Kuveyt

Küveyt (ərəb. كويت‎‎) və ya rəsmi adı ilə Küveyt Dövləti (ərəb. دولة الكويت‎‎) — Yaxın Şərqdə dövlət. Küveyt ərəb əsilli dövlətdir. Şimal və qərbdə İraq, cənubda Səudiyyə Ərəbistanı ilə həmsərhəddir. Şərqdə Fars körfəzi ilə əhatə olunmuşdur. Paytaxtı və ən böyük şəhəri Əl-Küveyt şəhəri, ümumi sahəsi 17,820 kvadrat kilometrdir. Küveyt digər ərəb ölkələri kimi zəngin neft ehtiyatlarına malik ölkədir.

Küveyt
ərəb. دولة الكويت‎‎
Bayraq Gerb[d]
Bayraq Gerb[d]
Tarixi
 • B.Britaniyadan müstəqillik 19 iyun 1961
Rəsmi dilləri
Paytaxt Küveyt-2 million sakin (2008-ci il)
İdarəetmə forması Monarxiya
əmir Mishal Al-Ahmad Al-Jaber Al-Sabah [16.XII.2023 ~]
baş nazir Ahmad Al-Abdullah Al-Sabah
Sahəsi Dünyada 158-ci
 • Ümumi 17818 km²
Əhalisi
 • Əhali 3 020 min nəfər (140-cı)
 • Siyahıyaalma (20.IV.2005) 2 193 651 nəf.
 • Sıxlıq 169 nəf./km²
 • Ümumi 136.797.422.274 $[1], 184.558.274.289 $[1]
ÜDM (AQP)
 • Ümumi 165,8 milliard dollar  (61-ci)
 • Adambaşına 43 000 dollar  (23-cü)
Valyuta Küveyt dinarı
İnternet domeni .kw
ISO kodu KW
BOK kodu KUW
Telefon kodu +965
Saat qurşaqları
Nəqliyyatın yönü sağ[d][2]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Xəritə
Küveyt
Küveyt

Küveyt dövləti Cənub-Qərbi Asiyada Fars körfəzinin sahilində yerləşir. Sahəsi:17,819 km²-dir. Ərazisinin çox hissəsi yaylalardır. Ərazisi qərbdən şərqə doğru alçaqlaşır və Fars körfəzi sahilində düzənliyə çevrilir. Küveytdə su ehtiyatları olduqca azdır və dəniz suyunun saflaşdırılması üçün müəssisə tikilib. Ərazisində çox böyük neft-qaz yataqları mövcuddur. Məhz neftin sayəsində iqtisadiyyatı sürətlə inkişaf edərək İEÖ (İnkişaf Etmiş Ölkələr)lə bir səviyəyə çatmışdır. Adambaşına düşən gəlir yüksəkdir (21300 ABŞ dolları).

Əhalisi 2,3 mln (2005-ci il) nəfərdir. Əhalisinin 45% bu ərazidə məskunlaşan etnik ərəblər (küveytlilər), 35% bu əraziya sonradan mühacirət etmiş ərəblər, qalan 20%-ni isə iqtisadiyyatın sürətli inkişafı səbəbiylə artan işçi qüvvəsinə olan tələbatı ödəmək üçün xaricdən gələnlər təşkil edir.

border=none Əsas məqalə: Küveyt tarixi

8-ci əsrdən Ərəb Xilafəti tərkibinə daxil olmuşdur. 1899–1961-ci illər ölkə İngiltərənin siyasi təsir dairəsinə düşür. Ölkənin əsas problemləri İraq Respublikası ilə olmuşdur. 1922-ci il İraqla sərhədlər haqqında müqavilə imzalanır. 1961-ci il Küveyt İngiltərənin siyasi təsiridən çıxır. Küveyt 1990-ci ildə Səddam Hüseynin rəhbərlik etdiyi İraq tərəfindən işğal olunur. 1991-ci ildə isə Fars körfəzi müharibəsinin gedişində Koalisiya qoşunları (NATO ordusu və Fars köfəzi sahili dövlərlərin ordusu) tərəfindən İraq orduları məğlub edilir və Küveyt azad olunur.

Dini vəziyyət

[redaktə | mənbəni redaktə et]

Küveytin də əksər əhalisi müsəlmanlardır. 92 % əhali islama ibadət edir. Müsəlmanlar arasında sünniliyin maliki məzhəbi geniş yayılıb. Eyni zamanda sünnü-hənəfi və sünni-sələfilər də vardır. 15–20 faiz əhali şiə məzhəblidir (şəhər əhalisinin bir hissəsi və ölkənin Şimal rayonlarının əhalisi, farslar, bəzi induslar və pakistalılar, İraqdan və digər ölkələrdən gələn ərəblər). Şiələr arasında ismaililər üstünlük təşkil edir. Küveytdə az sayda induslar (böyük əksəriyyəti hindlilərdir) da yaşayır. Ölkə əhalisinin 6 faizi xristianlardır. Bunlar anqlikan və reformatolar (4 min nəfər), katoliklər (18 min nəfər), pravoslav, yakobit, koptlar (bu üç qrupun ümumi sayı 4 min nəfər), erməni-qriqoryalar (6 min nəfər) və s. Xristianlığa (pravoslav, monofizitlik, anqlikalıq, reformatorluq formasında) az sayda ərəblər və əcnəbilər. İnduslar, ingilislər, amerikanlar və digərləri ibadət edir.

İstifadə olunan faktlar:Dünya ölkələri(müəllif:Əminə Yusifqızı) 2008-ci il