atası Əhməd bəy və qardaşı Nuru paşa.

Göyçayın azad edilməsi

[redaktə | mənbəni redaktə et]

Qızıl Ordu hərbi qüvvələri qərb və cəbhə istiqamətindən hücum imkanı qalmadığını və arxalarında da dağlar olduğunu görüncə, 5-ci Qafqaz piyada diviziyasının sol tərəfindən arxasına doğru, o bölgədəki erməni və rus kəndlərinin də yardımı ilə gecədən istifadə edərək şimaldan bir hücum hərəkatına girişdilər.[33] Bu bölgənin olduqca eniş-yoxuşlu bir ərazi quruluşu var idi. 30 iyunda səhərə yaxın min nəfərlik piyada, iki top və iki avtomat tüfənglə Göyçaya basqın etdilər. Erməni əsilli Emirov komandasındakı bolşevik qüvvələri PəzəvəndKırdadut kəndlərindən hərəkata başladı. Topçu və avtomat tüfəng atışları ilə Göyçaya doğru hərəkət edirdilər. Xalq təlaş içində Ucar istiqamətində qaçırdı. Bu arada Göyçayda nizamlı bir hərbi qüvvə yox idi. Çox təhlükəli bir durum ortaya çıxmışdı. O gecə Qazaxdan Gəncəyə yeni gəlmiş olan könüllü süvari birliyinin başına öz təşəbbüsü ilə keçən minbaşı Əhməd Həmdi bəy şəhərin şimalına doğru hərəkət etdi. Bu arada Qərargah başqanı Qaraməryəm cəbhəsindəki 25-ci tabora telefonla xəbər verərək Göyçayın yardımına tələsməyi əmr etdi. Ağdaş ərazisi komandiri minbaşı İhsan bəyə də əmr verərək, əlindəki bütün qüvvələrlə yardıma gəlməsini istədi.[34] Əhməd Həmdi bəyin idarə etdiyi Azərbaycan süvari milisləri bolşeviklərə qarşı ləngitmə taktikası aparırdılar, ancaq davam gətirə bilmədilər və səhər saat 07:00 radələrində tamamən dağıldılar.[35]

Qaraməryəm cəbhəsindəki 25-ci piyada taboru və bəzi milis qüvvələri Göyçaya çatmışdı. Göyçayın alınmaq üzrə olduğunu və cəbhənin arxadan mühasirə təhlükəsi olduğunu görən Nuru paşa Qaraməryəm ilə Ağdaş ətrafındakı bəzi qüvvələri ilə Göyçaydakı bolşeviklərin üzərinə göndərdi. Poylu stansiyasında yerləşən 9-cu Qafqaz alayı komandiri Cəmil Cahid bəy ilə Şəki və Zaqatala bölgəsindəki albay (polkovnik) Yusif bəyə dəstələri ilə Göyçaya hərəkət etmələrini əmr etdi. Topçu və avtomat tüfəng dəstəyindəki 25-ci piyada taboru Ağdaş milis və piyada bölüyü, bolşevik qüvvələrini Göyçaya girmədən mühasirəyə aldı. şəhərin talan və məhv edilməsinin qarşısını aldı və qarşı hücuma keçərək, böyük hissəsini burada məhv etdi. Göyçayı talan etmə imkanı tapa bilməyən bolşevik qüvvələrinin geridə qalanı gəldikləri yoldan Pəzəvənd, Kırdadut və İvanovkadan Qaraməryəmə doğru məğlub halda qaçarkən, 13-cü Qafqaz alayı da cəbhədən hücuma keçmişdi. Bundan sonra əsas bir təqibə girişən 5-ci Qafqaz piyada diviziyası, bolşevik rus və erməni daşnak qüvvələrinə böyük itkilər verdirdi. Bu müvəffəqiyyət cəbhə hakimiyyətinin 5-ci Qafqaz piyada diviziyasının əlinə keçməsini təmin etdi. O biri qüvvələrin də şiddətli hücuma başlamasından sonra bolşeviklər Qaraməryəmdə də davam gətirə bilməyərək, məğlub halda şərq istiqamətində qaçmağa başladılar.[32][36]

Göyçay və Qaraməryəm savaşlarında Qızıl Ordu qüvvələrindən çox sayda silah və sursat ələ keçirildi. Ağdaş, Göyçay, Qaraməryəmİsmayıllı ilə bölgədəki qəsəbə və kəndlərdə yaşayan erməni və ruslar qəti olaraq itaət altına alındı. Əllərindəki silahlar da toplandı.[37]

Azərbaycan hərb naziri Səməd bəy Mehmandarov.

Göyçay savaşında şəhid olan türk əsgərlərinin böyük bir hissəsi ilə yaralılar Gəncəyə aparıldı. Şəhidlər Gəncə ilə daha Şimal-qərbdəki Xanlar və Goranboy qəbiristanlıqlarında dəfn edildi. Bəzi şəhidlər isə İslam adət-ənənəsinə uyğun olaraq qanlı libasları ilə və şəhid olduqları yerdə dərhal o gün torpağa tapırıldı. Bu məzarlardan bəziləri Göyçay, Qaraməryəm, Bığır və İsmayıllı bölgələrindədir. Türk əsgəri Anadolunun bağrından qopub, Qaf dağından yüksələn imdad fəryadına yardıma gəlmiş və özlərinə heç də yabançı olmayan bir başqa vətən torpağının qara bağrında əbədi yuxuya getmişdilər.

Türk Qafqaz İslam Ordusu Göyçay yaxınlarında savaşarkən, çarlıq tərəfdarı rus kazakı albay (polkovnik) Biçeraxov, 1500 tərkibli hərbi qüvvəsi ilə bərabər, Ənzəlidən gəmilərlə hərəkət etdi və 2 iyul 1918-ci ildə Bakının cənubundakı Ələt qəsəbəsində quruya çıxdı. Şaumyan ilə görüşüb, cəbhə bölgəsində araşdırmalar apardılar. Biçeraxov 6 iyulda da rus bolşevik-erməni daşnak qüvvələrinin komandanlığına gətirildi. Rus-erməni birləşmiş qüvvələrində cəbhənin sağ qanadının komandiri isə Korqanov idi.[38] Türk Qafqaz İslam Ordusu komandiri Nuru paşa erməni daşnak və rus bolşeviklərin ruslardan və ətrafdakı erməni kəndlərindən davamlı dəstək alaraq, arxadan və yandan basqın şəklindəki hücumlara qalxmalarının ordu üçün təhlükə törətdiyini düşünürdü. Bu hücumların davam etməsi halında 5-ci Qafqaz piyada diviziyasının böyük təhlükə altında olacağından əndişələnirdi. Bakının mövcud qüvvələrlə ələ keçirilə bilməyəcəyi qənaətinin qüvvətlənməsi səbəbiylə Şərq Orduları Qrupu Komandanlığından bir dəfə də dəstək istəməyə qərar verdi.

Göyçay döyüşünün nəticələri

[redaktə | mənbəni redaktə et]

Qafqaz İslam Ordusuna bağlı 5-ci Qafqaz piyada diviziyası başkomandan vəkili Ənvər paşa da gücləndirici qüvvə göndərilməsi ilə bağlı cəbhədən gələn raportları dəyərləndirirdi. Osmanlı dövləti ilə müttəfiq olan Almaniya türk əsgərinin Bakıya girməsinə qarşı çıxırdı. Ənvər paşa isə almanları ləngitməyə çalışırdı.

Başkomandan vəkili Ənvər paşa Şərq Orduları Qrupu Komandanlığına 26 iyun 1918-ci il tarixində göndərdiyi açıq əmrdə deyirdi:

"Bakı üzərinə irəliləmənin Bakıdakı neft qaynaqlarının bolşeviklər tərəfindən məhv edilməsi təhlükəsini doğuracağından ümumi hərb sövq və idarəsi baxımından nə bahasına olursa olsun bundan qaçınmaq lazımdır. Bu səbəblə 5-ci Qafqaz piyada diviziyasının mənim razılığım olmadan kəskinliklə Bakı üzərinə hücum etməməsini əmr edirəm"[39]

Başkomandan vəkili Nuru paşaya göndərdiyi açıq əmrdə isə deyirdi:

"Sizə yardım göndərmək qabil deyildir. Vəzifənizin Bakı üzərinə getmək olmayıb, qüvvələrinizi cəmləşdirərək, bolşeviklərin Gəncə üzərinə hərəkətinin qarşısını almaq olduğunu bir daha təkrar edirəm"[40]

Ənvər paşa Şərq Orduları Qrupu Komandanlığına göndərdiyi açıq əmrdə qeyd edirdi:

"Məndən izin alınmadan Nuru paşaya heç bir əlavə qüvvə göndərməmənizi, Nuru paşa üçün yola çıxarılan qüvvələri də geri almanızı rica edirəm. Əvvəlcə bildirildiyi kimi Nuru paşa qüvvələrini cəmləşdirəcək və yalnız bolşeviklərin irəliləməsinə mane olmaqla kifayətlənəcəkdir"[41]

Əliağa Şıxlınski

Ənvər paşa Şərq Orduları Qrupu Komandanlığına yardım barədə göndərdiyi gizli əmrdə isə "38-ci piyada alayı ilə bir dağ topçu taborunu Qazax şossesi ilə Nuru paşaya yardıma göndərdiyini" bildirərək, komandiri xüsusi olaraq məlumatlandırmışdı.[42] Ənvər paşa, bir tərəfdən türk əsgərinin Bakı üzərinə hücum etməyəcəyi məsələsində almanları inandırmağa çalışırdı, o biri tərəfdən də Nuru paşaya gizli əmrlər göndərərək Bakının ən qısa müddətdə ələ keçirilməsi üçün təlimat verirdi. Həmçinin Ənvər paşa 1–2 iyul 1918-ci ildə Şərq Orduları Qrupu komandan vəkili Əsad paşaya "şəxsi" qeydi ilə yazdığı əmrdə Hərbiyyə hərəkat şöbə müdiri Feldmanın son savaş durumunu görmək və yerində araşdırmalar aparmaq üçün bir gəmi ilə Batuma hərəkət etdiyini və Tiflisdə Almaniyanın təmsilçisi ilə görüşəcəyini bildirərək, başkomandan vəkilindən göndərilən əmrlərdən ona heç bir şəkildə bəhs edilməməsini və çox gizli tutulmasını istədi.

İstanbulla xəbərləşmə məsələsində bəzi sıxıntılarla qarşılaşa biləcəyini bildirərək, Bakının ən qısa müddətdə ələ keçirilməsi üçün lazım gələn əsgər, silah, sursat, cəbbəxana və pulun Nuru paşaya istədiyi qədər verilməsini əmr etdi. Ənvər paşa davam edərək belə dedi:

"Xülasə, Nuru paşanınGəncədəki qüvvələrimizin mümkün olan əlavə əsgər, silah və cəbbəxana ilə gücləndirilməsi işinə, vaxt keçirmədən, Feldmanın gəlməsi ilə durum çox çətin bir hal almadan, mümkün olduğu qədər sürətlə önəm verilməsini və sizə şəxsi və gizli olaraq yazdıqlarımın eyni şəkildə Nuru paşaya da bildirilməsini və almanlara hiss etdirilməsi qəti doğru olmayan bu xəbərləşmə tərzinin, sizin tərəfinizdən və Nuru paşa tərəfindən də mənimsənilməsinin lazımi şəxslərə xəbər verilməsini rica edirəm."[43]

Sovet İttifaqı dövründə Göyçay savaşını araşdıran bəzi tarixçilər türk hərbi qüvvələrinin sayı baxımından Qızıl Orduya qarşı açıq bir üstünlüyü olduğunu bildirirlər. Lakin Dr. Mustafa Görüryılmaz qeyd edir ki, mövcud sənədlərə görə bu görüş doğru deyildir. "Savaşın başladığı dövrdə Azərbaycana çatan türk hərbi qüvvələrinin sayı beş min belə deyildi. Qızıl Ordu qüvvələrinin sayı isə erməni dəstələrin qatılması ilə 30 mini aşmışdı."[44]

Kürdəmir döyüşünün planı.

Şaumyan və ona bağlı Qızıl Ordu qüvvələri hər şeydən əvvəl Azərbaycan torpaqlarında yaşayan yerli xalqdan təşkil edilməmişdi. Çar Rusiyası ordularında xidmət edən zabit və əsgərlərdən təşkil olunmuşdu. Daşnak qüvvələri isə böyük çoxluğu Şərqi Anadolu bölgəsi və qismən də bugünkü ErmənistanAzərbaycanda yaşayan ermənilərdən ibarət idi. Erməni daşnak qüvvələri təxminən 3 ildir rus ordusunun zabitləri nəzarətində təlim görmüş və savaşlara qatılaraq nizamlı hərbi dəstələr halına gəlmişdilər.

Şaumyan Leninə göndərdiyi teleqrafda rus bolşevik-erməni daşnak hərbi qüvvələrinin Göyçay savaşında üstün bir səy göstərdiyini, ancaq ordunu idarə edən komandirlərin son dərəcə qorxaq davrandıqlarını bildirdi. Bundan başqa ingilis gizli xidmətinin ordu içində bolşeviklər əleyhinə apardığı təbliğatın da təsiri olduğunu bildirdi.[45] Ənzəlidən gəmilərlə hərəkət edərək Ələt stansiyası yaxınlığında quruya çıxan çarlıq tərəfdarı rus kazakı albay Biçeraxovun qüvvələri də Kürdəmir müharibəsində iştirak etmişdi. Rus kazakları ağır bir məğlubiyyətə uğramışdı. Biçeraxov 300-ə yaxın adamını savaş meydanında qoyaraq Bakıya qaçmışdı. Birləşmiş düşmən qüvvələrinə komandirlik etdiyi bu qısa müddətdə Biçeraxov heç bir uğur əldə edə bilmədi. Böyük ümidlərlə gəldiyi Kürdəmir cəbhəsindən zərərlə ayrıldı. Türk hərbi qüvvələrinin qarşısında məğlubiyyətə uğradı və komandirlik vəzifəsini 22 iyuldan etibarən erməni əsilli Avetisova vermək məcburiyyətində qaldı.[46]

Kürdəmir döyüşü

[redaktə | mənbəni redaktə et]

Azərbaycan xalqının köməyinə gəlmiş türk hərbi qüvvələrinin və Azərbaycan silahlı birləşmələrinin S.Şaumyanın başçılıq etdiyi Bakı Xalq Komissarları Sovetinin qoşunlarına qarşı Kürdəmir qəsəbəsinin azad edilməsi məqsədilə 1918 il iyulun 5-dən 10-na qədər keçirdiyi döyüş əməliyyatı.[47][48][49]

Azərbaycan artileristi.

Döyüşən tərəflər

[redaktə | mənbəni redaktə et]

Döyüşdə polkovnik-leytenant Həbib bəy Səlimovun rəhbərliyi altında Müsüslü dəstəsi, Həsən bəyin 46-cı piyada taboru ilə toplu süvari alayından ibarət dəstəsi və cəbhənin gücləndirilməsi üçün sonradan cəlb olunmuş əlavə qüvvələr, düşmən tərəfdən isə Qırmızı ordunun 1-ci briqadası, İrandan yenicə gələrək, cəbhə komandanı təyin edilmiş Biçeraxovun dəstəsi və təlimatçılar məktəbinin bölmələri iştirak edirdilər. Düşmənin hərbi qüvvələri, əsasən, Birinci dünya müharibəsindən (1914–1918) Bakıya gətirilmiş və Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirmiş daşnak-erməni zabit və əsgərlərindən ibarət idi.[50]

Döyüşün gedişi

[redaktə | mənbəni redaktə et]

Türk-Azərbaycan qoşun hissələrinin azlığı və bolşevik-daşnak qoşunlarının mövqelərinin daha əlverişli olması qırmızıların ilk günlər Müsüslü dəstəsi ilə Həsən bəyin dəstəsinin qarşısnı saxlamasına, hətta şimal istiqamətində Ağsuya doğru bir qədər irəliləməsinə imkan vermişdi. Bolşevik-daşnak qüvvələrinin hücumlarının genişlənməsinə yol verməmək üçün 5-ci Qafqaz diviziyasının 13-cü piyada alayı Kürdəmir ətrafına yönəldildi. Alay Həsən bəyin dəstəsi ilə birləşərək, şimal tərəfdən Kürdəmirə hücum etməli idi. Müsüslüdəki qüvvələri gücləndirmək üçün AğdaşXaldan məntəqələrində toplanmış Azərbaycan könüllüləri, həmçinin Qazaxdan gətirilmiş 350 nəfər silahsız könüllü də Bərgüşad stansiyasına göndərildi. İyulun 8-də ağır döyüşlər oldu. Düşmənə əsas zərbənin 13-cü alay tərəfindən vurulacağı nəzərdə tutulsa da, Qırmızı ordunun bura xeyli qüvvə çıxarması vəziyyəti mürəkkəbləşdirmiĢdi. Biçeraxov 13-cü alaya qarşı 8 top və 8 pulemyotla müşayiət olunan qüvvə çıxarmışdı. Döyüş gecəyə kimi davam etdi. Ciddi müqavimətlə üzləşən 13-cü alay iyunun 8-i gecəsini İbrahimbəyli və Qarasaqqal kəndləri arasında keçirdi. Müsüslü dəstəsinin fəallığı da gün ərzində cəbhədəki mövqelərdə ciddi dəyişiklik yaratmadı. Zirehli qatardan və ətraf landşaftdan bacarıqla istifadə olunması düşmənin müqavimətini xeyli artırmışdı.

Cəmil Cahit Toydəmir

İyulun 9-da və 10-da Kürdəmir ətrafında döyüşlər yenidən davam etdirildi.[47] Ayın 10-da gecədən başlayan döyüşün gedişində düşmənin arxasındakı dəmir yolu xəttini dağıtmaq və onun geri çəkilməsini çətinləşdirmək üçün Kərrar stansiyasına bir dəstə göndərildi. Həmin dəstə tapşırığı yerinə yetirdikdən sonra 13-cü alay uğurla hücuma başladı. Vəziyyətin gərginləşdiyini görən Qırmızı ordu komandanlığı Kürdəmirin şimalındakı bolşevik-daşnak qüvvələrini gücləndirdi. Nəticədə, 13-cü alayın sağ cinahında ciddi təhlükə yarandı. Lakin bir tərəfdən, alay bölmələrinin fədakarlığı, digər tərəfdən də diviziyadan kömək göndərilməsi bolşevik-daşnak qüvvələrinin qarşısını almağa imkan verdi. Qazaxdan Bərgüşada gətirilmiş 350 nəfərlik dəstə də silahlandırılaraq 13-cü alaya qatıldı. Bu zaman H. Səlimovun Müsüslü dəstəsi düşmən qüvvələrinin zəifləməsindən məharətlə istifadə edərək, onun müdafiə xəttini yarmağa müvəffəq oldu.[51]

Döyüşün nəticəsi

[redaktə | mənbəni redaktə et]

Bolşevik-daşnak qüvvələri, bütün cəhdlərinə baxmayaraq, 13-cü alayın hücumunun qarşısını ala bilmədilər. Axşama yaxın alayın sağ cinahı ilə Müsüslü dəstəsinin sol cinahı Kürdəmirin qərbində birləşdilər. Bir neçə saatdan sonra isə birləşmiş qüvvələr qəsəbəni düşməndən tamamilə azad etdilər. Kürdəmirin azad olunması hərbi təşəbbüsün türk-Azərbaycan qoşunlarının əlində daha da möhkəmlənməsi ilə nəticələndi.

Ağsu döyüşü

[redaktə | mənbəni redaktə et]

Qafqaz İslam Ordusu qüvvələri ilə Stepan Şaumyanın başçılıq etdiyi Bakı Xalq Komissarları Sovetinin ordu hissələri arasında 1918-ci il iyulun 5–6-da Ağsu ətrafında baş vermişdir.

Döyüşdə Qafqaz İslam Ordusunun 10-cu və 13-cü piyada alayları, 10-cu alayın tabeliyinə verilmiş Azərbaycan süvari bölmələri iştirak edirdilər. İyulun 6-da düşmən qüvvələrinin müqavimətini qıran 13-cü alay Ağsuya daxil oldu və hücumunu Şamaxı yoxuşuna qədər davam etdirdi. 10-cu alay isə Ağsunun şimalından irəliləyərək, qaçan düşmənə ciddi zərbə endirdi. Gürçüvanı azad edərək, orada mövqe tutdu. Döyüşün gedişində 1 səhra topu, 1 cəbhəxana arabası, 5 pulemyot, 30-a qədər müxtəlif silah və daşnakların talan etdiyi yerli əhalinin əmlakı ilə dolu 15-ə qədər araba ələ keçirildi. Ağsu döyüşü Qaraməryəm döyüşündə qazanılmış qələbəni möhkəmləndirdi.

Qafqaz İslam Ordusunun Şamaxıda rəsmi qələbə keçidi.

Şamaxı əməliyyatı

[redaktə | mənbəni redaktə et]

Əməliyyatın hazırlanması

[redaktə | mənbəni redaktə et]

Əməliyyat üçün münasib şərait Ağsu və Kürdəmirin azad edilməsindən sonra yarandı.[51] Qafqaz İslam Ordusu komandanlığı qüvvələri yenidən qruplaşdıraraq, Şərq cəbhəsinin komandanlığı altında şimal və cənub qruplarını yaratdı. Şamaxı istiqamətində döyüşləri şimal qrupu aparırdı.

Əməliyyatın gedişatı

[redaktə | mənbəni redaktə et]

Bakı uğrunda həlledici hücumlara başlamaq üçün Şamaxı əsas dayaq bazası olduğundan ordu komandanlığı bu məntəqənin tezliklə alınmasını zəruri hesab edirdi. Şimal qrupunun qüvvələri Şamaxının cənub kəndlərindən keçməklə, Şamaxı-Bakı yolunu bağlamalı və Şamaxıdakı bolşevik-daşnak qüvvələrini mühasirəyə almalı idilər. Bunun üçün Şamaxının cənubundakı Göylər kəndinə güclü dəstə göndərilməli idi. Dəstə kənddən keçərək, irəli hərəkət etməklə, Şamaxı-Bakı şose yoluna çıxmalı və nəzərdə tutulan planın icrasını təmin etməli idi.[52] Lakin hücum ərəfəsində (iyulun 19-u) gecə güclü yağış yağdığından əməliyyatın nəzərdə tutulduğu kimi həyata keçirilməsinə imkan vermədi. Göylər kəndinə doğru hərəkət etməli olan qüvvələr Mədrəsə kəndinə istiqamət götürdülər. Hücum planının dəyişməsinə baxmayaraq, qüvvələr xeyli irəliləyə bildi. Bolşevik-daşnak qoşunları müqavimət göstərməyin əbəs olduğunu anlayaraq, günün ikinci yarısında kütləvi şəkildə Şamaxıya doğru geri çəkildilər.[52]

İyulun 20-də şimal qrupu Şamaxıdan keçərək, onun şərqindəki Çuxanlı-Məlikçoban xəttinə çıxdı. Düşmən qüvvələri Şamaxıda mühasirə olunmaq təhlükəsi ilə üzləşdiyindən təcili Mərəzəyə doğru geri çəkildilər. İyulun 21-də şimal qrupunun hissə və bölmələri Mərəzəyə daxil oldular, iyulun 22-də isə bu məntəqə ətrafında baş verən döyüşdən sonra bolşevik-daşnak qüvvələri Cəngiyə qədər qaçaraq, orada müdafiə mövqeləri qurmağa çalışdılar. Bununla da, Şamaxı və onun ətrafı azad edildi və Bakı istiqamətində hücumu genişləndirmək üçün əlverişli mövqelər ələ keçirildi.[51]

Bakı döyüşü

[redaktə | mənbəni redaktə et]
Bakı döyüşündən bir görüntü

Döyüşə hazırlıq

[redaktə | mənbəni redaktə et]
Bakı uğrunda döyüşlər zamanı yanan neft quyusu

Qafqaz İslam Ordusu silah, xüsusilə də top mərmisi çatışmazlığından sıxıntı çəkməsinə baxmayaraq, Bakıya hücum etməyi qərara almışdı. Bakı kimi təbii səngərlər – təpə və vadilərlə əhatələnmiş bir şəhəri ələ keçirmək üçün hücuma keçən ordunun aramsız atəşə tutulması qorxusu vardı. Ona görə də düşmənin müqavimətini qıracaq və piyadalara dəstək verəcək top atəşinə ehtiyac duyulurdu. Mehmetçik, buna baxmayaraq Bakının ətraf məhəllələrinə qədər irəliləmiş, ancaq bu əsnada toplar tamamilə susmuşdu. Türk qərargahında bu ehtimallar hesablanmışdı. Çünki Baş Komandanlıq vəkaləti göndərdiyi əmrlərdə, Bakının tez bir zamanda ələ keçirilməsini istəyirdi. Müharibənin gedişi və almanların Bakıya girmək istəməsi Ənvər paşa başda olmaqla, bütün hərbi qulluqçuları Bakını tez bir zamanda ələ keçirmək barədə eyni cür fikirləşməyə vadar edirdi. Türk Qafqaz İslam Ordusu komandanlığı, 3-cü Ordu komandanlığına bir raport yazaraq, vəziyyəti bildirməyi lazım bildi. Nuru paşa, türk əsgərləri Hacıqabul-Mərəzə xəttində olarkən əsir alınan düşmən əsgərləri arasında ingilis zabitlərinin də olduğunu və Ənzəlidən Bakıya 4 min nəfərlik güclü bir heyət göndərilməsi üçün hazırlıq görüldüyü barədə onlardan məlumat alındığını, bu xəbərə əsasən Bakıya basqın şəklində bir hücum təşkil etmək üçün 02.08.1918-ci il tarixində əmr verildiyini bildirdi. Düşmənin Bakı yaxınlığına qədər heç bir əsaslı müqavimət göstərmədiyinə eyham vuran Nuru paşa, onların şəhəri müdafiə etmək iqtidarında olmadıqları qənaətinə gəlmişdi. Türk ordusunun Bakıya qəhrəmancasına hücuma keçdiyini və düşmənin müdafiəsini yardığını, ancaq top cəbbəxanası çatmaması üzündən piyadaların lazım olduğu qədər dəstəklənmədiyini nəzərə çatdıran Nuru paşa, düşmənin əks-hücuma keçərək türk əsgərini geri oturtduğunu və üstəlik Puta-Xırdalan dəmir yolunun qərbini də ələ keçirdiklərini yazdı. Nuru paşa raportunda belə deyirdi:[52]

"Düşmən Bakıda əli silah tutan və hər millətdən olan kişiləri silahlandırmaqdadır. Bakıdakı düşmən qüvvəsinin 10 min nəfər olduğu təxmin edilməklə bərabər, əlavə qüvvə aldıqları da casuslar vasitəsilə öyrənilmişdir. Bakının zəbti üçün aşağıdakı gücə və cəbbəxanaya ehtiyac vardır: 1. Beş min yeni qüvvə,
2. İki səhra batareyası və düşmənin döyüş gəmilərinin Ələt-Puta dəmir yolu xəttindən və Bakı limanından uzaqlaşdırılması üçün 4 ağır batareya,
3. Bir təyyarə bölüyü,
4. Bir teleqraf bölüyü (telefon və teleqraf xətlərinin işləməsini təmin etmək üçün)
5. Buradakı toplar üçün 10 min qüdrətli top, 8 min şnayder, 4 min Rus dağ, 6 min Rus səhra topu mərmisi ilə min qutu piyada mauzer və 500 Rus piyada tüfəngi cəbbəxanası,

6. Təxminən iyirmi ədəd nəqliyyat vasitəsi.[53]

Baş Komandan vəkili Ənvər paşa 3 və 9-cu Ordulardakı qüvvələrin azalmasını münasib bilmirdi. Bakının mövcud qüvvələrlə ələ keçirilə biləcəyi fikrində idi. Şərq Orduları Komandanı Xəlil paşa isə Ənvər paşaya 12 avqustda göndərdiyi raportda Bakı yaxınlığındakı uğursuzluğun, xalq arasında mənfi təsir oyandırdığını və əldəki mövcud qüvvələrlə də bunun mümkün olmadığını bildirdi. Xəlil paşa Bakı cəbhəsini qüvvətləndirmək üçün 36-cı piyada diviziyası, bir piyada alayı ilə diviziya topçusunun tezliklə Azərbaycana göndərilməsini 9-cu Ordu Komandanlığına əmr etdiyini, Gürcüstandakı dəmir yollarının istifadəyə yararlı olduğu halda 10-cu Qafqaz diviziyasını Bakı cəbhəsinə sövq etməyi düşündüyünü, Bakının ələ keçirilməsindən sonra asudə qalan əsgəri birliklərin isə Cənubi Azərbaycana sövq edilməsinin mümkün olacağını bildirdi[54].

Edilən bu dəyərləndirmələrdən sonra Qafqaz İslam Ordusunun 15-ci piyada diviziyası ilə qüvvətləndirilməsi qərara alındı. Bu diviziya, 56 və 106-cı piyada alayları, bir dağ topçu batalyonu, bir 10,5-lik dağ və bir 10,5-lik səhra qaubitsa artilleriya batareyası ilə bağlı bunlarla birliklər və qollardan ibarət idi. 15-ci piyada diviziyasının 38-ci piyada alayı isə iyun ayında 5-ci Qafqaz piyada diviziyasına əlavə qüvvə olaraq göndərilmişdi. 15-ci piyada diviziyasının Bakıya çatdığı tarixə görə yeni bir hücum günü təyin olunacaqdı və bu tarixin də güman ki, 11 sentyabr olacağı hesablanmışdı. Şərq Orduları Qrupu Komandanı Xəlil paşanın da Bakıya gedərək hücumda şəxsən iştirak etməsi qərarlaşdırıldı[54].

Bakı döyüşündə döyüşən erməni əsgərlər.

Döyüşlərin başlanması

[redaktə | mənbəni redaktə et]

Hücum hazırlıqlarının başa çatdığını görən Qafqaz İslam Ordusu Komandanı Nuru paşa, 13 sentyabr 1918-ci il tarixində diviziya komandanlıqlarına göndərdiyi əmrdə, 14 sentyabr gecə saat 02.00-da hücumun başlayacağını bildirdi.

Qərargahdan "irəli" əmri verilincə, birliklər, gecənin qaranlığında Heybət-Biləcəri dəmir yolu xəttinə doğru irəliləməyə başladılar. Hədəfdə düşmənin birinci müdafiə xətti idi. 56-cı piyada alayı saat 01-də Şabanı-Bakı yolunun şimalından, 9-cu Qafqaz alayı isə bu yolun cənubundan hücuma başladı. Bu alaylar 03.00-da verilən tapşırığı uğurla yerinə yetirdi və erməni, rus və ingilislərin birinci müdafiə xəttini səssizcə işğal etdi.[55]

5-ci Qafqaz piyada diviziyasının rəhbəri podpolkovnik (yarbay) Rüştü bəy, hücumun başlanmasını bu cümlələrlə ifadə edirdi:

"Bu gün 5 avqust tarixinin üzərindən 39 gün keçir. 5-ci Qafqaz firqəsi heç ana vətəndəki döyüşlərdə belə, Azərbaycanda olduğu qədər çətin, qanlı itkilərə uğramamışdı. Həm din, həm də irqini qurtarmaq üçün, mənsub olduğu ordunun qəhrəmanlıq dastanını yerə salmamaq üçün əsgər və zabit heyəti səylə çalışmış, qan axıtmış və canlarını fəda etmişdilər. İstiqlalına vurğun Anadolu türkü, nəhayət, qonşu və qardaş millətin istiqlalını da çətin mübarizələr ilə təmin və azərbaycanlılara təhvil verirdi. Sentyabrın 13-dən 14-nə keçən gecə bütün firqə heç yatmamışdı. 5 avqustdakı məğlubiyyətin acısını çıxarmaq və intiqam almaq üçün hər kəs hücum vaxtının gəlməsini səbirsizliklə gözləyirdi. Axır ki, gözlənilən o saat gəlmiş və kontingent gecənin dərin qaranlıqları içində gündüzdən bələdlənmiş Heybət-Bakı dəmir yoluna doğru axmağa başlamışdı. Bu dəfə Bakının ələ keçiriləcəyinə hamıda inam var idi. Ruh yüksəkliyi hökm sürürdü. İlk qumbara səsləri düşmənin ilk mövqelərinə çatıldığından xəbər verirdi".

Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 202-203
Bakıdakı ingilis ordusu komandanı General Laynl Denstervil
Hücumun ikinci günü
[redaktə | mənbəni redaktə et]

Bakının kənar məhəllələrində olan Məhmətçiyin üzərinə, gecə boyunca ara-sıra pulemyot və piyada tüfəngindən atəş açılırdı. Bakını müdafiə etməyə çalışan düşmən qüvvələri, şəhərin qərb bölgəsindəki Qırmızı kazarma ətrafında toplaşmışdı. Türk topçusunun səhərə yaxın başladığı hazırlıq atışı tamamlandıqdan sonra, 5-ci Qafqaz piyada diviziyasına bağlı 13, 19 və 56-cı alaylar, havanın işıqlanmasıyla bərabər şəhərə girməyə başladılar. Erməni və rus əsgərləri, ara küçələrdə, yaxud da gizləndikləri binaların üstündən atəş açırdılar. Bu həmlələr planlı bir müqavimət deyildi. Bu son müqavimətlər də fayda vermədi və qısa sürən küçə döyüşləri də dayandırıldı. Rus və erməni birliklərinin böyük qisminin gəmilərlə qaçmaq üçün limana yığışdıqları məlum olan kimi, sahil boyu güclü top atəşinə tutuldu. Bu arada Bakı körfəzi açıqlığındakı Nargin adasının ətrafında, şəhərdən qaçan ingilis əsgərlərini daşıyacaq yeddi gəmi hərəkətə hazır vəziyyətdə gözləyirdi. Birləşmiş düşmən qüvvələri Bakıdan qaçarkən, şəhərdəki yanacaq məntəqələri və bəzi başqa əhəmiyyətli yerləri yandırmış bir neçə ölü gördük. Ordu komandanı verdiyi telefon əmrində "şəhərdəki yanğının söndürülməsini və təslim olan ermənilərin qorunmasını" tələb etdi. Ancaq şəhərdəki işğal hələ o nöqtəyə çatmamışdı.[56][57]

İngilislər, Çanaqqalada ağır bir məğlubiyyətə uğramışdılar. Bundan sonra İraqda Qut yaxınlığında onları ağır bir şəkildə məğlub edən və komandirləri general Thovnsendi əsir alan Xəlil paşa, bu dəfə də Bakıda ingilislərə, Birinci dünya müharibəsindəki ən ağır üçüncü məğlubiyyəti dadızdırmaq üzrəydi. Xəlil paşa cəbhədəki ən yüksək rütbəli komandir olmasına və hücumu idarə etməsinə baxmayaraq bəzən hücum edən ən ön sıralarda, əlində silah vuruşurdu.

Bakıya gəlmiş ingilis qoşunları.

Bakıda olan ingilis qüvvələrinin hamısı "Avropa" və "Metropol" otellərində yerləşmişdilər. Türk topçusunun hədəfi bu otellər idi. General Deustervil isə komandir gəmisində yerləşmişdi. Xalq arasında ingilislərin Bakıdan qaçmağı xəbəri sürətlə yayılırdı. Deustervil, şəhərin müdafiə oluna bilməyəcəyini anlamış və hakimiyyətdəki Sentrokaspi hökuməti ilə görüşərək, yaralı, xəstə və yaşlıların evakuasiya olunmasını təklif etmişdi. Bu məsləhətləşmələrdən sonra, ingilislərin şəhərdən qaçmağa başladığını anlayan Bakı hökuməti, Türk komandirləri ilə təmas yaradıb şəhərin təslim edilməsi üçün şərtlərin hazırlanmasını qərarlaşdırdı. Bu qərar ingilislərlə Sentrokaspi hökuməti arasında Barışıq Şərtlərinin razılaşdırılacağı bir zamanda, Məhmətçiyin üzərinə atəş açılması və bunun nəticəsində çox qiymətli komandir və əsgər heyətinin öldürülməsi, Süleyman İzzət bəyi hövsələdən çıxarırdı. Evlərin damında qurulan pulemyot atəş nöqtələrinin hamısını top atəşi ilə susdurmağı əmr etdi. Bir çoxu vurulduqdan sonra əllərində ağ bayraq tutmuş dörd erməni, saat 14.30-da 38-ci piyada alayına müraciət edərək, saat 16.00-da təslim olacaqlarını bildirdi. Onlara verilən bu vaxt tamam olduqdan sonra, ermənilər əllərindəki silahlarla birlikdə təslim olmağa başladılar.[58]

Qaraşəhərdə erməni və rusların silahı atıb təslim olduqları ilk saatlarda 800 piyada tüfəngi və 6 pulemyot təhvil verildi. İki zabit və 80 sıravi təslim oldu. Lakin küçə aralarında gizlənib Məhmətçiyə atəş açan erməni və rus əsgərlərinin böyük bir hissəsi mülki paltar geyərək camaata qarışmışdılar. Bu canilər haqqında bir tədbir görülə bilmirdi.[59][60]

İkinci Bakı hücumunda Azərbaycan milislərinin gücündən də kifayət qədər istifadə olundu. Maştağa dəstəsi Qışla məntəqəsini döyüşsüz ələ keçirdi. Zehni bəyin dəstəsi isə Zığ təpələrinə sığınan iki yüz erməni daşnak və bolşevik rus əsgərinə böyük ziyan vurdu və geri oturdaraq şəhərin şərq tərəfini tamamilə öz nəzarəti altına götürdü. Ləzgi süvari alayı da nəzarət və mühafizə tapşırığı ilə Zığ təpələrində yerləşdirildi.[61]

Bakı küçələrində saat 15.00-a qədər davam edən döyüşlərdə erməni və rus birləşmələrinin müqaviməti tamam qırıldı. Artıq təslim olmaqdan başqa çarələri qalmamışdı. Hələ 14 sentyabrda Bakının kənar məhəllələrinə girən türk əsgəri, tələfat verməmək üçün irəliyə hərəkəti dayandırmışdı. Türklərin şəhərə girmək istədiyini görən ingilislər, gəmilərə minərək səhər saatlarında Bakıdan qaçmışdılar. Erməni və rus komandirləri ilə şəhər rəhbərləri də gəmilərlə qaçırdılar. Buna görə də birləşmiş düşmən qüvvələrində böyük bir çaxnaşma meydana gəlmiş, cəbhələri və qoşunları tamamilə dağılmışdı.[61]

5-ci Qafqaz piyada diviziyasının qərargah rəisi Rüşdü bəy

Bakıda küçə döyüşləri davam edərkən, saat 10.30 radələrində İran bayrağı ilə ağ bir bayrağın olduğu bir avtomaşının 13-cü alaya doğru yaxınlaşdığı göründü və bu barədə 5-ci Qafqaz piyada diviziyası qərargahına xəbər verildi.[62][63]

İranın Bakı Konsulluğu ilə birləşmiş düşmən qüvvələrinin qərb cəbhəsinin erməni əsilli komandiri, şəhərin təslim olacağını bildirdilər. Şəhərin təslim olması ilə əlaqədar görüşlərin, Bakıda iqtidarda olan Sentrokaspi hökuməti ilə İran, İngiltərə, ABŞ, İsveçDanimarka konsulluqları və ya təmsilçilərinin də iştirakı ilə həyata keçirilməsini təklif etdilər. Yeni təkliflər Nuru paşaya çatdırıldı. 5-ci Qafqaz piyada diviziyası rəisi podpolkovnik Rüştü bəyin, bu təmsilçilərlə Bakıya gedərək, şəhərin təslim olma şərtlərini həll etməsi uyğun bilindi.[64]

Bakıya gedən Qərargah rəisi Rüştü bəy şəhərdə tam bir qarışıqlığın hökm sürdüyünün, azərbaycanlılarla ermənilər və fars əsilli iranlılar arasında küçə döyüşləri başlandığının, erməni daşnakların küçələrdə atəş açaraq türkləri qətlə yetirdiklərinin şahidi oldu.

Rüştü bəy, gördüklərini belə dilə gətirmişdi:

"Maşınımız bu atəşlər arasından keçərək irəliləyərkən, bir güllə sürücünün əlinə dəyib barmağını yaraladı. Yanımızdakı erməni əsilli cəbhə komandiri, kiminləsə görüşəcəyini bildirərək, öz qərargahlarının qarşısında maşından düşdü. Bu arada evlərindən çıxan bir neçə qadın, kişi həyəcanla maşınımızı dövrəyə aldılar. Onları sakitləşdirməyə çalışdığım zaman "Türk zabitləri fransızca bilirmi?" sualını verdilər. Bəlkə də mənim türk olduğumu zənn etməmişdilər. Lakin İran konsulu təsdiq edəndə, heyrətləri daha da artdı. Bundan sonra Danimarka Konsulluğuna getdik. Qapıları bağlı idi. Çətinliklə açdıraraq içəri girdik. Konsulluqdan baxıldığı zaman şəhərin ətrafındakı yüksək yerlərdə olan əsgərlərimiz aydın görünürdü. Konsul, digər konsullara və şəhər bələdiyyə rəhbərlərinə də telefonla xəbər verdi. Bu əsnada şəhərdə küçə döyüşləri getdikcə qızışırdı. Erməni əsgərlərin axın-axın konsulluğun önündən həyəcanla keçdiklərini görürdük. ġəhərin vaxtında təslim edilməsini və xalqla ermənilər arasındakı ziddiyyətlərin təcili surətdə dayandırılmasını təşkil etməyi konsuldan xahiş etdim. Ancaq nümayəndələrin yığılıb maşınla konsulluğa gəlməsi gecikirdi. Nəhayət, ağ bayraqlı üç-dörd maşından ibarət bir kolon şəklində hərəkət edərək firqə qərargahına gəldik."[65][66]

General Denstervill Bakıda gəzintidə.

Döyüşlərin gedişi

[redaktə | mənbəni redaktə et]
Binəqədi döyüşü
[redaktə | mənbəni redaktə et]

Döyüş əsasən 311, 364 nömrəli təpələrin və Binəqədi yüksəkliyinin ətrafında baş verdi. Avqustun 26-da başlanan döyüşdə 13-cü piyada alayı 364 nömrəli təpəni ələ keçirərək, "Sentrokaspi" – ingilis qüvvələrini geri çəkilməyə məcbur etdi. 311 nömrəli təpəni isə ələ keçirmək mümkün olmadı. Avqustun 27-də "Sentrokaspi" – ingilis qüvvələri 364 nömrəli təpəni geri qaytarmağa cəhd göstərdilər: ingilis qüvvələri hücuma keçərək, Maştağa dəstəsinin və 13-cü alayın mövqelərini aramsız atəşə tutdu, 10-cu alayın mövqeləri "Sentrokaspi" təyyarələri tərəfindən bombardman edildi, hərbi gəmilər isə Abşeron yarımadasının şimalında mövqe tutaraq, "Sentrokaspi" qüvvələrini müdafiə etməyə çalışdılar. Azərbaycan süvarilərinin və könüllülərinin çoxluq təşkil etdiyi Maştağa dəstəsi döyüşlərin ən qaynar yerində idi. Qaimməqam Həsən bəyin rəhbərliyi altında olan bu dəstə düşmən təyyarələrindən bombardman edilməsinə, dənizdə dayanan gəmilərdən top atəşinə tutulmasına baxmayaraq, döyüş mövqeyindən geri çəkilmədi. Avqustun 30-da Nasoslu yaxınlığında "Sentrokaspi" gəmilərindən quruya çıxarılmış desant Qafqaz İslam Ordusu qüvvələrinə arxadan zərbə vurmağa cəhd göstərdi. Lakin 364 nömrəli təpəni geri qaytara bilmədi. Qafqaz İslam Ordusu komandanlığı Bakı ətrafındakı qüvvələri yenidən qruplaşdıraraq, avqustun 31-də 311 nömrəli təpə üzərinə yenidən hücuma keçdi. "Sentrokaspi" – ingilis qüvvələri bu təpəni, həmçinin, bütünlükdə Binəqədi yüksəkliklərini qoruyub saxlaya bilmədilər və itki verərək geri çəkildilər. Qafqaz İslam ordusunun hissə və bölmələri Binəqədi ətrafındakı mövqelərdən əlavə, Digah və Məhəmmədi kəndlərini də ələ keçirdilər. Binəqədi-Digah xətti üzrə mühüm mövqelərin itirilməsi "Sentrokaspi diktaturası"nın süqutunu sürətləndirdi. General Denstervil döyüşdən sonra bəyan etdi ki, "yer üzündə heç bir qüvvə Bakını türklərdən ala bilməz" Beləliklə, Bakının şimalında "Sentrokaspi" – ingilis qüvvələri Biləcəri yüksəkliyinə qədər geri sıxışdırıldı və Bakının azad olunması uğrunda həlledici hücumun təşkili üçün əlverişli mövqelər ələ keçirildi.

Qafqaz İslam Ordusunun Bakıda rəsmi keçidi.

Bakının işğaldan azad edilməsi

[redaktə | mənbəni redaktə et]

Bakıdan gələn heyətə, şəhərdə yaşayan insanlara heç bir zərər verməyəcəyinə dair Türk Qafqaz İslam Ordusu Komandanlığında hazırlanan bildirişlər verilərək, bunu xalq arasında yaymaq göstərişi verildi. Beləliklə də, küçə döyüşləri tezliklə dayandırılaraq, daha çox şəhid və yaralı verilməsinin qarşısı alınmış oldu.[59][67]

Hacıqabulda yerləşən Cənub Qrupu Komandanı Cəmil Cahid (Toydəmir) bəy Bakı Mövqe Komandiri vəzifəsinə təyin olundu və axşama doğru şəhərə girdi.[68]

Şəhərdə asayişi bərpa və mühafizə etmək minbaşı Fəhmi bəyin başçılığı altında iki batareya ilə 56-cı alaya həvalə olundu.[69] Şəhərin şərq hissəsindəki Qaraşəhər bölgəsini isə bir batareya ilə 38-ci piyada alayının qoruyacağı qərara alındı. Düşmən gəmilərinin Bakını bombalamasının qarşısını almaq üçün şəhərin qərb bölgəsindəki Bayıl təpələri ilə şərqdəki Zığ təpələrinə də topçu batareyası yerləşdirildi.[59]

Qafqaz İslam Ordusu Komandanlığına verilən raportlara görə, Bakının ələ keçirilməsində 17 erməni, 9 rus və 10 gürcü zabiti ilə 1.151 erməni, 383 rus, 4 ingilis və müxtəlif millətlərə mənsub 113 əsir alındı. Bakıda olan təxminən 5–6 min ingilis piyadası 100 pulemyot və 20 top ilə gəmilərə minib Ənzəliyə yollanmışdı. Rus və ermənilərin əsas qüvvələri isə gəmilərlə Dağıstana – Mahaçqalaya getmişdilər. Qafqaz İslam Ordusunun ehtiyacını ödəmək üçün Kürdəmir sursat anbarında olan 500 qutu mauzer və 200 rus piyada tüfəngi Puta stansiyasına gətirildi. Şəhər iqtisadiyyatını nəzarətə götürmək üçün də bəzi komissiyalar yaradıldı.[70][71]

Böyük Britaniya ordusuna aid hərbi maşın Bakı cəbhəsində

Nuru paşa qəhrəmanlıqla döyüşərək Bakını azad edən Məhmətçiyin bu xidmətinin əvəzini ödəmək lazım olduğunu bilirdi. Qafqaz İslam Ordusu Komandanı Nuru paşa Bakını zəbt etmələri münasibətilə bütün diviziyalara təbrik göndərdi. Təbrikdə deyilirdi:

"Bakının ələ keçirilməsi üçün edilən müharibələrdə xidməti olan bütün zabit və sıravilərin hər birinə, göstərdikləri şücaət və fədakarlığa görə təşəkkür edirəm. İlk piyada hücumunu uğurla yerinə yetirən 9 və 56-cı alaylara, düşmən qüvvələri üstün olduğu halda hücumla qısa zaman ərzində Biləcərinin yüksəkliklərini ələ keçirən 38-ci alaya, xüsusi təşəkkürümü bildirirəm. 56-cı alayın topçu atəşi müşayiəti olmadan düşmənin iki xəttini işğal etməsi təqdirəlayiq haldır. Buna görə alay komandiri minbaşı Fəhmi bəyin yarbay rütbəsi ilə təltif olunması barədə Hərbiyə Nazirliyinə təqdimat verdim. Bu döyüşlərdə fərqlənən zabit və sıravilərin təyin olunaraq, 17 sentyabr axşamına qədər Ordu Komandanlığına göndərilməsini xahiş edirəm".[72][73]

Azərbaycan Xalq Cümhuriyyətinin Muğana yürüşü

[redaktə | mənbəni redaktə et]

1 avqustda Bakı Kommunasının devrilməsindən sonra Muğanda İlyaşeviç tərəfindən elan edilən diktatura Anton Denikinə sadiq olduqlarını elan etdi. Qafqaz İslam Ordusunun Bakıya həmlə etdiyi bir vaxt, ordunun bir hissəsi də cənuba yönəlmişdi. 3 sentyabr 1918-ci ildə Qaçaqkənd yaxınlığında leytenant Xoşev başçılığındakı diktaturanın ordusu türkləri geri qovmağı bacarmışdı.[74] 17 noyabr 1918-ci ildə Bakıya gələn general Tomsonun nümayəndələri diktaturanı rəsmən tanımışdı. 1919-cu ilin yanvarında Anton Denikinin nümayəndələri Lənkərana gəlmiş, lakin Muğanlıların tələblərini nəzərə almadıqları üçün bu dəfə Muğan diktaturası Lazar Biçexarovu sadiqlik elan etmişdi.[75]

25 aprel 1919-cu ildə Lənkəranda çevriliş oldu və Muğan Sovet Respublikası yaradıldı, İlyaşeviç həbs olundu. Diktaturaya sadiq qüvvələr Lənkəranı tərk edərək Muğana keçdilər. 1919-cu ilin iyun ayında leytenant Xoşev Lənkərana hücum edib sovet respublikasını devirmək istəsə bacarmadı. İyunun 17-si isə ADRə sadiq olan Hüseyn Ramazanovun dəstələri, İrandan gələn köməkçi qüvvələrlə Astaranı ələ keçirmişdi. Lakin 23 iyul 1919-cu ildə diktatura ordusu şimaldan, ADR ordusu isə cənubdan hücum edərək Muğan Sovet Respublikasına son verdilər. Sovet respublikasına sadiq qüvvələr Sarı adasına çəkildi. Şəhər avqust ayının 8-inə kimi yenidən leytenant Xoşevin ordusunun əlinə keçdi.[76]

Azərbaycan Xalq Cümhuriyyəti əsgərləri.

Lənkəran əməliyyatı

[redaktə | mənbəni redaktə et]

Azərbaycanın cənub bölgəsində ölkənin ərazi bütövlüyünün təmin edilməsi üçün AXC ordu hissələrinin 1919-cu ilin avqustunda həyata keçirdiyi hərb əməliyyat.

Əməliyyatın səbəbləri və hazırlanması

[redaktə | mənbəni redaktə et]

Ölkənin cənub bölgəsi hələ Azərbaycanın müstəqilliyinin elan edilməsindən əvvəl bolşeviklərin, sonra isə ağ qvardiyaçı qüvvələrin nəzarətində olduğundan, orada hərbi əməliyyat keçirilməsi zəruri idi. 1919-cu il, iyulun sonu, avqustun əvvəllərində Lənkəran bölgəsinə hərbi qüvvə yeritmək imkanı yarandı. Bu məqsədlə xüsusi dəstə yaradıldı, general-mayor Həbib bəy Səlimov dəstənin komandiri təyin edildi.[51] 1919-cu il, avqustun 4-də hərbi nazir Səməd bəy Mehmandarov Lənkərana qoşun dəstəsi göndərilməsi haqqında əmr imzaladı. Əmrə görə dəstə Hacıqabul, Salyan, Xol-Təklə (Pokrovsk), Prişib (Göytəpə) marşrutu ilə Lənkəran qəzasına doğru hərəkət etməli, bölgədə olan silahlı dəstələr neytrallaşdırmalı və onları tərk-silah etməli idi. Lənkəran əməliyyatının başlanması ərəfəsində hərbi nazir Səməd bəy Mehmandarov əhaliyə müraciət etdi və onları silahları təhvil verməyə dəvət etdi. Hərbi nazirin əmrinə əsasən hərbi qruplaşmalar 1919-cu ilin avqustun 12-də Hacıqabul məntəqəsində toplaşdılar. Hərbi qruplaşmaya V Bakı Piyada alayı, III Şəki süvari alayı, II yüngül topçu, VI dağ topçu və əlahiddə qaubitsa batareyaları, istehkam taqımı və zirehli maşınlar taqımından ibarət idi.[52]

Əməliyyatın gedişatı

[redaktə | mənbəni redaktə et]

Dəstə avqustun 14-ü hərəkətə başladı və ertəsi günü Salyana çatdı. Dəstənin komandanı Həbib bəy Səlimov öz nümayəndələrini Lənkərandakı hərbi qüvvələrin yanına göndərərək, dərhal AXC hökumətini tanımağı tələb etdi. Həmçinin yolboyu yerləşən rus kəndlərindən də silahlar toplanıldı. Avqustun 17–18-i həmin kəndlərdən 3 top və 5 pulemyot müsadirə edilərək Bakıya yola salındı. Bakıdan Səməd bəy Mehmandarovun Həbib bəyə göndərdiyi teleqramda AXC ordusunun və hökumətinin nüfuzunun aşağı düşməməsi üçün qətiyyətlə hərəkət etməsini və əməliyyat bitdikdən dərhal sonra dəstə ilə birlikdə Bakıya gəlməsini əmr edirdi. Dəstə avqustun 20-də Pokrovsk kəndini mühasirəyə aldı və əhaliə olan silahları toplamağa başladı. Kənd əhalisindən 2 top və 4 pulemyot müsadirə edildi. Dəstə avqustun 23-də Lənkərana çatdı. Sürətli tədbirlər nəticəsində heç bir müqavimət görmədən qarşıya qoyulmuş vəzifələri yerinə yetirdi. Bölgəni rus mənşəli əhalisi tərk-silah edildi, polkovnik İlyaşeviçin rəhbərliyindəki rus hərbi qruplaşması təslim oldu.[52]

Cümhuriyyət ordusu üçün xeyli silah və hərbi sursat əldə olundu. 1919-cu il, sentyabr 3-də Lənkəran dəstəsi Hacıqabula qayıtdı. AXC ordusunun Lənkəran əməliyyatı nəticəsində AXC hakimiyyəti cənub bölgəsində təmin olundu.[51]

Quba məsələsi

[redaktə | mənbəni redaktə et]

Dağlılar Respublikası hökumətinin bəzi üzvlərinin Quba qəzası ilə bağlı Azərbaycan Xalq Cümhuriyyətinə əsassız ərazi iddiası.

Dağlılar Respublikası 1918-ci ilin payızında Şimali Qafqazda öz mövqelərini möhkəmləndirmek üçün müəyyən tədbirlər görməklə yanaşı, bəzi addımları ilə AzərbaycanGürcüstanla münasibətlərdə problemlər yaratdı. Dağlı hökumətinin bəzi üzvləri Quba qəzası ilə bağlı Azərbaycana, Cənubi OsetiyaAbxaziya ilə əlaqədar isə Gürcüstana qarşı ərazi iddiası qaldırdılar. Dağlı Respublikası rəhbərliyinin ayrı-ayrı üzvləri Quba qəzası ilə bağlı ərazi iddiası irəli sürərkən, həmin bölgədə ləzgilərin də yaşamasını əsas gətirirdilər[77].

Yalama dəmir yolu stansiyasının ələ keçirilməsi

[redaktə | mənbəni redaktə et]

Dağlı hərbçiləri bu əsassız iddianı həyata keçirmək məqsədilə, hətta, Quba qəzası ərazisinə müdaxilə etmiş, Yalama dəmir yolu stansiyasını ələ keçirmişdilər. Azərbaycan sərhəd keşikçiləri 1918-ci il dekabrın 24-də onları bu ərazidən çıxarmış, şimal sərhəddini keçmiş Bakı quberniyası hüdudları boyunca bərpa etmişdilər. Dağlı hökumətinin Bakıdakı nümayəndəsi Əlixan Qantəmir bu münaqişə ilə bağlı Azərbaycan hökumətinə etirazını bildirmiş, "mübahisəli" sərhəd məsələlərinin həlli üçün xüsusi orqan yaradılması, ona qədər isə Quba qəzasının idarə olunmasında hər iki tərəfi təmsil edən müştərək qrupun fəaliyyət göstərməsi təklifini irəli sürmüşdü.

Heydər Bammatov.

Sonrakı proseslər

[redaktə | mənbəni redaktə et]

Dağlı hökumətinin bəzi nümayəndələri bu cür əsassız hərəkətləri ilə ən yaxın müttəfiqləri olan qonşu dövlətlərlə münasibətlərdə soyuqluq yaradırdılar. Lakin hökumətin əksər üzvləri AzərbaycanGürcüstana qarşı ərazi iddiaları qaldırılmasına qəti etiraz etdilər. Xarici işlər naziri Heydər Bammatovun başçılıq etdiyi bu qrup Qafqazda ərazi mübahisələrinin həlli zamanı Azərbaycanın təklif etdiyi prinsipləri dəstəklədi. Həmin prinsiplər bunlar idi:

  • Ərazi məsələlərinin həllində mübahisəli bölgədə yaşayan əhalinin öz iradəsini azad surətdə bildirməsi əsas götürülməlidir.
  • Ərazi mübahisəsi yalnız əhalinin qarışıq yaşadığı bölgələrə aid edilməlidir.
  • Əhalinin rəyi yekdil olmadığı halda bölgənin iqtisadi-təsərrüfat əlaqələrinə üstünlük verilməlidir.

Quba qəzası əhalisi və Quba Müsəlman şurası bu ərazinin Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu qəti şəkildə bəyan etdi. Quba nümayəndəsi Murtuza Axundzadə Azərbaycan Parlamentində bu məsələ ilə bağlı 1919-cu il fevralın 5-dəki çıxışında bildirdi:

" Qubada kasıb, dövlətli - hər kəsin ipək parçadan tikilmiş üçrəngli bayrağı var. "

Quba Müsəlman şurası Dağlı hökumətinə göndərdiyi məktubda onun bəzi üzvlərinin ərazi iddiasının ümummüsəlman mənafeyini müəmmalı məqsədlərə qurban vermək kimi qiymətləndirdi. "Quba məsələsi" Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin qətiyyətli mövqeyi, Quba qəzası əhalisinin öz iradəsini birmənalı şəkildə bildirməsi və Dağlı hökumətində sağlam düşüncənin üstün gəlməsi nəticəsində qısa müddətdə həll edildi[78].

Əsgəran əməliyyatının rəhbəri general-leytenant Həbib bəy Səlimov.

Əsgəran döyüşü

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Əsgəran döyüşü

Azərbaycan ordusu hissələrinin 1920 ilin mart-aprelində erməni qoşunlarına qarşı apardığı hərbi əməliyyatın tərkib hissəsi. Bu əməliyyatların səbəbi Aprel işğalı ərəfəsində Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusunun diqqətini rus sərhədindən qərbə doğru yayındırmaq idi. 1920-ci ilin mart ayında ermənilərin Qarabağda üsyan qaldırmasından sonra Azərbaycan ordusunun əsas hissəsi bu üsyanı yatırmaq üçün cəmləşdirildi.

Üsyanın başlanması

[redaktə | mənbəni redaktə et]

Bu məntəqə hər iki tərəf üçün strateji əhəmiyyət kəsb edirdi. Onun nəzarətə alınması Qarabağda hərbi təşəbbüsün əldə saxlanması üçün başlıca amil idi. Buna görə də 1920 il martın 21-də, Novruz bayramı gecəsi erməni-daşnak qüvvələri Qarabağın bir sıra məntəqələri ilə bərabər, Əsgərandakı Cümhuriyyət ordusu postlarının üzərinə hücuma keçmiş və bu postlarda dayanan azsaylı qüvvələri məhv etmişdi. Bununla da, Əsgəran keçidi bağlanmış, XankəndidəŞuşada yerləşən hərbi qarnizon çətin vəziyyətə düşmüşdü. Qarabağın Azərbaycandan qoparılmasına yol verməmək, bölgədəki erməni-daşnak silahlı qüvvələrinə güclü zərbə endirmək üçün, ilk növbədə, Əsgəran keçidini açmaq lazım idi. Ona görə də Qarabağ əməliyyatına rəhbərlik etmək üçün 1920 il martın 26-da Ağdama gəlmiş general-mayor Həbib bəy Səlimov əvvəlcə Əsgəran yolunun kəşfiyyatını apardı. Erməni qüvvələrinin müqavimətini qırmaq üçün H.Səlimov hərbi nazirdən Ağdama bir zirehli avtomobil göndərilməsini xahiş etdi.

Döyüşün gedişatı

[redaktə | mənbəni redaktə et]

Müəyyən hazırlıq işləri görüldükdən sonra martın 29-da Azərbaycan qoşun hissələrinin Əsgəran üzərinə ilk hücumu başlandı. Döyüşdə 5-ci Bakı piyada alayının bölmələri, Parlament mühafizə dəstəsi və partizan dəstələri iştirak edirdilər. Süvari qüvvələrə isə 1-ci Azərbaycan süvari alayının bölmələri cəlb olunmuşdu. Döyüşün gedişində Xramord kəndi, Daşbaşı yüksəkliyi, Fərrux kəndi ələ keçirildi və qüvvələr Xanabad kəndinə xeyli yaxılaşdılar. Döyüş planına əsasən, qüvvələr bu mövqelərdə dayanıb möhkəmlənməli olduqları halda, daha irəliyə getməyə can atırdılar. Nəticədə, Əsgərandan əlavə kömək alan erməni-daşnak dəstələri Azərbaycan qüvvələrinin qarşısını saxlayıb, hətta geri çəkilməyə məcbur etdilər. Bununla da ilk hücumda Əsgəranı azad etmək mümkün olmadı.

7-ci Şirvan alayının, 1-ci Azərbaycan süvari alayının, bir dağ topçu batareyasının Ağdama gətirilməsi qərara alındı. Bu qüvvələrin Ağdama yetişməsi ilə Əsgəran üzərinə növbəti hücum təşkil edildi. Hücum 1920 il aprelin 3-də başladı. Dəqiq planlaşdırılan döyüş Azərbaycan ordusu hissələrinin qələbəsi ilə nəticələndi. İlk hücumdakı marşrut üzrə irəliləyən Azərbaycan qüvvələri daşnakların bütün müqavimətini qıraraq, əvvəlcə Əsgəranı, sonra isə Xocalını erməni silahlı dəstələrindən təmizlədi. Azərbaycanın qoşun bölmələri gün ərzində Ağdam-Əsgəran yolunun kənarında yerləşən Kətik, Aranzəmin və Naxçıvanik kimi möhkəmləndirilmiş məntəqələri erməni silahh dəstələrindən azad etdilər. Əsgəran döyüşünün uğurla başa çatması Azərbaycan ordusu hissələrinin tezliklə Şuşaya daxil olmasına zəmin yaratdı.

Azərbaycan ordusunun bu uğurlu əməliyyatı nəticəsində Qarabağda erməni separatizmi nəticəsində yaranmış üsyan yatırıldı. Ermənilər layiqli cəza aldılar.

Yalama döyüşü

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Yalama döyüşü

1920-ci ilin aprel ayının 27-sində Yalama ərazisində Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusunun Quba alayının Yalama qarnizonu ilə XI Qırmızı Ordu arasında baş vermiş döyüş[79].

Döyüşün başlanması və gedişatı

[redaktə | mənbəni redaktə et]

1920-ci il aprel ayının 27-si, saat 00:05 dəqiqə ikən 70 minlik XI Qırmızı Ordu, öndə "III İnternasional", daha 3 zirehli qatar və 300 nəfərdən ibarət piyada desant olmaqla, Samurçay üzərindəki körpünü keçir. İşğalçı qoşunla Anastas Mikoyan, Qəzənfər Musabəyov da rus süngüləri üzərində Azərbaycanda şura hökuməti qurmağa gəlirlər[79].

Körpünün başında keşik çəkən piyada taqımının əsgərləri və altı süvari zirehli qatarları görəndə təəccüblənirlər. Çünki cəmi bir neçə saat əvvəl onlar həmin bu körpünün üstündə indi top-tüfənglə üstlərinə gələn rus zabitləri və əskərləri ilə rəqs edir, dostluq-qardaşlıqdan danışırdılar… Artilleriya və pulemyot atəşi ilə kiçik dəstənin müqavimətini qırmaq ruslar üçün çətin olmur. Bundan sonra qatar Yalamaya üz tutur. Yolboyu onları dəmir yolunun kənarında meşədən olan azərbaycanlıların süvari patrulları izləyir[79].

Ruslar Yalamaya qəflətən hücum etmək istəyirlər. Onların desantı stansiya ilə sərhəd məntəqələrini birləşdirən telefon xəttlərini kəsir. Lakin Azərbaycan Ordusunun Quba alayının zabiti Ağaəli Babazadənin rəhbərliyi altında bir neçə yüngül top və pulemyotla silahlanmış iki rota, 300 nəfərdən ibarət süvari eskadronu və kiçik jandarm dəstəsi stansiya yaxınlığında düşməni gözləyir. Belə ki, qarnizonu süvari patrullar xəbərdar etmişdirlər. Ancaq qüvvələr həddən artıq qeyri-bərabər idi. Həmdulla Əfəndinin könüllülər dəstəsindən savayı, kiminsə köməyə yetişəcəyinə ümid yox idi[79].

İlk toqquşma stansiyaya bir kilometr qalmış baş verir. Azərbaycanlılar Yalamadan zirehli qatarlara qarşı parovoz yola salır. Məqsəd qəza törədib dəmiryolunu sıradan çıxarmaq və qatarların önünü kəsməkdir. Lakin "III İnternasional"dan iki sərrast top atəşi ilə buxar maşınının qazanı partladılır. Parovoz sürətini azaldaraq qatara çatmamış dayanır, onu itələyə-itələyə ehtiyat yola keçirirlər. Bundan sonra ağır döyüş başlanır. Zirehli qatarlardan fuqas mərmilərlə azərbaycanlı topçuların mövqeləri, pulemyot dzotları dağıdılır. Qatarların şrapnel mərmilər və pulemyot atəşi ilə dəstək verdiyi rus desantı hücuma keçir[79].

Yalama qarnizonu bu hücuma iki saat davam gətirir. 350 döyüşçü son nəfəsinədək stansiyanı qoruyur. Sağ qalanlar partizan dəstələrinə qoşulmaq üçün geri çəkilir[79].

Rus desantı da döyüşdə ciddi itki verir. Məsələn, XI Qırmızı Ordunun məşhur komandirlərindən biri, 28-ci diviziyanın veteranı Nemıkin də bu döyüşdə ölür[79].

Sarvan döyüşü

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Sarvan döyüşü

1920-ci ilin aprel ayının 27-sində Şabran rayonunun "Sarvan" stansiyasında Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusu ilə XI Qırmızı Ordu arasında baş vermiş döyüş[80].

Döyüşün başlanması və gedişatı

[redaktə | mənbəni redaktə et]

XI Qızıl Ordunun gəldiyi qatar Həmdulla əfəndi və Qaçaq Mayılın rəhbərlik etdiyi dəstələr tərəfindən "Sarvan" stansiyasında məcburi saxlanılıb[80]. Sayca qeyri-bərabər gedən bu döyüşdə Qızıl Ordu xeyli canlı qüvvəsini itirmişdir[80].

Yalama döyüşündən sonra məğlub olan anti-inqilabçı dəstələrin rəhbərləri Həmdulla əfəndi Qaçaq Mayıl müqaviməti dayandırmaq barədə müzakirələr aparır[81]. Amma Mayılın Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusunda xidmət edən oğlu İbrahim buna etiraz edir. Qərara etiraz edənlərin çoxluğu səbəbindən ikinci döyüş üçün yer seçilir. Döyüş üçün növbəti yer Həmdulla əfəndinin kəndi Dəvəçinin Qələgah kəndi yaxınlıqında olan Sarvan stansiyasında relslər sökülür. Silahlılar mövqe tutur. Günortaya yaxın qırmızı ordunu gətirən qatar gəlib çıxır. Sökülmüş relslər, qurulmuş barrikadalar və silahlanmış sakinlərin sayəsində ordunun hərəkəti dayandırılır. Elə bu vaxt qatardan səsgücləndirici vasitəsi ilə müraciət edilir[81]:

" Atmayın, sözümüz var! "

Qatardan silahlılara müraciət edən şəxs Həmdulla Əfəndinin dayısı oğlu, İbrahimin məktəb yoldaşı və Mircəfərin süd qardaşı Qəzənfər Musabəyov idi[81].

Silahlar endirilir, bir qədər sonra qatarın qapısı açılır və əlində səsgücləndirici olan şəxs sözünə davam edir:

"İbrahim, mənəm. Yol verin, sizinlə işimiz yoxdur. Siz də bilirsiniz ki, qarşımızı kəsməyiniz Türkiyəyə ziyandır. Biz Anadoluya gedirik, yol verin. Vuruşsanız sizə ziyan olacaq. Qırmızı orduya qalib gəlmək mümkün deyil."[81]

Qəzənfər Musabəyov müraciətini bitirəndən sonra, qatara qayıdır. Bu ərəfədə hikkəsini boğa bilməyən İbrahim qatara güllə atır. Və bununla da, döyüş başlayır. Pulemyotlardan atəş açan ruslar qısa vaxt ərzində dağınıq halda hücum edən yerli əhalini sıxışdıra bilir. Dəstəyə rəhbərlik edənlər məğlub olduqlarını görərək sağ qalanlarla birlikdə Dağlara çəkilir[81].

  1. 1 2 Dr. Mustafa Görüryılmaz – Qafqaz İslam Ordusu və ermənilər, Bakı, 2006, səh. 27
  2. L. C. Dunsterville. The adventures of Dunsterforce Arxivləşdirilib 2022-05-21 at the Wayback Machine. London: Edward Arnold, 1920, p. 276
  3. Fromkin, David (1989). A Peace to End All Peace, pp. 354–355. Avon Books.
  4. Süleyman Gündüz, Kafkas İslam Ordusu
  5. 1 2 3 4 Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, Bakı, 2004.
  6. On the Religious Frontier: Tsarist Russia and Islam in the Caucasus by Firouzeh Mostashari P. 144
  7. Ethnic Nationalism and the Fall of Empires by Aviel Roshwald, page 100
  8. M. Süleymanov, Qafqaz İslam Ordusu və Azərbaycan, Hərbi nəşriyyat, Bakı,1999, s.189 – 190
  9. Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 37–38
  10. Süleymanov, Qafqaz İslam Ordusu və Azərbaycan, s. 191
  11. 1 2 Birinci Dünya hərbində Türk hərbi, Qafqaz cəbhəsi, III ordu hərəkatı, II c, s. 557
  12. Azərbaycan Respublikası Milli Dövlət Arxiv Fondu 1061, q. 3. vər. 19. həmçinin bax: AMEA-nın 1990-cı il "Tarix-Fəlsəfə-Hüquq" seriyası, №1; həmçinin bax: Seyfəddin Qəniyev "1918-ci il Şamaxı soyqırımı, I kitab" Bakı, "Nurlar" nəşriyyatı-2003" 152 S. S. 22
  13. "Azərbaycan" qəzeti, 02 aprel 2013-cü il, №67 (6342) S.4
  14. Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 38
  15. 1 2 3 Birinci Dünya hərbində Türk hərbi, Qafqaz cəbhəsi, III ordu hərəkatı, II c, s. 558
  16. Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 33–35–38
  17. Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 44–45
  18. Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 45
  19. Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 46
  20. 1 2 3 Birinci Dünya hərbində Türk hərbi, Qafqaz cəbhəsi, III ordu hərəkatı, II c, s. 559
  21. Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 46–47
  22. Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 47
  23. Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 48
  24. Dr. Mustafa Görüryılmaz – Qafqaz İslam Ordusu və ermənilər, Bakı, 2006, səh 138
  25. Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 53–54
  26. Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 59
  27. Birinci Dünya hərbində Türk hərbi, Qafqaz cəbhəsi, III ordu hərəkatı, II c., s. 560
  28. Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 59–60
  29. Birinci Dünya hərbində Türk hərbi, Qafqaz cəbhəsi, III ordu hərəkatı, II c, s. 560
  30. Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 62
  31. 1 2 Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 64
  32. 1 2 Birinci Dünya hərbində Türk hərbi, Qafqaz cəbhəsi, III ordu hərəkatı, II c, s. 561
  33. Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 68
  34. Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 69
  35. Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 69 – 70
  36. Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 70–72
  37. Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 73–79
  38. Süleymanov, Qafqaz İslam Ordusu və Azərbaycan, s. 220
  39. Dr. Mustafa Görüryılmaz – Qafqaz İslam Ordusu və ermənilər, Bakı, Qismət, 2006, səh 172
  40. Dr. Mustafa Görüryılmaz – Qafqaz İslam Ordusu və ermənilər, Bakı, Qismət, 2006, səh 173
  41. Dr. Mustafa Görüryılmaz – Qafqaz İslam Ordusu və ermənilər, Bakı, Qismət, 2006, səh 175
  42. Birinci Dünya hərbində Türk hərbi, Qafqaz cəbhəsi, III ordu hərəkatı, II c, s. 563
  43. Birinci Dünya hərbində Türk hərbi, Qafqaz cəbhəsi, III ordu hərəkatı, II c, s. 564
  44. Dr. Mustafa Görüryılmaz – Qafqaz İslam Ordusu və ermənilər, Bakı, 2006, səh 179
  45. Süleymanov, Qafqaz İslam Ordusu və Azərbaycan, s. 242.
  46. Süleymanov, Qafqaz İslam Ordusu və Azərbaycan, s. 246
  47. 1 2 Yüceer- N., Birinci dünyasavaşında Osmanlı ordusunun Azərbaycan və Dağıstan hərəkatı, Ankara, 1996.
  48. Azərbaycan tarixi 7 cilddə, V cild. Bakı, 1998.
  49. Manaf Süleymanov, Qafqaz İslam Ordusu və Azərbaycan, 1998, Bakı.
  50. Manaf Süleymanov, Nuru Paşa.
  51. 1 2 3 4 5 "Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət sərhəd mühafizə sisteminin yaradılması və fəaliyyəti (may 1918–aprel 1920)". 2022-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-04.
  52. 1 2 3 4 5 Manaf Süleymanov, Nuru paşa və silahdaşları. Bakı, 2004.
  53. Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 149
  54. 1 2 Birinci Dünya hərbində Türk hərbi, Qafqaz cəbhəsi, III ordu hərəkatı, II c, s. 582
  55. Birinci Dünya hərbində Türk hərbi, Qafqaz cəbhəsi, III ordu hərəkatı, II c, s. 587
  56. Birinci Dünya hərbində Türk hərbi, Qafqaz cəbhəsi, III ordu hərəkatı, II c, s. 589
  57. Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 211
  58. Süleyman İzzət, Böyük hərbdə 15-ci piyada tüməninin Azərbaycan və Şimali Qafqazdakı hərəkat və döyüşləri, s. 46–47
  59. 1 2 3 Birinci Dünya hərbində Türk hərbi, Qafqaz cəbhəsi, III ordu hərəkatı, II c, s. 591
  60. Süleyman İzzət, Böyük hərbdə 15-ci piyada tüməninin Azərbaycan və Şimali Qafqazdakı hərəkat və döyüşləri, s. 47
  61. 1 2 Süleyman İzzət, Böyük hərbdə 15-ci piyada tüməninin Azərbaycan və Şimali Qafqazdakı hərəkat və döyüşləri, s. 57
  62. Birinci Dünya hərbində Türk hərbi, Qafqaz cəbhəsi, III ordu hərəkatı, II c, s, 587
  63. Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 211.
  64. Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 212
  65. Birinci Dünya hərbində Türk hərbi, Qafqaz cəbhəsi, III ordu hərəkatı, II c, s. 590
  66. Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 212–213
  67. Süleyman İzzət, Böyük hərbdə 15-ci piyada tüməninin Azərbaycan və Şimali Qafqazdakı hərəkat və döyüşləri, s. 47.
  68. Süleyman İzzət, Böyük hərbdə 15-ci piyada tüməninin AzərbaycanŞimali Qafqazdakı hərəkat və döyüşləri, s. 47
  69. Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 213.
  70. Birinci Dünya hərbində Türk hərbi, Qafqaz cəbhəsi, III ordu hərəkatı, II c, s. 592
  71. Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 214
  72. Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 214–215
  73. Süleyman İzzət, Böyük hərbdə 15-ci piyada tüməninin Azərbaycan və Şimali Qafqazdakı hərəkat və döyüşləri, s. 47–48
  74. Добрынин В.А. Оборона Мугани – 1918–1919. Записки кавказского пограничника. Сан-Франциско-Париж, 1978
  75. Гражданская война на Мугани (I.1918 – VIII.1919), Э. Андерсен , Г. Парцхаладзе
  76. "Muğan Sovet Respublikası haqqında həqiqətlər". 2018-05-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-05-04.
  77. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı 2004. s. 159
  78. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı 2004. s. 160
  79. 1 2 3 4 5 6 7 Arif Əliyev. Yalama stansiyasının platformasında qatar gözləyən 350 ruha ithaf Arxivləşdirilib 2018-04-07 at the Wayback Machine. ayna.az, 11.11.2016  (az.)
  80. 1 2 3 Rəsulzadəni Azərbaycandan qaçıran Qaçaq Mayıl Mircəfər Bağırovun hansı xahişini rədd edib? Arxivləşdirilib 2017-10-25 at the Wayback Machine apa.tv  (az.)
  81. 1 2 3 4 5 Babadağda səngər, NKVD-nin tələsi, Təngə döyüşü — QAÇAQ HEKAYƏTİ Arxivləşdirilib 2016-03-29 at the Wayback Machine. lent.az, 11.10.2014  (az.)