Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. |
Qərbi Böyük Səhra (ərəb. الصحراء الغربية əs-Səhra' əl-Ğərbiyyə, İspan : Sahara Occidental, Bərbəricə : Taneẓroft Tutrimt), Afrika qitəsinin şimal-qərbində yerləşən və 1975-ci ildə koloniya ölkəsi İspaniya tərəfindən tərk edildikdən sonra Mərakeş tərəfindən haqq iddia edilən və hal-hazırda da üçdə ikisini həqiqətən idarə etdiyi bölgədir. Bütöv bölgə üzərində 1976-ci ildə müstəqilliyini elan edən Səhravi Ərəb Demokratik Respublikasının bu elanı Mərakeş tərəfindən qəbul edilmədi. Bölgəyə qonşu ölkələr şimalda Mərakeş, şimal-şərqdə Əlcəzair, şərq və cənubda Mavritaniyadır. Bölgənin qərbində Atlantik okeanı yerləşir.
Qərbi Sahara | |
---|---|
ing. Western Sahara[1] isp. Sahara Occidental[1] isp. Sáhara Occidental[2] ərəb. الصحراء الغربية[1] fr. Sahara occidental[1] | |
Paytaxt | Əl Əyun (keçici olaraq Tifariti) |
İdarəetmə forması | Tək partiyalı dövlət |
Prezident | İbrahim Qəli |
Baş nazir | Abdulkader Talib Umar |
Sahəsi | Dünyada 83-cü |
• Ümumi | 266.000 km² |
Əhalisi | |
• Əhali | 100,000 (SƏDR) nəfər (182-ci) |
• Sıxlıq | 1.9 nəf./km² (236-cı) |
İnternet domeni | .eh |
ISO kodu | EH |
Telefon kodu | +212 |
Saat qurşaqları | |
Nəqliyyatın yönü | sağ[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Bölgənin cəmi sahib olduğu 2.049 km sərhədin 41 km-i Əlcəzair , 1.564 km-i Mavritaniya və 444 km-i isə bölgənin üçdə ikisini ilhaq edərək əlində saxlayan Mərakeşilədir. Bundan başqa ölkənin Atlantik okeanı ilə 1.110 km-lik sahil xətti də var. Cəmdə 266.000 km² bir sahəyə sahib olsa da, bunun yalnız 50.000 km² nəzarət edə bilir. Qərbi Səhrada sahildən içərilərə doğru irəlilədikcə yüksəkliklər 400 m-yə çatır. Bölgənin ən yüksək nöqtəsi Əlcəzair ilə sərhədinə yaxın mövqedə yerləşən və hər hansı bir adı olmayan 805 m-lik nöqtədir.
100,000 (SƏDR) 502,585 (Qərbi Səhra (Mərakeşdə))
2020-ci il 14 noyabr tarixində Mərakeş Qərbi Səhranı (SƏDR) birləşdirmək üçün hərbi əməliyyata başlayıb