Azərbaycan — 1996-cı ildə Birləşmiş Ştatların Atlanta şəhərində baş tutan X Yay Paralimpiya Oyunlarında. Azərbaycan Milli Paralimpiya Komandası 16-25 avqust tarixlərində baş tutan X Yay Paralimpiya Oyunlarında 2 idmançı ilə 2 idman növündə təmsil olundu.
Azərbaycan 1996 Yay Paralimpiya Oyunlarında | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
BOK Kodu | AZE | ||||||||
MOK | Azərbaycan Milli Paralimpiya Komitəsi | ||||||||
İdmançı sayı | 2 idmançı (2 idman növündə) | ||||||||
Medallar Yer: — |
| ||||||||
Yay Olimpiya Oyunları | |||||||||
1996 • 2000 • 2004 • 2008 • 2012 • 2016 • 2020 • 2024 | |||||||||
Qış Olimpiya Oyunları | |||||||||
1994 • 1998 • 2002 • 2006 • 2010 • 2014 • 2018 • 2022 |
Tarixdə birinci dəfə Paralimpiya Oyunlarında mübarizə aparan Azərbaycan, turniri medalsız başa vurdu.
X Yay Paralimpiya Oyunlarında pauerliftinq idman növü üzrə turnirlər 20-24 avqustda baş tutdu. Azərbaycanı bu idman növü üzrə bir idmançı təmsil elədi: Gündüz İsmayılov. Komandanın baş məşqçisi isə Vaqif Musəddiq idi.
Kişilərin turnirində mübarizə aparan Gündüz İsmayılov ümumi nəticədə 170 kiloqramlıq nəticə göstərdi və X Yay Paralimpiya Oyunlarını yeddinci pillədə başa vurdu.[1]
Gündüz İsmayılov | -67.5 Kq. |
X Yay Paralimpiya Oyunlarında yüngül atletlərin turnirləri 16-25 sentyabrda baş tutdu. Azərbaycanı bu idman növü üzrə bir idmançı təmsil elədi: Aleksandr Antofi. Komandanın baş məşqçisi isə Zahir Abdullayev idi.
Kişilərin marafon turnirində mübarizə aparan Aleksandr Antofi, 3:00:44 saat nəticə göstərdi və X Yay Paralimpiya Oyunlarıı dördüncü pillədə başa vurdu.[2]
Aleksandr Antofi | Marafon, T42-T46 |