Xəlil Məmmədov (siyasətçi)

Məmmədov Xəlil Məmməd oğlu (5 may 1916, Şuşa21 fevral 1989, Bakı) — Azərbaycan-sovet hərbi və dövlət xadimi, Sovet İttifaqı Qəhrəmanı (1945), Azərbaycan SSR daxili işlər (1960–1965) və ictimai asayişi mühafizə naziri (1962–1965).

Xəlil Məmmədov
bayraq
Azərbaycan SSR ictimai asayişi mühafizə naziri
bayraq2
2 noyabr 1962 – 5 yanvar 1965
Əvvəlkivəzifənin adı dəyişdirilib
SonrakıMəhəmməd Əlizadə
4 fevral 1960 – 13 sentyabr 1962
ƏvvəlkiƏli Kərimov
Sonrakıvəzifənin adı dəyişdirilib
Şəxsi məlumatlar
Doğum tarixi 5 may 1916(1916-05-05)
Doğum yeri
Vəfat tarixi 21 fevral 1989(1989-02-21) (72 yaşında)
Vəfat yeri
Dəfn yeri
Partiya
Təhsili
  • Sov.İKP MK yanında Ali Partiya Məktəbi[d]
Fəaliyyəti siyasətçi, zabit
Hərbi xidmət
Mənsubiyyəti Sovet Sosialist Respublikaları İttifaqı
Qoşun növü tank qoşunları[d], milisoner
Döyüşlər
Rütbəsi general-mayor, general

Təltifləri Sovet İttifaqı Qəhrəmanı
"Lenin" ordeni "Qırmızı bayraq" ordeni "Aleksandr Nevski" ordeni 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Qırmızı ulduz" ordeni "Şərəf nişanı" ordeni

Xəlil Məmmədov 1916-cı ildə Şuşa şəhərində anadan olmuşdur. 1938-ci ildə Şuşa RHK-dan orduya çağırılmışdır. Müharibədə rütbəsi mayor olub. Krım, Donbas, Ukrayna uğrunda aparılan döyüşlərdə iştirak etmişdir. Rumın şəhərciyi Merqura hücum zamanı hitlerçilər tərəfindən güclü müdafiə sistemi yaradılmışdı. Məmmədovun batalyonuna müdafiəni yararaq, şəhərin digər başında yerləşən körpünü düşmən keçə bilməsin deyə partlatmaq əmri verilmişdir. Gecə həmləsi zamanı mayorun tankları beton pilləkənlərdən ibarət maneə ilə qarşılaşdı. Belə bir maneəni keçib getmək qeyri mümkün idi. Tankçılar dəmir troslarla maneəni yox edərək, mina meydançasını keçdilər və şəhərə daxil oldular. Tapşırıq yerinə yetirilmişdi. Rumın torpağında 15 günlük mübarizə ərzində mayor Məmmədovun batalyonu düşmənin 4 tank, 2 özüyeriyən top, 64 artilleriya silahı, 191 avtomaşın, 108 pulemyot, 1375 əsgər və zabitini məhv etmişdi. Həmçinin 3 dəmiryol eşelonu, 350 avtomaşın, 4 min hitlerçi ələ keçirilmişdir[1].

SSRİ Ali Sovetinin 24 mart 1945-ci il tarixli fərmanı ilə Məmmədov Xəlil Məmməd oğluna Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir.[2]

Xəlil Məmmədov 1960–1965-ci illərdə Azərbaycan SSR daxili işlər naziri (1962-ci ildən ictimai asayişi mühafizə naziri kimi), 1965-ci ildən isə Azərbaycan SSR Nazirlər Sovetində sovet orqanları şöbəsinin müdiri olmuşdur.[3]

21 fevral 1989-cu ildə vəfat edib. Bakı şəhgərindəki II Fəxri Xiyabanda dəfn edilmişdir[4].

  1. "9may.az. Qəhrəmanlar". 2010-01-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-11-13.
  2. "Мамедов Халил Мамед оглы". 2018-01-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-21.
  3. Mamedov, Khalil Mamedoogly // Prominent personalities in the USSR (ingilis). Metuchen, New Jersey: Scarecrow Press. 1968. səh. 384.
  4. Azərbaycan Respublikası Xatirə Kitabı, IX cild. səh.547.