Vahid Qazməmməd oğlu Əhmədov (2 aprel 1947, Qonaqkənd, Qonaqkənd rayonu) — Azərbaycanın ictimai-siyasi xadimi; Azərbaycan Ali Sovetinin deputatı (1990–1995); Azərbaycan Respublikası Milli Məclisinə 52 saylı Quba seçki dairəsindən seçilmiş III,[1] IV, V və VI çağırış millət vəkili. Azərbaycan SSR-in əməkdar mühəndisi[2]; texnika elmləri doktoru.
Vahid Əhmədov | |
---|---|
Vəzifədədir | |
2005-ci ildən | |
Seçki dairəsi | 2005, 2010, 2015, 2020 — 52 saylı Quba |
Əvvəlki | Vəzifə təsis edildi. |
16 may 1992 – 6 yanvar 1994 | |
Baş nazir | Rəhim Hüseynov (1992-1993) Pənah Hüseyn (1993) Surət Hüseynov (1993-1994) |
Əvvəlki | Feyruz Mustafayev |
Sonrakı | Fuad Quliyev |
23 aprel 1992 – 16 may 1992 | |
Baş nazir | Feyruz Mustafayev (1992) Rəhim Hüseynov (1992-1993) |
Əvvəlki | Aydın Əzizbəyov |
Sonrakı | Firudin Cəlilov |
1990 – 1992 | |
Seçki dairəsi | 53 nömrəli "Gənclik" |
Şəxsi məlumatlar | |
Doğum adı | Vahid Qazməmməd oğlu Əhmədov |
Doğum tarixi | 2 aprel 1947 (77 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi |
|
|
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Vahid Əhmədov 2 aprel 1947-ci ildə Quba rayonunun Qonaqkənd qəsəbəsində anadan olmuşdur.
1965-ci ildə Qonaqkənd orta məktəbini qızıl medalla bitirmişdir. 1965–1971-ci illərdə Azərbaycan Politexnik İnstitutunda təhsil almış, mühəndis-energetik ixtisasına yiyələnmişdir.
1989–1992-ci illərdə Almaniyada Bonn Menecment İnstitutunu bitirərək, menecment-iqtisadçı beynəlxalq diplomuna layiq görülmüşdür.
1967–1971-ci illərdə Şmidt (indiki Səttərxan adına) maşınqayırma zavodunda fəhlə, sex ustası, sex rəisi vəzifələrində çalışmışdır.
1971–1972-ci illərdə Sovet ordusu sıralarında xidmət etmişdir. Hərbi xidmətini başa vurduqdan sonra, yenidən maşınqayırma zavoduna qayıdaraq orada 1972–1977-ci illərdə sex rəisi vəzifəsində işləmişdir. 1977-ci ildə Bakı Radio zavoduna keçərək orada sex rəisi, istehsalat şöbəsinin rəisi vəzifələrində əmək fəaliyyətini davam etdirmişdir.
1981–1983-cü illərdə Bakı Dəzgahqayırma İstehsalat Birliyində baş mühəndis vəzifəsində çalışmışdır.
1983–1986-cı illərdə "Bakı fəhləsi" adına maşınqayırma zavodunun, 1986-cı ildə Keşlə maşınqayırma zavodunun, 1989-cu ildə "Bakneftmaş" İstehsalat Birliyinin baş direktoru olmuşdur.
Ailədə 9 uşaq olublar[3]. 33 yaşında ailə həyatı qurmuşdur. İki övladı — 1 oğlu və 1 qızı var. Övladlarının hər ikisi hüquqşünasdır[3].
1980-ci illərin sonlarında Azərbaycan Kommunist Partiyası Nizami rayon təşkilatnın büro üzvü olmuşdur[3].
1991-ci ildə Azərbaycanın Müstəqillik Aktının hazıqlanmasında iştirak etmiş, Azərbaycanın müstəqilliyinin lehinə səs vermişdir. 1991-ci ildə SSRİ-nin saxlanmasına qarşı səs vermiş 43 istiqlalçı deputatdan biri olmuşdur.
Alma-Ata Memorandumunun və İcevan Protokolunun həyata keçirilməsini təmin etmək məqsədilə 10 sentyabr 1992-ci ildə yaradılmış Alma-Ata Memorandumunu və İcevan Protokolunu həyata keçirən Qərargahın üzvü olmuşdur[4].
Azərbaycan Respublikası Prezidentinin 23 aprel 1992-ci il tarixli 694 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Baş nazirinin müavini təyin edilmişdir[5]. 16 may 1992-ci ildə həmin vəzifədən azad edilərək[6], Azərbaycan Respublikası Baş nazirinin birinci müavini təyin edilmişdir[7][8]. 18 may 1992-ci ildə həmin vəzifəyə yenidən təsdiqlənmişdir[9][10]. 29 aprel 1993-cü ildə də yenə həmin vəzifəyə təsdiqlənmişdir[11][12]. Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 1993-cü il tarixli 56 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Baş nazirinin birinci müavini vəzifəsindən azad edilmişdir[13]. Azərbaycan Respublikasının Milli Məclisi 6 yanvar 1994-cü ildə Vahid Əhmədovun Azərbaycan Respublikası Baş nazirinin birinci müavini vəzifəsindən azad olunmasına razılıq vermişdir[14].
1990-cı ildə Bakı şəhərinin Nizami rayonu 53 nömrəli "Gənclik" seçki dairəsindən Azərbaycan SSR Ali Sovetinə deputat, 2005 və 2010-cu illərdə 2 dəfə 52 saylı Quba seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə millət vəkili seçilmişdir.
26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının tərkibinə daxil edilmişdir[15]. 30 iyun 1992-ci ildə Milli Məclisində təşkil olunmuş İqtisadi siyasət komissiyasına üzv təsdiq edilmişdir[16].
2005-ci il parlament seçkiləri ərəfəsində, 13 iyul 2005-ci ildə Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Azərbaycan Liberal Partiyası və bir qrup müstəqil siyasətçi Yeni Siyasət Seçki Blokunu (qısaca YeS) təsis etmiş və vahid namizədlərlə seçkiyə qatılmışdır.[17] YeS-in vahid siyahısından 2 müstəqil namizəd — 52 saylı Quba seçki dairəsi üzrə baş nazirin sabiq müavini Vahid Əhmədov və 114 saylı Şəki kənd birinci seçki dairəsi üzrə sabiq baş nazir Əli Məsimli deputat seçilmişdir.
13 dekabr 2005-ci ildə Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının üzvü seçilmişdir[18]. Milli Məclisin komissiyaları komitələrə çevrildikdən sonra, 14 aprel 2009-cu ildə İqtisadi siyasət komitəsinin üzvü seçilmişdir[19].
13 dekabr 2005-ci ildən[20] Azərbaycan—Almaniya, Azərbaycan—Xorvatiya, Azərbaycan—Rusiya, Azərbaycan—Türkmənistan, 27 fevral 2007-ci ildən[21] Azərbaycan—Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qruplarının tərkibində fəaliyyət göstərmişdir.
7 dekabr 2010-cu ildə Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü seçilmişdir[22].
Əhmədovun Mehman Hüseynova verdiyi müsahibədə səsləndirdiyi fikirlər Milli Məclisdə müzakirələrə səbəb olmuşdur.[23]
Vahid Əhmədov texnika doktorudur. 300-ə yaxın elmi məqalənin müəllifidir. Müəllifi olduğu 72 səhifəlik "Sahibkar-menecment" kitabı 2000-ci ildə Bakıdakı "Qanun" nəşriyyatında Azərbaycan dilində nəşr olunmuşdur[24].
İmaməddin Zəkiyev onun barəsində 2001-ci ildə "Qonaqkənddən başlanan yol" adlı sənədli povest yazmışdır[26].