XANÇOBAN

xan coban, xan kimi çoban, xana layiq çoban.
XANCAN
XANDADAŞ
OBASTAN VİKİ
Xançoban mahalı
Xançoban mahalı — Şirvan xanlığının bölgələrindən biri. Şamaxı, Ağsu, Kürdəmir və İsmayıllı rayonlarının ərazisində mövcud olmuşdur. == Tarixi == Müasir dövrdə İsmayıllı, Ağsu, Kürdəmir və Şamaxı rayonlarının ərazisini əhatə edən Xançobanı mahalı "qərbdə Girdimançay ilə, şərqdə Ağsu çayı ilə həmsərhəd olmuşdur" . Xançobanı mahalına Veysəlli, Mərzili, Alpout, Gorus, Dəlilər və s. adlı kənd və obalar daxil idi. Bu mahala daxil olan Mərzili obası İsmayıl bəyə (Mustafa xanın qardaşına – N.B.) məxsus olmuşdur. Onlar Qarabağdan gəlmə olduqları üçün torpaqları yox idi. Xançobanı əhalisi rəncbərlik edir və əsasən maldarlıqla məşğul olurdular. Şamaxı xanları Xançobanı mahalından olduqları üçün bu obaların əhalisinə vergi təyin etməmişdilər. Bunun əvəzində Xançobanı mahalının sakinləri Mustafa xana onun tələb etdiyi qədər qoyun verirdilər.
Ağası xan Xançobanlı
Ağası xan Xançobanlı-Sərkər (1731, Şamaxı – 1788, Bakı) — Şirvanın ilk xanı. Dövləti qardaşı Məhəmmədsəid xan ilə birlikdə idarə etmişdir. == Gəncliyi == 1731-ci ildə Şamaxıda, Allahverdi bəy Sərkər və Ümmügülsüm xanımın ikinci övladı olaraq dünyaya gəlmişdir. Abbasqulu ağa Bakıxanov Ağası xanın atasını səhvən "Əsgər bəy" yazsa da, Nailə Bayramlının fikrincə bu ad Allahverdi bəy olmalıdır. Mənbələrdə 1748-ci ildən Ağası xan və Məhəmmədsəid xan birlikdə Şirvan xanı kimi hesab olunurlar. 1761-ci ildə Ağası xan qardaşı ilə Hacı Məhəmmədəli xanı devirərək Ağsunu ondan almışdıdı. == Hakimiyyəti == Fətəli xanın Məhəmmədsəid xan və Ağası xandan 10000 rubl xərac tələb etməsi, yayılmış taun xəstəliyinə görə bu pulu yığa bilməyən xanın rədd cavabı verməsi Şirvanın Quba tərəfindən işğalı üçün şərait yaratdı. Şirvan xanlığı əvvəl xərac verməyə razı olsa da, sonra Şəki xanı Hüseyn xana arxalanan Məhəmmədsəid xərac verməkdən imtina etdi. Lakin Şəki ilə də vəziyyət pisləşməsi Qubalı Fətəli xanın Hüseyn xanın Şamaxı xanlığına qarşı birləşməsinə səbəb olur. Xanlar 1764-cü ildə bir daha xərac verəcəyinə söz versə də, yenə sözündən dönür.
Mustafa xan Xançobanlı
Mustafa xan Xançobanlı (d. 1768 – ö. 17 sentyabr 1844) — sonuncu Şirvan xanı. == Həyatı == Mustafa xan Ağası xan oğlu Şamaxı şəhərində anadan olmuşdu. О xeyli qaçqın həyat sürdükdən sоnra 1792-ci ildən xanlıq kürsüsünə sahib оldu. Bir zaman Azərbaycan xanlıqlarına və xanlarına qənim kəsilmiş Fətəli xan Qubalının əlindən canını götürüb qaçaraq Qarabağ xanlığına pənah gətirmiş оlan Əsgər bəy, Qasım bəy və Mustafa bəy Ərəşli Şəhabəddin sultan tərəfindən tutularaq qоlları qandallanmış halda Fətəli xanın sərəncamına göndərildi. Оnları Fətəli xanın elçisi Məmmədkərim bəylə Hacı Seyid bəy aparırdı. Bir təsadüf nəticəsində Göyçay ərazisində Hacı Seyid bəy əsirləri azad etdi və Məmmədkərim bəyi zəncirləyib geri döndü. Bu 3 nəfər əvvəlcə Cara və оradan da Avarstana getdilər. Оrada da qala bilməyən xanzadələr Qarabağa və оradan da Türkiyəyə getdilər.
Məhəmmədsəid xan Xançobanlı
Məhəmmədsəid xan Xançobanlı — Sərkərlər ailəsindən Şirvan xanı. Hakimiyyəti qardaşı Ağası xan ilə birgə idarə edirdi. == Həyatı == 1729-cu ildə Xançobanlı tayfasından Sərkərlər ailəsinin başçısı, mülkədar Allahverdi bəy və Ümmügülsüm xanımın ailəsində doğulmuşdu. Pyotr Butkovun yazdıqlarına atası Allahverdi bəy hələ 1734-cü ildə Şamaxı ətrafı kəndlərin sahibi idi. Qafqaz Arxeoqrafiya Komissiyasının Aktlarına əsasən Allahverdi bəy 1767-ci ildə vəfat etmişdir. Nailə Bayramlı isə bu mülahizə ilə razılaşmır. == Hakimiyyəti == Mənbələrdə Məhəmmədsəid və qardaşı Ağasının Şirvan xanları kimi 1748-ci ildən adları çəkilir. 1758-ci ildə qardaşı Ağarəzi bəyi Quba xanlığına qarət üçün göndərmişdi. Qarət vaxtı Bərmək mahalından 200 ailə ələ keçirilib Şamaxıya köçürülmüşdü.Fətəli xanın cavab hücumunda Ağarəzi bəy öldürüldü, 400 nəfər şirvanlı əsir edildi və Qubaya aparıldı. == Köhnə Şamaxının ələ keçirilməsi == Kərim xan Zəndlə mübarizədə məğlub olan urmiyalı Fətəli xanın sərkərdəsi Azad xan öz dəstələri ilə 1761-ci ildə Yeni Şamaxıya gəlmişdi.
Qasım xan Xançobanlı
Qasım xan Məhəmmədsəid xan oğlu Xançobanlı — 7-ci Şirvan xanı (1789–1792) == Həyatı == 1763-cü ildə Ağsuda doğulub. Məhəmmədsəid xanın və Mahpəri xanımın (ö. 1790) oğlu idi. Qasım xan da ömrünün ilk hissəsini qardaşı Əsgər xan və əmisi oğlu Mustafa xanla sırayla Şəki xanı Məhəmmədhəsən xanın əsirliyində, Qarabağda və Osmanlı torpağı olan Axalxalakidə keçirmişdir. 1790-cı ildə Şirvan əyanlarının Əsgər xanı devirməsindən taxta çıxandan sonra 2 il hakimiyyətdə olub. 1792-ci ilin əvəllərindən etibarən Şirvan əyanlarının ona incikliyi başladı. Abbasqulu ağa Bakıxanovun fikrincə incikliyin səbəbi təbəələr arasında fərq qoymaması, şirvanlılara arxalanmaq yerinə ləzgilərin hərbi gücündən istifadəsi idi. Nəhayət 1792-ci ildə Hövz mahalının naibi Yüzbaşı bəy Hövzi və Sərdərin mahalının naibi Ömər Sədari tərəfindən devrildi. Yerinə onun əmisi oğlu Mustafa bəyi Əlvənddən Ağsuya dəvət etdilər. Mustafa xan Şirvan xanı oldu.
Xançobanlı eli
Xançobanlı eli — Azərbaycan xalqının soy-kökündə iştirak edən tayfalardan biri. == Tarixi == Nadir şah Əfşarın yaratdığı imperiyanın dağılması ilə əlaqədar XVIII yüzilliyin ortalarında Köhnə Şamaxıda varlı ailədən olan Xançobanı tayfasının Sərkərlər nəslinin nümayəndəsi Allahverdi bəyin oğlanlarının, Yeni Şamaxıda isə Hacı Məhəmmədəlinin hakimiyyətə gəlməsi ilə ikihakimiyyətlilik əsasında Şirvanda müstəqil xanlıq yaranır. Tədqiqat zamanı müəyyən olunmuşdur ki, Şirvan xanları heç bir hakimə vergi ödəmirdilər. Bu isə Şirvan xanlığının müstəqil olaraq yaranmasına əsaslı sübut ola bilər. Sərkərlər nəsli, Şirvan xanlığının yaranmasında, həmçinin əvvəlki dövrlərdə də Şirvanda siyasi qüvvə kimi özünü göstərə bilmişdir. 1721-ci ildə Hacı Davud Şirvanda üsyan qaldırarkən Şirvanı ələ keçirir və burada böyük nüfuza malik olan Sərkərlərin nümayəndəsini öldürür. Çox güman ki, həmin nümayəndə Sərkərlər nəslindən olan Əsgər bəyin Allahverdi bəydən başqa digər övladlarından biri olmuşdur. Hadisələrin sonrakı gedişi göstərir ki, Hacı Davud Şamaxıda hakimiyyəti ələ keçirmək üçün türk sultanından kömək istəyir. Buradan belə nəticə çıxır ki, Cahangir Zeynaloğlunun göstərdiyi kimi, Sərkərlər Səfəvilər dövründən Şirvanda böyük nüfuza malik olmuşdular.
Xançobanı
Xançobani - Azərbaycanın milli rəqsi. Xançobanı XVII-XVIII əsrlərdə Şirvan ərazisində yaşayan elin adıdır. Özlərini Xançobanlı tayfası adlandırırdılar. Onların şərəfinə adlandırılmış bu rəqs də elə xas olan ruhdadır. Təqribən XVIII əsrin axırlarında yaranmış "Xançobanı" sürətli tempdə, qızğın tərzdə, son dərəcə cəld, ahəngləşdirilmiş hərəkətlər düzümündə gedir. Onu yalnız kişilər oynayırlar.
Xançobanı rəqsi
Xançobani - Azərbaycanın milli rəqsi. Xançobanı XVII-XVIII əsrlərdə Şirvan ərazisində yaşayan elin adıdır. Özlərini Xançobanlı tayfası adlandırırdılar. Onların şərəfinə adlandırılmış bu rəqs də elə xas olan ruhdadır. Təqribən XVIII əsrin axırlarında yaranmış "Xançobanı" sürətli tempdə, qızğın tərzdə, son dərəcə cəld, ahəngləşdirilmiş hərəkətlər düzümündə gedir. Onu yalnız kişilər oynayırlar.
Əsgər xan Xançobanlı
Əsgər xan Xançobanlı (1756-1820) — Sərkərlər ailəsindən Şirvan xanı. == Həyatı == 1756-cı ildə Şamaxıda Məhəmmədsəid xan Xançobanının və Firəngiz xanımın (ö. 1776) övladı olaraq dünyaya göz açmışdı. Fətəli xan 1787-ci ildə Şirvanı işğal edəndə qardaşları ilə əvvəl Qarabağa sonra Osmanlıya qaçmışdılar. Abbasqulu ağa Bakıxanovun yazdıqlarına görə 1789-cu ildə Şəki xanı Məhəmmədhəsən xanın köməyi ilə Ağası xanın övladlarına qalib gələrək əvvəlcə Köhnə Şamaxıda, daha sonra isə Manaf Zərnəvaini öldürərək həm də Yeni Şamaxıda xan oldu. Şəki xanı Məhəmmədhəsən xan öz nümayəndəsi Manafın öldürülməsinin intiqamını almaq üçün Quba xanı Əhməd xanla birlikdə ona qarşı hücum etsə də, Əsgər xan 5000 tümən pul verərək Quba ordusundakı ləzgiləri öz tərəfinə çəkdi. Şirvan əyanları 6 aylıq hakimiyyətindən sonra Əsgər xanı devirdilər və qardaşı Qasım xanı hakimiyyətə gətirdilər. Nailə Bayramlının fikrincə Əsgər xanın Qasım xanla mübarizəsi Mustafa xan üçün hakimiyyətə gəlməyə münbit şərait yaratmışdı. Əsgər xan 1820-ci ildə vəfat etmişdir və Yeddi Gümbəz qəbristanlığında basdırılmışdır. == Ailəsi == 1800-cü ildə Nisa xanım Hacı Mərdi qızı ilə evlənərək 5 övladı olmuşdu: Ağa bəy (1802-1864) - 1848-ci ildə Məmməd qızı Nisə ilə evlənmişdir: Fərəcullah bəy (1851-?) - 1866-cı ildə Məhəmmədsəid xanın qardaşı Məhəmmədhüseyn bəyin nəticəsi Hacı Mehdi bəyin qızı Bilqız xanımla evlənmişdir.