Azərbaycan mədəniyyətinin tarixi |
---|
Azərbaycan xalqının formalaşması (XI-XV əsrlər) Milli oyanış (XIX əsrin sonu, XX əsrin əvvəlləri) |
Azərbaycanlılaşdırma, Azərbaycanlılaşma[1][2] və ya Türkləşmə — şəxslərin, tayfaların və etnik qrupların azərbaycanlılığı mənimsəməsi, ərazi və dövlətlərin azərbaycanlılaşdırılması. Etnik qrupların azərbaycanlılaşmasında səbəblər Azərbaycan dilini və mədəniyyətini mənimsəmə, İslama keçid, ticarət münasibətləri, qarışıq evliliklər, köçərilik, qonaqpərəstlik münasibətləri və s.-dir.
— Fuat Köprülü[3]
Azərbaycana türklərin gəlişi hunların dövründə başlamış və daha sonra davam etmişdir. Türk köçərilərinin daimi olaraq bölgəyə girişi Xəzər xaqanlığı dövrü üçün xarakterik idi, baxmayaraq ki, o dövrdə salınmış daimi türk məskənləri haqqında dəqiq məlumatlar yoxdur.[4]
Türk tarixçisi Faruk Sümer Azərbaycanda türkləşmənin üç dövrünü müəyyən etmişdir: Səlcuq dövrü, monqol dövrü və monqollardan sonrakı dövr (Qaraqoyunlu, Ağqoyunlu və Səfəvilər dövrü). İlk iki dövrdə oğuz türk boyları qərb sərhədlərinə (Anadoluya) və Şimali Azərbaycana (Arran və Muğan çölünə) yerləşdilər və ya zorla məskunlaşdırıldılar.[4] Azərbaycanda türkləşmənin ilk mərhələsi ХI əsrdə şimalda (Şirvan istisna olmaqla) Səlcuqların uc torpaqlarında, ХII əsrdə isə cənubda (İran Azərbaycanında) başlamışdır.[5]
745-ci ildə Monqolustanın hakimiyyəti oğuzlardan uyğurlara keçdi. Oğuzlar qərbə və cənuba köçdülər. Oğuzların köçü azərbaycanlıların da daxil olduğu cənubi-qərb türklərinin formalaşmasına səbəb olmuşdur.[6] Bağdad Xilafətinin süqutu dövründə (X və XI əsrlərdə) türk elementləri Şərqi Zaqafqaziyaya yavaş-yavaş daxil oldular. Buranın aborigen əhalisi ya məhv edildi, ya dağlara qaçdı, ya da assimilyasiya edildi.[7]
ХI-ХIII əsrlərdə türkdilli oğuz tayfalarının Cənub-Şərqi Qafqaza yayılması nəticəsində yerli əhali arasında türklərin üstünlüyü daha da güclənir və azərbaycan xalqının formalaşması prosesi başlayır.[8][9] Bölgədə mövcud olan etnik müxtəliflik türkləşmə üçün zəmin olmuşdur.[9] İosif Oranski(ru)[10] və Natalya Volkova qeyd edirlər ki, türk tayfalarının bir neçə miqrasiya axını nəticəsində yerli əhalinin dili assimilyasiyaya məruz qalmış və yerli əhali türk dilində (azərbaycan dilində) danışmağa başlamışdır.[11]
Elxanilər dövründə türk boylarının Azərbaycana köçü baş vermişdir. Bu dövrdə tat-tacik qruplara qarşı monqolların göstərdiyi diskriminasiya, Fərat çayından kanalların açılması tatların Azərbaycan və İraq-i Əcəmdən (Sultanabad) İraqa köç etməsinə səbəb olmuşdur. Qalanlar isə monqollarla birlikdə türkləşmiş, İran Azərbaycanında Azərbaycan dili hakim olmuşdur. Türklərin Azərbaycanda yerləşməsinin əsas səbəbi bu ölkədə otlaq, bağ-bağçaların çox olması, mal-qara bəsləmək üçün uyğun və əlverişli şəraitin olmasıdır.[12] Bu dövrdə Azərbaycana gələn türk-monqol tayfalarının ümumi sayı 2 milyon olaraq düşünülür. Təbriz və Marağa şəhərləri dağıdılmadığı üçün İran elementi saxlanılmış, daha sonra isə türkləşmə baş vermişdir.[13]
Müasir Azərbaycan və Ermənistan ərazilərində yaxşı otlaqların olması səbəbi ilə monqollar, türklər və türkmən tayfaları monqol elxanları, teymurilər və türkmən padşahların dövründə burada yerləşmişdir. Daha sonra bu tayfalar azərbaycanlılara assimilyasiya olunmuşdur. XIII–XV əsrlərdə köhnə feodalların torpaqları tədricən köçəri tayfaların irsi başçılarının əlinə keçmişdir.[14] Monqollardan sonrakı dövrdə İrandakı türk ünsürləri geri qayıdan Anadolu türkləri ilə birləşdilər. İrandakı türk ünsürləri oğuz mənşəli olmaqla birlikdə, onlara monqollar dövründə İrana gələn uyğur, qıpçaq, karluk və digər türklərin, eləcə də türkləşmiş monqolların daha kiçik qarışıqları daxil idi.[4]
XII–XV əsrlərdə xüsusilə Arranın ətəkləri türk köçəri tayfalarının intensiv şəkildə məskunlaşdığı yerlər olmuşdur. Bunun nəticəsində region tədricən türk-iran mənşəli toponim olan "Qarabağ" ilə adlandırılmışdır. Qarabağın dağlıq hissəsi türkləşməyə qarşı güclü şəkildə mübarizə aparmış və xristian erməni əhalisinin sığınacaq tapdığı yer olmuşdur. XIV–XV əsrlərdə Qarabağın düzlük hissəsi demək olar ki, tamamilə türkləşmişdi.[15] Yekun olaraq, Qarabağ azərbaycanlılarının kimliyi Qarabağdakı türklük əsasında formalaşmışdır.[16]
1724-cü ildə Qafqazın xristianları Böyük Pyotra məktub yazmışdır. Məktubda deyilirdi: "Gizlicə biz, həm qoca, həm cavan öz dinimizə əməl edirik, ancaq gözgörəsi yerdə bizi qılıncla türk olmağa məcbur edirlər."[17]
1384–1551-ci illərdə mövcud olmuş Şəki hakimliyinin ilk hökmdarları olan Orlatlar azərbaycanlılaşmış türkdilli monqol sülaləsi idi.[18][19][20]
İran Azərbaycanının türkləşməsində Səfəvilər sülaləsinin əhəmiyyətli rolu olmuşdur.[21] XI əsrdə Ərdəbildə məskunlaşmış Səfəvilər sülaləsi zaman keçdikcə azərbaycan dilini qəbul etmişdir.[22] Encyclopædia Iranicaya görə onlar azəri dilini (azərbaycan dili ilə əlaqəsi yoxdur) unudaraq türkləşmişdilər.[23] Bu sülalədən olan I İsmayılın qurduğu, rəsmi dili farsca olan Səfəvi imperiyasında Azərbaycan dili hakimlərin, sarayın və qızılbaş hərbi təşkilatının dili idi.[24] Şah I Abbas paytaxtı Qəzvindən İsfahana köçürəndən sonra isə əvvəl türk dilini işlədən saray fars dilini istifadə etməyə başlayır.[25] Buna baxmayaraq, 1670-ci illərdə İrana səfər etmiş alman səyyahı Engelbert Kempfer qeyd edir ki, burada nüfuzlu insanın azərbaycan dilini bilməməsi demək olar ki ayıb hesab edilir.[26] Şah Süleyman Səfəvi saray hərəmində bağlı qaldığı üçün ana dili azərbaycanca idi, onun hansı səviyyədə farsca bilməsi hələ də tarixşünaslığa aydın deyil.[27]
Osmanlı vəziri Çandarlı Əli Paşa kölə əsgərlərin istifadə edildiyi qulam (cəm forması qılmandır) sistemini azərbaycanlı-iranlı bürokratlarının köməyi ilə Osmanlı imperiyasında tətbiq etmişdi.[28]
1562–1844-cü illərdə mövcud olmuş İlisu sultanlığının əhalisi ağır bir şəkildə Azərbaycan mədəniyyətinin təsirinə məruz qalmışdır.[29] İlisu sultan və bəylərinin bir hissəsi saxur, bir hissəsi türk-azərbaycanlı mənşəli idi.[30] Azərbaycanlılara assimilyasiya olunmuş digər qruplar Yıva boyunun Azərbaycana köçmüş qrupları,[31] İyirmidördlər tayfa ittifaqına daxil olan kürd tayfalarıdır.[32]
Qacarlar dövründə Azərbaycan türkcəsi fars dili ilə birlikdə iki sarayda (Təbriz və Tehran) geniş yayılmışdı.[33] Qacar hökmdarları vəliəhd şahzadə olduqları zaman xidmət etdikləri Təbrizdə azərbaycanlıların əhatəsində türk dili, mədəniyyəti və adətlərinə daha çox bağlanır, taxta çıxdıqdan sonra özlərini Azərbaycan türkləri ilə əhatə edirdilər. Bunlardan biri olan Məhəmməd şah Qacar Fars və Şirazda "Əlahəzret Məhəmməd Şah-ı Türk-i Azərbaycan" adlandırılırdı.[34]
XVIII əsrdə Dizaq mahalını idarə etmiş Məlik Yeqanın soyundan azərbaycanlılaşmış sülalələr — Məlikyeqanovlar, Məlikaslanovlar, Məlikabbasovlar gəlmişdir.[35] Dizaq hakim ailəsinin üzvü Bağdad bəy və oğulları Aslan (Dizaq naibi) və Vaqan zorla islamı qəbul etməyə məcbur edilmişdir[36][37] Aslan bəyin oğullarından biri olan Fərhad bəy türk olmuş, erməni köklərindən uzaqlaşmışdır. Bu ailənin müsəlmanlaşmış nümayəndələri Məlikaslanovlar adlandırılmağa başlamış, ailənin mülkü ailədəki xristian nəsilə yox, onlara qalmışdır.[37] Arakel Babaxanyan Məlikyeqanovlar və Məlikaslanovları Tuğ kəndinin müsəlmanlaşmış bəyləri adlandırır, erməni məliklərinin soyunun uzaq nümayəndələrinin İslam dininin təsirinə görə milli vəzifələri unutduğunu qeyd edir.[37][38]
İslamın yayılması Azərbaycanın etnik şəklinin dəyişməsinə səbəb olmuşdur. İslam əsrlər boyunca müxtəlif etnik komponentlərin tək bir etnik sistemə inteqrasiyası üçün vacib bir amil olmuşdur.[39]
XIX əsrdə Qafqazda bir çox müsəlman etnosları arasında kifayət qədər intensiv şəkildə etnik kimliyin dəyişilməsi prosesi gedirdi. Rəsmi Çar Rusiyası statistikasında kürdlər, tatlar, talışlar, saxurlar və ləzgilər çox vaxt “türklər” və ya “Azərbaycan tatarları” adlandırılırdı. Başqa sözlə desək, azərbaycanlıların etnik üstünlük təşkil etdiyi bölgələrdə azsaylı etnik qrupların assimilyasiyası təbii bir proses olaraq gedirdi.[40]
1873-cü ildə tat kəndlərində tat dili azərbaycan dili ilə əvəz edilməyə başlanmışdı və bu proses XX əsrin ikinci yarısında başa çatmışdı.[41][42] Abşeron tatları Azərbaycan dilini danışır və azərbaycanlı kimliyini qəbul edirlər.[43]
Azərbaycan kürdləri ailə içində belə azərbaycan dilində danışırdılar. Azərbaycanlı qadın ilə evlənən kişilər kürd dilini unudur və uşaqlar da həmişə bu dili öyrənə bilmirdi.[44] Kürdlər azərbaycanlıların məscidlərində dua edir, sovet dövründən başlayaraq vəfat edən yaxınlarını azərbaycanlıların qəbirstanlıqlarında basdırır, onlarla eyni qəbir daşı qoyurdular.[45] Azərbaycanda yaşayan ərəblər tamamilə azərbaycanlılaşsa da, bəzi xüsusiyyətlərini hələ də saxlayırlar.[46]
Uzun əsrlər boyu talışlarla azərbaycanlılar arasında mədəni yaxınlaşma baş vermiş, eləcə də talış dilinin ərazisinin daralması müşahidə edilmişdir. Xalq əfsanələri göstərir ki, talış əhalisi vaxtilə Qızılağaca qədər yayılıb və hələ 1830-cu illərdə Lənkəranın çox şimalında talış dilində danışılırmış. Azərbaycanlılarla sıx iqtisadi və mədəni əlaqələrin olması, onların uzunmüddətli və davamlı olaraq Talış ərazisinə girməsi talışlar arasında ikidilliliyin yayılmasına səbəb olmuş, talışlar Azərbaycan mədəniyyətinin təsirinə məruz qalmışdır. Bu, ən çox ticarət yollarında yerləşən talış kəndlərində, hər yerdə Azərbaycan dili nitqi eşidilən, iri bazarı olan kəndlərdə nəzərə çarpırdı. Lənkəran sakini talışlar azərbaycanlıların böyük təsirinə məruz qalmışdır. Buna baxmayaraq, onların ailələrində talış dili danışılırdı.[47]
Ləzgilərin etnoqrafik həyatı Azərbaycan mühitinin təsirinə məruz qalıb. Ləzgilər müəyyən dərəcəyə qədər Azərbaycan milli geyimlərini və Azərbaycan mətbəxinə aid yeməkləri mənimsəyiblər.[48] Azərbaycanlılarla bir yerdə yaşamaq, Azərbaycan ərazisinə miqrasiya, ticarət və iqtisadi əlaqələr Azərbaycan dilinin ləzgilər arasında geniş yayılmasına səbəb olub.[49]
Azərbaycan mədəniyyəti ilə bağlılıq udinlərin həyatının bütün sahələrinə təsir göstərir. Onların arasında Azərbaycan dili geniş yayılmışdır. Udinlər və azərbaycanlılar din fərqliliyinə baxmayaraq, eyni qədim ziyarətgahları (ocaqlar, pirlər) ziyarət edirlər. Udinlərlə azərbaycanlıların doğuş zamanı qadınların şər ruhunu qovmaq haqqında ayinləri üst-üstə düşürdü. Udinlər yarı xristian, yarı-bütpərəst bayramlarında (məsələn, Vardavar) Azərbaycan dilində mahnılar oxuyurdular. Nic kəndinin bölündüyü məhəllələrin adlarının demək olar ki, hamısı azərbaycan dilindədir (Hacıbəyli, Vəzirli, Məlikli, Abdallı və s.)[50]
Patkanov Cənubi Qafqazda boşalardan başqa bütün qaraçıların Azərbaycan dilində danışdığını qeyd etmişdir.[51] İndiki dövrdə Azərbaycan qaraçıları öz dillərini demək olar tamamilə unutmuşdur.[52] Azərbaycanda qaraçı toy və bayramlarında musiqi icrası zamanı Azərbaycan və Avropa musiqi alətlərindən istifadə olunur. Odur ki, qaraçı musiqiçiləri əksəriyyətlə Azərbaycan xalq mahnılarını ifa edirlər.[37]
Əsrlər boyunca Azərbaycan dili linqva franka kimi ticarət və etnik qruplar arası qarşılıqlı münasibətdə bütün Persiyada, Qafqazda və cənub-şərqi Dağıstanda istifadə edilirdi. Onun trans-regional təsiri ən azı XVIII əsrə qədər davam edib.[53] Əsrlər boyunca azərbaycanlılardan ayrı yaşayan Dağıstan azərbaycanlıları nəinki öz etnolinqvistik kimliklərini saxlayıblar, həmçinin öz qeyri-türk qonşularını (ərəblər, müsəlman-tatlar, tabasaranlılar) assimilyasiya ediblər.[54] Həmçinin Dərbənddə və Dağıstanın digər şəhərlərində yaşayan farsların Azərbaycan dilini mənimsəməsi və sonradan kimlik şüurunun dəyişməsi nəticəsində azərbaycanlıların sayı artmışdır.[55] Azərbaycan dili Şimali Qafqazda türkləşmənin əsas vasitəsi idi. Rus inqilabı və ondan sonrakı onilliyi də aşan bir müddət ərzində baş verən türkləşmə prosesi dövlət siyasəti nəticəsində dayandırılmışdır.[56]
Bundan başqa bəzən qonşu xalqlarda azərbaycan dili doğma dili ünsiyyətdən sıxışdırıb çıxarırdı. Brokhauz və Efronun ensiklopedik lüğətinə görə "sonuncuyla (azərbaycanlılarla) yaxın qonşuluq və daimi münasibətə görə tabasaranlılar onların Azərbaycan dialektini mənimsədilər və tədricən öz doğma dillərini unutdular."[57] Tabasaranlarda azərbaycan dilinin güclənməsi qonşuluqdan başqa iqtisadi, ailə-məişət (qarışıq evliliklər), ticarət yollarının azərbaycanlıların ərazisindən keçməsi kimi məsələlərlə də bağlı idi.[58] Beləliklə, tabasaran əhalisinin bir hissəsi (kəndlər: Ərsi, Zil, Gəmeydi, Muqartı, Dərvaq və s.) azərbaycanlılara assimilyasiya olunmuşdur.[59]
Gürcülərin subetnik qrupu olan Tuşlar uşaqlıqdan övladlarına Azərbaycan dilini öyrədir, onları qonaqpərəstlik münasibətlərində olduqları azərbaycanlı ailələrə verirdilər. Hər tuşeti ailəsində azərbaycan dilini bilən ən azı bir nəfər olurdu.[60] Dargilər də uşaqları azərbaycan dilini öyrənsin deyə onları 3–4 aylığa azərbaycanlı ailələrə verirdilər.[61] Saxurların yaylaqlarının Dağıstanda, qışlaqlarının Azərbaycanda olması Saxur-Azərbaycan ikidilliliyinə (saxurların öz dilləri ilə birlikdə Azərbaycanda dilində də danışması) səbəb olmuşdur.[54]
Müasir dövrdə İranda bir çox türkləşmiş kürd qrupları və az miqdarda, mənşəcə monqol olan qruplar Azərbaycan dilinin müxtəlif çeşidlərini danışır.[62] İran talışları (İran Azərbaycanında yaşayan talışlar) türk dilini ticarət dili olaraq qəbul etmiş, yaşadıqları bəzi ərazilərdə talışların ana dili Azərbaycan dili olmuşdur.[63]
İran Azərbaycanının linqvistik assimilyasiyası müasir dövrdə də davam etmiş, linqvistik sərhəd ərazilərində köhnə dialektlərin yerini türkcə tutmuşdur.[64]
Sovet Azərbaycanında linqvistik və mədəni assimilyasiya baş vermişdir.[63] Lakin Azərbaycanda etnik azlıqların sayının azalması sadəcə SSRİ-nin etnik siyasəti ilə əlaqəli deyildi, hələ XIX əsrdə bir çox müsəlman etnoslarının təbii bir proses nəticəsində azərbaycanlılara assimilyasiyası baş verirdi.[40]
Stalinin ölümündən sonra İmam Mustafayevin hakimiyyəti dövründə Bakı şəhəri və Azərbaycan SSR dövlət qurumlarının azərbaycanlılaşdırılması prosesi başlanmışdır. Bu siyasət Heydər Əliyevin hakimiyyəti dövründə daha da güclənmişdir. Nəticə olaraq, Bakı azərbaycanlılarının sayı artmış, kosmopolit bir şəhər olan Bakıda azərbaycanlıların sayı digər millətlərin (ruslar, ermənilər, yəhudilər və s.) sayını keçmişdir.[65]
Rayonlardan şəhərə köçən azərbaycanlılar 1960-cı illərdən etibarən Bakıda dövlətin mərkəzinə yerləşməyə başlamışdır. Bu dövlətin azərbaycanlılaşmasına (dövlət işlərində azərbaycanlıların sayının artması) gətirib çıxarmışdır. Hər rayon və kəndin Bakıda təhsil alan tələbəsi potensial vəzifə sahibi kimi görülür, ona göstərilən inamı doğrultması gözlənilirdi.[65]
Səbəblər | |||||||
---|---|---|---|---|---|---|---|
Etnik qrupun adı | Qarışıq evliliklər | Dini yaxınlıq | Ticarət və iqtisadiyyat | Mədəni əlaqələr | Qonşuluq | Qonaqpərəstlik | Köçərilik |
Azərbaycan kürdləri | |||||||
Talışlar | |||||||
Azərbaycan ləzgiləri | |||||||
Udilər | |||||||
Tabasaranlılar | |||||||
Tuşetilər (gürcü subetnik qrupu) | |||||||
Dargilər | |||||||
Saxurlar |
Можно признать, что отдельные тюркские этнические группы попадали сюда на всём протяжении второй половины I тысячелетия н. э., а может быть и раньше. Однако не они изменили этнический облик Восточного Закавказья и положили начало сложению современнaого азербайджанского тюркоязычного народа. Причиной перемен явилось нашествие огузов в XI в. […] С основанием Сельджукской империи огузы распространились по всему Ирану, но особенно интенсивно обосновывались в Малой Азии и нынешнем Азербайджане. Причины этого не только в том, что сюда, на рубежи мусульманского мира, стягивалось наибольшее число этих новых «воинов ислама». Гораздо большее значение имело то обстоятельство, что в этих областях царила наибольшая этническая пестрота, и потому тюркизация нашла подходящую почву. […] Процесс сложения азербайджанской народности, особенно в пределах Закавказья, ещё недостаточно ясен.
начиная с XI—XIII вв. (с эпохи сельджукского и — особенно — монгольского завоевания) происходит процесс распространения тюркских языков в северо-западных областях Иранского нагорья, в Азербайджане. Ираноязычное население этих областей переходило постепенно на тюркскую (азербайджанскую) речь, и лишь относительно небольшая часть этого населения сохранила до наших дней свои иранские языки — татский, талышский, диалекты Северо-западного Ирана
В Восточном Закавказье к XIV в. в результате нескольких миграционных потоков тюркоязычных народов произошла языковая ассимиляция коренного населения этой территории, значительная часть которого стала говорить по-азербайджански
Как независимое государственное образование упоминалось с конца 14 в. Владетелем Ш. был Сиди Ахмед Орлат (из тюркизированного монгольского племени орлатов).
В послемонг. время Ш. как независимое государственное образование упоминается с кон. 14 в. Владетелем Ш. был Сиди Ахмед Орлат (из тюркизированного монг. племени орлатов).
Шеки, как было сказано, в конце XIV в. составляла отдельное независимое владение. Тогдашний владетель его Сиди Ахмед Орлат, по-видимому происходил из азербайджанизированного монгольского племени орлатов. Когда утвердились здесь эти владетели, — неизвестно…
Safavid power with its distinctive Persian-Shi'i culture, however, remained a middle ground between its two mighty Turkish neighbors. The Safavid state, which lasted at least until 1722, was essentially a "Turkish" dynasty, with Azeri Turkish (Azerbaijan being the family's home base) as the language of the rulers and the court as well as the Qizilbash military establishment. Shah Ismail wrote poetry in Turkish. The administration nevertheless was Persian, and the Persian language was the vehicle of diplomatic correspondence (insha'), of belles-lettres (adab), and of history (tarikh)
Shah Abbas moved his capital from Qazvin to Isfahan. His reigned marked the peak of Safavid dynasty's achievement in art, diplomacy, and commerce. It was probably around this time that the court, which originally spoke a Turkic language, began to use Persian
Azeri Turkish was widely spoken at the two courts in addition to Persian, and Mozaffareddin Shah (r.1896-1907) spoke Persian with an Azeri Turkish accent....