Mixail Slesaryov (8 may 1955, Smolensk – 12 aprel 2014, Azərbaycan) — Azərbaycanın Milli Qəhrəmanı.
Mixail Slesaryov | |
---|---|
Mixail Aleksandroviç Slesaryov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 8 may 1955 |
Doğum yeri | |
Vəfat tarixi | 12 aprel 2014 (58 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Uşağı | iki |
Hərbi fəaliyyəti | |
Təltifləri |
Mixail Slesaryov 8 may 1955-ci il Rusiyanın Smolensk şəhərində doğulmuşdur. 1970-ci ildə 4 saylı məktəbi bitirir. 1971-ci ildə traktorçu işləməyə başlayır. 1975-ci ildə hərbi xidmətə çağırılır. 1977-ci il xidmətini başa vurur. Həmin il Tbilisi Gizirlər Məktəbinə daxil olur.[1]
7 yanvar 1999-cu il Qobustan həbsxanasında xidmətini yerinə yetirirdi. Axşamüstü dustaqlar qiyam etdilər. Mixail cəld əməliyyat qrupu yaratdı, silahlı məhbuslar zərərsizləşdirildi.
Azərbaycan Respublikası prezidentinin 12 yanvar 1999-cu il tarixli 73 saylı fərmanı ilə Slesaryov Mixail Aleksandroviçə "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdi.
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin "N" saylı hərbi hissəsində taqım komandiri vəzifəsində çalışırdı.
Mixail Slesaryov 12 aprel 2014-cü ildə vəfat edib.[2]
Qobustan rayonunda dəfn edilmişdir.
İki övladı var.