XET-TRİK

сущ. спорт. хет-трик (три гола, забитых одним игроком в одном матче: в футболе, хоккее и т.п. ). Xettrik eləmək сделать хет-трик
XE
XETTLƏR
OBASTAN VİKİ
Xet dili
Xet dili — Eramızdan əvvəl Anadolu torpaqlarına məskunlaşmış Xet tayfasının dili. Xet dili Hind-Avropa dillərinin Anadolu altqrupuna daxildir. Xetlər özlərini Neşalılar adlandırırlar. Rəsmi diplomatik yazışmaları və saray arxivləri Akkad mixi yazısı ilə yazılarkən, qayalardakı yazılar üçün heroqliflərdən istifadə edirdilər. Hurri dili də əhəmiyyətli diplomatik yazışmalarda istifadə edilirdi və xüsusilə Mitanni İmperiyası ilə olan yazışmalarda istifadə edilirdi. Xet dili, Çex əsilli alman alim Bedrix Xrozninin tədqiqatlarının nəticəsində oxunmuş və 1917-ci ildə Xet qrammatikasını yayınlamışdı. Xet dili ilə müasir türk dili arasında müəyyən bənzərliklər vardır. Bu əsasən Şərqi Anadolu regionu dialektlərində özünü göstərir. Çünki Xet dövləti bu ərazilərdə qurulmuşdur. Ana, ata, çox, çörək, gecə, parlaq, möhür kimi bəzi sözlərdə bu xet dili ilə bənzərlikləri görmək mümkündür.
Trik-il-Visqa
Trik-il-Visqa (malta Torri ta' Triq il-Wiesgħa) — Maltanın Zabbar şəhəri yaxınlığında iki mərtəbəli gözətçi qülləsidir. 1659-cu ildə tikilmişdir. Bu, De Redinin qüllələri arasında doqquzuncu qüllədir. 20-ci əsrdə qüllə əhəmiyyətli dərəcədə zədələndi, lakin 2008–2009-cu illərdə aparılan bərpa sayəsində indi yaxşı vəziyyətdədir. Qüllə 1659-cu ildə Maltanın cənub-şərq sahilində, Böyük Limanın yaxınlığında tikilmişdir. "Trik-il-Visqa" adı "Geniş küçə" deməkdir, bu ad qüllənin qorumalı olduğu geniş sahil xəttinə görə verilmişdir. Trik il Visqa qülləsi Santa Mariya delle Graziye (qərbdə) və Çonkor (şərqdə) qüllələri arasında yerləşirdi, lakin bu iki qüllə Britaniya hərbçiləri tərəfindən söküldükdən sonra artıq mövcud deyil. İkinci Dünya Müharibəsi zamanı qüllənin yaxınlığında uzunmüddətli atəş nöqtələri yerləşirdi.