sif. [
ər. ]
1. Pis, yaman. [Kərbəlayı Cəfər:] …İndi əsr çox xarabdı.
Hanı indi elə bir Allah bəndəsi ki adamın əlini tutsun… C.Məmmədquluzadə.
[Əvvəlinci kəndli:] Həkim birgünlük yolda olur; yollarımız xarab, azarlını nə arabada aparmaq olur, nə at ilə… Ə.Haqverdiyev.
// Bərbad, viran.
Dərdi-qəmi göndər könül şəhrinə; Heç sultan mülkünü xarab istəməz. Q.Zakir.
2. Ağır, pis. Halı xarabdır.
□ Xarab olmaq –
1) get-gedə pisləşmək, ağırlaşmaq, qorxulu bir vəziyyət almaq (xəstə haqqında).
[Humay:] Ah, nə fəlakətli təsadüf… Zavallı xəstəliyindən büsbütün xarab olacaq… H.Cavid;
2) sınmaq, dağılmaq, korlanmaq.
[Ağakərim xan:] Vay sənin halına, hərgah bir səndəl, ya miz xarab ola. N.Vəzirov;
3) pisləşmək, pis cəhətə dəyişmək, korlanmaq.
[Məşədi İbad:] Arvad ki döyülmədi, xarab olar. Ü.Hacıbəyov.
[Əlləzoğlu:] Ə, biz, deyəsən, ərli-arvadlı lap xarab olmuşuq, ay Hənifə. İ.Hüseynov.
3. Əvvəlki keyfiyyətini, vəziyyətini dəyişmək, itirmək, yaramaz hala düşmək.
Nə tez soldun, xarab oldun! Nədir sənin bu tutduğun; Vəfasızlıq yolu, bilməm! Sənin ömrün nə qədər kəm! Ə.Cavad.
4. Bir sıra isimlərin yanına gətirilərək, ismin göstərdiyi mənada feil, yaxud müxtəlif ifadələr düzəldilir;
məs.: qanını xarab etmək, ovqatını xarab etmək, ürəyi xarab olmaq, işlər xarabdır və s.