XARA

сущ. хара (вичикай нехиш квай цӀарцӀар гудай пекдин парча); // харадикай цвайи, харадин (мес. перем).
XAR²
XARAB
OBASTAN VİKİ
Xara yosunları
Charophyta (lat. Charophyta) — Hazırda 300 növü məlumdur. Xəzər dənizində xaraların 10 növü məlumdur. Onlar dənizin dayaz yerlərində əsasən dalğalardan qorunan körfəzlərdə yayılmışdır.
Xara-Tumus yarımadası
Xara-Tumus yarımadası (rus. Полуостров Хара-Тумус) — Krasnoyarsk diyarı şimal-şərqində, Xatanqa körfəzi suları ilə əhatələnən yarımada. Cənub-şərqdən Saxanın Anabarski ulusu ilə sərhədlənir. Şərqində Nordvik buxtası yerləşir. İnzibati cəhətdən Krasnoyarsk diyarı ərazisinə daxil olsa da onunla quru əlaqəsi yoxdur.
Xara-Zirə adası palçıq vulkanı
Xərə-Zirə adası palçıq vulkanı - Azərbaycan Respublikasının palçıq vulkanlarından biri. == Haqqında == Xərə Zirə adası palçıq vulkanı Cənubi Xəzərdə neft və qaz yataqları ilə əlaqəsi olan vulkanik ada qurğularının xarakter nümunəsidir. Sahəsi 3,5 km² olan ada, dil və əlavə çıxıntısı istisna olmaqla, oval formaya malikdir və uzununa qırılmalarla mürəkkəbləşmiş pliosen-holosen çöküntüləri üzrə gömülmüş qalxımın tağında yerləşən nəhəng palçıq vulkanının krateri və krater bəndinə cavab verir. Krater meydançası dəniz səviyyəsindən yük­­səkliyə qalxmışdır və burada həm fəaliyyətsiz, həm də qaz və lilli palçıq ifraz edən qrifonları müşahidə etmək mümkündür. Adanın ətrafında və açıq dənizdə suyun üzərində qaz ifrazatları və zəif neft pərdəcikləri açıq-aydın görünür. Vulkanın ilk dəfə sənədləşdirilmiş püskürməsinin qeydə alınma tarixi 1810-cu ilə aiddir və o vaxtdan bu günə kimi onun aktivliyinin 13 parok­sizmi qeydə alınmışdır ki, onların da axırıncısı 2006-cı ilin payına düşür.
Neft xammalının əsas tərkibi və emal üsullarının xarakteristikası
Niya xarabalıqları
Niya xarabalıqları — təxminən 115 kilometr (71 mil)lik arxeoloji ərazi. Çinin müasir Sincanında Tarım Hövzəsinin cənub kənarında müasir Niya şəhərinin şimalında yerləşir. Qədim yer ana dilində Caḍ́ota kimi tanınırdı. Ərazidə çox sayda qədim arxeoloji əsərlər aşkar edilmişdir. Niya bir böyük ticarət mərkəzi kimi İpək Yolunun cənubundadır. Qədim dövrlərdə Çindən Orta Asiyaya mal aparan dəvə karvanları burada idi. == Tarix == Han Tarixi Kitabında müstəqil vahə-dövlət kimi Niyanın olduğu düşünülür. Üçüncü əsrdə Niya Lulan Krallığının bir hissəsi oldu. Dördüncü əsrin sonlarına doğru Çin hökmdarlığına tabe idi. Daha sonra Tibet tərəfindən fəth edildi.
Qızılca-i Xarabə (Heris)
Qızılca-i Xarabə (fars. قزلجه خرابه‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 100 nəfər yaşayır (24 ailə).
Qəbələ şəhər xarabalıqları
Kabalaka — Azərbaycanın ən qədim şəhər yerlərindən biri olan Kabalaka (Qəbələ) Qafqaz Albaniyasının paytaxtı olmuşdur. Qəbələ bir arxeoloji abidə kimi, hələ XIX əsrin I yarısından tədqiqatçıların diqqətini cəlb etmişdir. Onların bir neçəsi Qəbələ şəhər xarabalığında olmuş, onu qeydə almış, hətta bəziləri kiçik miqyaslı arxeoloji kəşfiyyat qazıntıları da aparmışdılar. 1940-cı illərdən başlayaraq, burada ardıcıl arxeoloji tədqiqat işləri görülmüşdür. Bu tədqiqatlar indi də davam etdirilir. Qəbələ şəhərinin adı antik dövr müəlliflərinin əsərlərində Kabalaka və Xabala kimi qeyd edilmişdir. Bu adlar sonrakı yazılarda Kapalak, Kəvələk, Qabala-Savar və nəhayət Qəbələ şəklində qeyd edilmişdir. Qəbələ şəhər xarabalığı Azərbaycanın Qəbələ rayonunun Çuxur-Qəbələ kəndindən 1 km şərqdə, Qaraçay (Qəbələçay) ilə Covurluçay (Qalaçay) arasındakı yüksəklikdə yerləşir. 1959-cu ildə çəkilən topoqrafik plana görə, şəhərin xarabalığı 25 hektardır. Vaxtilə süni çəkilmiş bir müdafiə xarakterli xəndək şəhər xarabalığını iki hissəyə ayırır.
Renni Xaramilo
Renni Salen Xaramilo Barre (isp. Renny Salen Jaramillo Barre; 12 iyun 1998, Quayakil, Ekvador) — Ekvador təmsilçilərindən olan İndependente del Vale klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Ekvador futbolçusudur. == Klub karyerası == Xaramilo peşəkar karyerasına Kito şəhərinin təmsilçisi olan Universidad Katolika klubunda başlamışdır. 2015-ci ildə Ekvadorun İndependente del Vale klubuna transfer olunmuşdur. O, peşəkar karyerasında debütünü 3 dekabr 2015-ci ildə Ekvador Premyer Liqasında Deportivo Kito klubuna qarşı oyunda etmişdir. == Milli karyerası == 2015-ci ildə Koroso Ekvadorun gənclərdən ibarət milli komandası ilə Paraqvayda keçirilən Cənubi Amerika Gənclər Çempionatında iştirak etmişdir. Turnirdə Koroso Çili, Boliviya, Braziliya, Paraqvay, Kolumbiya və iki dəfə Argentina və Uruqvay milli komandalarına qarşı oyunlarda meydana çıxmışdır. Boliviya millisinə qarşı oyunda Xaramilo bir qolla yadda qalmışdır. 2015-ci ildə Koroso Ekvadorun gənclərdən ibarət milli komandası ilə Çilidə keçirilən Gənclər arasında Dünya Çempionatında iştirak etmişdir. Turnirdə Koroso Honduras, Mali, Belçika, Rusiya və Meksika milli komandalarına qarşı oyunlarda meydana çıxmışdır.
Tüklüayaq xarabaçıl
Tüklüayaq xarabaçıl (lat. Aegolius) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinə aid heyvan cinsi. Xarabaçılların əsas yayıldığı yerlər Avropa, Asiya və Şimali Amerikanın dağlıq və düzənlik iynəyarpaqlı meşələridir. Xüsusilə onlar Karpatda, Qafqazda, Orta Asiya dağlarında, Alp dağlarında, Pireney dağları, Balkan yarımadası, Monqolustanın şimalında, Qərbi Çində, Şimali Amerikada - Britaniya Kolumbiyasında, Kanadada və ABŞ-nin şimal rayonlarında, Rusiyanın Kola yarımadası və Kalininqrad vilayətindən Anadır, Kamçatka, Kuril adaları, Saxalinədək yayılmışlar.
Xarab qan insidenti
Xarab qan insidenti (ing. Corrupted Blood incident) və ya World of Warcraft pandemiyası – 13 sentyabr 2005-ci ildə "World of Warcraft" onlayn video oyununda başlayan virtual pandemiya. Pandemiya Zul'Qurub adlı yeni basqının və Ruhsoyan Hakkar adlı bosun oyuna gəlməsindən son başlamışdır. Hakkar onunla döyüşən oyunçulara "Xarab qan" adlı yoluxucu və öldürücü debaff sehri tətbiq edirdi. "Xarab qan" effekti oyunda ancaq bir neçə saniyə çəkməli və Zul'Qurubun bölgəsində davam etməli idi, lakin proqramlaşdırma diqqətsizliyi ucbatından bu yoluxucu debaff bütün "World of Warcraft" dünyasında oyunçular arasında yayılmağa başlamış və virtual pandemiyaya çevrilmişdir. "Xarab qan" aşağı səviyyəli oyunçuları dərhal öldürdüyü üçün oyunun normal geympleyi dəyişmişdir. Belə ki, oyunçular infeksiyadan qorunmaq üçün oyunçuların kütləvi toplaşdığı yerlərdən uzaq durmağa başlamışdırlar. Proqramlaşdırma karantinalarına və oyunçuların oyundakı şəhərləri tərk etmələrinə baxmayaraq pandemiya 1 ay davam etmişdir. Nəhayət tətbiq edilən yeniləmələrdən sonra pandemiya sona çatmışdır. Hadisənin səbəb olduğu vəziyyət və reaksiyalar epidemioloqların diqqətini cəlb etmiş, real həyatda baş verə biləcək mümkün pandemiyalar üçün araşdırma mövzusu olmuşdur.
Xaraba
Xaraba Gilan (film, 1991)
Xaraba-i Köhül (Ərdəbil)
Xaraba-i Köhül (fars. خرابه كهل‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 100 nəfər yaşayır (21 ailə).
Xaraba-i Qadirli (Meşkinşəhr)
Xaraba-i Qadirli (fars. خرابه قادرلو‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 16 nəfər yaşayır (5 ailə).
Xaraba-i Sənci (Urmiya)
Xaraba-i Sənci (fars. خرابه سنجي‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 681 nəfər yaşayır (95 ailə).
Xaraba Gilan
Kiran, Gilan və ya Giran — Ordubad rayonunun Kələntər Dizə kəndi yaxınlığında yerləşən orta əsrlərə aid şəhər. Şəhərin xarabalıqları elmi ədəbiyyatda Xarabagilan adı ilə tanınır. Mənbələrin məlumatına görə, Xarabagilan abidəsinin yerləşdiyi ərazi ən qədim dövrdə Urartu, Midiya, Atropatena və Qafqaz Albaniyasının tərkibinə daxil olmuşdur. Xarabagilan ərazisində yaşayışın nə vaxtdan başlaması dəqiq olmasa da, abidə yaxınlığında yerləşən Muncuqlutəpə nekropolu e.ə. IX–IV əsrlərə aid edilmişdir. Naxçıvan ərazisindəki ən əhəmiyyətli orta əsr arxeoloji abidələrindən biri olan Xarabagilanın tədqiqinə XIX əsrin sonlarından başlanılmışdır.1896-cı ildə Xarabagilanı ziyarət etmiş arxeoloq Karl Dumberq, abidə ərazisindən ərəb yazılı iki daş plitəni Qafqaz muzeyinə (hazırda Gürcüstan Milli Muzeyi) aparmışdır. XX əsrin əvvəllərində E. Lalayan Xarabagilan ərazisində qısa tədqiqat işləri aparır. "Moskva arxologiya cəmiyyətinin Qafqaz bölməsinin Xəbərləri"ndə Lalayan tərəfindən tərtib edilmiş alboma çoxlu sayda üzəri yazılı məzar daşları və Xarabagilan şəhərinin xarabalıqlarının fotolarının daxil edilməsi haqqında məlumat verilir. Xarabagilan ərazisində ilk arxeoloji tədqiqatlar 1913-cü ildə Moskva arxologiya cəmiyyətinin Qafqaz bölməsinin üzvü S. V. Ter-Avetisyan tərəfindən aparılmışdır. 1926-cı ildə V. M. Sısoyev Xarabagilanda yoxlanış qazıntılarına başlayır.
Xaraba Gilan (1991)
Xaraba Gilan (film, 1991)
Xaran (şəhər)
Xaran (şəhər) — Bəlucistan əyalətinin Xaran rayonunda şəhər..Xaran səhrasında yerləşir.
Xaran rayonu
Xaran rayonu — Pakistanın Bəlucistan əyalətində şəhər.Əsası 15 mart, 1952-ci ildə qoyulub.
Xaran səhrası
Xaran (urdu خاران) — səhra Pakistanın Bəlucistan vilayətinin Xaran dairəsi ərazisinə daxildir. Dyunlarla zəngin olan səhrada daim hərəkət edirlər. Burada dyunların hündürlüyü 15-30 metr təşkil edir. Səhra Elburs silsiləsi ilə əhatələnir. Şimal hissədə səhranın hündürlüyü 1000 m, cənub-şərqdə isə 250 metrdir. Orta illik yağıntının miqdarı 100 mm azdır. Xaran səhrasında 28 may 1998-ci ildə Pakistan tərəfindən Atom sınağı həyata keçirilmişdir.
Xarapa (Piranşəhr)
Xarapa (fars. خراپا‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 271 nəfər yaşayır (42 ailə).
Xarare
Harare (ing. Harare, 1982-dək Solsberi) — Zimbabvenin paytaxtı və ən böyük şəhəri. Əhalisi 2006-cı ilin hesablamalarına görə 1 600 000 nəfər, şəhərətrafı ilə birlikdə 2 800 000 nəfərdir. Şəhərin əsası 1890-cı ildə ingilislər tərəfindən hərbi istehkam kimi qoyulmuş və sonradan Böyük Britaniyanın baş naziri olan 3-cü Solsberi markizinin şərəfinə Fort Solsberi adlandırılmış və daha sonra sadəcə Solsberi adlanmağa başlamışdır. 1923-cü ildə şəhər Britaniya Cənubi Rodeziyasının paytaxtı olmuşdur. 1965-ci ildə müstəqilliyin elanından sonra Zimbabvenin paytaxtı olmuş və 1982-ci ildə isə şəhərin adı dəyişdirilərək Harare adlandırılmışdır. == İqtisadiyyatı == Şəhər, iqtisadi həyatın olduqca canlı olduğu bir şəhərdir. Bu ölkədən bütün dünyaya, tütün, qarğıdalı, pambıq və.s. satılır. Ölkədə tekstil sənayesi inkişaf etmişdir.
Xarari (xalq)
Harari - Efiopiya ərazisində yaşayan iri xalqlardan biri. Hararilərin sayı təxminən 40 min nəfərə yaxındır. Onların əksəriyyəti dini baxışlarına görə sünni müsəlmandırlar. Etnik cəhətdən Arqobba xalqına yaxındırlar. == Dil == Hararilər arasında harari, ərəb və amhar dilləri geniş yayılmışdır. Hararilər əsas etibarı ilə Afraziya dil ailəsinin sami qrupuna aiddirlər. == Həyat tərzi == Hararilərin əksəriyyəti, demək olar ki, şəhərlərdə yaşayırlar. Onların məskunlaşdıqları əsas yaşayış məntəqələri aşağıdakılardır. Harar, Əddis-Əbəbə, Dıre-Daua və sair. Əhalinin əksəriyyətinin əsas məşğuliyyəti sənətkarlıq və ticarətdir.
Xaraton
Qaradon (yun. Χαράτων; IV əsr – V əsr) — hunların xanı.
Xaraxoba
Palıdlı (əvvəlki adı: Xaraxoba) — Azərbaycan Respublikasının Xaçmaz rayonunu Dədəli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 22 noyabr 2013-cü il tarixli, 830-IVQ saylı Qərarı ilə kənd Palıdlı adlandırılmışdır. == Tarixi == Palıdlı kəndinin əsası SSRİ dövründə, Rusiya SFSR-in Dağıstan MSSR-dəki Axtı rayonunun Xrax kəndindən (SSRİ-nin Dağıstanın dağlıq və ucqar ərazidə yerləşən kəndlərində yaşayan əhalinin digər yerlərdəki düzənlik bölgələrə köçürülməsi siyasətinə görə) Azərbaycan SSR-in Xaçmaz rayonundakı boş əraziyə köçürülmüş ailələr üçün qoyulmuşdur. Hazırkı dövrdə Dağıstandakı keçmiş Xrax kəndi, həmin vaxtdan bəri tərk edilmiş və rəsmi olaraq ləğv olunmuşdur. Xaçmazın Xaraxoba və Uryanoba kəndlərinin əraziləri 1954-cü ildə SSRİ Nazirlər Kabinetinin qərarıyla müvəqqəti olaraq Dağıstanın nəzarətinə, Axtı rayonunun kolxozuna icarəyə veriliblər. 1984-cü ildə isə Azərbaycan SSR Nazirlər Kabineti icarə müddətini 2004-cü ilə qədər uzadıb. Müstəqillik dövründə, 2004-cü il keçəndən sonra 6 il ərzində həllini tapmayan bu məsələ, 2010-cu ilin sentyabrında Azərbaycan prezidenti İlham Əliyevlə Rusiyanın keçmiş prezidenti Dmitri Medvedyev arasında keçirilən görüşdə çözülüb, və Xraxoba və Uryanoba kəndləri tam olaraq Azərbaycanın ərazisi kimi qəbul ediliblər. 2012-ci ilin aprel ayında Xraxoba kəndinin bütün sakinləri Rusiya dövlətinin yardımı ilə Dağıstana köçüblər. Köçürülmə Azərbaycan hökuməti, Rusiya səfirliyi və Dağıstan hakimiyyət orqanlarının əməkdaşlığı şəraitində həyata keçirilib.

Digər lüğətlərdə