Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Taur Matan Ruak
Taur Matan Ruak (port. José Maria Vasconcelos; tetum José Maria Vasconcelos; 10 oktyabr 1956, Osso-Una[d], Baukau bələdiyyəsi[d]) — 22 iyun 2018-ci ildən etibarən Şərqi Timor Baş naziri vəzifəsini icra edən şərqi timorlu siyasətçi. 2011-ci ildə ordudan ayrılaraq 2012-ci il prezident seçkilərində müstəqil namizəd olaraq iştirak etdi və 2012-ci ilin aprelində keçirilən səsvermənin ikinci turunda qalib gəldi. 1975-ci il dekabrın 7-də İndoneziya Şərqi Timoru işğal etdi, Taur Matan Ruak isə yenicə qurulan Fretilon ordusu ilə birlikdə dağlara çəkildi. O, Dili, Ayleu, Mobisse, Osso, Venilale, Uato-Lari və şimal-şərq sahilindəki Laqada İndoneziya ordusuna qarşı döyüşlərdə iştirak etdi və qələbə çaldı. General-mayor Ruakın ilk rəsmi Falintil təyinatı 1976-cı ilin sonunda oldu. 1976-cı ildə 1979-cu ilədək iki şərq hərbi sektorunda, Orta Şərq Sektoru və Şərqi Noktada təyinat aldı. Daha sonra, rota komandiri oldu. Taur Matan Ruak və ordusu ertəsi gün Monte Lequmau bazasında yenidən toplaşdı və 22 noyabr 1978-ci ildə Matebian dağını ələ keçirdi. Komandir Nikolau Lobatu 1978-ci ilin dekabrında missiya əsnasında, 31 mart 1979-cu ildə İndoneziya Ordusu tərəfindən Vikeke bölgəsində əsir alındı.
Hypericum matangense
Hypericum matangense (lat. Hypericum matangense) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin dazıkimilər fəsiləsinin dazı cinsinə aid bitki növü.
Vata Matanu Qarsia
Vata Matanu Qarsia qısaca Vata (19 mart 1961-ci il) — karyerasını bitirmiş anqolalı futbolçu, hücumçu mövqeyində çıxış edirdi. Karyerasının çox hissəsini Portuqaliyada keçirtmişdir, xüsusən də Benfika klubunda çıxışı ilə yadda qaldı. Anqolada doğulan futbolçu karyerasını Progresso Associação do Sambizanga klubunda başlamışdır. Varzin klunbunda uğurlu çıxışına görə Benfikanın diqqətini cəlb elədi və o, 1988–89 mövsümündə klubla müqavilə imzaladı, mövsümünün sonunda çempionatın ən yaxşı bombardiri oldu. Avropa Kubokunun növbəti mövsümündə Vatanın karyerası ərzində ən yadda qalan məqamı baş verdi, belə ki ilk yarımfinal oyununda Benfika Olimpik Marselə 1–2 hesabı ilə məğlub olmuşdur, ikinci oyunda Vata künc zərbəsindən sonra topa sağ əli lə zərbə vurdu və top qapı xəttini keçdi, səfərdə vurulan məhz bu qolun sayəsində Benfika növbəti mərhələyə keçdi. Portuqaliyada Eştrela Amadora və Torrinse klublarında iki mövsüm keçirtdi və daha sonra Maltanın Floriana və İndoneziyanın Deltras və Persica Cakarta (burada həmdə oyunçu-məşqçi funksiyasını yerinə yetirirdi) klublarında çıxış etdikdən sonra 1998-ci ildə 38 yaşında karyerasını bitirdi. 1993–94 mövsümündə o, ABŞ-da futzalla da məşğul olurdu. Vata Anqola milli futbol komandasında 1990 FİFA Dünya Kubokunun seçmə mərhələsini də daxil olmaqla 65 oyun keçirtmişdir.
Datan
Yuyçzülyü Datan (v. 429) - hakimiyyətə əmisindən sonra gəlmişdi, Yuyçzülyü Şelunun kiçik oğlu Yuyçzülyü Pixunun oğlu və jujanların üçüncü xaqanı idi. Hakimiyyətə gələndən sonra Şimal Vey sülaləsi ilə müharibəyə başladı. 429-cu ilə qədər apardığı müharibələrin sonunda Şimal Vey imperatoru Toba Taivu tərəfindən ağır məğlubiyyətə uğradılaraq öldürüldü. Taxta oğlu Vuti keçdi.
Mahan
Mahan — İranın Kirman ostanının Kirman şəhristanının Mahan bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 16,787 nəfər və 4,138 ailədən ibarət idi.
Maman
Maman (heykəl) — tuncdan heykəl. Maman (Miyanə) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd.
Matar
Matar — Anju adaları qrupuna daxil olan elə də böyük olmayan ada. Ada Çukot dənizi ilə Şərqi Sibir dənizi araspnda yerləşir. İnzinati cəhətdən Yakutiya ərazisinə daxildir. Ərazi Ust Lena qoruğuna daxildir.
Mayan
Aşağı Mayan (Təbriz)
Metan
Metan qazı – kimyəvi formulu CH4 olan sadə karbohidrogen. Adi şəraitdə, yəni atmosfer təzyiqi altında və otaq temperaturunda rəngsiz, iysiz və mavi rənglə yanan qazdır. Suda az həll olur və havadan yüngüldür. Onun kritik parametrlərinə əsasən metanın maye halına çevrilməsi üçün nisbətən aşağı temperatur (−82 °C) tələb olunur. Metan təbii qazın əsas komponentidir, parafinlər və ya alkanlar adlanan doymuş alifatik karbohidrogenlərin homoloji sırasının birinci üzvüdür. Quruluşda C-C əlaqəsinin olmaması onu bu sıranın digər üzvlərindən fərqləndirir, o, ən dayanıqlı və nisbətən inert karbohidrogendir. Onun parçalanma temperaturu etanın parçalanma temperaturundan 200 °C yüksəkdir, eyni zamanda sıranın digər üzvləri arasındakı temperatur fərqi təxminən 25 °C təşkil edir. Azərbaycanda illik metan qazı istehsalı 40–45 mln. m3.qaya. Metan Yer səthindən ayrılan qazların çoxunun əsas kütləsini təşkil edir.
Matam
Matam (ing. Matam, Senegal) — Seneqalda, yerləşən bir yaşayış məntəqəsidir. Matamın 17,324 nəfər əhalisi var.
Atan
Atan — Tiflis quberniyasının Loru-Borçalı qəzasında, indi Allahverdi (Tumanyan) rayonunda kənd.
Kiranbek Makan
Kiranbek Makan (27 sentyabr 1992, Sincan-Uyğur Muxtar Rayonu) — Çinin kiçik forvard mövqeyində oynayan və hazırda "Şanxay Şarks" klubunda oynayan qırğız əsilli ətraf müdafiəçisidir. 11 il "Sincan Uçan Pələnglər" klubu ilə oynayan Kiranbek 2009-2011-ci illərdə ardıcıl üç böyük finalın və ilk çempionluqların vacib bir hissəsinə çevrildi. O, Şirelican Muxtar və Xu Quoçonq ilə birlikdə bu klubun ən məşhur oyunçularından biri kimi qəbul edilir. 2019 FİBA Basketbol Dünya Kuboku üçün Çin heyətində oynayırdı. == Karyera == Kiranbek "Sincan Uçan Pələnglər"in ilk komandasına yüksəldi və 2008-2009 mövsümündə Çin Basketbol Birliyində debüt etdi O, komandanın 2008-2011-ci illəri əhatə edən 3 mövsümündə Böyük Finala vəsiqə qazandı. Komandanın elit perimetri müdafiəçisi kimi çıxış edirdi. Mövsümlər boyunca elit üç nöqtə atıcısı oldu. 2016-2017 mövsümündə Kiranbek 24.1 dəqiqə, 8.1 xal və 2.6 ribaund əldə etdi. "Sincan Uçan Pələnglər" üçün ilk CBA çempionatında əhəmiyyətli bir rol oynadı. 2019-20 mövsümündən sonra "Sincan Uçan Pələnglər" tərəfindən "Şanxay Şarks"-a 8 milyon yuana satılan Kiranbek sonuncu il komanda seçimi ilə sonuncu komanda ilə 3+1 müntəzəm (tip-C) müqavilə imzaladı.
Mahan İsfahani
Mahan İsfahani (fars. ماهان اصفهانی‎; 1984[…], Tehran) — İran və ABŞ klaviaturaçısı, alimi, şərhçisi, orkestraçısi və keçiricisi. Bir Konserto solisti, resitali və işbirlikçi bir musiqiçi olaraq, müxtəlif erkən klaviatura üzrə beynəlxalq şöhrət qazanmışdır.
Makan (Xaybulla)
Makan kəndi (başq. Маҡан) — Rusiyanın Başqırdıstan Respublikası Xaybulla rayonu Makan kənd sovetliyinə daxil olan kənd. == Əhali == 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Makan kəndinin milli tərkibi: başqırdlar 98 %. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Akyar):15 km., ən yaxın dəmiryol stansiyasından (Sara stansiyası): 94 km. == Tanınmış şəxsləri == Pavel Nikolayeviç Çumaçenko — Böyük Vətən müharibəsi qəhrəmanı. == İstinadlar == == Mənbə == Başqırdıstan Respublikası Bələdiyyələr Şurası.
Maktan adası
Maktan adası (taqal Mactan, ing. Mactan) — Filippinin Sebu vilayətinə daxil olan ada. Visay adaları qrupuna daxildir. Sebu adasından şərqdə, Sebu şəhərinin qarşı tərəfində yerləşir. İnzibati cəhətdən Lapu-Lapu şəhər dairəsi və Kordova regionuna daxildir == Tarixi == 1521-ci ildə ada sahilində Maktan döyüşü baş vermişdir. Döyüş Fernan Magellanın rəhbərlik etdiyi İspan ekspedisiyası ilə yerli əhali arasında baş verir. Bu döyüşdə yerli əhalinin döyüşçüsü Lapu-Lapu döyüş əsnasında Magellanı öldürmüşdür. == Sənaye və iqtiadiyyat == Adada Gitara istehsal edilir. == Turizm və nəqliyyat == Ada turizmin inkişaına görə seçilir. Çoxlu sayda otellərə sahibdir.
Maktan döyüşü
Maktan döyüşü — Filippin əraizində 28 aprel 1521-ci ildə baş vermiş döyüş. Hazırda Filippinə aid Maktan adasının hökmdarlarından biri Lapu-Lapu ilə İspaniya qoşunlarının komandanı Fernan Magellanın qoşunları arasında baş vermiş döyüşdə ikincisi öldürülmüşdür. == Döyüş öncəsi == 16 mart 1521-ci ildə Fernan Magellan özünün dövrü aləm səyahəti zamanı Molukk adaları arasından İspaniyaya yol axtararkən üfüqdə hazırkı Samar adasını görür. Növbəti gün o silahdaşlarına Homonhon adası sahillərinə lövbər atmağı əmr edir. Magellan və onun komandasıə adada olan ilk avropalılar olmuşdur. Onun Kulambu və Siaqu hökmdarları ilə söhbəti uğurlu olur. Onlar Magellanı sebu adasına aparırlar. Burad isə adanın ali hökmdarı yaşayırdı. Magellan onu və həyat yoldaşını xristianlığı qəbul etməyə inandıra bilir. Xristianlığı qəbul etdikdən sonra hökmdar ispan kralı Filippin adını alır.
Maman (Miyanə)
Maman (fars. ممان‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 889 nəfər yaşayır (280 ailə).
Maman (heykəl)
Maman (ing. Maman) — fransız-amerikalı heykəltaraş Luiza Burjua tərəfindən tuncdan, paslanmayan poladdan və mərmərdən hazırlanmış heykəl. Bu heykəl dünyada ən böyük hörümçək heykəlidir. Hündürlüyü 9 metr, genişliyi 10 metrdir (daha dəqiq ölçüləri: 9271 x 8915 x 10236 mm). Heykəlin düz ortasında, hörümçəyin qarın boşluğu və köks hissəsində çuval və bu çuvalın içində 26 ədəd mərmər yumurta var. Heykəl adını fransız dilindəki "ana" sözündən almışdır. Luiza Burjua bu əsəri 2000-ci ildəki "The Unilever Series" layihəsi çərçivəsində Londondakı Teyt Modern muzeyinin Turbin zalında sərgilənməsi üçün yaratmışdır. Heykəlin orijinalı poladdan hazırlanmışdır, daha sonra tuncdan 6 versiyası düzəldilmişdir. == Fəlsəfə və mənası == Luiza Burjua hörümçəklər mövzsununda heykəl yaratmağı 1947-ci ildə fikirləşmiş, hətta bu haqda qara qələmlə rəsm çəkmişdir. 1996-cı ildə hörümçəklər mövzusunda "Hörümçək" adlı başqa bir heykəl hazırlamışdır.
Mataş Mazayev
Mataş Həmzətxanoviç Mazayev (çeç. Мазаев Хьамзатан кӀант Маташ; 1908 – avqust 1942, Volqoqrad vilayəti) — Çeçen mənşəli Sovet tankçısı, kapitan., Polşa kampaniyasının, SSRİ-Finlandiya müharibəsinin və Böyük Vətən müharibəsinin iştirakçısı. R. A. Belevintevin "Prometey tank dəbilqəsində" kitabının qəhrəmanı.. Герой книги Р. А. Белевинтева "Прометей в танковом шлеме" == Həyatı == === Erkən illər === 1908-ci ildə Terek vilayətinin Verxnı Naur kəndində Həmzətxan və Bala Mazayevlərin ailəsində anadan olub. 1918-ci ildə Terek kazaklarının torpaqlarının milliləşdirilməsi zamanı ailə Mixaylovskaya kəndində torpaq aldı və ora köçdü. Orada, Lenin şəhərciyində Mataş yeddiillik məktəbi bitirdi və dostları İbrahimov və İbrahim Kazəliyevlə birlikdə kəndin ilk komsomolçusu oldu. == Partiya üzvlüyündə == M. Mazaev rəhbərliyi altında yerli quldur dəstələrinə qarşı uğurla mübarizə aparan komsomol dəstəsi yaratdı. Siyasi fəaliyyətdəki uğurlarını qiymətləndirən rayon komsomol komitəsi Mazaevə Sovet partiya məktəbinə dau olmaq üçün zəmanət verdi. Beləliklə, Mazayev 1926-cı ildə məktəbi bitirdikdən sonra həyatını partiya işi ilə bağlamağa qərar verdi. Ancaq Moskvadan Qroznı Regional Komitəsinə Mazayevin adına Bauman adına Moskva Dövlət Texniki Universitetindən dəvət daxil oldu.
Natan Leyder
Natan Leyder (14 aprel 1997-ci ildə Namurda anadan olub) — Eerste Diviziya təmsilçilərindən olan Yonq Ayaks klubunda müdafiəçi kimi çıxış edən peşəkar Belçikalı futbolçudur. Leyder Ayaks akademiyası vasitəsilə inkişaf etmişdir. Leyder öz peşəkar karyerasında debütünü 21 aprel 2017-ci ildə Helmond Sport klubuna qarşı oyunda etmişdir. O, 89-cu dəqiqədə Karel Eytinqi əvəz etmişdir. Həmin görüşdə Yonq Ayaks liqa görüşündə rəqibinə 2-0 hesabı ilə qalib gəlmişdir. 1 İyun 2017 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Niderland Superkuboku görüşləri daxildir.
Natan Qofman
Natan Söderblum
Lars Olaf Conatan Söderblum (isv. nɑ̌ːtan ˈsø̌ːdɛrblʊm; 15 yanvar 1866[…], Trönö[d] – 12 iyul 1931[…], Uppsala) – İsveçli ruhani. 1914-1931-ci illər arasında İsveç Upsala kilsəsinin baş yepiskopu və 1930-cu ildə Nobel Sülh mükafatı laureatı olmuşdur. 12 iyulda Lüteran kilsəsinin Müqəddəslər təqvimində və Yepiskopal kilsəsinin (ABŞ) ayin təqvimində xatırlanır. Soderblum Evleborq lenində, Söderhamn şəhərinin Trönö kəndində anadan olmuşdur. Atası kilsə keşişi idi. 1883-cü ildə Uppsala Universitetinə daxil oldu. Əvvəlcə nə öyrənmək istədiyinə əmin olmasa da, nəticədə atasının yolunu davam etdirməyə qərar verdi. ABŞ səyahətindən qayıtdıqdan sonra 1893-cü ildə keşiş təyin edildi. 1892 və 1893-cü illərdə Söderblum əvvəlcə Uppsala Tələbə Birliyinin vitse-prezidenti, sonra isə prezidenti oldu.
Ponticola ratan
Nordman xulu (lat. Neogobius ratan) — Ponticola cinsinin bir nümayəndəsidir. Qara, Azov və Xəzər dənizlərində yayılmışdır. Xəzərdə 3 yarımnöv: Gebel xulu - Neogobius ratan goebeli (Kessler), Boqdanov xulu - Neogobius ratan bogdanowi (Kessler), Türkmən xulu -Neogobius ratan turkmenicus (Rahimov) yaşayır. Başı böyürlərdən sıxılmışdır. Eni demək olar ki,hündürlüyünə bərabərdir. Üst dodağı kənarlarda enlənməmişdir. İkinci bel üzgəcinin xüsusən ortası hündürdür. Quyruq gövdəsi gödəkdir və yanlardan çox sıxılmışdır. Bədənin ən az hündürlüyü quyruq gövdəsinin uzunluğundan ya bir qədər çoxdu, ya da ona bərabərdir.
Açxoy-Martan
Açxoy-Martan (çeç. Iашхой-Марта, Тӏехьа-Марта) — Çeçenistan Respublikası, Açxoy-Martan rayonu ərazisində yerləşən kənd. İnzibati cəhətdən Axçoy-Martan rayonunun və Axçoy-Martan kənd sovetliyinin mərkəzidir. == Coğrafiya == Kənd Qroznıdan 40 km cənub-qərbdə yerləşir. Kəndin mərkəzindən Sunja çayının qolu olan Fortana çayı axır (çeç. Марта), şərq hissəsindən isə Açxo çayı keçir (çeç. Iашхо, Iашху). Kəndin adı bu iki çayın adından ortaya çıxmışdır — Açxu və Martan. Kənddən 6 km şimalda "Qafqaz" federal yolu keçir. Ən yaxın dəmiryolu stansiyası olan Samaşkiyə olan məsafə 15 km-dir (1994-cü ildən fəaliyyət göstərmir).
Maqan padşahlığı
Maqan padşahlığı və ya Makkan — e.ə. 2300-cü ilə aid Şumer mixi yazılarında Mesopotamiya üçün mis və diorit mənbəyi kimi adı keçən qədim region. Sonrakı dövrdə mis qədim Kiprdən gətirilmişdir. Maqan hələ Urda kuti padşahlarının hakimiyyəti dövründən əvvəl Ur ilə ticarət edirdi. E.ə. 2100-cü ildə onların devrilməsindən sonra Ur-Nammu yolları bərpa edilmiş və iki dövlət arasında ticarət yenidən başlamışdır. Maqanın dəqiq yeri məlum deyil, lakin arxeoloji və geoloji məlumatlar Maqanın indiki Oman ərazisində yerləşdiyini göstərir. Tarixçilərin azlığı regionu Yəmənin ərazisində yerləşmiş Məin dövləti ilə əlaqələndirir, digərləri isə Nubiyada (Sudan) və ya Misirdə yerləşdirirlər.
Batan günəş
Batan günəş (斜陽, Şuyo) – Yaponiya yazıçısı Osamu Dazai tərəfindən yazılmış, 1947-ci ildə nəşr olunmuş roman. İkinci Dünya müharibəsindən sonra tənəzzüldə olan və böhran yaşayan aristokratik ailədən bəhs edir. Dazainin başlıca əsərlərindən biridir. == Məzmun == 29 yaşlı Kazuko, qardaşı Naoci və onların dul qalmış anası İkinci Dünya müharibəsindən sonra Tokioda yaşayan yoxsul aristrokratik ailənin üzvləridir. Kazuko evli olmuş olsa da, bir rəssamla münasibətdə olduğu iddiasına görə boşanmış, ailəsinin evinə qayıtmış və uşağı ölü doğulmuşdur. Sakit okean müharibəsinə göndərilmiş Naoci itkindir. Kazuko evin bağındakı ilan yumurtalarını gürzə yumurtaları zənn edərək yandırdığını xatırlayır. Məlum olur ki, Kazukonun atası ölərkən evin ətrafında bir çox ilan var idi. Kazuko və anası Vada dayının köməyi ilə İzu yarımadasındakı bir evə köçürlər. Kazuko anasına dəstək olmaq üçün fermada işləməyə başlayır.
Natan Mileykovski
Natan Mileykovski (ivr. ‏נתן מיליקובסקי‏‎; 15 avqust 1879, Kreva[d], Rusiya imperiyası – 4 yanvar 1935, Qüds, Britaniya Fələstini[d]) — Sionist siyasi fəal, ravvin və yazıçı idi. Mileykovskinin oğlu alim və akademik Benzion Netanyahu, nəvəsi isə indiki İsrail Baş naziri Benyamin Netanyahudur. == Bioqrafiya == Mileykovski 1879-cu ildə hazırda Belarus ərazisində yerləşən Krevada, Rusiya İmperiyasında anadan olub. O zaman bu bölgə Yəhudilərin daimi yaşamasına icazə verilən Yaşayış məntəqəsinin solğunluğu (Pale of Settlement)-in bir hissəsi idi. O, Zvi Mileykovski və Liba Gitel Halevinin oğludur. Mileykovskinin atası yaxın kənddə kənd təsərrüfatı təsərrüfatını icarəyə götürərək ailəsini təmin edirdi. 10 yaşında Mileykovski Volojin yeşivasına göndərildi və səkkiz il burada qalıb ravvin oldu. Mileykovski yeşivada oxuduğu dövrdə çıxışlar və mühazirələr verməyə başlamış və onu bu sahəyə yönləndirən Sionist fəal Yehuda Zvi Yabzrov ilə əlaqə saxlamışdır. 20 yaşında ikən, Sionist lider Yechiel Chlenovun xahişi ilə, Sibir bölgəsində Sionizmi təbliğ etməyə başlamışdır.