Allahyar Musayev (1917, Əhmədli – 1997, Bakı) — Azərbaycan SSR maarif nazirinin müavini, Azərbaycan Kommunist Partiyası Mirbəşir Rayon Komitəsinin ikinci katibi, Azərbaycan Kommunist Partiyası Mardakert Rayon Komitəsinin əvvəlcə ikinci katibi, sonra isə birinci katibi, Ağdam Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri.
Allahyar Musayev | |
---|---|
1955 – 1960 | |
Nazir | Mirzə Məmmədov |
1945 – ? | |
Ağdam Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1917 |
Doğum yeri | |
Vəfat tarixi | 1997 |
Vəfat yeri | |
Təhsili | |
Fəaliyyəti | dövlət xadimi |
1917-ci ildə Laçın rayonunun Əhmədli kəndində anadan olub. 1937-ci ildə Quba Müəllimlər İnstitutununu bitirib. Sadınlar kəndində 7-illik orta məktəbində direktor işləyib. Bu zaman Azərbaycanda represiyyanının qızğın çağları idi. Bu gərginlikdən çıxmaq üçün Allahyar Musayev Qarabağa gəlir və bir müddət orada yaşayır. 1940-cı ildə Laçında Komsomol komitəsinin katibi olur. 19941-ci ildə müharibəyə gedir. 1943-cü ilin yanvarına qədər mayor rütbəsində İrana göndərilən Sovet ordusu birləşməsinin siyasi rəhbəri kimi xidmət edir. 1943-cü ildə ordudan geri çağrılır. Sonra Ağdam İcraiyyə komitəsinin sədri təyin edilir. Həmin vaxt işləyə-işləyə Ali Partiya məktəbini və Azərbaycan Dövlət Universitetinin Coğrafiya fakültəsini bitirir və Mircəfər Bağırovun təsdiqi ilə Ağdərə (Mardakert) rayonuna 2-ci katib vəzifəsinə göndərilir.
Allahyar Musayev tezliklə Ağdərə rayonunun 1-ci katibi təyin olunur. 1945-ci ildə Tərtər RPK-nın 2-ci katibi, sonra isə Laçın rayon pedoqoji texnikomunun deirektoru, 1953-cü ildə Maarif nazirliyində şöbə müdiri, 1955–1960-cı illərdə isə Maarif nazirinin müavini vəzifəsində çalışıb.
Sonra "otuzminçilər" kimi Ağdam rayonu Paprəvənd kəndinə kolxoz sədri vəzifəsinə göndərilib. Mirbəşirdə (Tərtər) 2 nömrəli orta məktəbin deirektoru, Ağdam rayonu Boyaəhmədli kənd orta məktəbinin direktoru, 1969-cu ildə RPK-nın katibi, RPK-də maarif kabinəsinin müdiri, sonra Hərbi radio cihaz quraşdırma zavodunda partiya komitəsinin katibi vəzifələrində işləyib. 1997-ci ildən rəhmətə gedənə qədər fərdi təqaüdçü olub. 5 qızı, 2 oğlu var.