Rəsul Bayram

Rəsul Bayram oğlu Quliyev (10 dekabr 1947, Qazançı, Culfa rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin sabiq sədri, Gələcək Azərbaycan Partiyasının (GAP-ın) fəxri üzvü.

Rəsul Quliyev
12 noyabr 1995 – 11 sentyabr 1996
Əvvəlkivəzifə təsis edilib
SonrakıMurtuz Ələsgərov
5 noyabr 1993 – 12 noyabr 1995
ƏvvəlkiHeydər Əliyev
Sonrakıvəzifə ləğv edilib
Şəxsi məlumatlar
Doğum tarixi 10 dekabr 1947(1947-12-10) (76 yaş)
Doğum yeri
Partiya
Fəaliyyəti siyasətçi
Dini islam

İmzanın şəkli
rasulguliyev.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rəsul Quliyev 10 dekabr 1947-ci ildə Culfa rayonunun Qazançı kəndində anadan olub.

Atası Bayram Quliyev hesabdar vəzifəsində işləmiş, anası Münnəvvər xanım isə evdar qadın olaraq, çoxuşaqlı ailənin qayğısı ilə məşğul olmuşdur. 9 yaşında atası vəfat etmişdir.

1965-ci ildə orta məktəbi bitirərək Azərbaycan Neft ve Kimya İnstitutunadaxil olur.

1970-ci ildə institutu neft kimyası və üzvi kimya mühəndisi (texnoloq-mühəndis) ixtisası üzrə bitirir. Həmin ildən Azərbaycanın Sumqayıt şəhərində kimya kombinatında işçi olaraq ilk əmək fəaliyyətinə başlayır.

1971-ci ilin aprelindən Bakı Neftayırma zavodunda işçi olaraq fəaliyyətini davam etdirir. 1972-ci ildə qurğu rəisi təyin edilir.1974-cü ildə baş mühəndisin müavini, 1980-ci ildə baş mühəndis, 1981-ci ildə isə direktor vəzifəsinə yüksəlir.

İctimai-siyasi fəaliyyətini tələbəlik illərində də davam etdirir, buna görə də 1968-ci ildə bir qrup tələbə ilə birgə həbs edilir. Komsomolun şəxsi vərəqəsində ona şiddətli töhmət vurulur və bir neçə günlük həbsdən sonra 3 ay oxuduğu instituta buraxılmır.

Ailəlidir. 3 övladı var.[1]

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1985-ci ildə Bakı şəhər xalq deputatları sovetinə deputat seçilir. 1988-ci ildə SSRİ-də başlayan yenidənqurma və aşkarlıq siyasətinin müdafiəçilərindən olub.

1989-cu ildə Sovet İttifaqında ilk dəfə olaraq, rəhbərlik etdiyi Baki Neftayırma zavodunda alternativ əsasla seçki təşkil edir.

1990-cı ildə Azərbaycan Respublikasının Ali Sovetinə deputat seçilir.

1992-ci il dekabrın 7-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti-Neft və qaz emalı üzrə Baş İdarənin rəisi təyin edilir.

11 may 1993-cü ildə Azərbaycan Respublikası Baş nazirinin müavini təyin edilmişdir[2] və 9 noyabr 1993-cü ilədək bu vəzifədə çalışmışdır[3][4].

29 iyul 1993-cü ildə Azərbaycan Respublikasının xalq deputatı olan Rəsul Quliyev Azərbaycan Respublikası Milli Məclisinin üzvü seçilmişdir[5]. 5 noyabr 1993-cü ildə isə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilmişdir[6] və 1995-ci ilin noyabrınadək həmin vəzifədə işləmişdir.

1995-ci ildə yenidən Milli Məclisin üzvü və Azərbaycan Parlamentinin sədri seçilib.

1996-cı il sentyabrın 11-də Milli Məclisin sədri postundan istefa verib. Həmin ildən bu günə kimi ABŞ-də siyasi mühacir həyatı yaşayır.[1]

16 dekabr 1997-ci ildə Azərbaycan Respublikasının Milli Məclisi onun deputatının səlahiyyətlərini itirməsi haqqında Qərar qəbul etmişdir[7].

2003-cü ildə keçirilmiş Azərbaycan Respublikası prezidentinin seçkilərində Azərbaycan Demokrat Partiyası tərəfindən Azərbaycan Respublikası prezidentliyinə namizədliyi irəli sürülmüş, lakin Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən Azərbaycan Respublikası prezidentliyinə namizəd kimi təsdiq olunmamışdır[8].

2005-ci ildə Azərbaycanda parlament seçkilərinə qatılmaq məqsədilə vətənə qayıdarkən, Azərbaycanın Heydər Əliyev adına Beynəlxalq Hava Limanı Rəsul Quliyevin mindiyi təyyarəni qəbul etməkdən imtina edir. Buna görə də, təyyarə məcburi olaraq Ukraynanın Simferopol şəhərinə enir. Orada Rəsul Quliyev həbs edilir. ABŞ və nüfuzlu beynəlxalq təşkilatların təzyiqi nəticəsində 3 gündən sonra azadlığa buraxılır.

Azərbaycan Milli İstiqlal Partiyasının baş katibi Əli Orucovun Rəsul Quliyevin 1992-ci ildə Azərbaycan Milli İstiqlal Partiyasının üzvü olduğunu iddia etmişdir.[9] Rəsul Quliyev isə bu iddianı təkzib etmişdir.[10]

Rəsul Quliyev 1995-ci ilin mart ayından Yeni Azərbaycan Partiyasının üzvü olmuşdur.[11]

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

2024 ildə Azərbaycanda prezident seçkiləri zamanı İlham Əliyevi dəstəklədiyini açıqlamışdır.[12]

  • "Neft və Siyasət". ABŞ, 1997.
  • "Demokratiyaya gedən yol".
  • "Mübarizəmizin məqsədi".
  • "Diktatorla üz-üzə".
  • "Axına qarşı". 2010.
  • "Həqiqətin qiyməti". 2011.
  • "Qarabağ: Müqavimətsizlikdən doğan faciə". 2011.
  • "Disidentin taleyi". 2012.
  1. 1 2 "Rəsul Quliyevin oğlu: "Atamın Azərbaycana qayıtmasını istəmirəm" - MÜSAHİBƏ". 2020-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-17.
  2. "E-QANUN". e-qanun.az. 2012-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-29.
  3. "E-QANUN". e-qanun.az. 2012-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-29.
  4. "E-QANUN". e-qanun.az. 2012-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-29.
  5. "E-QANUN". e-qanun.az.
  6. "E-QANUN". e-qanun.az. 2023-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-29.
  7. "E-QANUN". e-qanun.az. 2022-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-29.
  8. "E-QANUN". e-qanun.az.
  9. "Arxivlənmiş surət". 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-23.
  10. "Arxivlənmiş surət". 2021-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-23.
  11. "Arxivlənmiş surət". 2022-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-19.
  12. "Rəsul Quliyev də İlham Əliyevi dəstəklədi". Qafqazinfo. 25 dek 2023.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]