Əli Kərimov (daxili işlər naziri)

Əli Həbib oğlu Kərimov (20 sentyabr 1919, Bakı4 iyun 2000, Bakı) — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR daxili işlər naziri (1956–1960), Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini (1960–1965), Azərbaycan SSR Partiya-Dövlət Nəzarəti Komissiyasının (1962–1965) və Xalq Nəzarəti Komitəsinin sədri (1965–1970), Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin birinci katibi (1970–1980), Azərbaycan SSR Dövlət Əmək Komitəsinin (1980–1987) və Dövlət Əmək və Sosial Məsələlər Komitəsinin sədri (1987–1991), Azərbaycan Respublikası xalq deputatları seçkiləri üzrə Mərkəzi Seçki Komissiyasının sədri (1990–1992).

Əli Kərimov
bayraq
Azərbaycan SSR Dövlət Əmək və Sosial Məsələlər Komitəsinin sədri
bayraq2
13 oktyabr 1987 – 22 may 1991[a]
Əvvəlkikomitənin adı dəyişdirilib
SonrakıSvetlana Qasımova
bayraq
Azərbaycan SSR Dövlət Əmək Komitəsinin sədri
bayraq2
20 dekabr 1980 – 13 oktyabr 1987
ƏvvəlkiZiya Kurmakayev
Sonrakıkomitənin adı dəyişdirilib
bayraq
Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin birinci katibi
bayraq2
7 may 1970 – 22 dekabr 1980
ƏvvəlkiAbdulla Qədirov
SonrakıVaqif Hüseynov
22 dekabr 1965 – 7 may 1970
Əvvəlkikomitə təsis edilib
SonrakıHacıbaba Əfəndiyev
bayraq
Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Soveti Partiya-Dövlət Nəzarəti Komissiyasının sədri
bayraq2
27 dekabr 1962 – 22 dekabr 1965
Əvvəlkikomitə təsis edilib
Sonrakıkomitə ləğv edilib
4 fevral 1960 – 22 dekabr 1965
SədrMəmməd İsgəndərov
Ənvər Əlixanov
13 avqust 1956 – 4 fevral 1960
ƏvvəlkiAndrey Bulıqa
SonrakıXəlil Məmmədov
bayraq
Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin birinci katibi
bayraq2
oktyabr 1947 – sentyabr 1952
Əvvəlkiİsmayıl Əskərov
SonrakıNazim Hacıyev
Şəxsi məlumatlar
Doğum tarixi 20 sentyabr 1919(1919-09-20)
Doğum yeri
Vəfat tarixi 4 iyun 2000(2000-06-04) (80 yaşında)
Vəfat yeri
Dəfn yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi
Rütbəsi general-mayor

Təltifləri "Lenin" ordeni "Lenin" ordeni "Oktyabr inqilabı" ordeni "Qırmızı əmək bayrağı" ordeni “Əmək igidliyinə görə” medalı "Qafqazın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı

Əli Həbib oğlu Kərimov 1919-cu il sentyabrın 20-də Bakıda anadan olmuşdur. 1937-ci ildə 14 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun Neft mexanikası fakültəsinə daxil olmuşdur. Təhsil aldığı illərdə, 1941-ci ildə institutunun komsomol komitəsinin katibi seçilmişdir. 1942-ci ilin fevral ayında Dzerjinski adına maşınqayırma zavoduna təyinat almışdır.[1]

1942-ci ildən Əli Kərimov Dzerjinski adına zavodda yoxlayıcı usta, bir qədər sonra isə nəzarət şöbəsi rəisinin müavini vəzifəsində işləmişdir. O, eyni zamanda zavod komsomol təşkilatına rəhbərlik etmişdir.[2] Bundan sonra o, komsomol işinə daha yaxından cəlb olunmuş və 1943-cü ildə Azərbaycan LKGİ Orconikidze Rayon Komitəsinin katibi seçilmişdir.[3]

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1944-cü ilin oktyabr ayında Əli Kərimov Azərbaycan LKGİ Bakı Komitəsinin təbliğat-təşviqat üzrə katibi, 1946-cı ilin iyul ayında isə birinci katibi təsdiq edilmişdir. 1947-ci ilin oktyabr ayında isə Azərbaycan LKGİ Mərkəzi Komitəsinin birinci katibi seçilmişdir. 1949-cu ildə Azərbaycan K(b)P Mərkəzi Komitəsi bürosunun qərarı ilə Azərbaycan SSR Nazirlər Soveti yanında Bədən Tərbiyəsi və İdman İşləri üzrə Komitənin tərkibinə daxil edilmişdir.[1] Əli Kərimov Azərbaycan komsomol təşkilatının rəhbəri kimi Sovet nümayəndə heyəti tərkibində Ümumdünya Gənclər Federasiyasının Budapeştdə keçirilmiş konqresinin işlərində iştirak etmişdir.[2] ÜİLKGİ Mərkəzi Komitəsinin üzvü olmuşdur.[4]

Əli Kərimov 1952-ci ilin sentyabr ayında Azərbaycan LKGİ Mərkəzi Komitəsinin birinci katibi vəzifəsindən azad edilərək Azərbaycan K(b)P Mərkəzi Komitəsinin Məktəblər şöbəsinin müdiri təsdiq edilmişdir. Burada çalışdığı dövrdə təhsilini davam etdirmiş, 1954-cü ildə qiyabi olaraq ÜİK(b)P Mərkəzi Komitəsi yanında Ali Partiya Məktəbini[rus.] bitirmişdir.[1]

1956-cı ildə Əli Kərimov Azərbaycan SSR daxili işlər naziri təyin edilmiş, 1960-cı ilin fevral ayında isə Azərbaycan SSR Nazirlər Soveti sədrinin mədəniyyət məsələləri üzrə müavini vəzifəsinə keçirilmişdir. Bu vəzifə ilə paralel olaraq 1962-ci ilin dekabr ayında ölkədəki ən böyük səlahiyyətlərə malik orqanın — Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Soveti yanında Partiya-Dövlət Nəzarəti Komissiyasının sədri təyin edilmiş, Azərbaycan KP MK katibi və Mərkəzi Komitənin Rəyasət Heyətinin üzvü seçilmişdir.[1]

1956–1960-cı ildə Azərbaycan SSR daxili işlər naziri, 1960–1965-ci illərdə isə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini vəzifələrində işləmişdir. Həmin dövrdə, 1962–1965-ci illərdə paralel olaraq Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Soveti Partiya-Dövlət Nəzarəti Komissiyasının sədri və Azərbaycan KP MK katibi olmuş, 1965–1970-ci illərdə Azərbaycan SSR Xalq Nəzarəti Komitəsinin sədri vəzifəsində çalışmışdır.[5]

Əli Kərimov 1970-ci ilin may ayında Azərbaycan SSR Xalq Nəzarəti Komitəsinin sədri vəzifəsindən azad edilərək Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin birinci katibi seçilmiş və 1980-ci ilin dekabr ayınadək bu vəzifədə işləmişdir. 1980-ci ilin dekabr ayından 1991-ci ilədək Azərbaycan SSR Dövlət Əmək Komitəsinə (1987-ci ildən Azərbaycan SSR Dövlət Əmək və Sosial Məsələlər Komitəsinə) başçılıq etmişdir. Azərbaycan Respublikası xalq deputatları seçkiləri üzrə Mərkəzi Seçki Komissiyasının sədri kimi olmuş, 1992-ci ildə həmin vəzifədən təqaüdə çıxmışdır.[1]

Əli Kərimov 1943-cü ildə Sovet İttifaqı Kommunist Partiyası üzvlüyünə qəbul edilmişdir. O, 1953–1981-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü, 1962–1966-cı və 1971–1981-ci illərdə Mərkəzi Komitənin büro üzvü, 1966–1971-ci illərdə isə büro üzvlüyünə namizəd olmuşdur.[6] beş çağırış (3, 5, 8–10-cu) SSRİ Ali Sovetinin, beş çağırış (2, 4–7-ci) Azərbaycan SSR Ali Sovetinin, eləcə də Bakı Şəhər Zəhmətkeş Deputatları Sovetinin deputatı seçilmişdir.

Əli Kərimov 4 iyun 2000-ci ildə vəfat etmiş, Yasamal qəbiristanlığında dəfn olunmuşdur.[1]

Əli Kərimovun atası Həbib Əli oğlu Kərimov (1893–1972) Şuşada doğulmuş, 1912–1913-cü illərdə Leypsiq Universiteti dinləyicisi olmuş, Almaniyada təhsil almış ilk azərbaycanlı mühəndislərdən olmuşdur. Uzun illər yağ-pendir sənayesi sahəsində çalışmışdır. Anası Qumru (Qumri) Məhəmməd qızı Nərimanova-Kərimova Nəriman Nərimanovun əmisi nəvəsi olmuşdur. O, Tiflisdə anadan olmuş, yeniyetmə yaşlarında bacısı Nabatla birlikdə Bakıya gələrək Hacı Zeynalabdin Tağıyevin qız məktəbində təhsil almışdır. 1908-ci ildə məktəbi bitirərək bir müddət Tiflisdə müəllimlik etmiş, daha sonra Bakıya qayıdaraq ömrünün sonunadək burada yaşamışdır.[1]

Əli Kərimov 1942-ci ildə Validə Əliheydər qızı Allahverdiyeva (1921–1998) ilə ailə həyatı qurmuşdur.

  1. 5 fevral – 22 may 1991-ci ildə Azərbaycan Respublikası Dövlət Əmək və Sosial Məsələlər Komitəsinin sədri kimi
  1. 1 2 3 4 5 6 7 Teyyub Qurban. Düşmənlərindən güclü şəxsiyyət. Bakı. 2015. səh. 356. ISBN 978-9952-494-55-6.
  2. 1 2 Әли Һәбиб оғлу Кәримов // Альбом плакатов-биографий депутатов Верховного Совета Азербайджанской ССР четвертого созыва. 6 марта 1955 года. Бакы. 1956. С. 76.
  3. Kerimov, Ali Gabibogly // Prominent personalities in the USSR (ingilis). Metuchen, New Jersey: Scarecrow Press. 1968. səh. 255–256.
  4. Әли Һәбиб оғлу Кәримов // Коммунист. № 42 (8254). 28 феврал 1950-ҹи ил. С. 3.
  5. Kerimov, Ali Gabib ogly // Who's Who in the Socialist Countries (ingilis). New York: Saur. 1978. səh. 277. ISBN 0-89664-011-6.
  6. Kerimov, Ali Gabib ogly // Who's who in the Soviet Union (ingilis). München; New York; London; Paris: Saur. 1984. səh. 148–149. ISBN 3-598-10467-7.