XARA

I
(Quba, Kürdəmir, Salyan, Şamaxı)
kiçik dərz tayası (10 dərzdən ibarət). – Taxılı biçib xaralara yığduğ (Şamaxı)
II
(Bərdə)
yara
XAR
XARAC
OBASTAN VİKİ
Xara yosunları
Charophyta (lat. Charophyta) — Hazırda 300 növü məlumdur. Xəzər dənizində xaraların 10 növü məlumdur. Onlar dənizin dayaz yerlərində əsasən dalğalardan qorunan körfəzlərdə yayılmışdır.
Xara-Tumus yarımadası
Xara-Tumus yarımadası (rus. Полуостров Хара-Тумус) — Krasnoyarsk diyarı şimal-şərqində, Xatanqa körfəzi suları ilə əhatələnən yarımada. Cənub-şərqdən Saxanın Anabarski ulusu ilə sərhədlənir. Şərqində Nordvik buxtası yerləşir. İnzibati cəhətdən Krasnoyarsk diyarı ərazisinə daxil olsa da onunla quru əlaqəsi yoxdur.
Xara-Zirə adası palçıq vulkanı
Xərə-Zirə adası palçıq vulkanı - Azərbaycan Respublikasının palçıq vulkanlarından biri. Xərə Zirə adası palçıq vulkanı Cənubi Xəzərdə neft və qaz yataqları ilə əlaqəsi olan vulkanik ada qurğularının xarakter nümunəsidir. Sahəsi 3,5 km² olan ada, dil və əlavə çıxıntısı istisna olmaqla, oval formaya malikdir və uzununa qırılmalarla mürəkkəbləşmiş pliosen-holosen çöküntüləri üzrə gömülmüş qalxımın tağında yerləşən nəhəng palçıq vulkanının krateri və krater bəndinə cavab verir. Krater meydançası dəniz səviyyəsindən yük­­səkliyə qalxmışdır və burada həm fəaliyyətsiz, həm də qaz və lilli palçıq ifraz edən qrifonları müşahidə etmək mümkündür. Adanın ətrafında və açıq dənizdə suyun üzərində qaz ifrazatları və zəif neft pərdəcikləri açıq-aydın görünür. Vulkanın ilk dəfə sənədləşdirilmiş püskürməsinin qeydə alınma tarixi 1810-cu ilə aiddir və o vaxtdan bu günə kimi onun aktivliyinin 13 parok­sizmi qeydə alınmışdır ki, onların da axırıncısı 2006-cı ilin payına düşür.
Ekosistemin qida xarakterinə görə quruluşu
Ekosistemdə canlılar qidalanma xüsusiyyətinə görə bu cür qruplaşırlar: Avtotrof canlılar (trofe-yem deməkdir) sərbəst qidalanan canlılardır. Onlar günəş enerjisindən və qeyri-üzvi birləşmələrdən oksidləşmə reaksiyası nəticəsində ayrılan enerjidən istifadə edib, ətraf mühitin mineral komponentləri (karbon qazı, birləşmə halında olan azot, kükürd və s.) hesabına öz hüceyrələrinin üzvü maddələrini sintez edir, yəni biokütləsini yaradırlar. Belə canlılara ilk produsentlər deyilir, yaşıl bitkilər, fotosintezedici prokariot mikroorqanizimlər, hemosintezedici bakteriyalar buraya aiddir. Deməli ekosistemdə üzvü maddə və onunla bağlı enerji yaradan canlılar avtotrof orqanizimlərdir. Heterotrof canlılar- başqa canlılnı yeyənlərdir. Bunlar fotosintez və hemosintez nəticəsində yaranan üzvü maddələri yeməklə onların parçalanması və çürüməsi nəticəsində alınan enerji hesabına yaşayırlar. Heterotrof orqanizimlər enerji baxımından şərti olsa da iki böyük qrupa ayrılırlar: Konsumentlər-yəni hazır üzvü maddə yeyənlər, heyvanlar, həşaratyeyən və parazit bitkilər. Redusentlər-mikrokansumentlər, yəni ölü orqanizimləri yeyənlər. Onlar ölü orqanizimləri çürüdüb mineral qalıqlara qədər parçalayırlar. Üzvü birləşmələrin karbon turşularına, suya və mineral komponentlərə (anion və kationlar) qədər parçalanması prosesi redusentlərin köməyi ilə sürətlənir.Nəticədə ölü orqanizimlərin tərkibindəki biogen elementlər bioloji dövrana qayıdır və dəfələrlə istifadə edilir.
Hobbit: Smauqun xarabalığı (film, 2013)
Hobbit: Smauqun xarabalığı (ing. The Hobbit: The Desolation of Smaug) — rejissor Piter Ceksonun çəkdiyi "Hobbit" kinotrilogiyasının ikinci hissəsi, yazıçı Con Tolkinin "Hobbit, və ya oraya və geriyə" nağıl hekayəsinin ekranlaşdırılmasıdır. Bu film, Gözlənilməz səyahət kimi saniyədə 48 kadr sürətlə RED Epic yüksək dəqiqlikli kameralarla çəkilib. == Məzmun == Film cadugər Qandalf və Torin Palıd-sipər arasında Bri kəndindəki "Çapan Poni" mehmanxanasında görüşü ilə başlayır. Torin və onun dəstəsi əvvəlki filmdə baş verən hadisələrdən sonra Murdarlayan Azoq və onun orkları tərəfindən təqib edilir. Qandalf onları yaxınlıqdakı qulyabanı Beornun evinə aparır. Eyni zamanda, qnomlar, hobbit və cadugər ayı cismində Beornun özündən möcüzəvi şəkildə canlarını qurtarır. Gecə Nekromant Azoqu Dol Quldura çağırır və ona müharibə üçün qoşun toplamaq əmri verir. Buna görədə Azoq Torinin ovunu oğlu Bolqa tapşırır. Ertəsi gün Beornla Qandalf Bilbo və qnomlar tanış olurlar və səhər yeməyi zamanı Beorn onlara Moria orkları ilə Dol Quldurun qaranlıq qüvvələri arasında bağlanmış birlikdən danışır.
Kamal Xarazi
Kamal Xarazi-20 Avqust 1997 - 24 Avqust 2005-ci il tarixləri arasında İranın Xarici İşlər Naziri olan islahatçı siyasətçi və diplomatdır.
Loropeni xarabalıqları
Loropeni xarabalıqları — Burkina-Fasonun cənubundakı Loropeni şəhəri yaxınlığında yerləşən qədim bir mirasdır. 2009-cu ildə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. Bu ərazi ölkənin ilk Ümumdünya İrsidir. 11310 kvadrat kilometr ərazini əhatə edən ərazidə on ən yaxşı qorunan qədim bir qaladan ibarət bir sıra daş divarlar daxildir. Qalıqlar ən azı min il əvvələ aiddir. Yaşayış məntəqəsi Lohron və ya Kulanqo xalqı tərəfindən işğal edilmiş və e.ə 14 və 17-ci əsrlər arasında Trans-Sahara qızıl ticarətində inkişaf etmişdir. XIX əsrin əvvəllərində tərk edilmişdir.
Mikroelektronikanın xarakterik xüsusuiyyətləri
Mikroelektronika elektronikanın bir istiqaməti olub mikrominiatür quruluşlu cihaz və qurğuların yaradılması və onların hazırlanmasında qrup texnologiyasının istifadəsi ilə əlaqədardır. Mikroelektronikanın məhsullarında miniatürləşmə,ayrılmaz surətdə,elementar cihazların birləşməsini təmin edir. İnteqral sxemlərdə elementlərin sıxlığı o dərəcədə artdı ki, artıq onlara bütöv bir sistem, yəni mikroelektron qurğu kimi baxmağa başladılar. Funksiyalar artdıqca, inteqral mikrosxemlər daha da mürəkkəb quruluşa malik olur. Çünki onlarda inteqrasiya dərəcəsi yüksəlir. İnteqral mikrosxemlərin inkişafını inteqrasiya dərəcəsinə görə aşağıdakı mərhələlərə bölmək olar: 1) 1960‐1969‐cu illər. Bu mərhələdə üzərində 102 tranzistor yerləşən kiçik inteqrasiya dərəcəli inteqral sxemlər (KİS) istehsal olunurdu; 2) 1969‐1975‐ci illər. Bu mərhələdə üzərində 103 tranzistor yerləşən orta inteqrasiya dərəcəli inteqral sxemlər (OİS) istehsal olunurdu; 3) 1975‐1980‐cı illər. Bu mərhələdə üzərində 104 tranzistor yerləşən böyük inteqrasiya dərəcəli inteqral sxemlər (BİS) istehsal olunurdu; 4) 1980‐1985‐ci illər. Bu mərhələdə üzərində 105 tranzistor yerləşən ifrat böyük inteqrasiya dərəcəli inteqral sxemlər (İBS) istehsal olunurdu; 5) 1985‐ci ildən sonra.
Milli xarakter
Milli xarakter hər bir fərdin ilk öncə milli mənliyinə, şəxsiyyətinə sadiq qalaraq, dini dəyərləri üstün tutaraq, adət-ənənələrə, dövlətə, torpağa mənəvi dəyərlərə sadiqliyi hörməti fonunda formalaşan daxili insani keyfiyyətlərin zənginliyidir. Azərbaycanlıların milli xarakterində bir sıra modelləşmiş xüsusiyyətləri vardır ki, onları bu şəkildə qruplaşdırmaq olar: ailəyə sadiqliq, namus-qeyrət, övladlara qayğı, atanay-anaya ehtiram el-obaya, yurda (Vətənə) bağlılıq, qohum- qonşunun dərdinə, problemlərinə şərik olmaq (həm kədərini, həm də sevincini bölüşdürmək) qoçaqlıq, mərdlik, qəhrəmanlıq, zülmə baş əyməmək, istilaya, müdaxiləyə müqavimət göstərmək (ancaq qonağa hörmət etmək) adət-ənənəyə-qayda-qanuna, aösaqqal (böyük) sözünə qulaq asmaq, həddini aşmamaq ürək genişliyi, səxavət, izafi mal-dövlət yığmamaq, kasıba kömək eləmək, son tikəsini ehtiyacı olanla bölmək sevilib-sevilmək, məhəbbət yolunda ölümə belə getməkdən çəkinməmək və sevgisindən zövq almaq dosta son dərəcə sədaqətli olmaq, hətta xəyanət və ya düşmənçilik gördükdə də ondan dərhal imtina etməmək sadiq yol yoldaşlığı fəxr etmək, qiymətləndirmək hissinin, nümunə götürmək marağının genişliyi səfərə çıxmaq, gəzmək, yeni yerlər görmək həvəsi düz danışmaq, səhvini boynuna almaq, "ən böyük biclik düzlükdür" məntiqilə yaşamaq yaddaş mükəmməlliyi, "yeddi dönən"ini yaxşı tanımaq Azərbaycan ədəbiyyatının yaratdığı böyük xarakterlər silsiləsi bu ədəbiyyatın milli xüsusiyyətlərinin əsas cizgilərini, onun inkişaf yolunu, əsri ənənələrini, başqa xalqların ədəbiyyatları ilə əlaqəsini, bir sözlə ideya-bədii nailiyyətlərini qabarıq şəkildə nümayiş etdirir. İstər klassik, istərsə də, müasir yazıçılarımızın əsərlərində yaradılan müsbət xarakterlər xalqın mənəvi, psixoloji aləmini öz bəşəri, humanist keyfiyyətləri ilə səciyyələndirir. Xaqaninin, Nizaminin, Nəsiminin, Füzulinin, Vaqifin, Zakirin, Axudovun, Cəlil Məmmədquluzadənin, Vəzirovun, Sabirin, Nərimanovun estetik idealında, satirasında, tənqidlərinin arxasında görünən sənətkar mövqeyi müəyyən tarixi şəraitdəki milli xalq xarakterinin milli xalq idrakının təzahürüdür.
Neft xammalının əsas tərkibi və emal üsullarının xarakteristikası
Niya xarabalıqları
Niya xarabalıqları — təxminən 115 kilometr (71 mil)lik arxeoloji ərazi. Çinin müasir Sincanında Tarım Hövzəsinin cənub kənarında müasir Niya şəhərinin şimalında yerləşir. Qədim yer ana dilində Caḍ́ota kimi tanınırdı. Ərazidə çox sayda qədim arxeoloji əsərlər aşkar edilmişdir. Niya bir böyük ticarət mərkəzi kimi İpək Yolunun cənubundadır. Qədim dövrlərdə Çindən Orta Asiyaya mal aparan dəvə karvanları burada idi. Han Tarixi Kitabında müstəqil vahə-dövlət kimi Niyanın olduğu düşünülür. Üçüncü əsrdə Niya Lulan Krallığının bir hissəsi oldu. Dördüncü əsrin sonlarına doğru Çin hökmdarlığına tabe idi. Daha sonra Tibet tərəfindən fəth edildi.
Qızılca-i Xarabə (Heris)
Qızılca-i Xarabə (fars. قزلجه خرابه‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 100 nəfər yaşayır (24 ailə).
Qəbələ şəhər xarabalıqları
Kabalaka — Azərbaycanın ən qədim şəhər yerlərindən biri olan Kabalaka (Qəbələ) Qafqaz Albaniyasının paytaxtı olmuşdur. Qəbələ bir arxeoloji abidə kimi, hələ XIX əsrin I yarısından tədqiqatçıların diqqətini cəlb etmişdir. Onların bir neçəsi Qəbələ şəhər xarabalığında olmuş, onu qeydə almış, hətta bəziləri kiçik miqyaslı arxeoloji kəşfiyyat qazıntıları da aparmışdılar. 1940-cı illərdən başlayaraq, burada ardıcıl arxeoloji tədqiqat işləri görülmüşdür. Bu tədqiqatlar indi də davam etdirilir. Qəbələ şəhərinin adı antik dövr müəlliflərinin əsərlərində Kabalaka və Xabala kimi qeyd edilmişdir. Bu adlar sonrakı yazılarda Kapalak, Kəvələk, Qabala-Savar və nəhayət Qəbələ şəklində qeyd edilmişdir. Qəbələ şəhər xarabalığı Azərbaycanın Qəbələ rayonunun Çuxur-Qəbələ kəndindən 1 km şərqdə, Qaraçay (Qəbələçay) ilə Covurluçay (Qalaçay) arasındakı yüksəklikdə yerləşir. 1959-cu ildə çəkilən topoqrafik plana görə, şəhərin xarabalığı 25 hektardır. Vaxtilə süni çəkilmiş bir müdafiə xarakterli xəndək şəhər xarabalığını iki hissəyə ayırır.
Renni Xaramilo
Renni Salen Xaramilo Barre (isp. Renny Salen Jaramillo Barre; 12 iyun 1998, Quayakil, Ekvador) — Ekvador təmsilçilərindən olan İndependente del Vale klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Ekvador futbolçusudur. Xaramilo peşəkar karyerasına Kito şəhərinin təmsilçisi olan Universidad Katolika klubunda başlamışdır. 2015-ci ildə Ekvadorun İndependente del Vale klubuna transfer olunmuşdur. O, peşəkar karyerasında debütünü 3 dekabr 2015-ci ildə Ekvador Premyer Liqasında Deportivo Kito klubuna qarşı oyunda etmişdir. 2015-ci ildə Koroso Ekvadorun gənclərdən ibarət milli komandası ilə Paraqvayda keçirilən Cənubi Amerika Gənclər Çempionatında iştirak etmişdir. Turnirdə Koroso Çili, Boliviya, Braziliya, Paraqvay, Kolumbiya və iki dəfə Argentina və Uruqvay milli komandalarına qarşı oyunlarda meydana çıxmışdır. Boliviya millisinə qarşı oyunda Xaramilo bir qolla yadda qalmışdır. 2015-ci ildə Koroso Ekvadorun gənclərdən ibarət milli komandası ilə Çilidə keçirilən Gənclər arasında Dünya Çempionatında iştirak etmişdir. Turnirdə Koroso Honduras, Mali, Belçika, Rusiya və Meksika milli komandalarına qarşı oyunlarda meydana çıxmışdır.
Tüklüayaq xarabaçıl
Tüklüayaq xarabaçıl (lat. Aegolius) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinə aid heyvan cinsi. Xarabaçılların əsas yayıldığı yerlər Avropa, Asiya və Şimali Amerikanın dağlıq və düzənlik iynəyarpaqlı meşələridir. Xüsusilə onlar Karpatda, Qafqazda, Orta Asiya dağlarında, Alp dağlarında, Pireney dağları, Balkan yarımadası, Monqolustanın şimalında, Qərbi Çində, Şimali Amerikada - Britaniya Kolumbiyasında, Kanadada və ABŞ-nin şimal rayonlarında, Rusiyanın Kola yarımadası və Kalininqrad vilayətindən Anadır, Kamçatka, Kuril adaları, Saxalinədək yayılmışlar.
Xarab qan insidenti
Xarab qan insidenti (ing. Corrupted Blood incident) və ya World of Warcraft pandemiyası – 13 sentyabr 2005-ci ildə "World of Warcraft" onlayn video oyununda başlayan virtual pandemiya. Pandemiya Zul'Qurub adlı yeni basqının və Ruhsoyan Hakkar adlı bosun oyuna gəlməsindən son başlamışdır. Hakkar onunla döyüşən oyunçulara "Xarab qan" adlı yoluxucu və öldürücü debaff sehri tətbiq edirdi. "Xarab qan" effekti oyunda ancaq bir neçə saniyə çəkməli və Zul'Qurubun bölgəsində davam etməli idi, lakin proqramlaşdırma diqqətsizliyi ucbatından bu yoluxucu debaff bütün "World of Warcraft" dünyasında oyunçular arasında yayılmağa başlamış və virtual pandemiyaya çevrilmişdir. "Xarab qan" aşağı səviyyəli oyunçuları dərhal öldürdüyü üçün oyunun normal geympleyi dəyişmişdir. Belə ki, oyunçular infeksiyadan qorunmaq üçün oyunçuların kütləvi toplaşdığı yerlərdən uzaq durmağa başlamışdırlar. Proqramlaşdırma karantinalarına və oyunçuların oyundakı şəhərləri tərk etmələrinə baxmayaraq pandemiya 1 ay davam etmişdir. Nəhayət tətbiq edilən yeniləmələrdən sonra pandemiya sona çatmışdır. Hadisənin səbəb olduğu vəziyyət və reaksiyalar epidemioloqların diqqətini cəlb etmiş, real həyatda baş verə biləcək mümkün pandemiyalar üçün araşdırma mövzusu olmuşdur.
Xaraba
Xaraba Gilan (film, 1991)
Xarasikimilər
Xarasikimilər (lat. Characiformes) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinə aid heyvan dəstəsi.
Xarasilər
Xarasilər (lat. Characidae) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xarasikimilər dəstəsinə aid heyvan fəsiləsi.
Hindistan Xaraqpur Texnologiya İnstitutu
Hindistan Xaraqpur Texnologiya İnstitutu — Hindistan hökuməti tərəfindən Hindistanın Qərbi Benqal ştatında Xaraqpur şəhərində qurulmuş ictimai texnologiya institutu. 1951-ci ildə əsası qoyulmuş institut, texnologiya institutları arasında yaradılmış ilk institutdur. İnstitut 2019-cu ildə Hindistan Hökuməti tərəfindən Fəxri İnstitut statusuna layiq görülüb. İnstitut ilk olaraq Hindistanın 1947-ci ildə müstəqillik qazanmasından sonra mühəndislər hazırlamaq üçün yaradılmışdır, lakin illər keçdikcə institutun akademik imkanları genişlənərək idarəetmə, hüquq, memarlıq, humanitar elmlər və s. sahələrdə təkliflərlə şaxələnmişdir. İnstitutun 8.7 kvadrat kilometrlik (2,100 akr) kampusu var və təxminən 22,000 sakini var.
Hranuş Xaratyan
Hranuş Xaratyan (erm. Հրանուշ Խառատյան; 18 fevral 1952, Dağ Cəyir, Şamxor rayonu) — Ermənistan etnoqrafı. O, həmçinin Qafqazşünaslıq, azlıq qrupları və ermənişünaslıq üzrə ixtisaslaşmışdır. == Həyatı == Hranuş Xaratyan Azərbaycanın Şəmkir rayonunda, Dağ Cəyir kəndində anadan olmuşdur. O, 1975-ci ildə İrəvan Dövlət Universitetinin (İDU) tarix fakultəsini bitirmişdir. Xaratyan 1979-cu ildə Moskvada Antropologiya və Etnoqrafiya İnstitutunda elmlər namizədi alimlik dərəcəsi almışdır. Xaratyan 1979–1989-cu illərdə Ermənistan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda elmi işçi kimi çalışmışdır. O, 1989–1992-ci illərdə İDU-nun Etnoqrafiya kafedrasında elmi işçi olmuşdur. Xaratyan 1994–2000-ci illərdə həmin şöbəyə rəhbərlik etmişdir O, 1992–1993-cü illərdə Ermənistanın paytaxtı İrəvan merinin müavini kimi fəaliyyət göstərmişdir. Xaratyan 2004-cü ildə Ermənistan hökumətində Milli Azlıqlar və Dini Məsələlər Şöbəsinin müdiri təyin edilmiş, 2008-ci ildə bu vəzifədən istefa vermişdi.
Xarabaçıl-elf
Xarabaçıl-elf (lat. Micrathene) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinə aid heyvan cinsi. Meksika və ABŞ-nin cənub-qərbində yaşayır. Kaktuslu çöllərdə ən çox yayılan quşlardandır. Bundan başqa, meşəliklərdə və nəmli savannalarda da rast gəlinir. Kaktus və ya ağac gövdələrində yuva qurub həşaratlar ilə qidalanır. Bayquşların ən kiçiyi olan cin bayquşunun oval başı gövdəsinə nisbətən iridir. Gözləri böyük və sarıdır.
Xarabalıqdan milyonçu
Xarabalıqdan çıxmış milyonçu (ing. Slumdog Millionaire) — hindistanlı yazıçı Vikas Svarupun "Q & A" romanı əsasında 2008-ci ildə çəkilmiş Böyük Britaniya filmi. Bu filmdə Mumbayın yoxsul məhəlləsindən olan Camal Malik adlı gənc oğlan “Kim milyonçu olmaq istəyir?” televiziya şousunda 2 milyon rupi qazanaraq insanları heyrətə gətirir. Dələduzluq ittihamları ilə üzləşən Camal, polisə keşməkeşli acı həyat hekayəsini bölüşür. Denni Boylun rejissorluq etdiyi bu filmin baş rolunda İngiltərə aktyoru Dev Patel çəkilmişdir. Film Hindistanda lentə alınıb. Xarabalıqdan olan milyonçu — Internet Movie Database saytında.
Xarabalıqdan çıxmış milyonçu
Xarabalıqdan çıxmış milyonçu (ing. Slumdog Millionaire) — hindistanlı yazıçı Vikas Svarupun "Q & A" romanı əsasında 2008-ci ildə çəkilmiş Böyük Britaniya filmi. Bu filmdə Mumbayın yoxsul məhəlləsindən olan Camal Malik adlı gənc oğlan “Kim milyonçu olmaq istəyir?” televiziya şousunda 2 milyon rupi qazanaraq insanları heyrətə gətirir. Dələduzluq ittihamları ilə üzləşən Camal, polisə keşməkeşli acı həyat hekayəsini bölüşür. Denni Boylun rejissorluq etdiyi bu filmin baş rolunda İngiltərə aktyoru Dev Patel çəkilmişdir. Film Hindistanda lentə alınıb. Xarabalıqdan olan milyonçu — Internet Movie Database saytında.
Foqt-Koyanaqi-Xarad xəstəliyi
Foqt-Koyanaqi-Xarad xəstəliyi – xroniki idiopatik ikitərəfli panuveitdır, dərisi piqmentli olanlarda daha çox rast gəlinir, aseptik meningitəbənzər prodromal dövr, nevroloji defisitlər, eşitmənin pozulması, dəri əlamətləri, rekonvalessensiyada göz dibi "günəşbatan səma" kimi olur, xarakterik ağırlaşma torlu qişanın qopmasıdır.

Digər lüğətlərdə