XORVAT

I. i. Croat

II. s. Croatian; ~ dili Croatian, the Croatian language

XORUZLANMAQ
XORVATCA
OBASTAN VİKİ
Patrisia Xorvat
Patrisia Xorvat (7 dekabr 1977, Mişkolç) — Macarıstanı təmsil edən su poloçusu. Patrisia Xorvat, Macarıstan yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasına 11:12 hesabı ilə məğlub olan Macarıstan yığması, XXIX Yay Olimpiya Oyunlarını dördüncü pillədə başa vurdu.
Xorvat mətbəxi
Xorvatiya mətbəxi- heterojendir və regionların mətbəxi kimi tanınır, çünki Xorvatiyanın hər bir bölgəsi özünün xüsusi kulinariya ənənəsinə malikdir. Onun kökləri qədim dövrlərə aiddir. Ərzaq məhsullarının seçilməsi və bişirilmə qaydaları daxili və sahilyanı bölgələr arasında fərqlidir. Mərkəz bölgələrin mətbəxi Slavyan, daha çox Macarıstan və Türk mətbəxi ilə əlaqəli olmağı, iç yağından( lard), qara bibər, bibər və sarımsaqdan istifadə etməsi ilə xarakterizə olunur. Sahil bölgəsi, Yunan və Roma, daha sonralar Aralıq dənizi, xüsusən İtaliya (Venesiya) mətbəxi ilə səciyyələnir. Sahilyanı mətbəxlərdə zeytun yağı, həmçinin rozmarin, adaçayı, dəfnə yarpağı, qara yarpız, mərzə, darçın, mixək, muskat qozu, limon və portağal qabığı kimi ot və ədviyyatlardan istifadə edilir. Digər köhnə Yuqoslaviya ölkələrinin qida və reseptləri Xorvatiyada məşhurdur. Crni rizot Xorvatiyada hər bir dəniz məhsulu restoranının menyusunda "qara plov" (xorv.Crni rizot, ing. black risotto) mövcuddur. Bu plov əslində Kalmar plovudur.
Serb-Xorvat dili
Serb-Xorvat dili - cənubi slavyan dillərindən biri. Serb, xorvat və bosniya dilləri serb-xorvat dilinin regional variantları sayılır.
Hersek-Bosna Xorvat Respublikası
Bosniya və Herseqovina Xorvatiya Respublikası, Xorvat Hersek-Bosna Respublikası və ya Hersek-Bosna Xorvat Respublikası (xorvat: Hrvatska Republika Herceg-Bosna) Bosniya və Herseqovina ərazisi tanınmamış geosiyasi struktur və kvazi-dövlət olmuşdur. 18 noyabr 1991-ci ildə Bosniya və Herseqovina Xorvat İcması adı altında Bosniya və Herseqovina ərazisində siyasi, mədəni, iqtisadi və regional bir bütöv olaraq elan edilmiş və 14 avqust 1996-cı ildə isə ləğv edilmişdir. 12 noyabr 1991-ci ildə Şimali Bosniyada elan edilmiş olan Bosniya Posavina Xorvat İcması 1992-ci ilin oktyabr ayında Bosniya və Herseqovinaya birləşdirilmişdir. Elan edilmiş sərhədləri daxilində Bosniya və Herseqovina ölkənin təqribi olaraq 30%-lik ərazisini əhatə edirdi, lakin onun üzərində effektiv nəzarətə malik deyildi. Bosniya müharibəsinin əvvəlində regionun bütün hissələri Serb Respublikası Ordusunun nəzarəti altına keçmişdir. Bosniya və Herseqovina silahlı qüvvələri, Xorvatiya Müdafiə Şurası, 8 aprel 1992-ci ildə yaradılmış və əvvəlcə Bosniya və Herseqovina Respublikasının Ordusu ilə ittifaq halında hərbi əməliyyatlar aparmışdır. Onların münasibətləri 1992-ci ilin axırlarında pisləşmiş və bu da öz növbəsində, Bosniya-Xorvatiya müharibəsinə səbəb olmuşdur. Bosniya və Herseqovina Respublikasının Konstitusiya Məhkəməsi 14 sentyabr 1992-ci ildə Bosniya və Herseqovina Xorvat Respublikasını konstitusiyaya zidd elan etmişdir. Bosniya və Herseqovina Xorvat Respublikası Bosniya və Herseqovina Respublikası Hökumətini rəsmən tanımış və dövlət daxilində bir dövlət kimi fəaliyyət göstərirdi, lakin onun rəhbərliyində olan bəziləri bu strukturun ayrılmasını və Xorvatiya ilə birləşməsi fikrini müdafiə edirdi. 28 avqust 1993-cü ildə isə Bosniya və Herseqovina Xorvat Respublikası Bosniya və Herseqovinanın üç respublikadan ibarət olan bir ittifaq kimi nəzərdə tutan Ouen-Stoltenberq planının təklifindən sonra respublika elan edilmişdir.
Xorvat Hersek-Bosna Respublikası

Xorvat
Xorvatlar (xorv. Hrvati) – Balkanda, başlıca olaraq Xorvatiya (89%) və Bosniya və Herseqovinada (15%) yaşayan cənub slavyan millətidir. Xorvat icmaları həmçinin Qərbi Avropada, ABŞ-də, Cənubi Amerikada, Avstraliyada və Yeni Zelandiyada da mövcuddur. Xorvat dilində danışan xorvatlar Roma katolik məzhəbinə aiddirlər. Dalmasiya knyazlığı ilk xorvat dövləti sayılmaqdadır. Belə ki, 852-ci ildə bu dövlətin başçısı knyaz Tripimir özünü xorvatların hökmdarı elan etmişdir. 925-ci ildə isə xorvat hökmdarı Tomislav bütün xorvatları birləşdirərək və Panoniya knyazlığını işğal edərək, dövlət yaratmağa nail olmuşdur. 1102-ci ildə Macarıstanla sülalə ittifaqı yaratmış xorvatlar bu hadisədən sonra macarlaşmaya məruz qalmağa başladılar. 1526-ci ildə baş vermiş Mohaç döyüşündən sonra Macarıstan Krallığının ərazisi Osmanlı və Habsburqlar imperiyaları arasında bölüşdürülmüşdür. Bu vəziyyətdə Avstriya ilə ittifaq bağlamış xorvatlar tədricən alman təsiri altına düşür.
Xorvat dili
Xorvat dili (xorv. hrvatski jezik) – Xorvatiya, Bosniya və Herseqovina (bosniya dili və serb dili ilə yanaşı) və Serbiya tərkibindəki Voyevodina muxtar vilayətinin rəsmi dillərindən biri. O eyni zamanda Avstriyanın Burgenland federal torpağının bəzi bələdiyyələrinin rəsmi dillərindən biridir. Xorvat dili serb-xorvat dilinin regional variantı sayılır.
Xorvat ensiklopediyası
Xorvat ensiklopediyası (xorv. Hrvatska enciklopedija) — xorvat dilində olan milli ensiklopediya. Miroslav Krleja Leksikoqrafiya İnstitutu tərəfindən nəşr olunmuşdur. Ensiklopediya layihəsi 1999-cu ildə başladılmışdır. Xorvat ensiklopediyası ümümilikdə xorvat dilində olan sayca beşinci ensiklopediyadır. Bundan əvvəl mövcud olmuş xorvatdilli ensiklopediyalar Mate Uyeviçin Xorvat ensiklopediyası, Leksioqrafiya İnstitutu Ensiklopediyası, eləcə də, Ümumi Ensiklopediyanın iki nəşridir. 1999-cu ildən 2009-cu ilə kimi ensiklopediyanın 11 cildi işıq üzü görmüşdür. Bu müddət ərzində hər il bir yeni cild yayımlanmışdır. 2010-cu ildə ensiklopediyanın onlayn versiyası hazırlanmış, yenilənmiş və yeni multimedia vasitələri ilə zənginləşdirilmişdir. 2013-cü ildən ensiklopediyanın onlayn versiyası pulsuz olmuşdur.
Xorvat süsəni
Mavi süsən (lat. Iris germanica) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin süsən cinsinə aid bitki növü. Bu növ çoxillik ot bitkisi olub, iri, inkişaf edən, azbudaqlı kökə, aşağı tərəfdə isə çoxsaylı kökə malikdir. Kökümsovun zirvəsində 4-6 yarpaqları vardır. Yarpaqlarının hündürlüyü 1 m-ə qədər, göyümtül-yaşıl, tutqun, qılıncvari və paralel damarlıdır. Gövdə üzərində bir neçə iri, gözəl çiçəkləri olur. Çiçəkyanlığı sadə, tacabənzər, 3 xarici yarpaqcığının kənarları qatlanmış, 3 daxili yarpaqcığı isə yuxarıya doğru yönəlmişdir. Erkəkciyi 3 olub, yuxarı yarpaqcıq arasında yerləşmişdir. Aşağı yumurtalıqlı olub, üçyuvalıdır. Çiçəkləri tünd-bənövşəyi rəngli, qutucuqmeyvədir.
Xorvat qoyun iti
Xorvat qoyun iti (xorv. Hrvatski ovčar) — Xorvatiya ərazisində geniş yayılmış ancaq digər ərazilərdə olduqca az müşahidə edilən cins. Orta ölçülərə malik olan, əsasən qara rəngdə olan cins. Bu cinsin özünə məxsus xüsusiyyəti baş və ayaq nahiyyələrində qısa tükə malik olmalarıdır. Xarici görünüş baxımından Macarıstanda yetişdirilən Mudi cinsinə bənzəyir. Cins XIV əsrdən yetişdirilir. Xorvat qoyun iti orta ölçülərin ən minimumuna malikdir. Rəngi əsasən qara rəngdə olsa da sinə və pəncə nahiyyəsində ağ ləkələr vardır. Baş və ayaq nahiyyələrində tüklərin qısa olması onu tülküyə bənzədir. Bədənin digər nahiyyələrində isə uzun və dalğalıdır.
Xorvat Zaqoryesinin taxta oyuncaqları
Xorvat Zaqoryasının taxta oyuncaqları (xorv. Drvene igračke Hrvatskog zagorja) — ənənəvi xorvat uşaq oyuncaqları. 19-cu əsrdən bəri Xorvat Zaqoryası bölgəsində xalq sənətkarları tərəfindən hazırlanır. 2009-cu ildə Xorvat Zaqoryasında taxta oyuncaqları xalq sənətkarlığı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmişdir. Oyuncaq istehsalı Mariya Bistritsa və Qornya Stubitsaş şəhərlərinin ətrafındakı kəndlərdə başladı və hələ də davam edir. Bistriçki Laz, Stubiçki Laz, Qorniya Stubitsa, Mariya Bistritsa, Tuqonitsa və Turnişçe oyuncaqlar istehsalının əsas mərkəzləridir. Tütək, treşotka (təkərli quş formasında oyuncaqlar), tambura, taxta heyvanlar (adətən atlar), fit, avtomobillər, yük maşınları, qatarlar, təyyarələr, kuklalar üçün uşaq mebelləri və s. kimi təxminən 50 oyuncaq modeli hazırlanır. Oyuncaqların xüsusiyyətlərindən biri onun əsasən kişilər tərəfindən əl ilə hazırlanması və qadınlar tərəfindən rəngləndirilməsidir. Hamısı əllə düzəldiyindən tamamilə eyni olan oyuncaqlar olmur.
Albaniya-Xorvatiya münasibətləri
Albaniya–Xorvatiya münasibətləri (alb. Marrëdhëniet mes Shqipërisë dhe Kroacisë, xorv. Hrvatsko-albanski odnosi), Albaniya ilə Xorvatiya arasındakı mövcud olan ikitərəfli əlaqələrə deyilir. Hər iki ölkə bir-bii ilə 1992-ci ilin Avqust ayının 25-də diplomatik əlaqələr qurmuşdur. Albaniyanın Zaqreb'dəki bir səfirliyi, Xorvatiyanın isə Tirana'dakı bir səfirliyi var. Hər iki ölkə də Aralıq dənizi Üçün Birlik və NATO üzvüdür. Albaniya, Xorvatiyanın suverenliyini 1992-ci ilin Yanvar ayının 21-də Xorvatiyanın tanınmasını elan edən ilk dövlətlərdən biri halına gelmişdir. Albaniya və Kosovodan bir çox etnik Alban könüllü olaraq Xorvat Müstəqillik Müharibəsində Xorvatları yanında döyüşmüşdür. == Siyasi == 2009-cu ilin Aprel ayında həm Albaniya Baş naziri Sali Berişa həm də Xorvatiya baş naziri İvo Sanader'in qatıldığı bir yığıncaqda iki ölkə də NATO üzvlüyünə geri qayıtmışdır. Həmən il, iki ölkə Albaniya ilə Monetenqro arasındakı sərhəddə ortaq bir Atom Elektrik Stansiyası inşa etməyə qərar verdilər.
Albaniya–Xorvatiya münasibətləri

Ermənistan–Xorvatiya münasibətləri
Xorvatiya—Ermənistan münasibətləri — Xorvatiya və Ermənistan arasında iki tərəfli diplomatik münasibətlər. Ölkələr arasında diplomatik münasibətlər 8 iyul 1996-cı ildə qurulmuşdur. Ermənistan Xorvatiyada İtaliyanın Romadakı səfirliyi ilə, Xorvatiya isə Ermənistanda Yunanıstanın Afinadakı səfirliyi ilə təmsil olunur. 2011-ci ildə hər iki ölkə fəxri konsulluqlar açır: Ermənistan Zaqrebdə, Xorvatiya isə İrəvanda. Ermənistan Avrasiya İqtisadi Birliyinin, Xorvatiya isə Avropa İttifaqının (Aİ) üzvüdür. Ermənistan Avropa İttifaqı ilə Birlik Sazişi imzalamışdır. == Tarixi == Dubrovnik Respublikasının mərkəzi Dubrovnik, Xorvatiya-Ermənistan tarixi əlaqələrinin mərkəzi olmuşdur. Dubrovnikdə yaşayan çox sayda xaricinin arasında bir neçə erməni var idi. Dubrovnikin iki himayəçisi müqəddəs Zenobius və Zenobia Kilikiyadan olan erməni müqəddəslər idi. Raqusan Yepiskopu Raimondo Gallani 18-ci əsrin əvvəllərində Ankara və İstanbulun baş yepiskopu idi.
Serb-xorvatca
Serb-Xorvat dili - cənubi slavyan dillərindən biri. Serb, xorvat və bosniya dilləri serb-xorvat dilinin regional variantları sayılır.
Serbiyada xorvatlar
Serbiyada xorvatlar (serb-xorv. Hrvati u Srbiji, serb-kiril. Хрвати у Србији) — Serbiya ərazisində yaşayan etnik azlıq. Milli azlıq statusunu 2002-ci ildə almışlar. Serbiyada 2011-ci il siyahıya alınmasına görə 57 900 xorvat yaşayır. Bunun 54 785 nəfəri Voevodina və Belqradda cəmləşmişdir. Serbiyalı xorvatların sayı 1960-cı illərin əvvəlində sürətlə artırdı. Bu təbii artımla əlaqədar olmuşdur. Sonradan isə təbii artımın azalması, miqrasiya və etnik mənsubiyyət dəyişdirilməsi nəticəsində saylarında azalma baş verir. Yuqoslaviyada 1948-ci il siyahıya alınmasına görə Serbiya ərazisində 169 864, 1991-ci il siyahıya alınmasına görə isə 105 406 milliyətcə xorvat olan əhali yaşayırdı.
Slovakiya xorvatları
Slovakiya xorvatları (xorv. Hrvati u Slovačkoj, slovak. Chorváti na Slovensku) — Slovakiyada yaşayan milli azlıq. 2001-ci il siyahıyaalınmasına görə ölkədə 850 nəfər xorvat yaşayır (Slovakiyada yaşayan xorvat icmasının təxminən 3500 üzvü vardır). Xorvat azlığı Slovakiya Milli Azlıqlar Şurasının üzvüdür. Xorvatlar əsasən Bratislava diyarında yaşayırlar. Xorvatlar Osmanlı ilə müharibə başlayandan sonra Slovakiyaya köçürlər. Miqrasiya əsas 1530-1570-ci illərdə baş verir. Miqrasiyanın başlanğıcı Mohaç döyüşü idi. Torpaqlarını tərk edən xorvatların çoxu Sisak, Kostainitsa, Krijevtsey, Slunya və Slavoniyadan idi.
Sloveniya ilə Xorvatiya arasında ərazi mübahisəsi
Sloveniya ilə Xorvatiya arasında ərazi mübahisəsi — 1991-ci ildə Yuqoslaviyanın parçalanmasından sonra hər iki ölkənin müstəqillik əldə etməsindən sonra yaranıb. Xorvatiya Statistika Bürosunun məlumatına görə, Xorvatiya və Sloveniyanın 668 km birgə sərhədi vardır. Sloveniya Respublikasının Statistika İdarəsinin məlumatına görə, Xorvatiya-Sloveniya sərhədinin uzunluğu 670 km-dir. Sərhədin ən mübahisəli hissəsi Piran körfəzinin sularıdır. Əvvəlcə sərhəd mübahisələri Sloveniya-Xorvatiya münasibətlərinə ciddi təsir göstərmir. 2000-ci illərin ikinci yarısında Sloveniya ərazi mübahisələrinin mövcudluğundan bəhanə gətirərək, iki dəfə (2008-ci ilin dekabrında və 2009-cu ilin sentyabr-oktyabr aylarında) Xorvatiyanın NATO-ya üzv olmaq üçün müraciətini əngəllədiyi zaman vəziyyət daha da pisləşməyə başlayır. Bu şəraitdə hər iki ölkə ərazi mübahisəsinin həllində kömək üçün dünya birliyinə müraciət etmək qərarına gəlir və beynəlxalq arbitrajla razılaşırlar. Arbitraj Sazişi 4 noyabr 2009-cu ildə Stokholmda imzalanır: Sloveniyanın Baş Naziri Borut Pahor, onun Xorvatiyalı həmkarı Yadranka Kosor və Avropa Şurasının Prezidenti Herman Van Rompöy imzalayır. 28 iyul 2015-ci ildə Xorvatiya Sloveniyanın arbitraj qaydalarını pozduğunu iddia edərək arbitrajdan çıxır. 29 iyun 2017-ci ildə Daimi Arbitraj Məhkəməsi mübahisənin hər iki tərəfi üçün məcburi olan sərhəd qərarını verir.
Slovenlər, Xorvatlar və Serblər dövləti
Slovenlər, Xorvatlar və Serblər dövləti (serb-xorv. Država Slovenaca, Hrvata i Srba / Држава Словенаца, Хрвата и Срба; sloven. Država Slovencev, Hrvatov in Srbov) — Avstriya-Macarıstan dağılmasından sonra Balkan yarımadasında meydana gələn dövlət quruluşu. 1918-ci il oktyabrın 29-da Xorvatiya və Slavoniya Krallığının, Dalmasiya Krallığının, Bosniya və Herseqovina və Krayna hersoqluğunun vahid bir dövlətə birləşdirilməsi nəticəsində yarandı. O, heç bir dövlət tərəfindən tanınmadı. Həmin il dekabrın 1-də dövlət Serbiya krallığı ilə birləşdi və bununla Serblər, Xorvatlar və Slovenlər Krallığını (1929-cu ildən Yuqoslaviya Krallığı) yarandı. Serbiya kralı I Pyotr Karageorgiyeviç dövlət başçısı elan edildi. Ölkə əhalinin mütləq əksəriyyətini təşkil edən üç cənubi slavyan xalqının (slovenlər, xorvatlar və serblər) şərəfinə aldlandırıldı. Eyni zamanda, boşnaklar ayrı millət sayılmırdılar. Dövlət rəsmi olaraq 1918-ci il oktyabrın 29-da quruldu.
Türkiyə-Xorvatiya futbol matçlarının siyahısı
AÇ-1996-nın final mərhələsi: Qrup oyunu. 11 iyun 1996 Türkiyə – Xorvatiya – 0:1 Krım kuboku 12 iyun 1997 Xorvatiya – Türkiyə – 1:1 YO 31 mart 2004 Xorvatiya – Türkiyə – 2:2 AÇ-2008-in final mərhələsi: 1/4 final. 20 iyun 2008 Xorvatiya – Türkiyə – 1:1 (p. 2:4) Türkiyə&Xorvatiya: Kim güclüdür?
Dənizkənarı Xorvatiya
Xorvatiya knyazlığı (xorv. Kneževina Hrvatska), Dalmatiya Xorvatiyası (xorv. Dalmatinska Hrvatska) və ya Dənizkənarı Xorvatiya (xorv. Primorska Hrvatska) — orta əsrlərdə mövcud olmuş cənubi slavyan knyazlığı. Konstantin Porfirogenetin "İmperiyanın idarə edilməsi haqqında" traktatında xüsusilə qeyd edilmişdir ki, onun ilk hökmdarı VII əsrdə knyaz Porqa olmuşdur. I Trpimir dövründən bəri dövlətin hökmdarı "Xorvatiya knayazı" titulunu daşıyırdı. "Dənizkənarı Xorvatiya" termini tarixşünaslığa XIX əsr tarixçiləri tərəfindən daxil edilmişdir. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Goldstein, Ivo. "Ponovno o Srbima u Hrvatskoj u 9. stoljeću" (PDF).
Xorvatiya Futbol Federasiyası
Xorvatiya Futbol Federasiyası (xorv. Hrvatski nogometni savez, HNS) — Xorvatiyada futbolun milli idarəetmə orqanıdır. Mərkəzi ofisi Zaqreb şəhərində yerləşir. 1912-ci ildə yaradılıb. 1941-ci ildən FİFA-nın, 1993-cü ildən isə UEFA-nın üzvüdür. Federasiyanın hazırkı prezidenti Mariyan Kustiçdir. Təşkilat öz köklərini Xorvatiyanın Avstriya-Macarıstanın bir hissəsi olduğu vaxt, 8 oktyabr 1909-cu ildə Zaqrebdə yaradılmış Xorvat İdman Federasiyasından (Hrvatski športski savez) götürür. Federasiya ölkədə bütün idman növlərini təşkil edirdi və onun ilk prezidenti "HAŞK" futbol klubunun sədri Hinko Yürth idi. İndiki Federasiya, yaranma tarixini Xorvatiya İdman Federasiyasının futbol bölməsinin yaradıldığı 13 iyun 1912-ci ildən göturur və onun rəhbəri Milovan Zoriçi federasiyanın ilk prezidenti kimi hesab edir. Birinci Dünya Müharibəsindən və Avstriya-Macarıstanın dağılmasından sonra "Građanski", "HAŞK", "Hayduk Split" və "Concordia" futbol klublarının nümayəndələri 14 aprel 1919-cu ildə Zaqrebdə bir araya gəldilər və Xorvatiyanın varisi olaraq Yuqoslaviya Futbol Assosiasiyasını (Jugoslavenski nogometni savez) qurdular.
Xorvatiya knyazlığı
Xorvatiya knyazlığı (xorv. Kneževina Hrvatska), Dalmatiya Xorvatiyası (xorv. Dalmatinska Hrvatska) və ya Dənizkənarı Xorvatiya (xorv. Primorska Hrvatska) — orta əsrlərdə mövcud olmuş cənubi slavyan knyazlığı. Konstantin Porfirogenetin "İmperiyanın idarə edilməsi haqqında" traktatında xüsusilə qeyd edilmişdir ki, onun ilk hökmdarı VII əsrdə knyaz Porqa olmuşdur. I Trpimir dövründən bəri dövlətin hökmdarı "Xorvatiya knayazı" titulunu daşıyırdı. "Dənizkənarı Xorvatiya" termini tarixşünaslığa XIX əsr tarixçiləri tərəfindən daxil edilmişdir. Goldstein, Ivo. "Ponovno o Srbima u Hrvatskoj u 9. stoljeću" (PDF).
Xorvatiya krallığı
Xorvatiya krallığı (xorv. Kraljevina Hrvatska; lat. Regnum Croatiae) — təqribən 925-ci ildən 1102-ci ilə qədər mövcud olmuş müstəqil dövlət. IX əsrin ortalarından mövcud olmuş Xorvatiya knyazlığı 925-ci ildə I Tomislavın kral titulunu qəbul etməsindən sonra krallığa çevrilmişdi. Xorvat krallığının hökmdarları əsasən Trpimiroviç sülaləsindən idi. Xorvatiyanın müstəqilliyi 1102-ci ildə sona çatmış, krallıq Macarıstanla ittifaqa girmiş və iki dövlətin şəxsi birliyi bağlanmışdır. Neven Budak – Prva stoljeća Hrvatske, Zagreb, 1994. {{{2}}} Singleton, Frederick Bernard. A short history of the Yugoslav peoples. Cambridge University Press.
Xorvatiya himni
Lijepa naša domovino (Bizim gözəl vətənimiz) — Xorvatiyanın rəsmi dövlət himnidir. Xorvatiyada tez-tez sadəcə olaraq "Lijepa naša" ("Bizim Gözəl") adlandır, ölkənin metonimi kimi geniş işlənən ifadədir. Orijinal sözlər Antun Mixanoviç tərəfindən yazılmış və ilk dəfə 1835-ci ildə Horvatska domovina (Xorvatiya vətəni) adı ilə nəşr edilmişdir. 1846-cı ildə Yosip Runyanin (1821-1878) Horvatska domovina üçün musiqi bəstələyib. Runyaninin ordu bandmeysteri İosif Uendl onun musiqisini hərbi nəfəsli orkestr üçün uyğunlaşdırdı. Melodiyanın orijinal forması məlum deyil, çünki orijinalı bu günə qədər bərpa olunmayıb. Mahnı 1861-ci ildə Zaqreb kafedralının müəllimi və orqan ifaçısı Vatroslav Lixteneqqer tərəfindən kişi xoru üçün səsləndirilərək, harmonizasiya edildi və bundan sonra Xorvat xalqının etnik himni kimi ifa olunmağa başlandı. "Lijepa naša" adı o vaxtdan tətbiq edilib. Orijinal mətn 14 misradan ibarətdir. O vaxtdan bəri himnin sözlərinə bir neçə xırda düzəlişlər edilib.
Müstəqil Xorvatiya Dövləti
Müstəqil Xorvatiya Dövləti (Xorvatca: Nezavisna Država Hrvatska, NDH), Müstəqil Xorvatiya Dövləti (NDH), İkinci Dünya Müharibəsi zamanı nasist Almaniyası və faşist İtaliyası tərəfindən marionet dövlət kimi yaradılmış olan dövlətdir. 1941-ci ildən 1945-ci ilə qədər mövcud olan NDH, Xorvatiya ilə yanaşı Bosniya və Herseqovinanın bir hissəsini əhatə edirdi. NDH-yə faşist ideologiyası olan və serblərə, yəhudilərə, qaraçılara və digər azlıq qruplarına qarşı soyqırım və etnik təmizləmə həyata keçirən Ustaşlar rejimi rəhbərlik edirdi. NDH 10 aprel 1941-ci ildə, faşist Almaniyası və faşist İtaliyası tərəfindən Yuqoslaviyanı işğal etdikdən sonra yaradılıb. Ustaşe hərəkatı Ante Paveliçin rəhbərliyi ilə NDH-nin rəhbərliyinə gətirildi. Ustaşa faşist ideologiyası olan və Xorvat millətçiliyini müdafiə edən bir təşkilat idi. NDH diktatura ilə idarə olunan bir dövlət idi. Prezident Ante Paveliç diktator səlahiyyətlərinə malik idi. Ustaşa Partiyası NDH-də yeganə qanuni partiya idi. NDH-nin iqtisadiyyatı nasist Almaniyasından asılı idi.
Xorvatiya Sosialist Respublikası
Xorvatiya Sosialist Respublikası(Xorvatca:Socijalistička Republika Hrvatska),1943–1991-ci illərdə mövcud olmuş Yuqoslaviya Sosialist Federativ Respublikasının altı respublikasından biri idi. 1941-ci ildə İkinci Dünya Müharibəsi zamanı Müstəqil Xorvatiya Dövləti (NDH) yaradıldı. NDH faşist Almaniyası və faşist İtaliyası tərəfindən marionet dövlət kimi qurulub. NDH rejiminə Ustaşa adlı faşist hərəkatı rəhbərlik edirdi. Ustaşa rejimi serb, yəhudi və qaraçı kimi azlıq qruplarına qarşı soyqırım və etnik təmizləmə həyata keçirdi. 1945-ci ildə Yuqoslaviya partizanları NDH-ni məğlub edərək Xorvatiyanı azad etdilər. Müharibədən sonra Yuqoslaviya Sosialist Federativ Respublikasının altı respublikasından biri kimi Xorvatiya Sosialist Respublikası yaradıldı. 1950–1960-cı illərdə Xorvatiya iqtisadiyyatı sürətlə inkişaf etdi. Sənayeləşmə və kənd təsərrüfatı məhsullarının istehsalında əhəmiyyətli artım oldu. Bu dövrdə Xorvatiyada da həyat səviyyəsi yüksəldi.
Xorvatiya almanları
Xorvatiyada özlərini alman hesab edən 2900 nəfərdən çox əhali var ki, bunların əksəriyyəti Dunay şvabiyalılardır. Almanlar rəsmi olaraq avtoxton milli azlıq kimi tanınırlar və beləliklə, onlar Xorvatiya Parlamentinə on bir digər milli azlığın üzvləri ilə birgə xüsusi nümayəndə seçirlər. Onlar əsasən Şərqi Slavoniyada Osijek (almanca: Esseg) ətrafında cəmləşiblər. Alman icması ənənəvi olaraq Şimali Xorvatiya və Slavoniyada yaşayırdı. Erkən müasir dövrdə onlar Habsburq monarxiyasının digər ərazilərindən məskunlaşmışdılar və indiki Xorvatiya ərazisində əsasən Hərbi Sərhəd ərazilərində məskunlaşmışdılar. Qərbi Slavoniyada yaşayan Dunay şvabları güclü xorvatlaşmaya məruz qalmışdılar. Xorvat ziyalıları yalnız 1865-ci ildə alman azlığını tanımışdılar. Avstriya-Macarıstan İmperiyasının dağılması və Serb- Xorvat-Sloven Krallığının yaradılması ilə Xorvatiya almanları etnik azlığa çevrildi. 1920-ci ildə almanlar Kulturbund mədəniyyət birliyini yaratdılar. Kulturbund 11 aprel 1924-cü ildə Daxili İşlər Naziri Svetozar Pribiçeviç tərəfindən qadağan edildi.
Xorvatiyada ölüm hökmü
Xorvatiyada 1991-ci ilə qədər tətbiq edilən ölüm cəzası cinayət cəzasının ən yüksək növüdür. Xorvatiyada sonuncu ölüm hökmü 1987-ci ildə, ölkə hələ Yuqoslaviyanın tərkibində olarkən həyata keçirilmişdir. Yuqoslaviya dövründə ölkə bir neçə səs-küylü cinayət işində cəza qismində ölüm cəzasını tətbiq etdi : Luka Yavorina, Plavnodakı dəmir yolu stansiyasının rəisi (M604 dəmir yolu): iş başında olarkən sərxoş vəziyyətdə olurdu. Bu da 15 avqust 1949-cu ildə qatar qəzasında 20 nəfərin ölümünə səbəb oldu. 24 oktyabr 1949-cu ildə güllələnib. Kazimir Antiç və qardaşı İvan: əvvəlcədən razılaşaraq, Kremeniç ailəsinin Sresdəki evində quldurluq etdi. Hücum zamanı Kazimir Antiç Yosip Kremeniçi oyun taxtası ilə öldürür, onun bacısı Mariyanı isə yaralayır. Antiç 6 noyabr 1967-ci ildə ölüm cəzasına məhkum edilmiş və 6 noyabr 1968-ci ildə edam edilmişdir. Ferdo Dariç Draqaniçdə yatmış qoca cütlük Petar və Bara Biliçiçi balta ilə öldürmüşdür. 1970-ci ildə edam edilmişdir.
Qırmızı göl (Xorvatiya)
Qırmızı göl (xorv. Crveno jezero) — Xorvatiyanın cənubunda şirin sulu göl. Karst mənşəli olan bu göl Xorvatiyanın İmotski şəhəri yaxınlığında yerləşir. Qırmızı göl də qonşu Modro gölü kimi dərin karst çuxurunda yerləşir. Göl yeraltı mağaranın dağılması nəticəsində formalaşmışdır. Göl öz adını onu əhatə edən qırmızı-qəhvəyi rəngdə olan qayalıqdan almışdır. Süxürlar üzərində çoxlu miqdarda ferritlər toplanıb. Göl üç tərəfdən dik qayalarla əhatələnib, bir tərəfi isə 1942-ci ildə baş vermiş zəlzələ zamanı dağılmışdır. Xorvat mağara assosiyasiyasının təşkil etdiyi beynəlxalq ekspedisiyasının ölçmələrinə görə mağara çuxurunun hündürlüyü 528 metr, gölün dərinliyi isə 287 metrdir. Bu göl Avropanın ən dərin göllərindən biri hesab olunur.
Bosniya və Herseqovina Xorvatiya Respublikası
Bosniya və Herseqovina Xorvatiya Respublikası, Xorvat Hersek-Bosna Respublikası və ya Hersek-Bosna Xorvat Respublikası (xorvat: Hrvatska Republika Herceg-Bosna) Bosniya və Herseqovina ərazisi tanınmamış geosiyasi struktur və kvazi-dövlət olmuşdur. 18 noyabr 1991-ci ildə Bosniya və Herseqovina Xorvat İcması adı altında Bosniya və Herseqovina ərazisində siyasi, mədəni, iqtisadi və regional bir bütöv olaraq elan edilmiş və 14 avqust 1996-cı ildə isə ləğv edilmişdir. 12 noyabr 1991-ci ildə Şimali Bosniyada elan edilmiş olan Bosniya Posavina Xorvat İcması 1992-ci ilin oktyabr ayında Bosniya və Herseqovinaya birləşdirilmişdir. Elan edilmiş sərhədləri daxilində Bosniya və Herseqovina ölkənin təqribi olaraq 30%-lik ərazisini əhatə edirdi, lakin onun üzərində effektiv nəzarətə malik deyildi. Bosniya müharibəsinin əvvəlində regionun bütün hissələri Serb Respublikası Ordusunun nəzarəti altına keçmişdir. Bosniya və Herseqovina silahlı qüvvələri, Xorvatiya Müdafiə Şurası, 8 aprel 1992-ci ildə yaradılmış və əvvəlcə Bosniya və Herseqovina Respublikasının Ordusu ilə ittifaq halında hərbi əməliyyatlar aparmışdır. Onların münasibətləri 1992-ci ilin axırlarında pisləşmiş və bu da öz növbəsində, Bosniya-Xorvatiya müharibəsinə səbəb olmuşdur. Bosniya və Herseqovina Respublikasının Konstitusiya Məhkəməsi 14 sentyabr 1992-ci ildə Bosniya və Herseqovina Xorvat Respublikasını konstitusiyaya zidd elan etmişdir. Bosniya və Herseqovina Xorvat Respublikası Bosniya və Herseqovina Respublikası Hökumətini rəsmən tanımış və dövlət daxilində bir dövlət kimi fəaliyyət göstərirdi, lakin onun rəhbərliyində olan bəziləri bu strukturun ayrılmasını və Xorvatiya ilə birləşməsi fikrini müdafiə edirdi. 28 avqust 1993-cü ildə isə Bosniya və Herseqovina Xorvat Respublikası Bosniya və Herseqovinanın üç respublikadan ibarət olan bir ittifaq kimi nəzərdə tutan Ouen-Stoltenberq planının təklifindən sonra respublika elan edilmişdir.

Значение слова в других словарях