Bu adın digər istifadə formaları üçün bax:
Ağçay.
Ağçay — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd.
1872-ci ildə dərc olunmuş və 1869-cu il əhalinin kameral siyahıyaalınması nəticələrini əks etdirən Tiflis quberniyasının və Zaqatala dairəsinin hərbi icmalına əsasən Zaqatala dairəsinin İlisu naibliyinə daxil olan Ağçay kəndində milli tərkibi ləzgilərdən və bəylərdən ibarət 27 ailə yaşayırdı.[1] Müvafiq icmalda dairəni təşkil edən yaşayış məntəqələrinin əhalisinin milli tərkibinə dair məlumatlarda etnik türklər muğallar, Dağıstanlı xalqların nümayəndələri isə ümumi adla ləzgilər olaraq göstərilmişdirlər. 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 179 təsərrüfatda hər iki cinsdən toplam 495 nəfər əhali yaşamaqdadır.[2]
- ↑ Военный обзор Тифлисской Губернии и Закатальского округа, составлен подполковником Генерального штаба В. Н. Филиповым. Воспроизведено в оригинальной авторской орфографии издания 1872 года (издательство "Санктпетербург: Товарищества "Общественная польза""), стр. 168
- ↑ Qax Rayon İcra Hakimiyyəti: İcra Hakimiyyəti: Bələdiyyələr: Qax rayonu inzibati ərazi dairələri üzrə nümayəndəliklər və bələdiyyələr haqqında məlumat Arxivləşdirilib 2012-12-27 at Archive.today
- ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
|
---|
Şəhərlər | | |
---|
Kəndlər | |
---|
Ləğv olunmuş kəndlər | |
---|