Samur-Yalama Milli Parkı — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazisində yerləşən milli park.
Samur-Yalama Milli Parkı | |
---|---|
azərb. Samur-Yalama Milli Parkı | |
| |
BTMB kateqoriyası — II (Milli park) |
|
Sahəsi | 11772,45 ha |
Yaradılma tarixi | 5 noyabr 2012 |
İdarəetmə orqanı | AETSN |
Çay | Samurçay |
Göl | Gülalan gölü |
Florası | Dərman bitkiləri: itburnu, sarmaşıq, dazı, yağıotu, ballı nanə |
Faunası | Çöldonuzu, yenot, qırqovul, kəklik |
Yerləşməsi | |
41°50′ şm. e. 48°35′ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Xaçmaz |
Yaxın şəhər | Xaçmaz |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Azərbaycan Respublikası Prezidentinin 5 noyabr 2012-ci il tarixli Sərəncamı ilə Xaçmaz rayonunun inzibati ərazisində yaradılmışdır[1].
Samur-Yalama Milli Parkı "Azərbaycan Respublikasını təmsil edən Maliyyə Nazirliyi və Kreditanştalt für Videraufbau, Frankfurt am Main ("KfW") arasında Cənubi Qafqaz üçün Ekoregional Təbiəti Mühafizə Proqramı çərçivəsində "Samur-Yalama Milli Parkının yaradılması" layihəsi üzrə Maliyyələşdirmə Müqaviləsi" və həmin müqaviləyə dair Xüsusi Razılaşmaya uyğun olaraq Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədilə yaradılmışdır[2]. Layihə çərçivəsində KfW tərəfindən Azərbaycan Maliyyə Nazirliyinə 2.550.000.00 avro məbləğindən çox olmamaq şərtilə maliyyə vəsaitinin verilməsi nəzərdə tutulmuşdur[2].
Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazisində olan dövlət meşə fondu torpaqlarının əlavə olunan yerquruluşu planında göstərilmiş 11772,45 hektarlıq sahəsiyə malikdir[1]. Milli Parkın florasında itburnu, sarmaşıq, dazı, yağı otu, ballı nanə və başqa dərman bitkiləri geniş yayılmışdır. Torpaqları çəmən-meşə, şabalıdı və açıq şabalıdıdır. Çəmən və kolluqlar geniş yayılmışdır. Düzənlik meşələri də var. Xaçmaz faunasının əsas nüməyəndələri Çöl donuzu, yenot, qırqovul, kəklik və s.-dir. Sahil suları balıqla (külmə, kilkə, şamayı və s.) zəngindir. Termal və mineral su bulaqları vardır. Xaçmazda ovçuluq və balıqçılıq uçun yaxşı şərait var, Ovçular Cəmiyyəti fəaliyyət gostərir. "Gülalan gölü" qoruğu bu Cəmiyyətin nəzdindədir.
Xaçmaz rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |