XALSEDON

[yun.] сущ. халцедон (кварцдин жуьредикай минерал).
XALLILIQ
XALTA
OBASTAN VİKİ
Xalsedon
Xalsedon SiO2 — triqonal sinqoniya. Rast gəlmə tezliyi şkalası: hər yerdə rast gələn. Xalsedon kvarsın incəlifli gizlikristallik növ müxtəlifliyidir. Xalsedonun bir sıra rəng müxtəliflikləri məlumdur. Rəng – adətən boz, mavi-boz, bozumtul-ağ, ağ, sarımtıl; mineralın rəng müxtəliflikləri: serdolik (karneol) – narıncı-qırmızıdan qonuru-qırmızıyadək, sarder –yarımşəffaf, qonur, qırmızımtıl-qonur, sapfirin–mavi çalarlı göy, matorolit–şəffaf zümrüdü-yaşıl, xrizopraz – alma kimi yaşıl, prazem – yarımşəffaf soğanı-yaşıl, plazma – tünd-soğanı-yaşıl, əqiq–zolaqlı boyanmış xalsedonlardır; oniks – paralel zolaqlı əqiq, heliotrop (yaxud qanlı daş) – al-qırmızı ləkəli plazmadır və s.; Mineralın cizgisinin rəngi – rəngsiz, ağ; Parıltı – ipəyi, donuq, mum; Şəffaflıq – adətən yarımşəffaf, nazik kəsikləri – şəffaf; Sıxlıq – 2,59-2,61; Sərtlik – 6,5-7; Kövrəkdir; Ayrılma – yoxdur; Sınıqlar – qabıqvari; Morfologiya – mineral aqreqatları: naziklifli böyrək- və salxımvari, axın əmələgəlmələri, damarcıqlar, qabıqlar, sferolitlər, stalaktitlər, jeodalar, jelvaklar, müxtəlif minerallar və üzvi qalıqlar (heyvan və bitki) üzrə psevdomorfozalar; Arizona ştatındakı (ABŞ) Daşlaşmış meşə dünyada məşhurdur. Ən çox effuziv süxurlarda yayılaraq, onlardakı badamcıq boşluqlarını və çatları doldurur. Hidrotermal mənşəli xalsedon, adətən, nisbətən aşağıtemperaturlu şəraitlərdə əmələ gəlir. Ekzogen xalsedona filiz yataqlarının oksidləşmə zonalarında və aşınma qabığında rast gəlinir. Çökmə əmələgəlmələrdə qeyd edilmişdir, çaxmaq daşı şəklində, xususilə, əhəngdaşlarında geniş yayılmışdır. Az miqdarda isti bulaqların çöküntülərində qeyd edilir.

Digər lüğətlərdə