Rəqəmsal ritorika — ümumiyyətlə rəqəmsal sahədə mövcud olan kommunikasiya. Beləliklə, rəqəmsal ritorika mətn, şəkillər, videolar və proqram təminatı daxil olmaqla bir çox müxtəlif formalarda ifadə edilə bilər.[2] Müasir cəmiyyət getdikcə daha çox vasitəçilik etdiyinə görə, rəqəmsal və rəqəmsal olmayan mühitlər arasında artıq aydın fərqlər yoxdur.[3] İnsanların texnologiya ilə qarşılıqlı əlaqəsinin artan axıcılığını nəzərə almaq üçün rəqəmsal ritorikanın əhatə dairəsi genişləndirilmişdir.[4]
Rəqəmsal ritorika sahəsi hələ də möhkəmlənməmişdir. Rəqəmsal ritorika əsasən həm analitik alət, həm də istehsal bələdçisi kimi öz nəzəriyyəsini və təcrübələrini ritorika ənənəsindən alır. Bütövlükdə meta-intizamın bir növü kimi strukturlaşdırıla bilər.
İnkişaf edən araşdırmalar sayəsində rəqəmsal ritorika zamanla müxtəlif alimlər üçün cürbəcür mənalar daşımışdır.[5] Eynilə, rəqəmsal ritorika təhlil edilənə əsaslanaraq müxtəlif mənalar ala bilər. Bu, konsepsiyadan, formalardan və ya tədqiqat obyektlərindən və ya ritorik yanaşmadan asılıdır. Rəqəmsal ritorika müxtəlif ictimai hərəkatların obyektivləri ilə də təhlil edilə bilər.[6] Bu yanaşma, rəqəmsal ritorikanın əhatə dairəsinin onun təsirinə dair anlayışımızı genişləndirməyinəə imkan verir.
"Rəqəmsal ritorika" termini "ritorika" terminindən fərqlənir, çünki sonuncu termin bir çox alimlər arasında müzakirə edilmişdir. Elizabet Loş və Ayan Boqost kimi yalnız bir neçə alim rəqəmsal ritorika üçün həqiqətən bir tərif hazırlamaq üçün vaxt ayırmışdır. "Rəqəmsal ritorika" üçün ən sadə təriflərdən biri onun ritorik nəzəriyyənin tətbiqi olmasıdır.[2]
1989-cu ildə yaradılandan bəri "rəqəmsal ritorika"nın termin kimi tərifi daim təkmilləşməyə davam etmişdir.[7]
"Rəqəmsal ritorika" termini ritorik Riçard Alan Lanhem tərəfindən 1989-cu ildə oxuduğu mühazirədə[7] işlənmişdir və ilk dəfə 1993-cü ildə "Elektron Söz: Demokratiya, Texnologiya və İncəsənət" adlı esse kolleksiyasında rəsmi şəkildə ifadə edilmişdir.[8] Lanhemin tərifi təqib ediləcək bir tərif və ya nəzəriyyə vermək əvəzinə ilk növbədə əvvəllər yaranmış xassələri müəyyən etməyə yönəlmişdir. Bununla belə, o, burada postmodern nəzəriyyə, rəqəmsal incəsənət və klassik ritorika arasındakı əlaqəni göstərmişdir.[2]
1997-ci ildə Dou Brent rəqəmsal ritorikanın bu skeleti üzərində quruluş apararaq diqqəti o dövrdə məşhur olan hipermətn nəzəriyyəsindən başqa bir yönə, qarşılıqlı əlaqədə və biliyin birgə konstruksiyası üzrə möhkəmlənmiş "yeni ritorika"ya dəyişmişdir. Qari Heba hipermətni vizual ritorika ilə birləşdirən "Hiperritorika" təklifi ilə diskussiyanı davam etdirmişdir. Multisensor məlumatları ötürmək qabiliyyəti, onları başa düşmək və tətbiq etmək üçün tələb olunan sonrakı biliklər indiki dövrdə rəqəmsal ritorika kimi qəbul edilə bilən konsepsiyanı formalaşdırmağa başlamışdır.[2]
2005-ci ildə Ceyms P. Zappen rəqəmsal ritorikanı bəstəkar və tamaşaçılar arasında əməkdaşlıq və yaradıcılıq məkanı kimi müəyyən etmişdir.[9]
Lanhem və Loşdan təsirlənən Duqlas Eyman 2015-ci ildə "Rəqəmsal Ritorika: Nəzəriyyə, Metod, Praktika" adlı kitabında rəqəmsal ritorikaya öz tərifini təklif etmişdir. Eyman bildirmişdir ki, rəqəmsal ritorika "ritorik nəzəriyyənin (analitik üsul və ya istehsal üçün evristik kimi) rəqəmsal mətnlərə və tamaşalara tətbiqi"dir.[10]
Eymanın tərifi göstərir ki, rəqəmsal ritorika rəqəmsal mətnlər üçün analitik metod kimi və istehsal üçün evristik olaraq tətbiq oluna bilər, bəstəkarın rəqəmsal mətnlər yaratmaq üçün istifadə edə biləcəyi ritorik suallar təklif edir.[10][11] Eyman rəqəmsal ritorikanın inkişaf etməkdə olan sahəsini təbiətdə fənlərarası, rəqəmsal savadlılıq, vizual ritorika, yeni media, insan–kompüter qarşılıqlı əlaqəsi və tənqidi kod tədqiqatları kimi əlaqəli sahələrlə zənginləşdirilmiş, lakin bunlarla məhdudlaşmayan sahələr kimi təsnif etmişdir.[10]